Volfqanq Pfals Cvaybrukgen Hersoqu - Wikipedia
Volfqanq (alm. Pfalzgraf Wolfgang von Zweibrücken; 26 sentyabr 1526, Çvaybrükgen – 11 iyun 1569) — Vittelsbax sülaləsindən 1532-ci ildən Pfals-Çvaybrükgen hersoqu. Qəyyumu olan əmisi Rupertin (sonradan Veldenz qrafı oldu) dəstəyi ilə Volfqanq 1537-ci ildə Çvaybrükgenə Reformasiyanı gətirmişdi.
Volfqanq | |
---|---|
1532 – 1569 | |
Əvvəlki | II Lüdviq |
Sonrakı | İohann |
Əvvəlki | Otto Henri və Filipp |
Sonrakı | Filipp Lüdviq |
Əvvəlki | II Lüdviq |
Sonrakı | Rupert |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 sentyabr 1526 |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyun 1569 (42 yaşında) |
Vəfat yeri | Nekson, Yuxarı Vyenna, Fransa |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | əsilzadə |
Uşaqları | |
Ailəsi | Vittelsbax sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəO 1526-cı ildə doğulmuşdu, Çvaybrükgen hersoqu II Lüdviqin və Hesse-Kassel landqrafı I Vilhelmin qızı Elizabetin yeganə oğlu idi. Atası 1532-ci ildə vəfat etdiyinə görə, qəyyumluq 1543-cü ilə qədər əmisi Rupertə keçdi. 1557-ci ildə Volfqanq Haydelberq müqaviləsinə uyğun olaraq Pfals-Noyburq ərazisini aldı. 1548-ci ildə Müqəddəs Roma İmperatoru V Karl onun protestant torpaqlarını işğal etdi və katolik ənənələrini bərpa etdi. Bu tətbiq 1552-ci ildə başa çatdı. 1555-ci ildə Auqsburq sülhü dini münaqişəyə son qoydu və 1557-ci ildə Almaniyada bir neçə yepiskopluqlar dövlətin əlinə keçdi, onlardan bir neçəsini Volfqanq əldə etdi. 1566-cı ildə Ziqetvarın mühasirəsi zamanı süvari zabiti kimi xidmət etmişdir.
1569-cu ildə Fransa dini müharibələrinin "Üçüncü Müharibəsi" zamanı (onun müdaxiləsi İngiltərə kraliçası I Yelizaveta tərəfindən maliyyələşdirilmişdi) 14.000 muzdlu ilə fransız Hugenotlarının köməyinə gəldi. O, Burqundiyanı işğal etdi, lakin döyüşlərdən birində öldürüldü. Mayzenhaym şəhərində dəfn edilib.
Varisləri
redaktəÖlümündən sonra Volfqanqın qalan torpaqları beş oğlu arasında bölündü və beləliklə sülalənin üç qolunu yaratdı: Filipp Lüdviq (Pfals-Noyburq qolu), İohann (Pfals-Çvaybrükgen qolu) və Karl (Pfals-Birkenfeld qolu). Onun digər oğulları Otto Henri və Frederikin sağ qalan oğulları yox idi, ona görə də onların torpaqları tezliklə digər qollara birləşdirildi. Pfals-Noyburq qolu 1685-ci ildə Pfals kürfürstlüyünü və onun qolu Pfals-Sulzbax isə 1777-ci ildə Bavariyanı miras aldı. Daha sonra bu torpaqlar 1799-cu ildə Pfals-Birkenfeld qoluna miras qaldı. Onun nəslindən gələn Pfals-Çvaybrükgen-Kliburq sülaləsi 1654-cü ildə İsveç taxtını qazanmışdı.
Ailəsi
redaktə1545-ci ildə Hesse landqrafı I Filippin qızı Hesseli Anna ilə evlənmişdi. Övladları[1]:
- Kristina (1546–1619).
- Filipp Lüdviq (1547–1614)
- İohann (1550–1604)
- Dorotea Agnes (1551–1552).
- Elizabet (1553–1554).
- Anna (1554–1576).
- Elizabet (1555–1625).
- Otto Henri (1556–1604)
- Frederik (1557–1597)
- Barbara (1559–1618), 7 noyabr 1591-ci ildə evləndi Yotinqen-Yotinqen qrafı Qottfridlə evləndi
- Karl (1560–1600)
- Maria Elizabet (1561–1629), 1585-ci ildə Leyninqen-Daqsburq-Hardenburq qrafı XII Emix ilə evləndi.
- Süzanna (1564–1565)
İstinadlar
redaktə- ↑ "Wolfgang, Pfalzgraf von der Pfalz". Geneanet (alman).