Vikipediya Temiz Baslangic - Wikipedia
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Səhifənin qısa məzmunu: Cari blok və qadağalara malik olmayan istifadəçilər cari istifadəçi hesablarından istifadəni dayandırıb yeni hesabla fəaliyyətə başlaya bilər. Təmiz başlanğıc iki hesabın əlaqələndirilməyəcəyinə zəmanət vermir və köhnə redaktə fəaliyyətlərini davam etdirmək üçün təmiz başlanğıcdan istifadə edən istifadəçi müəyyən oluna və yoxlamadan yayınmağa çalışan olaraq görünə bilər. |
- Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 29 sentyabr — 24 oktyabr 2024
- Qüvvədədir: 24 oktyabr 2024-cü ildən
Təmiz başlanğıc və ya yeni başlanğıc hər hansısa bir istifadəçinin yeni hesabla yeni bir başlanğıc etməsi və köhnə hesabından istifadəni dayandırmasıdır. Təmiz bir başlanğıc istəmənin ən ümumi iki səbəbi keçmişdəki səhvlərin fərqinə varmaq və təqibdən uzaqlaşmaqdır. Köhnə hesab açıq şəkildə dayandırılmalı və yeni hesab istifadəçilərin bu hesabı xatırladacaq əvvəlki nümunə və davranışları göstərməkdən çəkinməlidir. Yeni hesabın həqiqi bir "yeni başlanğıc" olması yeni sahələrdə redaktə etməsi, köhnə mübahisələrdən qaçınması və icma davranış normalarına riayət etməsi gözlənilir.
Həqiqi bir təmiz başlanğıc uyğunsuz hesab edilmir. Bununla yanaşı, əgər redaktor yeni hesabı vasitəsilə məqalə və mövzuları mənfi təsir yaradacaq şəkildə redaktə etməyə davam edərsə (mübahisələrə qarışmaq, redaktə müharibəsi və ya digər pozucu fəaliyyətlər), böyük ehtimalla "kukla" kimi tanınacaq və köhnə hesabı ilə əlaqaləndiriləcək, nəticədə buna uyğun müvafiq inzibati addımlar atılacaq. Keçmişdəki xoş olmayan davranışların nəticəsindən qaçınmaq üçün hesab dəyişdirmək/yeni hesablarla fəaliyyətə başlamaq ümumən yoxlanışdan qaçmaq olaraq qəbul edilir və əlavə sanksiyaların şamil olunmasına dəlalət verir. Yeni hesabın fəaliyyəti bunun qanuni yoxsa yoxlanışdan qaçış məqsədli yeni bir hesab olduğunu müəyyən edir. Köhnə hesaba qarşı qüvvədə olan bloklar, qadağalar və sanksiyalar (burada sadalananlar daxil, amma siyahı bunlarla məhdudlaşmır) olduğu halda təmiz başlanğıca icazə verilmir.
Kriteriyalar
- Təmiz başlanğıc üçün uyğun istifadəçilər
Hər hansısa cari qadağalara və köhnə sanksiyalara tabe olmayan, davranışları səbəbilə faktiki olaraq müzakirə edilməyən və ya hazırda müzakirə olunan yaxşı vəziyyətdə olan hansısa istifadəçi təmiz başlanğıc edə bilər.
- Təmiz başlanğıc üçün qeyri-uyğun istifadəçilər
Hazırda cari bloklara, qadağalara və ya digər sanksiyalara (burada sadalananlar daxil, amma bunlarla məhdudlaşmır) tabe hər hansısa istifadəçi; və ya davranışları səbəbilə hazırda müzakirə olunan, yaxud müzakirəsi planlaşdırılan (məsələn, Vikipediya:Şikayət və Vikipediya:İnzibatçılara müraciət səhifələrində); yaxud da yoxlanışdan yayınmağa çalışan istifadəçilər təmiz başlanğıc üçün uyğun deyil.
Necə "təmiz başlanğıc" etmək olar?
Təmiz başlanğıc etmək barədə fikirləşsəniz və əvvəlki hesabınızı tərk etmək istəsəniz, sadəcə olaraq köhnə hesabınızdan istifadəni dayandırın və istifadə edəcəyiniz yeganə hesabınız olacaq yenisini yaradın. Yaxşı vəziyyətdə olan hər hansısa redaktor hesabını tərk etmədən öncə istifadəçi adının dəyişdirilməsini tələb edə bilər, amma bu tələb ictimai olaraq jurnala qeyd ediləcək və siz diqqətləri daha çox cəlb edəcəksiniz (bax: streyzand effekti). Anlaşılmazlıq ehtimalını minimuma endirmək üçün köhnə hesabınızın istifadəçi səhifəsində (hesaba daxil olarkən) {{qeyri-aktiv}} şablonundan istifadə edə və ya başqa bir məlumatlandırıcı mesaj qeyd edərək həmin hesabda aktiv olmadığınızı bildirə bilərsiniz. Bir çox hallarda eyni vaxtda birdən artıq hesabdan istifadə edə bilməzsiniz.
