Vikipediya Tarixde Bu Gun Noyabr - Wikipedia
Tarixdə bu gün arxivi
Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
Hazırda 04:59, Çərşənbə, 11 dekabr, 2024 (UTC) – Keşi təmizlə
- 1604 — Şekspirin "Otello" faciəsi ilk dəfə Londonun Uaythol sarayında səhnəyə qoyulub.
- 1800 — ABŞ prezidentlərinin iqamətgahı — "Ağ ev" istifadəyə verilib. Onun ilk sakini ABŞ-nin ikinci prezidenti Con Adams oldu.
- 1897 — İtaliya futbol klubu Yuventus yaradılıb.
- 1906 — "Füyuzat" jurnalının ilk sayı çapdan çıxıb.
- 1922 — Türkiyə Böyük Millət Məclisinin qərarı ilə 623 il tarixi olan Osmanlı İmperiyasının mövcudluğuna son qoyulub və sonuncu Osmanlı sultanı VI Mehmed taxtdan endirilib.
- 1925 — İranda Rza xan Pəhləvi hakimiyyətə gəlib və bununla Qacarların hakimiyyətinə son qoyulub.
- 1939 — Süni dölləmə yolu ilə ilk dovşan dünyaya gəlib.
- 1993 — Maastrixt sazişi qüvvəyə minib və Avropa İqtisadi Birliyi rəsmən Avropa Birliyi adlandırılıb.
- 1998 — Avropa İnsan Haqları Məhkəməsi təsis edilib.
Digər günlər: 31 oktyabr – 1 noyabr – 2 noyabr
bax – müzakirə – redaktə – tarixçə
Digər günlər: 1 noyabr – 2 noyabr – 3 noyabr
bax – müzakirə – redaktə – tarixçə
Digər günlər: 2 noyabr – 3 noyabr – 4 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1922 — İngilis misirşünaslar firon Tutanxamonun sərdabəsini aşkar etdilər.
- 1946 — YUNESKO-nun Nizamnaməsi qüvvəyə mindi.
- 1947 — Bolqarıstan Xalq Respublikası elan edildi.
- 1956 — Sovet qoşunları Macarıstana daxil oldu.
- 1979 — Tələbələr Tehrandakı ABŞ səfirliyinin əməkdaşlarını girov götürdülər.
- 1980 — Ronald Reyqan ABŞ Prezidenti seçildi.
- 2004 — Corc Buş ikinci müddətə ABŞ Prezidenti seçildi.
- 2008 — Barak Obama ABŞ Prezidenti seçildi.
- 2008 — Azərbaycan Respublikası prezidenti kosmik sənayenin yaradılması və milli telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında fərman imzaladı.
Digər günlər: 3 noyabr – 4 noyabr – 5 noyabr
bax – müzakirə – redaktə – tarixçə
5 noyabr: Böyük Britaniya Kipri işğal etdikdən sonra Fransa ilə birləşərək Osmanlı İmperiyasına müharibə elan etmişdir (1913); Mülki təyyarə "Concorde 001" səs baryerini keçmişdir (1970); Barak Obama (şəkildə) ABŞ Prezidenti seçilmişdir (2008).
- 1670 — İngiltərə-İspaniya müharibəsi Madrid sazişinin imzalanması ilə başa çatmışdır.
- 1920 — İşğaldan sonra Azərbaycanın xarici ticarəti Sovet Rusiyasının ticarəti ilə birləşdirilmişdir.
- 1930 — Londonda ilk televiziya reklamı nümayiş etdirilmişdir.
- 1950 — FM stereo dalğasında ilk yayım həyata keçirilmişdir.
- 1956 — Sovet qoşunlarının işğal etdiyi Macarıstanda Yanoş Kadarın rəhbərliyi ilə yeni hökumət qurulmuşdur.
- 1979 — ABŞ səfirliyinin tutulmasının ertəsi günü İmam Xomeyni ABŞ-ni "ən böyük şeytan" adlandırmışdır.
- 2005 — Azərbaycanda parlament seçkiləri keçirilmişdir.
- 2006 — İraq prezidenti Səddam Hüseynə ölüm hökmü çıxarılmışdır.
- 2007 — Abdullah Gül Türkiyə prezidenti vəzifəsində xarici ölkəyə ilk rəsmi səfərini Azərbaycana etmişdir.
