Xedice Muezzez Sultan - Wikipedia
Xədicə Müəzzəz Sultan (v. 12 sentyabr 1687, İstanbul, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Əhmədin anası.[1] Oğlunun səltənətini görə bilmədiyi üçün Validə sultan ola bilməmişdir.[2]
Xədicə Müəzzəz Sultan | |
---|---|
osman. خدیجہ معزز سلطان | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 12 sentyabr 1687 |
Vəfat yeri | |
Fəaliyyəti | qul[d] |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHəyatının ilk illəri və saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 1642-ci ilin yanvarında ilk övladı Ümmügülsüm Sultanı, 25 fevral 1643-cü ildə isə oğlu Şahzadə Əhmədin dünyaya gəlməsiylə Sultan İbrahimin üçüncü hasəkisi oldu. Bu dövrdə 1000 axca günlük məvacib alan Müəzzəz Sultan, bir çox tarixi mənbədə Sultan İbrahimin hərəmindəki ən gözəl qadın olduğu qeyd olunur.
8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub Sultan və Şahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar.
Qaynanasının naibəliyi dönəmində Topqapıda nisbətən rahat həyat yaşayan Müəzzəz Sultan, sarayda cərəyan edən Kösəm-Turhan sürtüşməsində qaynanasını dəstəklədi. Ancaq Mahpeykər Kösəm Sultanın yaşadığı hərəm dairəsində boğularaq qətlə yetirilməsinin ardından (2 sentyabr 1651) Validə Turhan Sultanın istəyilə Şahzadə Süleyman və Şahzadə Əhməd sarayın Şimşirlik bölümünə həbs olundular. Anaları Dilaşub Sultan və Müəzzəz Sultan isə Köhnə saraya sürgün edildilər. 36 il boyunca Köhnə sarayda sürgün həyatı yaşayan Müəzzəz Sultan bu dövrdə oğlunu yalnız ildə iki dəfə - Ramazan və Qurban bayramları ərəfəsində görə bildi.
1687-ci ilin sentyabrında Bəyazid meydanında çıxan yanğın yaxınlıqdakı Köhnə saraya sıçramış, 5 saat boyunca davam edən yanğın nəticəsində bir çox saray mənsubu xidmətçilər tərəfindən xilas edildi. Bu yanğın nəticəsində ağır yaralanan Müəzzəz Sultan ertəsi gün - 12 sentyabr 1687-ci ildə vəfat etdi. Cənazəsi Üsküdar sarayına aparılaraq sarayın həyətinə dəfn olundu. Hal-hazırda məzar yeri məlum deyil. Bəzi mənbələrdə cənazəsinin Sultan Süleyman türbəsinə dəfn olunduğu qeyd edilsə də, bu məlumat yanlışdır.[3]
Ölümünün ardından bütün əmlakı saray xəzinəsinə müsadirə edilən Müəzzəz Sultanın ziynət əşyaları isə bir neçə ay sonra taxta çıxan Sultan Süleyman tərəfindən xanımları Bəhzad, Süğlün və Şahsüvar xanımlara hədiyyə edildi. Ölümündən 4 il sonra taxta çıxan oğlu Sultan Əhməd isə ilk iş olaraq vaxtilə anasına məxsus olan bu ziynət əşyalarını yenidən müsadirə edərək saray xəzinəsinə müsadirə etdirmişdir.[1]
Mənbə
redaktə- Thys-Şenocak, Lucienne (2006). Ottoman Women Builders: The Architectural Patronage of Hadice Turhan Sultan. Ashgate. p. 89. ISBN 978-0-754-63310-5
- Akalin, Esin (October 11, 2016). Staging the Ottoman Turk: British Drama, 1656Ð1792. Columbia University Press. p. 225. ISBN 978-3-838-26919-1
- Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-6-051-71079-2
İstinadlar
redaktə- ↑ 1 2 Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken. ISBN 978-9-754-37840-5
- ↑ Peirce, Leslie (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. p. 108. ISBN 0-19-508677-5
- ↑ Süleymaniye Kanuni Sultan Süleyman Türbesi Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine - Turan Akıncı