Villis Kerrier - Wikipedia
Villis Kerrier (ing. Willis Haviland Carrier; 26 noyabr 1876[2] – 7 oktyabr 1950[3][2][…], Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı.
Villis Kerrier | |
---|---|
Doğum tarixi | 26 noyabr 1876[2] |
Vəfat tarixi | 7 oktyabr 1950[3][2][…] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahəsi | havanın kondisionerləşdirilməsi[d][1] |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır.
Həyatı
redaktəU. Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib.
O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub.
Fəaliyyəti
redaktəİlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub. Kornell Universitetindən məzun olduqdan sonra Kerrier Buffalo Forge Company-də işləməyə başladı. Burada işləyərkən, o Bruklində yerləşən Sackett-Wilhelms Lithographing and Publishing Kompaniyası üçün tətbiqi bir problemi həll etmək məqsədilə havalandırma ilə təcrübələr aparırdı. Beləliklə ilk kondisioner Kerrier tərəfindən hazırlanıb və 1902-ci il 17 İyulda istifadəyə verilib.
Mirası
redaktə1930-cu ildə Kerrier Yaponiya və Koreyada da istehsalata başladı. Hazırda Cənubi Koreya dünyada ən böyük kondisioner istehsalçısıdır.
Yay aylarında sənaye istehsalının artırılması ilə kondisionerlər amerikan həyatında inqilabi çevriliş etdilər. 1920-ci illərdə məişət kondisionerlərinin təqdimatı ABŞ-də əhalinin cənub bölgələrə("Sun Belt") miqrasiyasının başlamasına kömək etdi.
Carrier korporasiyası 1980-ci ildə United Technologies korporasiyasının törəmə şirkətinə çevrildi. Carrier korporasiyası kommersial və məişət kondisionerlərinin istehsalında hələ də dünya lideri olaraq qalır.
İstinadlar
redaktə- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 3 4 https://www.invent.org/inductees/willis-haviland-carrier.
- ↑ 1 2 Societies A. C. o. L., Press O. U. American National Biography Online (ing.). / S. Ware [New York]: Oxford University Press, 2000. ISSN 1470-6229
- ↑ Find a Grave (ing.). 1996.
Xarici keçidlər
redaktə Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |