Xinaliada - Wikipedia
Kınalıada (türk. Kınalıada; yun. Αντιγόνη) və ya Antigoni — Mərmərə dənizində, İstanbul yaxınlığında yerləşən ada. Şahzadə adaları qrupuna daxildir. Əhalisi 3318 nəfər təşkil edir (2000).
Kınalıada | |
---|---|
türk. Kınalıada | |
Ümumi məlumatlar | |
Sahəsi | 1,3 km² |
Uzunluğu |
|
Eni | 1,5 km |
Hündür nöqtəsi | 115 m |
Əhalisi | 3.318 nəfər (2000-ci il) |
Yerləşməsi | |
40°54′47″ şm. e. 29°03′00″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Vilayət | |
Rayon |
|
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəAda Mərmərə dənizində yerləşmiş olub Şəhdazə adalarının bir hissəsidir. İstanbul şəhərinə ən yaxın adadır. İstanbulda yerləşən liman arasında məsafə 6,5 km təşkil edir. İstanbulun Anadolu hissəsinə olan məsafə isə 3,5 km-dir. Adanın torpaq örtüyü qlrmızımtıl rəngə çalması vaxtı ilə onun ərazisindən dəmir və mis çıxarılması ilə əlaqədar olmuşdur. Bu rənginə görə adanı "xınalı ada" adlandırmışlar. Adalar qrupuna daxil olan digər adalardan fərqli olaraq meşə örtüyü azdır.
Kınalıada 1,5 km uzunluğa, 1,1 km enə malikdir. Bu Şahzadə adaları qrupunun sahəsinə görə dördüncü adasıdır. Adada üç təpə vardır:Çinar, Təşvikiyə (115 m) və İsa (93 m). İsa təpəsində monastır vardır.
Tarixi
redaktəBizans imperiyası dönəmində ada hakim ailənin üzvlərinin bir növ sürgün olunduğu ərazi kimi tanınırdı: İrina (752–803) — Bizans imperatriçası; Mixail I Ranqave (770–844) — Bizans imperatoru; Roman I Lakapin (870–948) — Bizans imperatoru; Onun oğulları Stefan və Konstantin; Feofona (yun. Θεοφανώ, X əsr) — Bizans imperatriçası; Roman IV Diogen keçmiş imperator 1071.
Nəqliyyat
redaktəAdaya İstanbuldan bərələrlə getmək olur. Katerlə 25, bərə ilə isə 40 dəqiqəlik zaman kəsiyində adaya gedilir.
Xarici keçidlər
redaktə- Kınalıada Arxivləşdirilib 2010-07-18 at the Wayback Machine
- Uzaydan Kınalıada