Xirdacay - Wikipedia
Xırdaçay - Haqqında Məlumat
Xırdaçay — Zəngəzurda, indiki Ermənistanda çay.
Xırdaçay |
---|
Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Sarıyataq dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Salvartıçay ilə, aşağı məhəllənin orta hissəsində isə Taxtakörpüçay və Dəliçayla birləşərək, Qarışıq adlanır və aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Xırdaçay Salvartıçay ilə yanaşı, əsas suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında mühüm rol oynayırdı. Kənddən axan digər çayların - Taxtakörpüçay və Dəliçayın təsərrüfat həyatında rolları o qədər də böyük deyildi.