Vikipediya Muzakiresi Stil Kitabcasi - Wikipedia
Bu, Vikipediya:Stil kitabçası səhifəsinin müzakirə səhifəsidir. |
|
daxili linkler verilmesi barede
redaktədaxili linklerin yeri geldikce deyil sadece ilk rastlayisda verilmesi gerektiyi soylenilib. burada en:Wikipedia:Manual of Style (links) bele deyilir: However, note that duplicating an important link distant from a previous occurrence in an article, may well be appropriate. bunu da nezere alaraq sadece ilk qarsilayisda deyil, yeri geledikce isletmek daha uygundur aruz 19:05, 24 Mart 2007 (UTC)
- Dediyiniz doğrudur men yene de bir az başqa cür yazdım daha doğrusu verdiyiniz cümleni tercüme etdim, sebebi hedden artiq daxili linklerin qarşisini almaq(bu bezen olur). Eger bu veya başqa bir variantı lazım bilirsinizse xahiş edirem çekinmeden uyğun deyişiklik edin. Müzakireye ehtiyac olsa sonra da edebilerik. Belke de onsuz da bilirsiniz, yene de deyim redakte ederken qisa mezmun qutusuna qisa açıqlamalar yazma imkaniniz da var. Zennimce bu Linux-Linuks qeder "fundamental mesele" :)) deyil --Sed 23:38, 24 Mart 2007 (UTC)
- Hesab edirəm ki. Mənbə ilə intervikilər arasına İstinadlar bəndi də əlavə edilməlidir.--MrArifnajafov 15:34, 5 İyul 2010 (UTC)
Natamamlıq
redaktəMənə elə gəlir qayda tam işlənilməyib. Məlumatlar əsasən ümumən məqalələrin yazılması haqqındadır, stilizasiya mövzusuna az toxunulub. Qaydanın ingiliscə versiyasına uyğunlaşdırılmalıdır. Hörmətlə --sefer azeri 07:39, 27 fevral 2018 (UTC)
- Hörmәtli Sefer azeri, mәncә önәmli olan hazırki versiyada hansısa yanlışlığın olmamasıdır. Gәlәcәkdә yenidәn işlәyib, әlavәlәr edib, yenidәn sәsvermә keçirmәk mümkündür. Hörmәtlә --eldarado ✉ 08:00, 27 fevral 2018 (UTC)
Tarixlər və saylara daxili keçidlərin verilməməsi
redaktəHörmətli Eldarado təklif edirəm məqalələrdə və şablonlarda tarixlərə (məs. 20 yanvar və ya 1991-ci il) və saylara daxili keçid verilməsin. Bunun heç bir əhəmiyyəti yoxdur məncə. --Drabdullayev17 (müzakirə) 12:25, 6 mart 2018 (UTC)
- Hörmәtli Drabdullayev17, mәncә dә keçidin olub olmamağının ciddi bir әhәmiyyәti yoxdur. Buna görә dә qayda kimi әlavә etmәk nә dәrәcәdә doğru olar deyә bilmәrәm. Gәlәcәkdә komplektlәşdirib bir neçә bәnd әlavә edilmәsi üçün yenidәn sәsvermә keçirә bilәrik. Hәmin zaman bunuda müzakirә etmәk olar. --eldarado ✉ 16:13, 6 mart 2018 (UTC)
- Ruviki keçidləri verir, lakin, enviki vermir. --Araz Yaquboglu (müzakirə) 16:23, 6 mart 2018 (UTC)
Qrammatik səhv
redaktə===Daxili keçidlər=== alt başlığına aid paraqrafın, sonuncu cümləsinin, sondan ikinci sözünü düzəldə bilərsiniz? Həmçinin məqalə tam aydın şəkildə yazılmayıb (Yeni istifadəçilər çətinlik çəkə bilərlər.). Daha rahat dildə yazıla bilərmi? -- Rüfət Həsənli (müzakirə) 12:43, 18 oktyabr 2019 (UTC)
Buraya "Rum (qədim roma) rəqəmlərindən sonra -cı, -ci, -cu, -cü şəkilçilərini əlavə etmək olmaz" qaydasını da əlavə etmək olar. WikiAlieff018 (müzakirə) 12:58, 16 mart 2020 (UTC)
- Eminn müvafiq dəyişikliyi edə bilərsinizmi? İstifadəçinin də dediyi kimi keçid yerinə kecid yazılıb. — Sofy ₪ 05:25, 3 iyul 2020 (UTC)
- Sofy2004 həll edildi. — Drabdullayev17 (müzakirə) 05:56, 3 iyul 2020 (UTC)
İstinadlar
redaktəStil kitabçasında istinadlarla bağlı bölmə olmasa da, həmin bölmə yaradılaraq ən azından istinadların standart olaraq nöqtədən əvvəl deyil, sonra yerləşdirilməsi haqqında məlumat qeyd edilməlidir. — Sofy ₪ 12:03, 16 avqust 2020 (UTC)
Orfoqrafiya qaydaları
redaktəƏn aşağıdakı Xarici keçidlər başlığındakı keçid yararsız olduğu üçün bu cür redaktə oluna bilar: Azərbaycan dilinin orfoqrafiya qaydaları. Sayğılarım, gözəl diləklərimlə, Wiki6421. 16:54, 15 dekabr 2022 (UTC)