Xezer Babazade - Wikipedia
Xəzər Babazadə (2005[1]) — Azərbaycan şahmatçısı, beynəlxalq usta (2022-ci ildən etibarən). 2023-cü ilin mart ayının reytinqinə görə Azərbaycan şahmatçıları arasında 19-cu, dünya şahmatçıları arasında isə 853-cü və "Top 100 Juniors" reytinqində isə 66-cı yerdə qərarlaşıb.[2]
Xəzər Babazadə | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Titulu | beynəlxalq usta (2022) |
Son reytinqi | 2481 (Mart 2023) |
Maksimal reytinqi | 2481 (Fevral 2023) |
FİDE nömrəsi | 13413554 |
Həyatı
redaktəXəzər Babazadə 2005-ci il martın 12-də Bakıda anadan olub. O, 5 yaşından şahmat oynamağa başlayıb. Bakıda 269 nömrəli tam orta məktəbdə təhsil alıb.
Şahmat karyerası
redaktəYerli turnirlərdə
redaktə2016-cı ilin mart ayında ilk dəfə şahmat üzrə Azərbaycan çempionatında iştirak etdi.
2018-ci ilin yanvar ayında şahmat üzrə Azərbaycan çempionatında 4,5/9 xalla turnirdə 8-ci pilləni tutdu.[3]
2019-cu ilin yanvar ayında şahmat üzrə Azərbaycan çempionatında 4,5/9 xal topladı.
2022-ci ilin fevral ayında Naxçıvanda keçirilən şahmat üzrə Azərbaycan çempionatında 5/9 xal topladı.[4]
Beynəlxalq turnirlərdə
redaktə2015-ci ilin iyul ayında Gürcüstanın Poti şəhərində keçirilən 10-cu Poti Beynəlxalq Açıq Şahmat Festivalı "Nana Aleksandriya Kuboku - 2015" turnirində iştirak etdi.[5][6]
2017-ci ilin avqust ayında BƏƏ-nin paytaxtı Əbu Dabi şəhərində keçirilən 24-cü Abu Dabi Beynəlxalq Şahmat Festivalı - Yeniyetmələr Turnirinin qalibi oldu.[7][8]
2017-ci ilin avqusta ayında Bakıda keçirilən qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq yarışda 8,5/9 xalla turnirdə birinci yerə layiq görülüb.[9]
2018-ci ildə "Nakhchivan Open" turnirində iştirak etmişdir.
2018-ci ilin mart ayında Gürcüstanın Batumi şəhərində keçirilən Şahmat üzrə Avropa Fərdi Çempionatında iştirak etdi.[10]
2019-cu ilin sentyabr ayında baş tutan 2019 Baku Open turnirində 6,5/9 xalla yarışı 11-ci pillədə başa vurdu.[11]
2019-cu ildə Babazadə FİDE tərəfindən FIDE Master (FM) tituluna layiq görüldü.
2020-ci ilin dekabr ayında Babazadə "Karabakh is Azerbaijan!" şahmat üzrə onlayn beynəlxalq turnirində iştirak etdi və 8,5/11 xalla turnirin qalibi oldu.[12] O, bu turirdə eyni xala malik qrosmeyster Nodirbek Abdusattorovu əlavə göstəricilərdə üstələməyi bacarmışdı.[13]
2021-ci ilin iyul ayında Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən "Serbia Chess Open | Maters" turnirində 5,5/9 xal topladı və 289 şahmatçı arasında 40–83-cü pillələri bölüşdü.[14]
2021-ci ilin dekabr ayında Polşanın paytaxtı Varşava şəhərində keçirilən "FIDE World Rapid Championship" turnirində 6/13 xal topladı və 181şahmatçı arasında 109-cu pilləni tutdu.[15]
2022-ci ilin iyun-iyul aylarında Serbiyanın Novi Sad şəhərində keçirilən "Serbia Chess Open | Maters" turnirində 5/8 xal topladı və 267 şahmatçı arasında 30-cu pilləni tutdu.[16]
2022-ci ilin avqust ayında "Vüqar Həşimov Şahmat Akademiyası"nda mərhum qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 8/9 xalla turnirin qalibi oldu.[17][18]
2022-ci ilin sentyabr ayında Rumıniyanın Mamaya şəhərində keçirilən 18 yaşa qədər gənclər arasında Dünya Çempionatında 7,5/11 xalla turniri 6-cı pillədə başa vurdu.[19][20]
2022-ci ilin oktyabr ayında Avstriyanın Mayrhofen şəhərində keçirilən Şahmat Klubları üzrə 37-ci Avropa Kubokunda 4/5 xal topladı.[21]
2022-ci ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən 18 yaşa qədər gənclər arasında Avropa Çempionatında 6,5/9 xalla 3–8-ci pillələrdə qərarlaşdı və əlavə göstəricilərə görə turniri 7-ci pillədə başa vurdu.[22]
2022-ci ilin noyabr ayında Rusiyanın Xantı-Mansi şəhərində keçirilən "The Game has begun!" turnirində 4,5/9 xalla 5–6-cı pillələrdə yer aldı.[23][24]
2022-ci ildə Babazadə FİDE tərəfində beynəlxalq usta (International Master (IM)) tituluna layiq görüldü.