Digər günlər: 4 noyabr – 5 noyabr – 6 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1861 — Cefferson Devis Amerika Konfederativ Ştatlarının prezidenti seçildi
- 1926 — Azərbaycanda radio yayımları başlandı.
- 1937 — İtaliya Almaniya və Yaponiya arasında imzalanmış antikomintern paktına qoşuldu.
- 1943 — Kiyev alman qoşunlarından azad edilib.
- 1944 — ABŞ-da plutonium radioaktiv elementi sintez edildi.
- 1967 — Bakı Metropoliteninin "Bakı soveti", "26 Bakı komissarı", "28 aprel", "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları istismara verildi.
- 1985 — Boqotada 19 aprel Hərəkatından olan solçu silahlı qrupun Ədalət Sarayında törətdiyi atışmada 11-i Ali Məhkəmənin hakimləri olmaqla, 115 nəfər öldü.
Digər günlər: 5 noyabr – 6 noyabr – 7 noyabr
bax – müzakirə – redaktə – tarixçə
Digər günlər: 6 noyabr – 7 noyabr – 8 noyabr
bax – müzakirə – redaktə – tarixçə
8 noyabr: Azərbaycanda Zəfər Günü
- 1917 — Lenin Sovet Rusiyası hökumətinin sədri olmuşdur.
- 1933 — Əfqanstanda Nadir şah qətlə yetirildikdən sonra hakimiyyətə onun oğlu Zahir şah gəlmişdir. “Millət atası” hesab edilən Zahir şahın hakimiyyət dövrü Əfqanıstanda sabitlik və inkişafla xarakterizə olunur.
- 1956 — BMT sovet qoşununun Macarıstandan çıxarılmasını tələb etmişdir.
- 1960 — Con Kennedi ABŞ prezidenti seçilmişdir.
- 1988 — Corc Buş ABŞ prezidenti seçilmişdir.
- 1992 — 350 min insan küçələrə çıxaraq radikal irqçiliyə qarşı etirazlarını bildirmişlər.
- 1992 — Azərbaycan və Misir Ərəb Respublikası “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” imzalamışdır.
- 2008 — YUNESCO-da Mir Cəlal Paşayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.
- 1993 — Azərbaycan Respublikası Argentina ilə diplomatik əlaqələr qurmuşdur.
Digər günlər: 7 noyabr – 8 noyabr – 9 noyabr
bax – müzakirə – redaktə – tarixçə
9 noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü
- 1930 — Avstriyada keçirilən parlament seçkilərində sosialistlər qalib gəlmiş, nasistlər və kommunistlər parlamentə düşə bilməmişlər.
- 1937 — Yaponiya Şanxayı işğal etmişdir.
- 1938 — Berlində faşitlər tərəfindən 7 min yəhudi dükanı dağıdılmış, yüzlərlə sinaqoq yandırılmış, çox sayda yəhudi qətlə yetirilmişdir.
- 1982 — Kənan Evrən Türkiyə prezidenti seçilmişdir.
- 1989 — Almaniya Federativ Respublikası hökuməti Almaniya Demokratik Respublikası ilə arasındakı gediş-gəlişlə bağlı qadağaları aradan götürdüyünü bəyan edəndən sonra minlərlə alman Berlin divarını aşaraq AFR-ə keçmişdır.
- 1990 — Meri Robinson İrlandiyanın ilk qadın prezidenti olmuşdur.
- 1991 — Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq Türkiyə tanımışdır.
- 1994 — Alman fizikləri yeni kimyəvi element sintez edərək yaşadıqları şəhərin şərəfinə onu "darmştadium" adlandırmışlar.
- 2003 — "Əl-Qaidə"nin Səudiyyə Ərəbistanında kral sarayına terror hücumu nəticəsində 20-yə yaxın insan həlak olmuşdur.
Digər günlər: 8 noyabr – 9 noyabr – 10 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1444 — Varna yaxınlığındakı döyüşə səlibçilər türk qoşunlarına məğlub olmuşlar.
- 1920 — Stalin Bakıdan Moskvaya qayıdarkən Məmməd Əmin Rəsulzadəni də özü ilə eyni qatarda aparmışdır.
- 1938 — İtaliyada antisemit qanun qəbul edilib.
