Vladimir Roxlin - Wikipedia
Vladimir Abramoviç Roxlin — yəhudi riyaziyyatçı, alim.
Vladimir Roxlin | |
---|---|
Влади́мир Абра́мович Ро́хлин | |
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Leninqrad, SSRİ |
Dəfn yeri | |
Uşağı | Vladimir Roxlin (II) |
Atası | Abram Roxlin |
Anası | Henrietta Levenson |
Milliyyəti | yəhudi |
Təhsili | Moskva Dövlət Universiteti |
Fəaliyyəti | riyaziyyatçı, topologist, universitet müəllimi[d] |
Həyatı
redaktə1919-cu ildə Bakı şəhərində doğulmuşdur.[1] Abram Roxlinin oğlu idi. Anasını 4 yaşında itirən Vladimir 1935-ci ildə Moskva Dövlət Universitetinə qəbul olmuş, 1941-ci ildə cəbhəyə könüllü getmiş, Nasist Almaniyasında əsir düşmüşdür. 4 il burada əsir qalmış, 2 il də Sovet düşərgələrində saxlanmışdır. Müəllimləri Andrey Kolmoqorov və Lev Pontryaginin səyləri nəticəsində azad edilərək riyaziyyata qayıtmışdı.[2] 1959-cu ildən sonra Leninqradda riyaziyyat dərsi demiş, həndəsə, ehtimal nəzəriyyəsi, entropiya barədə önəmli işlərə imza atmışdır.[1] Roxlin teoreminin müəllifidir. 1984-cü ildə vəfat etmişdir.
Ailəsi
redaktəAbram Roxlin və Henrietta Levensonun oğlu, Emmanuil Levensonun nəvəsi, Korney Çukovskinin bacısıoğludur. Riyaziyyatçı Vladimir Vladimiroviç Roxlinin atasıdır.
İstinadlar
redaktə- ↑ 1 2 A. M. Vershik (1989). Vladimir Abramovich Rokhlin—A biographical tribute (23.8.1919–3.12.1984) Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Ergodic Theory and Dynamical Systems, 9, səh 629-641. doi:10.1017/S0143385700005265.
- ↑ В поисках утраченной топологии (под редакцией Л. Гийу и А. Марена), — Москва: Мир, 1989 (стр. 9).