Xelil Rufet Pasa - Wikipedia
Xəlil Rüfət Paşa (1795 – 4 mart 1856, İstanbul) — Osmanlı sultanları II Mahmud və Sultan Əbdülməcid dövrlərində kaptan-ı dərya olan Osmanlı dövlət adamı. Mahmud Cəlaləddin Paşanın atası və ilk türk sosioloqlarından Mehmed Səbahəddin bəyin babasıdır.
Xəlil Rüfət Paşa | |
---|---|
osman. داماد گرجی خلیل پاشا | |
Əvvəlki | Pabuccu Əhməd Paşa |
Sonrakı | Tahir Mehmed Paşa |
1843 – 1845 | |
Əvvəlki | Tahir Mehmed Paşa |
Sonrakı | Mehmed Əli Paşa |
1847 – 1848 | |
Əvvəlki | Mehmed Əli Paşa |
Sonrakı | Mehmed Əli Paşa |
1854 – 1855 | |
Əvvəlki | Kıbrıslı Mehmed Paşa |
Sonrakı | Mehmed Əli Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | Xəlil Rüfət Paşa türbəsi |
Fəaliyyəti | diplomat, hərbi qulluqçu |
Həyat yoldaşları |
Saliha Sultan İsmət xanım |
Uşaqları |
Ayşə Sidiqə xanım Sultan Sultanzadə Cavid bəy Sultanzadə Əbdülhəmid bəy Mahmud Cəlaləddin Paşa |
Rütbəsi | Admiral |
Həyatı
redaktəƏslən gürcü olan Xəlil Rüfət Paşa Sultan Əbdülməcid dövrünün sədrəzəmlərindən Qoca Hüsrəv Mehmed Paşanın himayəsində böyüdülən yüzə yaxın uşaqdan biriydi. Möhürdar və xəzinədar olaraq bir müddət sarayda xidmət etmişdir. 1828–1829 Osmanlı-Rusiya müharibəsi əsnasında Rusiyaya elçi olaraq göndərildi. Rusiyadan qayıtdıqdan sonra kaptan-ı dərya oldu və donanmanı yenidən qurdu. 24 may 1834-cü ildə Sultan II Mahmudun qızı Saliha Sultanla evləndi. Bu evlilikdən Ayşə Sidiqə xanım Sultan, Sultanzadə Cavid və Sultanzadə Əbdülhəmid adlı 3 övladı dünyaya gəldi. Saliha Sultanın gənc yaşda vəfatının ardından İsmət xanımla evləndi. Bu evlilikdən isə Mahmud Cəlaləddin adlı bir oğlu dünyaya gəldi.
1836-cı ildə sərdar, 1839-cu ildə ticarət naziri oldu. 1843-cü ildə ikinci dəfə kaptan-ı dərya təyin edildi. 1845-ci ildə Trabzon qubernatoru oldu. 1847-ci ildə üçüncü dəfə kaptan-ı dərya seçildi. 1848–1854-cü illərdə Aydın və Bursa qubernatoru oldu. 1854–1855-ci illərdə dördüncü dəfə kaptan-ı dərya kimi fəaliyyət göstərdi.
1856-cı ildə İstanbulda vəfat etdi və Əyyubsultandakı türbəsinə dəfn edilmişdir.
Mənbə
redaktə- Gürcistan Dostluk Derneği web sitesi Halil Rıfat Paşa sayfası Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine
- Hatice Aynur, Saliha Sultan'ın düğününü anlatan surnâmeler, 1834: Kısım. İnceleme ve tenkitli metin, Harvard University, Department of Near Eastern Languages and Civilizations, 1995, p. 8.
- Necdet Sevinç, Osmanlı sosyal ve ekonomik düzeni, Üçdal Neşriyat, 1985, p. 344.
- Osman Sak, İrfan Çalışkan, Tarihi, kültürü ve sanatıyla Eyüpsultan Sempozyumu, VII: tebliğler, Eyüp Belediyesi Kültür ve Turizm Müdirlüğü, 2003, p. 159.
- Mehmet Zeki Pakalın, Sicill-i Osmanî zeyli: Kemterî-Mehmed Tahir Bey, Türk Tarih Kurumu, 2008, p. 156.
- Ufuk Gülsoy, Osmanlı Gayrimüslimlerinin askerlik serüveni, Simurg, 2000, p. 43.
- Sinan Kuneralp, Son dönem Osmanlı erkân ve ricali, 1839–1922: prosopografik rehber, İsis, 1999, p. 75.
- Dünden bugüne İstanbul ansiklopedisi: A — Z, Türkiye Ekonomik ve Toplumsal Tarih Vakfı, 1995, v.1 p. 266.
- Belkıs Altuniş Gürsoy, Damat Mahmud Celaleddin Paşa, IX. Eyüp Sultan Sempozyumu (13–15 Mayıs 2005) Tebliğ Kitapçığı, Erişim tarihi:22.05.2013 [ölü keçid]