Xücənd FK (fars.دسته فوتبال خجند, Dastai Futboli Xujand) — Xücənd şəhərini təmsil edən Tacikistan futbol klubudur. Hal-hazırda Tacikistan Liqasında mübarizə aparır və liqanın ən güclü klublarındandır.
Xücənd FK əvvəllər Miner kimi tanınan Pomir adlanan klubun məşq bazasında 1976-cı ildə yaradılmışdır. Klubun ilk baş məşqçisi Vladimir Burin olmuşdur. Xücənd FK 15 ilə yaxın Mərkəzi Asiyanın Çempionlar Liqasının B Liqasında mübarizə aparmışdır. Xücənd FK öz ev oyunlarını Spartak Stadionunda keçirir. Stadion şəhərin mərkəzində yerləşmişdir. Xücənd FK-ın bu liqada ən yaxşı göstəriciləri 1983 və 1986-cı illərdə 8-ci, 1990-cı ildə ikinci, 1991-ci ildə isə üçüncü yeri tutması olmuşdur. Tacikistan müstəqilliyini elan etdikdən sonra Xücənd FK 1998, 2002 və 2008-ci ildə Tacikistan Kubokunun qalibi olmuşdur.[1]