Vikipediya Muzakiresi Interfeys Inzibatcilari Arxiv 1 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
İnterfeys idarəçilərinə müraciət
Salam, hörmətli White Demon, Eldarado, Drabdullayev17, NMW03, Turkmen, Wertuose, Araz Yaquboglu, Toghrul Rahimli, Baskervill, Anar kerimxanov. Hal-hazırda bizim vikipediyada 10 interfeys idarəçisi var. Digər vikipediyaların bəzilərinin bu göstəricisini yazıram:
- İngilis dili: 12
- Alman dili: 21
- Niderland dili: 4
- Rus dili: 20
- İtalyan dili: 7
- İspan dili: 3
Bunlar məqalə sayına görə ilk 10-luqda olan vikipediyalardır. Bizim vikipediyada 3-4 interfeys idarəçisi kifayət edər. Düzdür, kiminsə statusunun çox olmasının, üstün olmasının mənə istisi-soyuğu yoxdur. Amma düşünürəm ki, istifadəçilərin ehtiyac olmayan status daşıması da lazım deyil. Bu, təxminən cəmiyyətdəki vəzifə, kreslo istəyi ilə eynidir. Ümid edirəm, fikrimi çatdıra bildim.
P.S. Bəzi mediaviki səhifələrini bu status olmadan da redaktə etmək olur. Konkret hansı səhifələri interfeys idarəçiləri redaktə edə bilər, bunu çalışacam dəqiqləşdirim. Məsələn, MediaWiki:Edittools səhifəsini mən redaktə edə bilirəm.--Eminn ismarıc 10:36, 24 iyul 2019 (UTC)
- Sənə isti-soyuğu yoxdursa bu başlığı nə üçün açmısan ? 1000 dəfə demişəm ki, hansısa vikipediyada nümunə bizim vikipediya üçün qanun sayıla bilməz. --Baskervill (müzakirə) 11:21, 24 iyul 2019 (UTC)
- Baskervill heç kəs başqa bir istifadəçi ilə bu cür danışa bilməz! İstər bir bürokrat olsun, istər adi, bu sizə heç bir halda küçə jarqonlarından istifadə etmək hüququnu vermir. Sizin müzakirələrdəki yazı tərziniz tamamilə Vikipediya qaydalarına zidd gəlir. Xahiş edirəm, vəzifənizdən sui-istifadə etməyin.--Toghrul Rahimli (müzakirə) 11:30, 24 iyul 2019 (UTC)
- Müzakirəyə gəldikdə isə Eminn ilə tamamilə razıyam. Javascript/CSS dillərini heç olmasa basic səviyyədə bilənlər interfeys idarəçisi olmalıdır. Təkcə kodları copy-paste etmək yox, onların mənasını anlamalı və iş prinsipini (toqquşma, qarışma) bilməlidir.--Toghrul Rahimli (müzakirə) 11:33, 24 iyul 2019 (UTC)
- Baskervill, Vikipediya:Nəzakət prinsipinə əməl etməyinizi tələb edirəm. Bundan sonrakı müraciətlərinizdə "sən" yox "siz" yazacağınıza ümid edirəm. Mənim fəaliyyətimə birbaça təsir eləmir. Amma vikipediyadakı statuslar ondan istifadə edən istifadəçilərə verilir, güman edirəm, bu, sizin üçün yeni məlumat idi. Bu, avtopatrul statusundan bürokrat statusuna kimi bütün statuslara aiddir. Heç bir vikipediyadakı nümunə bizim üçün qanun deyil, əlbəttə. Bu, həm də o demək deyil ki, bizim vikipediya digər vikipediyalardan hər cəhətdən fərqlənməlidir.--Eminn ismarıc 12:01, 24 iyul 2019 (UTC)
- Cənab Toghrul Rahimli isti-soyuğu yoxdur sözü sizə qeyri-adi gəlmədi ? Bu söz küçə jarqonu sayılmır, mənim sən ilə müraciət etməyim küçə jarqonu sayılır ? Ümumiyyətlə, yuxarıda yazmış olduğum 2 cümlənin hansı hissəsində küçə jarqonu istifadə edilib, lütfən göstərin mənə. --Baskervill (müzakirə) 12:05, 24 iyul 2019 (UTC)
