Xezer Isayev - Wikipedia
Xəzər Ağaəli oğlu İsayev (1 fevral 1963, Ağdaş) — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti,[1] Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin "Ədalətli Oyunlar" komissiyasının sədri, Azərbaycan Dövlət Gömrük Komitəsinin "İdman Sağlamlıq Mərkəzi"nin baş direktoru,[2] Gömrük xidməti Polkovniki[2]
Xəzər İsayev | |
---|---|
Xəzər Ağaəli oğlu İsayev | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 1 fevral 1963 (61 yaş) |
Doğum yeri | |
Təhsili | |
Çəkisi | 62 kq |
İdman növü | idman güləşi[d], sərbəst güləş |
Həyatı
redaktə1 fevral 1963-ci ildə Ağdaş rayonunda anadan olub.
1986-ci ildə sərbəst güləşdə göstərdiyi yüksək nəticələrə görə SSRİ-nin Əməkdar İdman Ustası adına layiq görülmüşdür.
"Gömrükçü" İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovnikidir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Milli Olimpiya Komitəsinin "Ədalətli Oyunlar" komissiyasının sədridir.
Nəticələri
redaktə- 1985 — SSRİ Kuboku (Bakı)- I yer;
- 1986 — SSRİ çempionatı (Vladiqafqaz)- I yer;
- Avropa çempionatı (Saloniki, Yunanıstan)- I yer;
- Dünya çempionu (Budapeşt, Macarıstan)- I yer;
- Xoşməramlı oyunlar, komanda tərkibində — I yer, (şəxsi çıxış — II yer);
- 1987 — SSRİ çempionatı — I yer;
- Avropa çempionatı (Bolqarıstan) — I yer;
- Dünya Kuboku (ABŞ) — I yer;
- 1991 — SSRİ Kuboku (Suxumi, Gürcüstan) — I yer.
Xatirəsi
redaktə1990-cı ildə Rafiq Yüzbaşov tərəfindən Xəzər İsayevə həsr olunmuş Çempion adlı qısametrajlı sənədli film çəkilmişdir.
İstinadlar
redaktə- ↑ "Xəzər İsayev: "Avropa Oyunlarında 22-dən çox medal əldə etmək imkanımız var"". apa.az (az.). Azəri Press Agentliyi. 16 iyun 2015. 2021-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2021.
- ↑ 1 2 "Xəzər Ağəli oğlu İsayev". customs.gov.az (az.). Dövlət Gömrük Komitəsi. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2021.