Xurrem Qadinefendi - Wikipedia
Xürrəm Qadın Əfəndi (d. 6 dekabr 1692 - ö. 25 iyun 1760) - 23. Osmanlı padşahı III Əhmədin hərəmi.
Xürrəm Qadın Əfəndi | |
---|---|
Diana Yekaterina Nazimova | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Moskva |
Vəfat tarixi | (67 yaşında) |
Atası | Aleksandr Nazimov |
Anası | Mariya Yefimova |
Həyat yoldaşı | III Əhməd |
Uşaqları | Şahzadə İsa, Şahzadə Səlim, Şahzadə Mehmed, Şahzadə Abdullah və Şahzadə Orxan |
Həyatı
redaktəXürrəm Qadın Əfəndi rus pravoslav əsilli tanınmış bir ailənin qızı idi. 6 dekabr 1692 tarixində Aleksandr Nazimov və Mariya Yefimovanın qızı olaraq Moskvada dünyaya gəldi. Əsl adı Diana Yekaterina Nazimovadır. Uşaqlıq illərində mükəmməl təhsil aldı. 1701-ci ildə tatar yürüşləri əsnasında 9 yaşlı qızcığaz əsir alınaraq İstanbula gətirilir. Elə həmin il Osmanlı hərəminə daxil olan Diana dövrün Validə sultanı Əmətullah Gülnuş Sultanın diqqətini cəlb etdi. İslamı qəbul edən və hərəmxana tərbiyəsi alan Diananın adı dəyişdirilərək Xürrəm qoyuldu. Ard-arda 5 oğul övladı dünyaya gətirdi: Şahzadə İsa (23 fevral 1706 - 25 may 1706), Şahzadə Səlim (6 sentyabr 1707 - 4 may 1708), Şahzadə Mehmed (17 oktyabr 1712 - 15 iyul 1713), Şahzadə Abdullah (18 dekabr 1719 - 19 dekabr 1719) və Şahzadə Orxan (1722). Ancaq övladlarının kiçik yaşlarda vəfat etməsilə qısa zamanda gözdən düşdü və Köhnə saraya göndərildi. Bir müddət burda qaldıqdan sonra Moskvaya geri döndü və burada İslamın yayılmasına böyük təkan verdi. 25 iyun 1760 tarixində burada vəfat etdi. Cəsədi İstanbula gətirilərək övladlarının yanına dəfn edildi.[1]
Mənbə
redaktə- ↑ Fanny Davis (1986). The Ottoman Lady: A Social History from 1718 to 1918. Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine Greenwood Publishing Group. ISBN 978-0-313-24811-5.