Vikipediya Tarixde Bu Gun Noyabr 30 - Wikipedia
Vikipediya:Tarixdə_bu_gün/noyabr_30 - Haqqında Məlumat
- 1786 — Böyük Toskana hersoqluğu ölüm hökmünü ləğv edən ilk müasir dövlət oldu.
- 1840 — Napoleon Bonapartın cəsədinin qalıqları Müqəddəs Yelena adasından Parisə gətirildi.
- 1872 — Tarixdə ilk dəfə Qlazqo şəhərində İngiltərə və Şotlandiya milli yığma komandaları arasında beynəlxalq futbol oyunu keçirildi.
- 1939 — Sovet İttifaqının Finlandiyaya hücum etməsi nəticəsində Qış müharibəsi başladı.
- 1950 — Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri başladı.
- 1982 — Tarixdə ən çox satılan musiqi albomu olan Maykl Ceksonun "Thriller" solo albomu satışa çıxarıldı.
- 2007 — Tacikistan parlamenti Azərbaycan vətəndaşları üçün viza rejimini birdəfəlik ləğv etdi.
Digər günlər: 29 noyabr – 30 noyabr – 1 dekabr