- Baskervill, əlbəttə ki, -san-sən ilə danışıq nəzakət qaydalarına uyğun gəlmir. Siz 1000 dəfə nəyisə demisinizsə, bu qayda demək deyil. Əlbəttə ki, ifadəni ilk istifadə etdiyi üçün Eminn günahkardır. Mən isə təklif edirəm ki, lütfən, nəzakətlə müzakirə edək ki, açılmış bu başlıq öz həllini tapsın.--Toghrul Rahimli (müzakirə) 13:19, 24 iyul 2019 (UTC)
- İndiki vəziyyətdə, həmin statusu daşıyan istifadəçi və ya idarəçilərin müzakirə səhifələrinə yazmaqdan başqa çıxışız yolunuz yoxdur deyəsən, cənab idarəçi Eminn ismarıc. Şəxsən mən öz interfeys idarəçiləri hüququmdan imtina etməyə hazıram. Ümüd edirəm ki, bunun icması üçün bir faydası olacaq.--Baskervill (müzakirə) 12:08, 24 iyul 2019 (UTC)
- Lazım olan addım tərəfimdən atılmışdır. Zəhmət olmasa bu hüququ sahib digər 9 nəfərin hər birinə məlumat verin ki, oxşar addımları atmaq üçün müraciət etsinlər. Ən azından 4-5 nəfəri bu addımı atmalıdır və yekun nəticədə bizim əlimizdə texniki işləri bilən interfeys idarəçisi olmaldıdır. Adım kimi əminəm ki, hal-hazırda bu hüquqa sahib şəxslərin bir necəsinin texniki sahədəki fəaliyyətlərdən, ümumiyyətlə xəbərləri yoxdur. --Baskervill (müzakirə) 12:14, 24 iyul 2019 (UTC)
- Cənab Toghrul Rahimli isti-soyuğu yoxdur sözü sizə qeyri-adi gəlmədi ? Bu söz küçə jarqonu sayılmır, mənim sən ilə müraciət etməyim küçə jarqonu sayılır ? Ümumiyyətlə, yuxarıda yazmış olduğum 2 cümlənin hansı hissəsində küçə jarqonu istifadə edilib, lütfən göstərin mənə. --Baskervill (müzakirə) 12:05, 24 iyul 2019 (UTC)
- Düşünürəm ki, statusu istifadə etməyən şəxslər imtina etsə yaxşı olar.--NMW03 (müzakirə) 13:45, 24 iyul 2019 (UTC)
- Hər kəsə salam. İnterfeys idarəçi statusu və bu statusu alan istifadəçilər bürokratlar tərəfindən nəzarət olunmalıdı və əmin olun ki, azvikidə də nəzarətdədi. Gərək olduğu halda bu siyahıya nəzər salınacaq. Nəzakətsiz müzakirənizə gəldikdə isə məhəllədə dostlarınızla söhbət edərkən işlətdiyiniz sözləri burada işlətməməyi sizdən rica edirəm. İdarəçilərin istifadəçilərə nümünə olmalı olduqları halda belə müzakirələrin şahidi olmaq məni çox üzdü. Hörmətllə--eldarado ✉ 16:48, 24 iyul 2019 (UTC)
- Digər vikipediyalardakı statistikanın əhəmiyyətinin olmadığını düşünürəm. Bu statusu, funksiyadan istifadə edən istifadəçilərə vermək lazımdı və nəzarət aparmaq lazımdı. Mənə gəldikdə isə, əvvəllər Vikipediyada bu cür texniki işlərlə çox işləmişəm, bəzi qadcetləri quraşdırmışam, yəni bu barədə təcrübəm yaxşıdı. Gələcəkdə də bununla bağlı bəzi şeylər etmək istəyirəm, ona görə bu statusun məndən götürülməsinə qarşıyam.--127-ci yapon imperatoru 06:37, 25 iyul 2019 (UTC)
- Mən könüllü şəkildə bu hüququmdan imtina edirəm. --Drabdullayev17 (müzakirə) 06:52, 25 iyul 2019 (UTC)
- Cənab Drabdullayev17 tələbiniz tərəfimdən qəbul edilmişdir. Hesab edirəm ki, texniki sahədə təcrübə və fəaliyyəti olmayan idarəçilərin heç biri interfeys idarəçisi olmamalıdır. Bu baxımdan, 8 interfeys idarəçisindən azı 5 nəfəri statuslarından könüllü formada imtina etməlidir və mən həmin şəxsləri mənim və cənab Drabdullayev17 kimi qətiyyətli addımlar atmağa dəvət edirəm. Xüsusi dəvətlərim isə cənab idarəçilərimiz Araz Yaquboglu, Turkmen və Anar kerimxanov-la bağlıdır. Zəhmət olmasa sizlərdə, Azviki naminə oxşar addımları atın. --Baskervill (müzakirə) 07:06, 25 iyul 2019 (UTC)
- Eminin qaldırdığı məsələ bizim vikicəmiyyətdə nadir hallarda rast gəldiyimiz hesabatlılıq və özünütənqidin yaxşı nümunəsidir. Düzdür, onun belə statusu yoxdur, amma bu statusa malik olan idarəçilərdən türklər demişkən "formanın haqqını vermələrini" tələb etməsi doğrudur. İnterfeys idarəçiliyini 6-7 ay əvvəl əldə etmişəm, bunadək isə bu statusa ehtiyac olmayan dövrdə Mediaviki adlar fəzasında yüzlərlə redaktəm olub. Son dövrlərdə isə bu statusu daha çox Translatewiki layihəsində yeni tərcümələri olmasına baxmayaraq az-vikidə köhnə variantda qalan sistem məlumatlarının yenilənməsi üçün həmin Mediaviki səhifələrini tapıb silmək üçün istifadə edirəm. Hesab edirəm ki, "İnterfeys idarəçisi statusu üçün müraciətlər" səhifəsi yaratmaq lazımdır və bu statusa həqiqətən ehtiyacı olan idarəçilər orda öz müraciətlərini etməlidirlər. Həmçinin, "İnterfeys idarəçilərinə müraciət" səhifəsi də yaradıb interfeyslə bağlı problemi və xahişi olanların öz müraciətlərini orada etmələrinə şərait yaratmaq lazımdır. Bürokratlardan xahişim odur ki, bu səhifələri yaratmaq qərarını versələr, bütün interfeys idarəçilərinin statuslarını ləğv etsinlər və kimə bu status həqiqətən uzunmüddətli dövr üçün lazımdırsa, qoy yenidən müraciət etsinlər.--Wertuose (müzakirə) 13:09, 25 iyul 2019 (UTC)
- Həmkarım Eminlə razıyam. Bir şeyi istifadə etmirsənsə onu saxlamağın nə mənası var. İdarəçi olaraq mənə veriləm səlahiyyətlər çərçivəsində işlər görürəm. Bu mənim üçün yetərlidir. İnterfeysə az tələb duyduğumdan interfeys idarəçisi olmaq üçün müraciyyət etməmişəm.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 13:18, 25 iyul 2019 (UTC)
- Cənab Drabdullayev17 tələbiniz tərəfimdən qəbul edilmişdir. Hesab edirəm ki, texniki sahədə təcrübə və fəaliyyəti olmayan idarəçilərin heç biri interfeys idarəçisi olmamalıdır. Bu baxımdan, 8 interfeys idarəçisindən azı 5 nəfəri statuslarından könüllü formada imtina etməlidir və mən həmin şəxsləri mənim və cənab Drabdullayev17 kimi qətiyyətli addımlar atmağa dəvət edirəm. Xüsusi dəvətlərim isə cənab idarəçilərimiz Araz Yaquboglu, Turkmen və Anar kerimxanov-la bağlıdır. Zəhmət olmasa sizlərdə, Azviki naminə oxşar addımları atın. --Baskervill (müzakirə) 07:06, 25 iyul 2019 (UTC)
- Wertuose, qeyd etdiyiniz hər iki səhifə azvikidə var: Vikipediya:İstifadəçi hüquqları üçün müraciətlər, Vikipediya:İnterfeys inzibatçılarına müraciət.--NMW03 (müzakirə) 13:55, 25 iyul 2019 (UTC)
