Xeber Qrammatika - Wikipedia
Xəbər_(qrammatika) - Haqqında Məlumat
Xəbər — haqqında danışılanın hərəkət və ya əlamətini bildirən cümlənin baş üzvüdür. Əsasən, sonda gəlir.
Xəbər "nə edir?" (felin bütün şəkil və zamanlarında), "kimdir?", "necədir?" ,"haradadır?" və s. suallarından birinə cavab verir.
Növləri
redaktəFeili xəbər
redaktəFeilin təsriflənən formaları (əmr, xəbər, arzu, lazım, vacib, şərt) və frazeoloji birləşmələrlə ifadə olunur. Məsələn:
- Əmr şəkli ilə — Sevdiyim kitabı götürmə!
- Xəbər şəkli ilə — Müəllim dayanmadan yazırdı.
- Arzu şəkli ilə — Kaş o bu gün gələ idi.
- Lazım şəkli ilə — Dayım sabah gələsidir.
- Vacib şəkli ilə — Şəhidlərimizin xatirələrini unutmamalıyıq!
- Şərt şəkli ilə — Axşama bizə gəlməsən, inciyərəm.
- Frazeoloji birləşmə ilə- Mən ona qulaq asmadım.
İsmi xəbər
redaktəAdlarla (isim, sifət, say, əvəzlik, zərf, məsdər, feili sifət) və ismi birləşmələrlə yaranır. Məsələn:
- İsimlə- Biz uşağıq.
- Sifətlə- Mənim Vətənim gözəldir.
- Sayla- Məndə ədəbiyyata maraq çoxdur.
- Əvəzliklə- Qardaşım sizdədirmi?
- Zərflə- Onlar irəlidədirlər.
- Məsdərlə- Mənim arzum tələbə olmaqdır.
- Feili sifətlə- Gördüklərinizin hamısı tədbirdə iştirak edənlərdir.
- İsmi birləşmə ilə- Xurşidbanu el qızıdır.
Feili xəbər hərəkət, ismi xəbər hökm bildirir. Suala cavab vermədən ismi xəbər olaraq götürülən sözlər, məsələn: var, yox, mümkün, deyil və s. predikativlər adlanır
İstinadlar
redaktə Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |