Vladimir Komarov - Wikipedia
Vladimir Leontyeviç Komarov (rus. Влади́мир Лео́нтьевич Комаро́в; 1 (13) oktyabr 1869[2][3][…], Sankt-Peterburq[4][6] – 5 dekabr 1945[4][2][…], Moskva[4]) — Rusiya botaniki və coğrafiyaşünası.
Vladimir Leontyeviç Komarov | |
---|---|
rus. Влади́мир Лео́нтьевич Комаро́в | |
Doğum tarixi | 1 (13) oktyabr 1869[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 dekabr 1945[4][2][…] (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | botanika, coğrafiya, Botaniki coğrafiya[1] |
Elmi dərəcələri | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Canlı təbiətin sistematiki | |
---|---|
Tədqiqatçı, botanika taksonlarını təsnif edən. Beynəlxalq Botaniki Adlandırma Kodeksində bu ad qısaldılmış şəkildə belə göstərilir: «Kom.».
Bu cür taksonlar IPNI saytında Şəxsi səhifə IPNI saytında |
Həyatı
redaktəAkademik Vladimir Leontyeviç Komarov 13 oktyabr 1869-cu ildə Peterburqda (indiki Sankt-Peterburq) hərbçi ailəsində anadan olmuşdur. Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsinin Təbiət tarixi bölməsini bitirmişdir (1894).
V.L.Komarov botanika ixtisası üzrə magistr (1902), elmlər doktorluğu elmi dərəcəsini (1911) almış, Peterburq Universiteti və başqa ali məktəblərdə tədris işi aparmışdır (1903-1906). Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1914), həqiqi üzvü (1920), vitse-prezidenti (1930-1936), SSRİ Elmlər Akademiyasının prezidenti (1936-1945) seçilmişdir.
V.L.Komarov botanika elminin sistematika, floristika, filogeniya, bitki coğrafiyası və s. sahələrində bir çox elmi yeniliklər etmişdir. Asiya qitəsinin bütünlüklə Rusiya hissəsi, Monqolustan və Çinin bitkiliyini, sistematik tərkibini ətraflı öyrənmişdir. Uzaq Şərqin bir çox vilayətlərindən başqa, Sayana və Baykalətrafını, daha sonra bütün Sibiri və Yakutiyanın geniş ərazilərini xarakterizə etmişdir. Ümumən Uzaq Şərqə aid 222 növ onun tərəfindən təsvir edilmiş, bioloji xüsusiyyətləri göstərilmişdir. V.L.Komarov bitkilər aləminin təkamülünə, coğrafi yayılmasına, filogenetik sisteminin qurulmasına aid nəzəri fikirlər irəli sürmüş, flora və bitki örtüyünün meridional zonallığı, filogenetik sıralar haqqında yeni nəzəriyyələr yaratmışdır.
V.L.Komarov elmin, xüsusilə botanika elminin görkəmli tarixçisi idi. O, bitki sistematikasının əsasını qoymuş K.Linney, I.-B.Lamark, bitki fiziologiyası sahəsində görkəmli alim K.A.Timiryazev və başqalarının bitki sistematikası, filogeniyası, fiziologiyası haqqında elmi işlərini analitik təhlil etmiş, fikirlərinə münasibət bildirmiş, üstünlüklərini göstərmiş və bu sahələrdə aparılacaq tədqiqatların istiqamətlərini vermişdir. O, floranın tarixini bərpa etməklə, müxtəlif floristik komplekslərin mövcud olduqları şərait, iqlim, materik və dənizlərin konfiqurasiyalarının təsiri altında dəyişən miqrasiyası nöqteyi-nəzərindən dərk edilməsinin mümkün olduğunu iddia edirdi.
V.L.Komarov 400-dən çox elmi əsərin, o cümlədən Çin, Monqolustan, Mancuriya, Kamçatka, Sibir və digər floraların tədqiqinə həsr olunmuş 10 cildlik “Seçilmiş əsərlər”in müəllifidir. Çoxsaylı floristik işlərində V.L.Komarov təyin etdiyi yeni növlərin təsvirini vermişdir. 2 cildlik “Определитель растений Дальневосточного края” (həmmüəlliflə) əsərində (1931; 1932) 1966 növ bitkinin təsviri verilmişdir. Bunlardan 146-sı V.L.Komarov tərəfindən kəşf edilmişdir. 1934-cü ildə onun nəzəri ideyaları və səyi nəticəsində baş redaktoru olduğu 20 cildlik «Флора СССР» əsərinin nəşri təşkil edilmiş və 13 cildi alimin sağlığında dərc olunmuşdur.
