Xususi Tesadufi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aydın Alik oğlu Kərimov (28 may 1985, Bakı) — İdmançı, azərbaycanlı triatlon atleti[1], "METAK" şirkətinin direktoru (1 noyabr 2008-ci ildən) və "AlfaTriKlub" triatlon klubunun təsisçisi. 2018-ci ildən bu yana 3 dəfə "Ironman" yarışmasının qalibi olmuşdur.
Aydın Kərimov | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Milliyəti | azərbaycanlı |
Doğum tarixi | 28 may 1985 (39 yaş) |
Doğum yeri | |
İdman növü | Triatlon |
Komandası | AlfaTriKlub |
Həyatı
redaktəAydın Kərimov 28 may 1985-ci il tarixində Bakıda anadan olmuşdur. Milliyyətcə ləzgidir. Atası elmlər namizədi, METAK şirkətinin təsisçisidir; anası kafedra dosentidir, orta məktəbdə müəllimə işləmişdir.
Gənclik illərində Kərimov breykdans, kapoeyra, üzgüçülük və kikboksinq ilə maraqlanmışdır.
2002-ci ildə 153 saylı orta məktəbi fərqlənmə şəhadətnaməsi ilə bitirdikdən sonra, o, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İdarəetmə fakültəsinə daxil olmuşdur. Oxuduğu ilk iki ilin yay tətillərində "METAK" şirkətinin müxtəlif sexlərində işləmişdir. Üçüncü kursu bitirdikdən sonra ingilis dilini təkmilləşdirmək üçün Böyük Britaniyaya yollanmışdır. ADİU-da oxuduğu zaman bir müddət Qafqaz İnkişaf Bankında təcrübə keçmişdir.
Təhsil aldığı müddətdə Kərimov müxtəlif xeyriyyə tədbirlərinin fəal iştirakçısı, Donate.az xeyriyyə forumunun təsisçisi və iki il ərzində rəhbəri olmuşdur. Bu müddətdə Donate.az komandası bir neçə uğurlu ianə toplama tədbirlərinə imza atmış, nəticədə uşaq evlərində müxtəlif tədbirlər keçirilmiş, uşaqlara hədiyyələr paylanmış və təmir işləri görülmüşdür.
Kərimov 2006-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Unversiteti bitirdikdən sonra Aydın Kərimov Almaniyada magistratura proqramına daxil olmuşdur. Uzun seçim mərhələsindən sonra o, Ştutqart Texnologiya və İdarəetmə İnstitutunun (SIMT, Stuttgart Institute of Technology Management) Texnologiya və İnnovasiyaların İdarə Edilməsi fakültəsinin MBA bölümünü seçmişdir.1 noyabr 2008-ci il tarixindən etibarən Kərimov "METAK"-da öz fəaliyyətinə kommersiya direktoru kimi başlamışdır. Şirkət sürətlə inkişaf etməyə başlamış və işçi heyətin hər il artdığı müşahidə olunmuşdur. Change Management (dəyişikliklərin idarə olunması) kimi işlərin öhdəsindən gələ bilmək üçün Kərimov Almaniyada əldə etdiyi nəzəri biliklərdən faydalanmalı olmuşdur. Onun əsas vəzifəsi şirkəti respublika bazarında tanıtmaqla yanaşı iş axtaran şəxslər üçün də cəlbedici etmək idi.
