Xirdalan Seheri - Wikipedia
Xırdalan — Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan şəhər inzibati ərazi dairəsində şəhər,[2] Abşeron rayonunun inzibati mərkəzi.
Şəhər | |
Xırdalan | |
---|---|
40°26′55″ şm. e. 49°45′23″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 50 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 12 |
Poçt indeksi | AZ0100 |
Digər | |
absheron-ih.gov.az/az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəXIV əsrin əvvəllərində kənd kimi yaranan,[3] sovet dövründə isə şəhər tipli qəsəbəyə və Abşeron rayonunun mərkəzinə çevrilən Xırdalan 1930–1940-cı illərdə Binəqədi tərkibində qəsəbə, 1950-ci illərin birinci yarısında Maştağa, 1950–1960-cı illərdə yenidən Binəqədi rayonunun tabeliyinə verilmiş, Azərbaycan SSR Ali Soveti rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmış Abşeron rayonunun mərkəzi kimi fəaliyyət göstərmişdir.
1936-cı ildə şəhər tipli qəsəbə, 2 oktyabr 2006-cı ildə isə şəhər statusu almışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun inzibati ərazisindən Abşeron rayonunun Xırdalan qəsəbəsinə, ona həmsərhəd olan hissəsindən 462 ha (Sulutəpə qəsəbəsindən 208 ha, 28 May qəsəbəsindən 254 ha) verilmişdir.[4] Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 149-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Abşeron rayonunun Xırdalan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xırdalan qəsəbəsinə şəhər statusu verilmiş, Xırdalan qəsəbə inzibati ərazi vahidi Xırdalan şəhər inzibati ərazi vahidi adlandırılmışdır.[5]
Coğrafiyası və iqlimi
redaktəXırdalan şəhəri Abşeron yarımadasının qərb hissəsində, Ceyranbatan su anbarının cənubunda, Bakı və Sumqayıt şəhərləri arasında, dəniz səviyyəsindən 71 metr yüksəklikdə yerləşir. Azərbaycanın paytaxtı Bakıya qədər məsafə 5 km təşkil edir. Bölgənin seysmik aktivliyi Rixter cədvəli üzrə 8 baldır.
Regionda mülayim isti yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir. Havanın orta illik temperaturu 13.1, orta aylıq maksimal temperatur 24.6, minimum temperatur isə 2.4 dərəcədir. Havanın nəmliyi 76%, illik yağıntı 163 mm. Küləklərin əsas istiqamətləri: şimal, şimal-qərb, cənub və cənub-qərb. Küləyin orta sürəti 6,8 m/san.
Əsas texniki-iqtisadi göstəricilər
redaktə2011-ci ildə hazırlanan və 2030-cu ilə qədər hesablanan Xırdalan şəhərinin baş planı 8 aprel 2013-cü ildə təsdiq edilmişdir. Plana əsasən, şəhərin ümumi sahəsi 1702,00 ha təşkil edir. Şəhərdə 20 sənaye müəssisəsi var, onların ümumi işçilərinin sayı 1698 nəfərdir. Mənzil fondunun ümumi sahəsi 1297,8 m² təşkil edir. Təhsil obyektlərinin arasında 920 uşağın təhsil aldığı uşaq bağçaları və 7304 uşağın təhsil aldığı məktəbləri qeyd etmək lazımdır. Səhiyyə sistemi 80 çarpayılıq xəstəxana və gündə 575 xəstə üçün nəzərdə tutulmuş poliklinikalardan ibarətdir. Şəhərin içməli su təchizatı Ceyranbatan su anbarının,"Şollar" su anbarının və Masazır qəsəbəsində yerləşən gölün köməyi ilə təmin edilir. Mövcud olan kanalizasiya sisteminin əsas obyektlərinə kanalizasiya nasos stansiyası, kanalizasiya kollektoru və kanalizasiya xətti öz-özünə[aydınlaşdırma lazımdır] aiddir. Elektrik enerjisinin əsas mənbələri müvafiq olaraq istehsal gücü 220/110/35/10 və 110/35/10 kVt olan "Xırdalan" və "Əliağa Vahid" yarımstansiyalarıdır. Hələlik şəhərdə mərkəzləşdirilmiş istilik sistemi yoxdur. İstilik təchizatı 53 qazanxanaların köməyi ilə həyata keçirilir. DSX[aydınlaşdırma lazımdır] qaz təminatı mənbəyi Masazır qəsəbəsində və 71 qaz stansiyası sayılır. Abşeron telekommunikasiya qovşağına daxil olan 341/342 nömrəli ATS-in gücü 54,620 nömrə təşkil edir. Xırdalanla Bakı şəhəri arasında 135 və 119 saylı, Sumqayıt şəhəri arasında isə 523 nömrəli avtobus xətti fəaliyyət göstərir.
Əhalisi
redaktə1999-cu ildə aparılmış siyahıya almanının yekunlarına əsasən Xırdalan qəsəbəsinin əhalisi 28.576 nəfər olmuşdur.[6]
Görkəmli şəxsləri
redaktə- Mirəsədulla Mirqasımov — tibb elmləri doktoru, akademik.
- Nəbi Xəzri — Azərbaycan SSR Xalq şairi.
- Ağahüseyn Cavadov — aktyor, Azərbaycan SSR Xalq artisti
- Oqtay Mirqasımov — kinorejissor, ssenarist, Azərbaycan SSR Xalq artisti
- Mirəli Mirqasımov — heykəltaraş, Azərbaycan SSR Əməkdar incəsənət xadimi
- Teymur Rzayev — rəssam, Azərbaycan SSR Əməkdar rəssamı
- Aydın Xırdalanlı —
meyxanaçı, qəzəlxan.
- Malik Vəlibəyli(Ordubadlı) — aktyor, masabəyi.
Qalereya
redaktə-
Xırdalan Ceyranbatan gölünə mənzərə.
-
Xırdalan H.Əliyev prospekti.
-
Xırdalanda yerləşən Bakı Mühəndislik Universiteti
İstinadlar
redaktə- ↑ http://pop-stat.mashke.org/azerbaijan-cities.htm.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Kəndlə şəhərin qovuşduğu məkan". www.anl.az. 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-23.
- ↑ "Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı". 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 149-IIIQ saylı Qərarı". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "Population statistics of Eastern Europe". 2012-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-15.
Abşeron rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |