Vladislav Artemyev - Wikipedia
Vladislav Artemyev (rus. Владислав Артемьев; doğ. 5 mart 1998) — Rusiya şahmatçısı, qrosmeyster (2014).
Vladislav Artemyev | |
---|---|
rus. Владислав Артемьев | |
Ölkə | Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Omsk, Rusiya |
Titulu | qrosmeyster (2014) |
Son reytinqi | 2691 (dekabr 2017) |
Maksimal reytinqi | 2696 (oktyabr 2013) |
FİDE nömrəsi | 24101605 |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəYeddi yaşından şahmatla məşğul olmağa başlayıb.[1] İlk məşqçisi Vladimir Aleksandroviç İndrikovdur.
2011-ci ildə 14 yaşadək oğlanlar arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub.[2] 2012-ci ildə Rusiya yığmasının heyətində yeniyetmələr arasında şahmat olimpiadasının qalibi olub. 2013-cü ildə U-20 Rusiya birinciliyinin,[3] 2015-ci ildə isə Rusiya çempionatının yüksək liqasının (1–3, Motılyov və Bukavşini əlavə göstəricilərə görə üstələyib) qalibi olub.[1] 2015-ci ldə Rusiya çempionatının superfinalında 4–7-ci yerləri bölüşdürmüşdür.[4] Avropa çempionatının iştirakçısıdır (2014; 10–24-cü yerləri bölüşüb).[5] Rusiyanın komanda birinciliyində Kazanı təmsil edən "Ladya" komandasının heyətində çıxış edir.
2019-cu ildə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilmiş şahmat üzrə şəxsi Avropa çempionatının qalibi olub.[6]
İstinadlar
redaktə- ↑ 1 2 "Владислав Артемьев: «Играя чёрными, легче рисковать»". 2015-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
- ↑ "Заметки в пути, или Немного о молодом омском шахматисте". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
- ↑ "Кашлинская и Артемьев – чемпионы России среди юниоров • Официальный сайт Шахматной федерации Москвы". 2018-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
- ↑ "Chess-Results Server Chess-results.com - Суперфинал 68-го Чемпионата России по шахматам среди мужчин". 2016-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
- ↑ "Chess-Results Server Chess-results.com - European Individual Ch. 2014". 2016-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.
- ↑ "Россиянин Артемьев стал чемпионом Европы по шахматы". ТАСС. 2019-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-30.
Xarici keçidlər
redaktə- FIDE Chess profili
- Chess-DB.com profili Arxivləşdirilib 2016-08-07 at the Wayback Machine (ing.)
- Chessgames.com profili (ing.)
- 365Chess.com profili (ing.)