Voxcaberd - Wikipedia
Oxçu berd, Oxçubert, Voxçaberd - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd.[2]
kənd | |
Voxçaberd | |
---|---|
40°09′59″ şm. e. 44°38′54″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Qırxbulaq mahalı]] |
Rayon | [[Ellər rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.700 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Digər | |
kotayk.mtad.am/about-com… | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Voxçaberd formasında qeyd edilir[3].
Toponim əvvəlinə «v» samiti sonradan artırılmışdır. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə İrəvan qəzasının İrəvan nahiyyəsində Oxçaberd kəndi olduğu göstərilir[4].
Oxçubert, kəndin ilkin və qədim adıdır[3][5].
Toponim «Kitabi-Dədə Qorqud»da adı çəkilən Ənsə Qoca oğlu Oxçu əsasında yaranan oxçu türk etnoniminə türk dilində «çətin keçilən yer, əl çatmaz yer» mənasında işlənən bert (> berd) sözünün[6][7] qoşulması ilə əmələ gəlmişdir. «Oxçu tayfasına məxsus yaşayış yeri» mənasını bildirir.
Bert sözü urartu dilində «şəhər» mənasında patar formasında işlənmişdir[8]. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
redaktəKənddə 1831-ci ildə 73 nəfər, 1873 - cü ildə 180 nəfər, 1886-cı ildə 1'43 nəfər, 1897-ci ildə 171 nəfər, 1904 - cü ildə 156 nəfər, 1914 - cü ildə 298 nəfər[9], 1918-ci ilin yanvarında 493 nəfər[10] azərbaycanlı yaşamışdır.
1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş[10], kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 38 nəfər 1931-ci ildə 28 nəfər azərbaycanlı yaşamışdır[9].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə azərbaycanlılar 1948-1949 - cu illərdə deportasiya olunaraq zorla Azərbaycana köçürülümüşdür. İndi ermənilər yaşayır.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46
- ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.159
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.53, 197
- ↑ Молчанова О.Т. Структурные типы тюркских топонимов Горного Алтая, Саратов, Издство Саратовского Университета, 1982. s.239
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.83
- ↑ Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.81
- ↑ 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.46-47, 126-127
- ↑ 1 2 История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.216