- 1959 — BMT Cənubi Afrikada aparteidi pisləyib.
- 1975 — Anqola müstəqilliyini elan edib.
- 1994 — İraq Küveytin müstəqilliyini tanıyır.
- 1994 — Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluğunu bildirən 1047 saylı qətnaməni qəbul edib
- 1995 — Azərbaycan Respublikası Niger ilə diplomatik əlaqələr qurmuşdur.
Digər günlər: 9 noyabr – 10 noyabr – 11 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1887 — Çikaqoda partlayış törətməkdə təqsirli bilinən anarxist hərbçilər edam edildilər.
- 1889 — Vaşinqton ABŞ-ın 42-ci ştatı oldu.
- 1938 — İsmət İnönü Türkiyə prezidenti seçildi.
- 1942 — Müttəfiqlər tərəfindən Şimali Afrikada hərbi cəbhənin açılmasına cavab olaraq Faşist Almaniyası Fransanın cənub hissəsini işğal etdi.
- 1965 — Afrikanın sonuncu ingilis müstəmləkəsi olan Rodeziya birtərəfli qaydada müstəqilliyini elan etdi.
- 1971 — Amerika Birləşmiş Ştatları Okinava adasını Yaponiyaya qaytardı.
- 1976 — Türkiyə SSRİ-dən elektrik enerjisi almaq üçün 10 illik müqavilə imzaladı.
- 1993 — BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunmuş Azərbaycan rayonlarından çıxarılmasını tələb edən 884 saylı qətnaməni qəbul etdi.
Digər günlər: 10 noyabr – 11 noyabr – 12 noyabr
bax – müzakirə – redaktə – tarixçə
12 noyabr: Azərbaycanda Konstitusiya Günü
- 1923 — Adolf Hitler adlı alman ekstremist həbs edilib.
- 1940 — SSRİ xarici işlər naziri Molotov Hitler və Ribbentropla görüşmək üçün Berlinə gedib.
- 1956 — Camal Əbdül Nasir Misir prezidenti seçilib.
- 1969 — Moskvaya səfər edən Cövdət Sunay, SSRİ-ni ziyarət edən ilk Türkiyə Prezidenti kimi tarixə düşüb.
- 1998 — PKK lideri Abdullah Öcalan Roma hava limanında həbs edilib.
- 1905 — Norveçdə referendum zamanı xalq monarxiyaya səs verib.
- 1995 — Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi haqqında ümumxalq səsverməsində konstitusiya layihəsi mütləq səs çoxluğu ilə qəbul edilib.
Digər günlər: 11 noyabr – 12 noyabr – 13 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1805 — Napoleon ordusu Vyanaya daxil olmuşdur.
- 1918 — SSRİ Brest-Litovsk sülh müqaviləsini imzalamışdır.
- 1970 — Pakistanda siklon 300.000 insanın həyatına son qoyub. Bu faciə XX əsrin ən böyük təbii fəlakəti hesab edilir.
- 1970 — Hafiz Əsəd Suriyada dövlət çevrilişi edib.
- 1976 — BMT TŞ bütün xarici qoşunların Kiprdən çıxarılmasını tələb edən qətnamə qəbul etmişdir.
- 1994 — İsveç referendum yolu ilə Avropa Birliyinə qəbul edilmişdir.
- 2001 — ”Şimal Alyansı” qoşunları Kabili və Cəlalabadı Taliban qüvvələrindən təmizləyib.
- 2002 — İspaniya sularında 77.000 ton neft daşıyan tankerin qəzaya uğraması ekoloji fəlakətə səbəb olmuşdur.
13 noyabr: Beynəlxalq Gözdən Əlillər Günü
Digər günlər: 12 noyabr – 13 noyabr – 14 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1922 — BBC Böyük Britaniyada radio yayımına başladı.
- 1925 — Parisdə sürrealistlərin ilk sərgisi açıldı.
- 1940 — Böyük Britaniyanın Koventri şəhərinə hava hücumunda 100 mülki şəxs öldü.
- 1969 — Liviyada bütün xarici banklar milliləşdirildi.
- 1981 — Qambiya və Seneqal birləşərək 1989-cu ilə qədər mövcud olan federal Seneqambiya respublikasını yaratdılar.