- NMW03, səhifələrin linklərinə görə təşəkkürlər. Birinci səhifədə interfeys idarəçiliyi üçün heç kimin müraciət etmədiyi halda bu sayda interfeys idarəçisinin olması düzgün deyil. Böyük ehtimalla hamı müxtəlif müzakirə səhifələrində, yaxud mənim kimi, vikidən kənarda bu status üçün müraciət ediblər. Əgər bu məsələ idarəçiləri narahat edirsə, o halda yuxarıdakı təklifimi yenidən təkrar etmək istəyirəm ki, bürokratlar hamıdan bu statusu alsınlar və yalnız müvafiq səhifədəki müraciətdən sonra versinlər.--Wertuose (müzakirə) 10:50, 26 iyul 2019 (UTC)
- Hörmətli Wertuose namizədlərin müraciətlərinə buradakı arxivdən baxa bilərsiz : Vikipediya:İnterfeys inzibatçısı namizədləri/Arxiv--Turkmen müzakirə 13:22, 26 iyul 2019 (UTC)
- NMW03, səhifələrin linklərinə görə təşəkkürlər. Birinci səhifədə interfeys idarəçiliyi üçün heç kimin müraciət etmədiyi halda bu sayda interfeys idarəçisinin olması düzgün deyil. Böyük ehtimalla hamı müxtəlif müzakirə səhifələrində, yaxud mənim kimi, vikidən kənarda bu status üçün müraciət ediblər. Əgər bu məsələ idarəçiləri narahat edirsə, o halda yuxarıdakı təklifimi yenidən təkrar etmək istəyirəm ki, bürokratlar hamıdan bu statusu alsınlar və yalnız müvafiq səhifədəki müraciətdən sonra versinlər.--Wertuose (müzakirə) 10:50, 26 iyul 2019 (UTC)
İnterfeys idarəçilərinin fəaliyyət statistikası:
Fəaliyyətlərə baxanda kimin bu statusu istifadə etdiyi aydın görünür. Belə görürəm ki, yalnız js, css sonluğu ilə bitən mediaviki səhifələrində redaktə etmək üçün bu status lazımdır. Digər səhifələr, məsələn, MediaWiki:Sitenotice, MediaWiki:Edittools bunların redaktəsi bütün idarəçilərə açıqdır.--Eminn ismarıc 10:25, 27 iyul 2019 (UTC)
İnterface idarəçisi statusu
Salam, bu gündən etibarən interface idarəçisi statusunun müddəti bir ilə endirildi. Status müddəti bitdikdən sonra istənilən şəxs bununla bağlı yenidən müraciət edə bilər. Bu zaman ötən bir il ərzindəki fəaliyyəti qiymətləndirilərək bu status yenidən təqdim oluna bilər. Hörmətlə --eldarado ✉ 19:39, 11 yanvar 2020 (UTC)
- Salam Eldarado yeri düşmüşkən bu hüququ məndən geri alın. Çoxdandır istifadə etmirəm. Bu arada yanlış anlamayın lakin hüququn müddətliyə çevrilməsinə tək başınıza qərar verdiyinizi düşünürəm. Məncə ümumi müzakirədən sonra bu cür qərar alına bilər. Hörmətlə --Turkmen müzakirə 21:16, 11 yanvar 2020 (UTC)
- Mən də bu statusun məndən geri alınması üçün müraciət etmək istəyirəm. Son vaxtlar istifadə etmirəm. Boş boş məndə durmasına da ehtiyac görmürəm.--127-ci yapon imperatoru 23:05, 11 yanvar 2020 (UTC)
- Turkmen, bu status birbaşa bürokratların ixtiyarında olduğu üçün bu cür qərarlar alına bilər. Əgər etiraz olarsa müzakirə olunmasında heç bir problem görmürəm. White Demon, statusdan imtina üçün zəhmət olmasa buraya müraciət edin Vikipediya:İstifadəçi_hüquqları_üçün_müraciətlər#İnterfeys_inzibatçısı Hörmətlə --eldarado ✉ 08:06, 13 yanvar 2020 (UTC)
- Eldarado VP:İHM-ə müraciət etdim zəhmət olmasa diqqət edərdiz.--Turkmen müzakirə 10:06, 13 yanvar 2020 (UTC)