Vikipediya Tarixde Bu Gun Noyabr 24 - Wikipedia
Vikipediya:Tarixdə_bu_gün/noyabr_24 - Haqqında Məlumat
- 1642 — Holland səyyahı Abel Tasman Avstraliya ətrafında, sonradan onun şərəfinə adlandırılacaq adalar qrupunu kəşf edib.
- 1859 — Çarlz Darvinin (şəkildə) "Növlərin mənşəyi" kitabı nəşr edilib. Kitabın 1250 nüsxəlik ilk tirajı dərhal satılıb.
- 1934 — Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib.
- 1945 — BMT-nin Nizamnaməsi ratifikasiya olunub və o rəsmən fəaliyyətə başlayıb.
- 1969 — ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıb.
- 1988 — Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.
- 1992 — ABŞ Konqresi "Azadlığı Müdafiə Aktı"na Azərbaycanın əleyhinə olan 907-ci düzəlişi qəbul edib.
- 2006 — Mehriban Əliyeva "İSESKO-nun Xoşməramlı səfiri" adına layiq görülüb.