- 2002 — 1993-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin iki əməkdaşını öldürən pakistanlı Mir Aymal Qazi Virciniyada zəhərli iynə ilə edam edildi.
Digər günlər: 13 noyabr – 14 noyabr – 15 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1415 — Rus Pravoslav Kilsəsi Kiyev və Moskva yeparxiyasına ayrıldı.
- 1741 — Vitus Berinq sonradan onun adı ilə adlandırılan adanı kəşf etdi.
- 1889 — Braziliyada imperator II Pedro devrildi və ölkə respublika elan edildi.
- 1920 — Cenevrədə bir il əvvəl yaradılmış Millətlər Liqası Assambleyasının birinci iclası keçirildi.
- 1983 — Şimali Kipr Türk Respublikası quruldu.
- 1988 — SSRİ-nin çoxdəfəlik istifadə oluna bilən "Buran" kosmik gəmisinin yeganə uçuşu həyata keçirildi.
Digər günlər: 14 noyabr – 15 noyabr – 16 noyabr
bax – müzakirə – redaktə – tarixçə
16 noyabr: UNESCO-nun təsis edilməsi (1945-ci il).
- 1869 — Süveyş kanalı formal olaraq açılmışdır.
- 1918 — Macarıstan müstəqilliyini elan etmişdir.
- 1918 — Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri Əlimərdan bəy Topçubaşov İstanbulda İran səfiri Mirzə Mahmud xanla görüşmüşdür.
- 1920 — Stalin Leninə teleqramında “Bakını fəal müdafiə yolu ilə təsadüflərdən qorumaq üçün ən azı 5 diviziya lazımdır... əks halda düşmən ilk hücumdaca Yelizavetpolu tutaraq 18-ci ildəkinə bənzər Azərbaycan burjua hökuməti yaratmaq imkanı əldə edəcək” - deyə xəbərdarlıq etmişdir.
- 1921 — Azərbaycan SSR MİK Rəyasət Heyəti “Zaqafqaziya respublikalarının vahid federativ ittifaqda birləşdirilməsi prinsip etibarilə təxirəsalınmaz zərurət sayılması barədə” qərar verib.
- 1933 — ABŞ ilə SSRİ diplomatik əlaqələr qurmuşdur.
- 1945 — Amerisium (atom nömrəsi 95) və kürium (96) kimyəvi elementlərinin alınması rəsmən elan edilib.
- 1988 — Estoniya SSR Ali Soveti respublikanın suverenliyi haqda qərar qəbul etmişdir
- 1994 — Azərbaycan ilə Əfqanıstan arasında diplomatik əlaqələr qurulmuşdur.
Digər günlər: 15 noyabr – 16 noyabr – 17 noyabr
bax – müzakirə – redaktə – tarixçə
Digər günlər: 16 noyabr – 17 noyabr – 18 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1870 — Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edildi.
- 1918 — Litva Rusiyadan müstəqilliyini elan etdi.
- 1928 — "Mikki Maus"un təqdimatı keçirildi.
- 1931 — Yaponiya qoşunları Mancuriyanı işğal etdi.
- 1933 — İstanbul Darülfünunu İstanbul Universiteti adı ilə fəaliyyətə başladı.
- 1963 — Əbdül Səlim Arif İraqda hakimiyyəti ələ keçirdi, Səddam Hüseyn həbs edildi.
- 1976 — 36 illik diktatura rejimindən sonra İspaniyada demokratik rejim bərqərar oldu.
- 1983 — BMT Təhlükəsizlik Şurası Şimali Kipr Türk Respublikasını tanımaqdan imtina etdi.
- 1995 — Vatikan qadınlara dini vəzifə verilməsini qadağan edən qərarını qüvvədə saxladı.
- 1997 — Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda 100-dən çox işçi həlak oldu.
- 1999 — Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalandı.
Digər günlər: 17 noyabr – 18 noyabr – 19 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1816 — Varşava Universiteti təsis edildi.
- 1946 — Əfqanıstan, İslandiya və İsveç BMT üzvlüyünə qəbul edildilər.
- 1900 — Bakı əhalisi və polisin fəaliyyətindən bəhs edən "Bakı camaatının həyatı və Böyük Knyaz prospekti ilə hərəkəti" filmi ilk dəfə nümayiş olundu.
- 1946 — BMT irqi və dini ayrı-seçkiliyi pisləyən qətnamə qəbul etdi.