V.L.Komarov 1943-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 3 Lenin ordeni və müxtəlif medallarla təltif edilmiş, 1-ci dərəcəli Stalin mükafatları (1931, 1932) laureatı olmuşdur. Onun təşəbbüsü ilə 1932-ci ildə təşkil olunan SSRİ EA Uzaq Şərq filialı və Botanika İnstitutu hazırda alimin adını daşıyır. Şərqi Asiyanın öyrənilməsində ölçüyəgəlməz xidmətinə görə Rusiya Coğrafiya Cəmiyyəti tərəfindən N.M.Prjevalski adına mükafata layiq görülmüşdür. “Флора Маньчжурии” (3 cild) əsərinə görə o, Rusiya EA tərəfindən akademik Ber mükafatına, Botaniki coğrafiya Beynəlxalq Akademiyasının (Fransa) medalına layiq görülmüşdür.
V.L.Komarov 1945-ci ildə Azərbaycan EA-nın fəxri (xarici) üzvü seçilmişdir.
V.L.Komarov 5 dekabr 1945-ci ildə vəfat etmişdir.
Komarov tərəfindən təsnif edilmiş bitki cinsləri
redaktə- Boehmeriopsis Kom.
- Trichochiton Kom.
- Sophora davidii Kom. ex Pavol.
Komarovun şərəfinə adlandrılan
redaktəBitki taksonları
redaktə- Allium subsect. Komaroviana F.O.Khass. & R.M.Fritsch
- Astragalus sect. Komaroviella Gontsch.
- Campanula ser. Komarovianae Fed. ex Kharadze
- Dracocephalum ser. Komaroviana Schischk. ex A.L.Budantzev
- Saxifraga sect. Komarovia Zhmylev
Heyvan növləri
redaktə- Dahurinaia komarovi — şirin su ilbizi
- Nebria komarovi (syn. Eonebria komarovi)[9]
- Chionesoma komarovi (Brske, 1907)
- Prionus komarovi
- Discoptera komarov
- Rethera komarovi (Christoph, 1885)
- Timomenus komarovi (Semenov, 1901)
- Carabus komarowi
- Trechus komarovi
- Throbalium komarovi
- Deltomerus komarovi
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
İstinadlar
redaktə- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Историческая энциклопедия Сибири (rus.). / под ред. В. А. Ламин Новосибирск: 2009. ISBN 5-8402-0230-4
- ↑ 1 2 3 4 5 6 Комаров Владимир Леонтьевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Geltman D. V. Владимир Леонтьевич Комаров: краткий биографический очерк, Vladimir Leontyevich Komarov: a short biography (ing.). // Историко-биологические исследования 2020. Vol. 12, Iss. 4. P. 12–37. ISSN 2076-8176; 2500-1221 doi:10.24411/2076-8176-2020-14002
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Бубырева В. А., Гельтман Д. В. В.Л. Комаров и Санкт-Петербургский университет, Vladimir L. Komarov and St. Petersburg University (rus.). // Историко-биологические исследования 2020. Т. 12, вып. 4. С. 68–94. ISSN 2076-8176; 2500-1221 doi:10.24411/2076-8176-2020-14004
- ↑ 1 2 3 4 Собисевич А. В., Самокиш А. В. Академик Комаров и его время (к 150-летию со дня рождения В.Л. Комарова), Academician Komarov and his time (toward the 150th anniversary of the birth of V.L. Komarov) (rus.). // Историко-биологические исследования 2020. Т. 12, вып. 4. С. 129–136. ISSN 2076-8176; 2500-1221 doi:10.24411/2076-8176-2020-14008
- ↑ 1 2 Рожнов В. В., Найденко С. В. История биологической науки в истории академического здания на Ленинском проспекте в Москве, The history of biological science in the history of the academic building on Leninsky Prospekt in Moscow (rus.). // Историко-биологические исследования 2021. Т. 13, вып. 1. С. 7–23. ISSN 2076-8176; 2500-1221 doi:10.24411/2076-8176-2021-11001
- ↑ "Nebria (Eonebria) komarovi Semenov et Znojko, 1928". 2014-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-20.