Bildiriş və icazələr
Əgər haqqınızda icma konsensusu ilə yekun qərar verilməyibsə və ya təsdiqlənmiş ciddi qayda pozuntularına görə bloklanmamışsınızsa təmiz başlanğıc qərarınızı heç kimə bildirmək məcburiyyətində deyilsiniz. Lakin barənizdə yekdil qərar və ya əsaslı blok səbəbləri olmasına dair qərar varsa, öncəliklə bu barədə Vikipediya:İnzibatçılara müraciət səhifəsinə müraciət ünvanlamağınız lazımdır. İnzibatçılar müraciətinizə nəzər yetirəcək və prosedura bağlı olaraq Vikipediya:Şikayətlər səhifəsində müvafiq müzakirəyə start verəcək. Bu, "pərdəarxası" müzakirələr və araşdırmalar nəticəsində yarana biləcək anlaşılmazlıq riskini azalda bilər və xətalı bloka və ya alternativ hesab yaratmaq üçün müraciət etməkdə sizə kömək edə bilər. Onu da nəzərə alın ki, müraciətiniz qəbul edilmədiyi təqdirdə müraciət etdiyiniz tarixdən etibarən ən azı 3 ay (90 gün), qəbul edilib gözlədiyiniz nəticə çıxmadığı təqdirdə isə təkrar müraciət üçün minimum 6 ay (180 gün) gözləmək məcburiyyətindəsiniz. Konsensus ilə qəbul edilmiş daha uzunmüddətli sanksiyalara şamil istisnalar ola bilər. Siz həmin müddət ərzində heç bir fəaliyyət göstərməməli (IP ilə belə) və gələcək səfər arzuedilən nəticə üçün daha da yaxşı şəkildə fəaliyyətinizi qaydasına qoyduğunuzu nümayiş etdirməlisiniz.
Lütfən, sadə sorğular (blokdan çıxma tələbi) yerinə geniş şəkildə vəziyyətinizi, davranışızlarınızın dəyişdiyini, səhvlərinizi başa düşdüyünüzü və onları təkrarlamayacağınızı və Vikipediyaya hansı töhfələri verə biləcəyinizi qeyd edin.
Bilin ki, heç kim təmiz bir başlanğıc üçün sizə icazə vermir. Burada "icazə" termini hərəkətlərinizə görə günahkar olub-olmadığınız barədə sorğulanmanızı ehtiva edir. Təmiz bir başlanğıc etməyə çalışdığınız halda fərq edildiyiniz təqdirdə həm köhnə, həm də yeni hesabınızdakı davranışlarınıza görə məsuliyyət daşıyacaqsınız. Dəyişikliyiniz barədə kiməsə məlumat verməyiniz sizi hərəkətlərinizin nəticələrindən azad etməyəcək və ya tanınmaqdan qorumayacaq.
Təmiz başlanğıcdan sonra fəaliyyət
Təmiz başlanğıc şərtlərinə uyğun olaraq hesab dəyişdirən redaktorlar tam olaraq yeni bir başlanğıc axtardıqlarını nümayiş etdirməlidirlər. Siz icma davranış normalarına hörmət etmək və keçmiş hesabınız daxilində iştirak edə biləcəyiniz mübahisələr və ya pis davranışlarla əlaqəndirilmənizin qarşısını alacaq tərzdə redaktə etməkdə cavabdehlik daşıyırsınız. Daha əvvəl redaktə etdiyiniz məqalələrdən və ya mövzulardan tamamən uzaq durmağınız ən yaxşısıdır. Xüsusilə də başqa bir redaktor(lar)la bir mübahisəyə düşmüşsünüzsə. Davranışlarınızda gözlənilən müsbət dəyişikləri etməsəniz, keçmiş hesab(lar)ınızın fəaliyyətlərinə görə xatırladıla və məsuliyyətli tutula bilərsiniz. Eyni şəkildə, digər redaktorların təqiblərinə görə təmiz bir başlanğıc etmək fikriniz varsa, sizi həmin redaktorlarla ziddiyətə sala biləcək mümkün məqalələri də redaktə etməkdən çəkinməlisiniz, çünki çox güman ki, onlar sizi tanıyacaqlar.