- 1969 — Pele Rio de Janeyronun Marakana stadionunda futbol yarışlarında 1000-ci qolunu vurdu.
- 1977 — Misir prezidenti Ənvər Sadat İsrailə səfər etmiş ilk ərəb lideri oldu.
- 1979 — SSRİ-də ilk sürət qatarı (200 km/saat) Moskva-Leninqrad reysi ilə hərəkətə başladı.
- 1985 — ABŞ prezidenti Ronald Reyqan Cenevrədə SSRİ lideri Mixail Qorbaçovla görüşdü.
- 1987 — 1931-ci il istehsalı olan "Bugatti Royale" hərrac yolu ilə avtomobil tarixində o dövrə qədərki ən baha qiymətə — 5,5 milyon dollara satıldı.
bax – müzakirə – redaktə – tarixçə
- 1945 — Təbrizdə "Azərbaycan Xalq Konqresi" təsis edilmişdir.
- 1959 — BMT-də "Uşaq hüquqları haqqında Bəyannamə" sənədi qəbul edilib.
- 1979 — Xəstə insanlara ilk dəfə olaraq süni qan köçürülüb.
- 1985 — Microsoft Windows 1.0. təqdim edilmişdir.
- 1992 — Azərbaycanla İran birgə komissiyasının 6 noyabrda Bakıda başlayan iclası başa çatıb. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında memorandum imzalanıb.
- 2003 — İstanbulda yerləşən ingilis səfirliyinə və "HSBC" bankına bombalı hücum təşkil edilib və nəticədə 30 nəfər həlak olub, 450-dən çox insan yaralanıb.
- 2020 — Ağdam şəhəri Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən 27 ildən sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Digər günlər: 19 noyabr – 20 noyabr – 21 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1905 — Albert Eynşteyn kütlə və enerjinin ekvivalentliyini göstərən E=mc2 düsturunu açıqladı.
- 1955 — İran, Türkiyə, İraq, Pakistan və Böyük Britaniya Bağdad paktını təsis etdilər.
- 1957 — Xəzər dənizində fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik iki neftçi briqadası həlak oldu.
- 1958 — Şarl de Qoll Fransa prezidenti seçildi.
- 1991 — Qarakənd faciəsi baş verdi.
- 1991 — Fransız səyyahı Jerar Abovil ilk dəfə avarlı qayıqla Sakit okeanı keçdi.
- 1992 — Naxçıvanda "Yeni Azərbaycan Partiyası" təsis edildi.
- 1994 — Parisdə keçirilən iclasda ATƏM-in adı dəyişilərək ATƏT oldu.
- 1995 — Serbiya, Xorvatiya və Bosniya prezidentləri "Deyton sazişi"ni ratifikasiya etdilər.
Digər günlər: 20 noyabr – 21 noyabr – 22 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1497 — Vasko da Qama Ümid burnuna çatdı.
- 1927 — İran Fars körfəzindəki Bəhreyn adalarına iddia irəli sürdü.
- 1943 — Ruzvelt, Çörçill və Çan Kayşi Qahirədə Yaponiyaya qarşı hücum planını razılaşdırdılar.
- 1955 — SSRİ özünün ilk hidrogen bombasını sınaqdan keçirdi.
- 1960 — İlk "Zaporojets" avtomobili konveyerdən çıxdı.
- 1989 — Müstəqillik bayramı zamanı təşkil edilən terror aktı nəticəsində Livan Prezidenti Röne Muavad və onun əhatəsindəki 11 nəfər həlak oldu.
- 1990 — 11 illik hakimiyyətdən sonra Böyük Britaniyanın baş naziri Marqaret Tetçer istefa verdi.
- 2004 — Ukraynada "narıncı inqilab" başladı.
- 2005 — Angela Merkel Almaniyanın ilk qadın kansleri seçildi.
Digər günlər: 21 noyabr – 22 noyabr – 23 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1919 — Azərbaycan və Ermənistan hökumət rəhbərlərinin Tiflisdəki görüşündə bütün ziddiyyətli məsələlərin sülh konfransında həll edilməsi qərara alındı, Azərbaycan ordusu Zəngəzurdan geri çağırıldı.
