Wella - Wikipedia
Wella - Almaniyanın Darmştadt şəhərində yaradılmış dünya səviyyəli kosmetik məhsulların və qadın baxım ləvazimatlarını istehsalı ilə məşğul olan şirkət. 1880-cı ildə yaradılmış şirkət fəaliyyətinin 123-cü ilində Procter & Gamble şirkətinin tərkibinə daxil olmuşdur. Bu gün Wella məhsulları dünyanın 150 ölkəsinə idxal olunur.
Wella | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | kosmetik vasitələr |
Təsis tarixi | 1880 |
Baş qərargahın yeri | Darmştadt, Almaniya |
Struktur | |
Ana şirkət | Procter & Gamble |
Rəhbərlik | |
Təsisçi | Franz Ströher |
www.wella.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1880-cı ildə Darmştadt şəhərində qadın bərbəri kimi işləyən Franz Ströher bu sahədə olan biliklərini biznes mühütində sınamaq qərarına gəlir. Bu baxımdan atılan ilk addım Ströher tərəfindən həmin şəhərdə kiçik dükkanın açılması və hazırlanan məhsualları oradan satılması ilə başlayır. İlk dövrlərdə satılan məhsulların tərkibinə qadın parik saçlarının hazılanmasında istifadə edilən məhsullardan vurulurdu. XIX əsrin sonlarına yaxın Almaniyada parik saçların istifadəsi qadınlar arasında dəb halına almışdı. Bu səbəbdən Wella tərəfindən istehsal edilən ilkin məhsullar Darmştadt şəhərində yaşayan xanımların diqqətini çəkə bilir. Qısa zamanda Franz Ströherin oğullarıda ataları tərəfindən yaradılan biznesə qoşulurlar və onların əsas işi hazır qadın tül saçlarının satışı ilə məşğul olmaq olur.
XX əsrin əvvələrində ailə şirkəti olaraq fəaliyyət göstərən Wella sürətlə böyüməyə başlasada, Avropada da təsirləri hiss edilən maliyyə böhranları şirkətdən yan keçmir və nəticədə əldə edilən qazancın böyük hissəsi ziyanların ödənilməsinə sərf edilir. Birinci dünya müharibəsinin ardından Avropa qadınlarının geyim tərzində müəyyən dəyişikliklər baş verməyə başlayırdı. Bu dəyişiklilər özünü İkinci dünya müharibəsinin bitməsi ilə daha aşkar formada büruzə verdi. Artıq Avropada əvvəllər olduğu kimi parik saçların taxılması dəb hesab edilmirdi. Qadınlar qısa saçların kəsilməsinə və belə saxlanılmasına üstünlük verməyə başlamışdılar. Mövcud vəziyyəti nəzərə almağa çalışan Franz Ströherin ailə şirkətinin biznes istiqamətini qadın peruklarının istehsalından vitrinlər üçün maneken formalarının hazırlanması istiqamətində dəyişdirdi.
Artıq Wella qadın paltarları satılan dükkanlar üçün qadın paltar maketləri və müxtəlif akksessuarların istehsalı ilə məşğul olurdu. 1927-ci ildə ailə tərəfindən alınan perma mexaniki maşını nəticəsində şirkət özünün ilk perma məhsulunu (ing. Wella) və daha sonra isə ilk saç müdafiə vasitəsini (ing. Kolestral) istehsal edir. Bu zamana qədər ailənin soyadı ilə adlandırılan şirkətə istehsal edilən ilk perma məhsulun yəni Wella adı verilir. İstehsal edilən məhsullar qısa zamanda böyük marağa səbəb olur və 1931-ci ildə Amerika Birləşmiş Ştatları, 1932-ci ildə isə Böyük Britaniya və İsveçdə olan sahibkarlarla biznes münasibətləri formalaşadırılır.
İkinci dünya müharibəsi bütün Avropa iqtisadiyyatı üçün ağır bir imtahan oldu. Xüsusi ilə Almaniya iqtisadi demək olar ki, müharibənin əsasən bu ərazilərdə aparılması səbəbindən məhv olmuşdu. Müharibə illərində və müharibədən sonrakı bir necə il ərzində Wella fərqləndirici istehsal ilə yadda qalmadı.
1950-ci ildə şirkətin yeni saç kremi olan (ing. Kolestral) təqdim edildi. Kolestral qadınlar tərəfindən böyük maraqla qarşılandı və yüksək satış rəqəmləri əldə etdi. Şirkətin bu markadan əldə etdiyi gəlir nəticəsində Wella maliyyə durumunu xeyli yaxşılaşdırdı və yeni digər məhsullarının istehsalı istiqamətində əməli fəaliyyətə keçdi. XX əsrin ilk yarısının sonunda artıq şirkət qadınlar üçün kosmetik məhsulların və şəxsi qayğı məhsullarının istehsalı sahəsində peşəkarlaşmışdı. 1980-cı ildə şirkətin 100 illik yubleyi təntənəli formada qeyd edildi. Bu müddət ərzində Ströher ailəsi şirkəti özündə saxlamağı bacarmışdı. Ancaq Wella 1983-cü ildə Nyu-York Fond Birjasında baş tutan satış nəticəsində əl dəyişdirdi. Şirkətin yeni sahibləri 1990-2000-ci illər ərzində qadınlar üçün müxtəlif saç rənglərinin istehsalı sahəsində daha zəngin fəaliyyət göstərdilər.
2003-cü ildə Wella Procter & Gamble şirkəti tərəfindən satın alındı. 2000-ci ildə qəbul edilmiş qərara əsasən Wella özünün 3 hədəf qrupunu müəyyənləşdirdi:
2013-cü ilin 5 iyun tarixində Wella şirkətinin bazar qiyməti 1 milyard dollara çatdı. Bununla da Wella Procter & Gamble şirkətinin 14-cü 1 milyardlıq şirkəti oldu. Wella zəngin tarixi ilə eyni zamanda İvory sabunlarından sonra (1879) Procter & Gamble şirkətinə daxil olan ən köklü şirkətdir. Bu gün Avropa və Şimali Amerika bazarına öz yerini tutan Wella dünyanın 150 ölkəsinə ixrac edilir.