Vulkanologiya - Wikipedia
Vulkanologiya — yerin daxilində baş verən dəyişikliklər nəticəsində maqmanın xaric olması ilə müşahidə edilən geoloji struktur olan vulkanları öyrənən elm.
Maqma Yer səthinə vulkan boğazı və ya vulkan kanalı vasitəsilə püskürür. Vulkanın səthdə püskürdüyü yerdə əmələ gələn qıfvari çökəklik krater adlanır. Vulkanlar çox güclü olduqda onların kraterləri kiçik olur və yaxud heç olmur. Diametri 1500 metrdən artıq olan krater kaldera adlanır. Ən böyük kaldera Yaponiyadakı Aso, Filippindəki Apo vulkanlarının kalderasıdır. Yer səthinə çıxan qazları uçmuş, soyumuş maqma – lava, vulkan boğazında bərkimiş lava isə nekk adlanır. Başqa sözlə desək, müəyyən vaxtdan sonra eroziya və denudasiya nəticəsində vulkanik dağ aşınır və vulkan boğazında soyumuş lava qayalı təpə əmələ gətirir ki, buna da nekk deyilir. Məsələn, Qazax rayonundakı Göyəzən dağı. Vulkan püskürən zaman odlu maqmanın temperaturu 850º – 1250 °C arasında olur.
Geomorofloji termin
redaktəVulkanologiya- (rus. вулканология, ing. volcanology) (vulkan sözündən və yun. logos- söz, elm)- vulk. əmələ gəlmə səbəbini, inkişafını, quruluşunu, püskürmə məhsullarının tərkibini, fəaliyyət xarakterinin dəyişilməsi, eləcə də yer səthində vulk. yerləşməsi qanuauyğunluqlarını öyrənən elm.[1]
Vulkan növləri
redaktəFəaliyyətdə olan vulkanlar
redaktəPüskürməsi haqqında əldə tarixi yazılı məlumat olan vulkanlara fəaliyyətdə olan vulkanlar deyilir. Yer üzərində 817 fəal vulkan qeydə alınmışdır ki, onlardan 620-si yaxın zamanlarda püskürmüşdür. Fəaliyyətdə olan vulkanların təqribən 75 %-i Sakit okeanın odlu qurşağı və Böyük Zond adalar qövsündə yerləşir. Zəlzələlər kimi vulkanlar da cavan, seysmik ərazilərdə, tavaların sərhədində daha çox müşahidə edilir. İtaliyada –Vezuvi (1281 m), Etna (3323 m), Stramaboli, İslandiyada – Hekla (4191 m), Rusiyadakı Kamçatka yarımadasında – Klyuçovskaya Sopka (4688 m), Avaçinskaya Sopka, Yaponiyada – Fudziyama (3776 m), Zond adalarında – Kerinçi (3800 m), Slamet (3430 m), Aquna, Amerikada yerləşən Havay adlarında – Mauna Loa, Mauna Kea, Kilauea, Cənubi Amerikada – Kotopaxi (5897 m), San-Pedro (5974 m), Ruis (5400 m), Şimali Amerikada Meksikada – Orisaba (5747), Taxumulko (4220 m), Şasta (4317 m), Reynir (4392 m), İndoneziyada – Krakatau (813 m), Yeni Zelandiyada – Ruapexu (2797 m), Şərqi Afrikada – Klimancaro (5895 m), Qərbi Afrikada – Kamerun (4070 m), Antraktidada – Erebus (3794 m) və s. fəaliyyətdə olan ən məşhur vulkanlardır. Bizim eranın 79-cu ilində Vezuvinin püskürməsi nəticəsində Neapolun cənubundakı Pompey şəhəri bütünlüklə vulkan külünün altında qalmışdır. Etna vulkanı hər 10 ildən bir güclü püskürür.
Sönmüş vulkanlar
redaktəPüskürməsi haqqında əldə heç bir tarixi yazılı məlumat olmayan vulkanlara sönmüş vulkanlar deyilir. Yer kürəsinin sönmüş vulkanları daha çoxdur. Onlar haqqında heç bir məlumat olmasa da, vulkan külləri, kraterlər, vulkan konusları nə vaxtsa burada çox güclü vulkanizm prosesinin olmasını sübut edir. Alp dağlarında, Türkiyədə – Böyük Ağrı, Kiçik Ağrı, Böyük Qafqaz dağlarında – Elbrus (5642 m), Kazbek (5033 m), Azərbaycanda Kiçik Qafqaz dağlarında – Böyük İşıqlı, Qızılboğaz (3550 m), Axar-Baxar, Gəlinqaya,Yaponiyada — Fudzi (3777m),Cənubi Amerikada – Çimboraso (6310 m), Lyulyaylyako (6723 m), İranda – Savalan (4821 m), Səhənd (3722 m), Dəmavənd (5604 m) və s. ən məşhur sönmüş vulkanlardır. Qədim vulkan püskürmələrinin izləri Qarabağ vulkanik yaylasında da öz izlərini saxlamışdır. Bəzən sönmüş hesab edilən vulkanlar yenidən fəaliyyətə başlayır. Belə vulkanlarıyatmış vulkan adlandırırlar. Məsələn, 1960-cı ildə Çilidə zəlzələ zamanı sönmüş vulkan hesab edilən 9 vulkan püskürdü.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Vulkanologiya // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.