Vladimir Astapovski - Wikipedia
Vladimir Aleksandroviç Astapovski (rus. Влади́мир Алекса́ндрович Аста́повский; 16 iyul 1946[1], Bryansk, RSFSR, SSRİ – 12 aprel 2012[2], Moskva) — qapıçı mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ milli futbol komandasının keçmiş üzvü. Beynəlxalq dərəcəli SSRİ idman ustası (1976). Rusiyanın Əməkdar İdman Ustası (2003).
Vladimir Astapovski | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Владимир Астаповский | ||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 16 iyul 1946[1] | |||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 12 aprel 2012[2] (65 yaşında) | |||||||||||||||||||||||||||||||||
Vəfat yeri | ||||||||||||||||||||||||||||||||||
Dəfn yeri | ||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||
Boyu | 186 sm[3] | |||||||||||||||||||||||||||||||||
Çəkisi | 82 kq[3] | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | qapıçı | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
Klub karyerası
redaktəVladimir Astapovski 16 iyul 1946-cı ildə Bryansk şəhərində anadan olub.[4] Futbolla məşğul olmağa uşaq yaşlarından elə orada — "Dinamo Bryansk" komandasının alt yaş qruplarında çıxış etməklə başlayıb.[4][5] İlk məşqçisi İosif Moçanis olub.[6]
Uşaqlıqdan dənizçi olmaq arzusunda olan Astapovski, 1960-cı illərin ortalarında Bakıya gedib və dənizçilik məktəbində təhsil almağa başlayıb.[5] Buradakı təhsili ilə paralel olaraq "Neftyanik" klubunun futbol məktəbində bu oyunun sirrlərinə yiyələnməyə çalışıb.[7] 1964-cü ildə o, artıq gənclərdən ibarət Azərbaycan SSR komandasında oynayır, həmçinin "Neftyanik"in heyətində gənclərin ümumittifaq yarışlarında mübarizə aparırdı.[5][7]
1965-ci ildə ordu sıralarına çağırılıb. SSRİ Hərbi Dəniz Qüvvələrinin Qara Dəniz Donanmasının tərkibində olan torpedo katerində xidmət edib.[4][7][5] Bir il sonra Qara Dəniz Donanması çempionatında iştirak etmək üçün qapıçıya ehtiyac yarandığından, Astapovskini müvəqqəti olaraq sahilə köçürüblər.[5] Burada çıxış etdiyi zaman onu Sevastopolun "SKÇF" klubunda baş məşqçi işləyən Vladimir Nikanorov görüb və klubuna dəvət edib.[5][4][7] Nikanorov tezliklə klubu tərk etsə də, Astapovski orada qalmış və 1968-ci ildə əsas komandanın heyətində debüt etmişdir.[5]
1969-cu il mövsümünün əvvəlində Moskvanın "MOİK" klubuna keçib. Ordu klubunun heyətində Yuri Pşeniçnikov və Leonid Şmuts kimi təcrübəli qapıçılar olduğundan, ilk mövsümdə heç bir oyunun iştirak ərizəsinə salınmayıb.[5][7] "MOİK"in heyətində ilk rəsmi oyununu 8 mart 1970-ci ildə, SSRİ çempionatı çərçivəsində "Şaxtyor Donetsk"ə qarşı keçirib.[4][8] Mövsümün sonunda "MOİK"in heyətində SSRİ çempionu adını qazanıb. Əsasnaməyə görə mövsüm ərzində keçirilən oyunların minimum 50 faizində iştirak etmiş oyunçulara medal verildiyindən, Astapovskiyə medal təqdim olunmayıb (32 mümkün oyundan 9-da oynayıb).[5][9] 1980-ci ildə Oleq Bazileviçin "MOİK"ə baş məşqçi təyin olunmasından sonra komandanı tərk edib.[4]
1981-1982-ci illərdə Xabarovskun "SKA" klubunda forma geyinib. Buradakı çıxışı zamanı ciddi heç nə ilə yadda qalmayan qapıçı, 36 yaşında peşəkar futbolçu karyerasını başa vurub.[4][5][10]
Milli karyerası
redaktə1975-1976-cı illərdə SSRİ Olimpiya yığma komandasının heyətində 6 oyun keçirib. Yığma ilə birlikdə Monreal-1976 Yay Olimpiya Oyunlarının bürünc medalına yiyələnib.[5][11]
29 noyabr 1975-ci ildə Rumıniya milli komandasına qarşı keçirilmiş yoldaşlıq oyununda SSRİ milli komandasının heyətində debüt edib. 1975–1977-ci illər aralığında formasını geyindiyi SSRİ milli komandasının heyətində ümumilikdə 11 oyun keçirib.[11]
Şəxsi həyatı
redaktəQalina adlı xanımla ailə həyatı qurub. Bu evlilikdən Tatyana və Viktoriya adında iki qızı olub.[4]
Vəfatı
redaktəSon illər xəstəlikdən əziyyət çəkən Astapovski, 2012-ci il aprelin 12-də Moskvada vəfat edib.[12] Xovan qəbiristanlığında dəfn edilib.[13]
Nailiyyətləri
redaktəKomanda
redaktəMOİK
- SSRİ çempionu: 1970
SSRİ Olimpiya yığma komandası
Şəxsi
redaktə- SSRİ-də ilin futbolçusu: 1976
- SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında: № 1 (1976), № 2 (1975)
- Lev Yaşin adına "İlin qapıçısı" mükafatı: 1976
Dövlət mükafatları
redaktə- Beynəlxalq dərəcəli SSRİ idman ustası: 1976
- Rusiyanın Əməkdar İdman Ustası: 2003
İstinadlar
redaktə- ↑ 1 2 Vladimir Astapovskiy // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Не стало Владимира Астаповского. Новости. Официальный сайт РФС (rus.).
- ↑ 1 2 3 Olympedia (ing.). 2006.
- ↑ 1 2 3 4 5 6 7 8 "Астаповский Владимир Александрович". Sevastopol.su. 2024-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "Легенды". Pfc-cska.com. 2024-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-27.
- ↑ "Бронза на вес золота". 2012-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-13.
- ↑ 1 2 3 4 5 Валерий Винокуров. "Владимир Астаповский. Морская душа вратаря (1977)". 2012-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-15.
- ↑ "ЦСКА Москва - «Шахтёр» Донецк - 2:0". Footballfacts.ru. 2023-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-30.
- ↑ "Астаповский Владимир Александрович". Footballfacts.ru. 2023-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-30.
- ↑ Дмитрий Иголинский. Владимир Бычек: «А в награду нас всех послали… в Мозамбик» Arxivləşdirilib 2016-08-06 at the Wayback Machine // Тихоокеанская звезда, 29.10.2002.
- ↑ 1 2 "Владимир АСТАПОВСКИЙ". Rusteam.su. İstifadə tarixi: 2024-05-31.
- ↑ Как жизнь? Arxivləşdirilib 2021-07-17 at the Wayback Machine // Советский спорт, 06 сентября 2011.
- ↑ "Хроника". // Спорт-Экспресс. 2012-04-14. 2012-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-16.