1 may 2012-ci ildə Kərimov "METAK" şirkətinin direktoru təyin olunmaqla öz perspektiv məqsədlərini tətbiq etmək üçün daha geniş imkanlar əldə etmişdir. İdarəetmə sisteminin əsas və ən dəyərli meyarı hər zaman şirkətin əməkdaşları və onlarla münasibətlər olmuşdur. Düzgün kadrların seçilməsi və əməkdaşlara ailə dəyərlərinin aşılanması həmişə şirkətin əsas prioritetlərindən biri olmuşdur. 2008-ci ildə şirkətdə cəmi 150 işçi çalışdığı halda 2012-ci ildə onların sayı artıq 300 çatmışdı. Tikinti sahəsinin sürətli inkişafı və yenidən maliyyələşdirmə siyasəti şirkətə yeni istehsal sahələri və iş yerləri yaratmaq imkanı qazandırmışdır. İstehsal imkanlarının genişləndirilməsi və uğurlu reklam siyasəti sayəsində şirkət rəhbərliyi qarşıya qoyulmuş məqsədə uğurla nail olmuş və 2018-ci ildə 770 nəfərdən çox işçi heyəti ilə Azərbaycanın ən böyük şirkəti olmuşdur. Bu müddət ərzində şirkət həm də Azərbaycan fond bazarına qiymətli kağızlar buraxan ilk şirkətlərdən biri olmuşdur.[2][3]
Aydın Kərimovun rəhbərlik etdiyi şirkət, 2022-ci ildə "PAŞA Bank"ın tərəfdaşlığı və Deloitte Azərbaycan şirkətinin təşkilatçılığı ilə keçirilən "Best Managed Companies Azerbaijan 2022" müsabiqəsinin qalibi olur.[4]
Karyerası
redaktəTəhsil aldığı müddətdə Kərimov idarəetmə sahəsində bir çox yeni biliklər əldə etməklə yanaşı idmana da xeyli maraq göstərmişdir. Beləliklə, Kərimov o zaman nail olunması mümkünsüz görünən "Ironman" (dəmir adam) titulunu qazanmağı qəti şəkildə öz yeni hədəfi seçmiş, atletik olmayan bədənini və "oturaq" həyat tərzini kökündən dəyişmək qərarına gəlmişdir. Bunun üçün o, asudə vaxtı daxil olmaqla gündəlik fəaliyyət qrafikinə dəyişikliklər etməli olmuşdur. Cəmi altı ay ərzində Kərimov tamamilə fərqli görünməyə başlamışdır. Artıq idman onun gündəlik nizam-intizam sisteminin əsasını təşkil edirdi. Korporativ mühitə də sirayət etmiş bu nizam-intizam sayəsində Kərimov qlobal məsələlərə daha çox vaxt ayırmağa, onlara yanaşmasında strateji imkanlara daha çox üstünlük verməyə, orta səviyyəli rəhbər heyətə qərarları təkbaşına qəbul etməyə imkanlar yaratmağa başlamışdır.
2018-ci illərdə Kərimov triatlon həvəskarları üçün "AlfaTriKlub" klubunu və ironman.az saytını təsis etmişdir.
Aydın Kərimovun iştirak etdiyi ilk beynəlxalq triatlon yarışı, 23 avqust 2018-ci il tarixində İtaliyanın "Cervia Emilia Romagna" kommunasında baş tutmuşdur.[1]
O, 2019-cu ildə Barselonada keçirilən yarışda ilk dəfə "Dəmir məsafə"ni 10 saat 57 dəqiqəyə qət etmişdir. 2022-ci ildə Kərimov, "Triatlon"un IRONMAN 70.3 növu üzrə dünya çempionatına vəsiqə qazanmış və bu tədbirdə Azərbaycanın bayrağını yüksəltmiş ilk həvəskar idmançı olmuşdur.[5][6][7]
İstinadlar
redaktə- ↑ 1 2 "KARIMOV AYDIN". https://ironman.az (az.). 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-23.
- ↑ "Arxivlənmiş surət". 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-14.
- ↑ "Arxivlənmiş surət". 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-14.
- ↑ marja.az. ""PAŞA Bank"ın tərəfdaşlığı ilə keçirilən "Best Managed Companies Azerbaijan 2022" müsabiqəsinin qalibləri bəlli olub". marja.az (az.). 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-23.
- ↑ "Dünya çempionatının ilk azərbaycanlı iştirakçısı - FOTO". oxu.az (az.). 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-23.
- ↑ marja.az. "Bayrağımızın dalğalandığı ilk Dünya Çempionatı - FOTO, VİDEO". marja.az (az.). 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 noyabr 2022.
- ↑ media.az. "Наш спортсмен впервые на чемпионате мира Ironman развеял флаг Азербайджана - ФОТО/ВИДЕО". media.az (rus). 2022-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-23.