- 1929 — Ümumittifaq Kommunist Partiyası Zaqafqaziya ölkə komitəsi kollektivləşməni sürətləndirmək barədə qərar verdi.
- 1980 — İtaliyanın cənubunda baş verən 6,9 ballıq zəlzələ nəticəsində 5000-ə qədər insan həlak oldu, 250 min nəfər evsiz qaldı.
- 1987 — BMT İkinci Dünya müharibəsi canilərinə dair sənədlərin üzərindən məxfilik qrifini götürdü.
- 1996 — Terrorçuların qaçırdığı Efiopiya Hava Yollarına məxsus Boeing-767 təyyarəsinin (şəkildə) Hind okeanına düşməsi nəticəsində təyyarədəki 175 nəfərdən 125-i həlak oldu.
- 2009 — Filippində törədilən və Maqindanao qətliamı adını alan hadisədə 34-ü jurnalist olmaqla, 58 nəfər vəhşicəsinə qətlə yetirildi.
Digər günlər: 22 noyabr – 23 noyabr – 24 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1642 — Holland səyyahı Abel Tasman Avstraliya ətrafında, sonradan onun şərəfinə adlandırılacaq adalar qrupunu kəşf edib.
- 1859 — Çarlz Darvinin (şəkildə) "Növlərin mənşəyi" kitabı nəşr edilib. Kitabın 1250 nüsxəlik ilk tirajı dərhal satılıb.
- 1934 — Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib.
- 1945 — BMT-nin Nizamnaməsi ratifikasiya olunub və o rəsmən fəaliyyətə başlayıb.
- 1969 — ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıb.
- 1988 — Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.
- 1992 — ABŞ Konqresi "Azadlığı Müdafiə Aktı"na Azərbaycanın əleyhinə olan 907-ci düzəlişi qəbul edib.
- 2006 — Mehriban Əliyeva "İSESKO-nun Xoşməramlı səfiri" adına layiq görülüb.
Digər günlər: 23 noyabr – 24 noyabr – 25 noyabr
bax – müzakirə – redaktə – tarixçə
25 noyabr: * Alfred Nobel dinamiti patentləşdirmişdir, (1867-ci il). * Bakı metropoliteninin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlanmışdır (1967-ci il).
- 1917 — Rusiyada Müəssisan Məclisinə seçkilər keçirilmiş, bu seçkilərdə bolşeviklər cəmi 25% səs ala bilmişdilər.
- 1936 — Almaniya və Yaponiya "Antikomintern paktı"nı imzalamışlar.
- 1972 — Bakıda Şıx çimərliyi yanında "Xalqlar Dostluğu" parkı salınmışdır.
- 1973 — Dövlət çevrilişi nəticəsində Yunanıstanın baş naziri Andres Papandreu hakimiyyətdən uzaqlaşdırılmışdır.
- 1977 — BMT İsrailin ərəb torpaqlarını işğal etməsini pisləyən qətnamə qəbul etmişdir.
- 1991 — Moskvada Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur.
- 1992 — Çexoslovakiya iki müstəqil dövlətə – Çex Respublikası və Slovakiyaya parçalanmışdır.
- 1997 — Bakıda GUAM blokunun (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkil edilməsinə dair protokol imzalanmışdır.
- 2000 — Abşeron yarımadasında güclü zəlzələ baş vermiş, köhnə tikililər ciddi xəsarət almışlar.
- 2008 — Azərbaycanda ilk dəfə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə vəsait ayrılmışdır.
Digər günlər: 24 noyabr – 25 noyabr – 26 noyabr
bax – müzakirə – redaktə – tarixçə
26 noyabr: * Arxeoloq Hovart Karter Misir fironu Tutanxamonun sarkofaqını açmışdır, (1922-ci il). * Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilmişdir, (1991-ci il).
- 1394 — Seul Koreyanın paytaxtı elan edilmişdir.
- 1812 — Napoleon qoşunu məğlub olaraq Rusiyadan geri çəkilməyə başlamışdır.
- 1924 — Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsasnaməsi dərc edilmişdir.
- 1942 — Sovet ordusu Stalinqradda əks hücuma başlamışdır.
- 1978 — İranda mollalar əhalini Pəhləvi rejiminə qarşı kütləvi tətilə çağırıb və ölkə iflic vəziyyətinə gəlmişdir.
