Vikipediya Vqsv - Wikipedia
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 7-22 fevral 2011-ci il
- Qüvvədədir: 23 fevral 2011-ci ildən
Bu səhifədə Vikipediya rəsmi prinsiplərinin qəbul qaydaları barədə məlumat ala bilərsiniz.
Vikipediyanın məqsədi azad, dəqiq və dolğun ensiklopedik məqalələr yaratmaqdır. Bu məqsədə çatmaq üçün Vikipediyanın dil bölməsindən asılı olmayan ümumi qaydalarına riayət etmək vacibdir. Əlavə qayda və göstərişlərlə Kateqoriya:Vikipediyanın rəsmi prinsipləri və Kateqoriya:Vikipediya qaydalar və təlimatlar kateqoriyalarından tanış olmaq olar.
Vikipediyanın əsas prinsipləri
Vikipediyanın müxtəlif dil bölmələrinə bölünməsinə baxmayaraq elə qaydalar var ki, Vikipediyanın bütün bölmələri üçün vacibdir və tətbiqediləndir:
- Ensiklopediklik. Vikipediya-ensiklopediyadır. Formatına görə Vikipediyaya uyğun gəlməyən mətn ya müzakirəsiz silinməli, ya da Vikimedia fondunun digər layihələrinə yerləşdirilməlidir. Vikipediyanın digər ensiklopediyalardan fərqini dəqiqləşdirmək üçün Vikipediya:Vikipediya nə deyil məqaləsi ilə tanış olun.
- Tərəfsizlik. Vikipediyada neytral nəzər nöqtəsi əsas götürülür. Praktikada bu o deməkdir ki, məqalədə bütün baxışlar yer almalı və birtərəfli mövqe olmamalıdır. Bax: Vikipediya:Neytral mövqe
- Müəlliflik hüququnun qorunması. Vikipediya GNU Free Documentation License lisenziyası ilə yaradılır. Bu o deməkdir ki, Vikipediya azad layihədir və buradakı məqalə və faylları azad şəkildə köçürməyə və yaymağa icazə verilir. Müəlliflik hüquqları ilə qorunan informasiyanın Vikipediyaya daxil edilməsi qadağandır. Bax: Vikipediya:Müəlliflik hüquqları
- Vikipediya istifadəçilərinə hörmət. Vikipediyada müxtəlif ölkələrin və mədəniyyətlərin nümayəndələri fəaliyyət göstərir. Hər bir istifadəçi özünəməxsus siyasi baxışa və mövqeyə malikdir. İstifadəçilərin baxışlarına hörmətlə yanaşmaq və nəzakətli olmaq layihənin stabil işinin qarantıdır. Bax: Vikipediya:Etiket, Vikipediya:Nəzakət
Digər qaydalar Vikipediya cəmiyyətinin istəyi və yaranan problemlər əsasında tərtib olunur. Vikipediya qaydaları ümumi müzakirə və səsvermə nəticəsində qəbul olunmalıdır. Qəbul olunmuş qaydalara satusundan asılı olmayaraq bütün istifadəçilərin riayət etmələri məcburidir. Vikipediya qaydalarına riayət etməyən istifadəçi müəyyən müddətə bloklana bilər.
Qaydaların qəbulu ilə bağlı keçirilən səsvermələrin əsas şərtləri
- Səsvermələrdə yalnız Azərbaycanca Vikipediyada qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilər. IP ünvanlardan verilən səslər istənilən halda etibarsız sayılır.
- İstifadəçinin Vikipediya qaydalarından xəbərsiz olduğu sübut olunarsa, həmin istifadəçinin səsi sayılmaya bilər.
- İstifadəçinin səsinin etibarlı sayılması üçün o, səsvermə başlayan tarixdən ən azı üç ay əvvəl qeydiyyatdan keçməli və bu tarixədək Azərbaycan dilində olan vikipediyada ən azı 200 redaktə etməlidir.
- İstifadəçi başqa istifadəçinin yerinə səs verə bilməz.
- Bir-neçə qeydiyyat adına malik olan istifadəçi yalnız bir adla səs verə bilər.
Səsvermənin nəticələrinin hesablanması
Səsvermə sonunda qərar alınması üçün sadə çoxluq, yəni 50%+1 miqdarında səs kifayətdir. Burada iki şərt var:
- Səsləri nəzərə alınmayan istifadəçilərin sayı ümumi səs verənlərin sayına aid edilmir.
Səsvermə müddəti
- Vikipediya rəsmi prinsiplərinin qəbul olunması ilə əlaqədar səsvermə müddəti 15-25 gündür. Bu müddət səsverməni açan istifadəçi tərəfindən müəyyən olunur və açıq şəkildə elan edilir.
- Statusundan asılı olmayaraq istənilən istifadəçi rəsmi şəkildə qəbul olunmayan Vikipediya qaydalarında redaktələr edə, qaydalarla bağlı yeni məqalə yarada və Vikipediya qaydalarının rəsmi şəkildə qəbul olunması üçün səsvermə keçirə bilər.