2023-cü ilin sentyabrında Babazadə 18 yaşadək Avropa Şahmat Çempionatında gümüş medalın sahibi olmuşdur.[25][26][27]
Şəxsi həyatı
redaktəXəzər Babazadə 2023-cü ilin martında blokçeyn əsaslı şirkət ilə birlikdə şahmat sənayesində ilklərdən olan NFT əməkdaşlığını açıqladı.[28]
İstinadlar
redaktə- ↑ FIDE Ratings and Statistics (ing.).
- ↑ "Babazada, Khazar - Top Lists Records". ratings.fide.com (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ "Azerbaijan Chess Championship 2018-Men". http://chess-results.com/ (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ "Azerbaijan Championship 2022". chess24.com (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ "10th Nana Aleksandria Cup Poti 2015". www.365chess.com (ingilis). 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
- ↑ "10th Poti International Chess Festival "Nana Aleksandria Cup - 2015" A Open". chess-results.com (ingilis). 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
- ↑ Adchessfestival. "Babazada Khazar from Azerbaijan 1st in Junior Tournament 24th Abu Dhabi International Chess Festival". www.facebook.com/adchessfestival/ (ingilis). İstifadə tarixi: 23 avqust 2017.
- ↑ "24th Abu Dhabi Int. Chess Festival - Juniors Tournament". chess-results.com (ingilis). 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
- ↑ "Paytaxt məktəblisi beynəlxalq şahmat turnirinin qalibi olub". ikisahil.az (az.). İstifadə tarixi: 4 avqust 2017.
- ↑ "European Individual Chess Championship 2018". chess-results.com (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ "The 2019 Baku Open". chess24.com (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ "Azerbaijan`s chess player wins "Karabakh is Azerbaijan!" international tournament". en.azvision.az (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2020.
- ↑ "Qarabağ Azərbaycandır! Beynəlxalq şahmat turniri başa çatdı". tehsilchess.az (az.). 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2020.
- ↑ "The Serbia Chess Open | Masters". chess24.com (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ "FIDE World Rapid Championship". chess24.com (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ "The Serbia Chess Open | Masters". chess24.com (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ "Xəzər Babazadə beynəlxalq turnirin qalibidir". sports.az (ingilis). 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2022.
- ↑ chessborn_tv. "Xəzər Babazadə beynəlxalq turnirdə qalib oldu". www.instagram.com/ChessBorn_tv/ (az.). 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 avqust 2022.
- ↑ "The U18 World Youth Championship". chess24.com (ingilis). 2023-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
- ↑ "Şahmatçımız dünya birinciliyində gümüş medal qazandı". qafqazinfo.az (az.). 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2022.
- ↑ "37th European Chess Club Cup (2022)". www.chessgames.com (ingilis). 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
- ↑ "U18 European Youth Championship". chess24.com (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ "The Game has begun! Boys - Khanty-Mansiysk RUS 2022". 365chess.com (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ ""The Game has begun!"". chess24.com (ingilis). 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-25.
- ↑ "Xəzər Babazadə Rumıniyada keçirilən AÇ-də gümüş medal qazandı". Skaut.[ölü keçid]
- ↑ "Şahmat üzrə Avropa çempionlarımız Vətənə qayıdıblar". AZƏRTAC.
- ↑ "Azərbaycanın 4 şahmatçısı Avropa çempionatında qızıl medal qazanıb". Report.az. 2023-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-16.
- ↑ "SKAUT və Xəzər Babazadə Tərəfdaşlıq Elan Edir". skaut.uk (az.). 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2023.