- 1993 — Almaniya PKK-nı terror təşkilatı kimi tanımışdır.
- 2003 — Səsdənsürətli “Concorde” təyyarəsi son dəfə Bristoldan Vaşinqtona uçmuşdur.
- 2005 — Hind milyoneri Vijaypat Singhania 21 291 metr yüksəyə qalxaraq aerostatla dünya rekordunu təzələmişdir.
- 2008 — Bombeydə terror hücumlar nəticəsində 173 nəfər həlak olub, 300-dən çox insan yaralanmışdır.
Digər günlər: 25 noyabr – 26 noyabr – 27 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1526 — Osmanlı sultanı Sultan Süleyman Qanuni Avstriya səfərinə başlayıb.
- 1920 — RSFSR XKS “Türküstan və Azərbaycan SSR-də pambıqçılığı bərpa etmək barədə” dekret verib.
- 1967 — Fransa Böyük Britaniyanın Ümumi Bazara girməsinə veto qoydu.
- 1983 — Madrid aeroportuna enmə zamanı Kolumbiyaya məxsus təyyarə qəzaya uğrayıb, 193 nəfər həlak olub.
- 1995 — Azərbaycan Respublikası Litva ilə diplomatik əlaqələr qurmuşdur.
- 2002 — BMT nəzarətçiləri 4 il fasilədən sonra İraqda yenidən kimyəvi silah axtarmağa başladılar.
- 2006 — MDB məkanında ilk dəfə olaraq Bakıda hüquqşünas qadınların beynəlxalq konfransı keçirilib.
Digər günlər: 26 noyabr – 27 noyabr – 28 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1893 — Qadınlar ilk dəfə olaraq Yeni Zelandiyada seçkidə iştirak etdilər.
- 1909 — Fransa hökuməti doğuş keçirən qadınlara 8 həftə ödənişsiz məzuniyyət hüququ verdi.
- 1943 — II DM: SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçıları Tehran konfransında toplaşdılar.
- 1958 — Çad, Konqo, Qabon, Mali, Mavritaniya və Seneqal müstəqilliklərini elan etdilər.
- 1969 — İtaliyada boşanma qanuniləşdirildi.
- 1979 — Yeni Zelandiya hava yollarına aid DC-10 təyyarəsinin Antarktida üzərindən uçarkən Erebus dağına çırpılması nəticəsində 279 nəfər həlak oldu.
- 1783 — Rus əlifbasına "Ё" hərfi əlavə edildi.
- 1899 — Barselona futbol klubu yaradıldı.
- 1922 — Tutanxamonun mumiyasının ardından onun varidatı da aşkar edildi.
- 1932 — SSRİ və Fransa hücum etməmək barədə pakt imzaladılar.
- 1945 — Yuqoslaviyada monarxiya federativ respublika ilə əvəz olundu.
- 1962 — Fransa və Böyük Britaniya səsdən sürətli Concorde mülki təyyarəsini istehsal etmək barədə müqavilə imzaladılar.
- 1996 — Haaqa məhkəməsi 1200 bosniyalının ölümündə iştirak etmiş əsgərə 10 il həbs cəzası verdi.
Digər günlər: 28 noyabr – 29 noyabr – 30 noyabr
bax – müzakirə – redaktə – tarixçə
- 1786 — Böyük Toskana hersoqluğu ölüm hökmünü ləğv edən ilk müasir dövlət oldu.
- 1840 — Napoleon Bonapartın cəsədinin qalıqları Müqəddəs Yelena adasından Parisə gətirildi.
- 1872 — Tarixdə ilk dəfə Qlazqo şəhərində İngiltərə və Şotlandiya milli yığma komandaları arasında beynəlxalq futbol oyunu keçirildi.
- 1939 — Sovet İttifaqının Finlandiyaya hücum etməsi nəticəsində Qış müharibəsi başladı.
- 1950 — Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri başladı.
- 1982 — Tarixdə ən çox satılan musiqi albomu olan Maykl Ceksonun "Thriller" solo albomu satışa çıxarıldı.
- 2007 — Tacikistan parlamenti Azərbaycan vətəndaşları üçün viza rejimini birdəfəlik ləğv etdi.
Digər günlər: 29 noyabr – 30 noyabr – 1 dekabr
bax – müzakirə – redaktə – tarixçə