Xedice Helime Xatun - Wikipedia
Tacünisa Xədicə Həlimə Xatun (1415 – 1500, Bursa) — 6. Osmanlı padşahı II Muradın hərəmi və Candaroğlu II Tacəddin İbrahiminin qızıdır.
Xədicə Həlimə Xatun | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1415 |
Vəfat tarixi | 1500 |
Vəfat yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Candaroğlu II İbrahim bəy |
Həyat yoldaşı | |
Uşaqları |
Şahzadə Ələddin Şahzadə Əhməd |
Həyatı
redaktəXədicə Həlimə Xatun Candaroğlu II İbrahim bəyin qızı idi. 1425-ci ildə Ədirnədə böyük bir mərasimlə II Muradla evləndirildi.[1][2] Eyni mərasimdə II Muradın bacıları Səlcuq Xatun və Sultan Xatun da Candaroğulları bəyliyindən olan şəxslərlə evləndirildi. Bu evliliklər tamamilə siyasi məqsədlər daşıyırdı. Nəticədə Osmanlı dövlətinin şərq sərhədlərinin təhlükəsizliyi təmin edildi. Bu münasibətlər gələcəkdə sultan olan II Mehmed dönəmində də davam etdirildi.
Həmin il Xədicə Həlimə Xatun ilk övladı olan Şahzadə Ələddini dünyaya gətirdi. Osmanlı ənənələrinə uyğun olaraq, oğlu ilə birlikdə Manisaya göndərildi. 1435-ci ildə Mara Brankoviç saraya gətirildi və qısa zamanda baş hərəmə çevrildi. Nəticədə Bursaya göndərilən Xədicə Həlimə Xatun bir müddət gözlərdən qıraqda həyat sürdü.
1439-cu ildə atası tərəfindən edam edilən Şahzadə Böyük Əhmədin yerinə, böyük oğlu Şahzadə Ələddin Amasiyaya hakim təyin edildi. Ancaq 1443 tarixində Şahzadə Ələddinin ani vəfat etməsi hər şeyi dəyişdirdi və Şahzadə Mehmed taxtın yeni varisi oldu.[3] 1450-ci ildə Xədicə Həlimə Xatun ikinci övladı olan Şahzadə Kiçik Əhmədi dünyaya gətirdi.
II Murad 1451-ci ildə vəfat etdi və onun bütün hərəmi Ədirnə Sarayına göndərildi. Taxta çıxan II Mehmed gələcəkdə hər hansı bir qarşıdurmanın çıxmaması üçün kiçik qardaşı Şahzadə Kiçik Əhmədi yavərlərindən Əli bəyə edam etdirdi.[4] Daha sonra isə Anadolu bəylərbəyi İshaq Paşayla zorla evləndirildi.
1457-ci ildə İshaq Paşanın vəfatı ilə dul qalan Xədicə Həlimə Xatun son olaraq 1500-cü ildə İznik şəhərində qeydə alındı. Həyatının geri qalan hissəsi bilinmir. Məzarı Bursada II Bəyazidin qızı Xədicə Sultanın türbəsində yerləşir.[5]
Mənbə
redaktə- ↑ Sakaoğlu, p.40
- ↑ Uluçay, p.31
- ↑ Babinger, p.23
- ↑ Babinger, p.65
- ↑ Necdet Sakaoğlu (2007). Famous Ottoman women Arxivləşdirilib 2022-07-02 at the Wayback Machine. Avea.