Əvvəlki məqalələrə və mövzulara qayıtmaq
Redaktorların ilk növbədə onları Vikipediyada diqqətlərini çəkən mövzularda redaktə etmə istəkləri təbiidir. Bununla yanaşı, təmiz başlanğıcdan sonra həmin mövzulara qayıtmaq və töhfə vermək digər redaktorların sizin köhnə və yeni hesablarınızı tanıması və bir-biri ilə əlaqələndirməsi kimi bir ehtimalı özündə daşıyır. Bu yeni hesabdan istifadə etdiyiniz vaxt davranışlarınız tamamən uyğun olsa belə, mübahisələrə, etibarınızın daha çox itirilməsinə, qadağa və bloklara səbəbiyyət verə bilər. Bu səbəblə təmiz başlanğıcdan sonra "köhnə dəftərləri bağlamaq" ən yaxşısıdır. etmək istədiyiniz sevimli bir mövzunuz varsa, köhnə hesabınızı istifadə etməyə davam etmək davranışlarınızı təmizləmək və etibarınızı çətin yoldan yenidən inşa etmək üçün daha yaxşı ola bilər. Alternativ olaraq, daha əvvəl maraqlandığınız mövzulara qayıtmadan əvvəl digər sahələrlə maraqlanmağa və "yaxşı" töhfələr verən biri olaraq etibar qazanmağa vaxt sərf edin. Nəzərdə saxlayın ki, "təmiz başlanğıc"ın əsas məqsədi davranışlarınızda müsbət dəyişikliklər etməyinizdir ki, siz əvvəki hesabınız kimi xatırlanmayasınız; əvvəlki hesabda mübahisə yaşadığınız məqamlara dərhal müdaxilə etmək sizin öncəki xoş olmayan vəziyyətlərinizin önə çıxmasına xidmət edir.
Mübahisəli və araşdırılan mövzular
Müəyyən mövzularda redaktə etmək xüsusilə mübahisəlidir. Təmiz başlanğıc edən redaktorlar bu növ mövzulardan tamamilə uzaq durmalıdırlar. Əsl hesab redaktə məhdudiyyəti altında olmasa belə, hesabın dəyişdirilmiş olması redaktorun mübahisə edən tərəflərlə keçmiş əlaqələrini gizlədir və icmanın mübahisəyə nəzarət etmək qabiliyyətinə mane olur. Mübahisəli və araşdırılan mövzuları yeni bir hesabla redaktə etməyə davam etmək təmiz başlanğıcın uyğun forması deyil. Hesabı dəyişdirmək və ardınca mübahisəli bir sahədə redaktələrə davam etmək digər redaktorların sizi xatırlaması və köhnə və yeni hesablarınızı bir-biri ilə əlaqələndirməsinə ehtimal verir. Siz uzunmüddətli blok və qadağa riskini daşıyan yoxlanışlardan yayınan biri kimi görünə bilərsiniz. Hər hansısa bir vəziyyətdən əmin deyilsəniz, hər hansısa bir inzibatçıdan və ya təcrübəli istifadəçidən onlara müraciət etməklə tövsiyə ala bilərsiniz.
Rəhbər prinsip budur ki, təmiz başlanğıc ciddi nəzarət altında olan sahələrdə redaktəni davam etdirmək icazəsinin olmamasıdır. Keçmişdən dərs alaraq yeni sahələrə yönəlmək və ya köhnə anlaşılmazlıqları və pis davranışları bir kənara qoymaq istəyən istifadəçilər bura şamildir.
İnzibatçılıq üçün namizədlik
Köhnə hesablarınızı açıqlamaq məcburiyyətində deyilsiniz; buna baxmayaraq, inzibatçılıq və ya bənzəri pozisiyaları axtarmadan əvvəl daha əvvəlki bir hesab və ya hesablarınızı inzibatçılara (istəyirsinizsə, son dərəcə gizlilik içində) bildirməyiniz mütləq şəkildə tövsiyə olunur. Bunu etməməyiniz aldadıcı olaraq dəyərləndirilə və Vikipediya icması tərəfindən mənfi qarşılana bilər.
Təmiz bir başlanğıcdan sonra inzibatçı namizədliyi vermək və ya qəbul etmək çox vaxt mübahisələrə zəmin yaradır. Təmiz başlanğıcınızın səbəbləri artıq qüvvədə deyilsə, ən yaxşı seçiminiz inzibatçı namizədliyindən əvvəl öncəki əlaqəli hesab(lar)ınızı da təqdim etmək və redaktə etməyi dayandırdığınız hesab(lar)la bağlı hər hansı həllini tapmamış məsələləri də həll etməkdir.
Əvvəlki hesab(lar)ınızı bildirmədən inzibatçı olduğunuz halda həmin hesab(lar) sonradan ifşa olunduğunda bu, sadəcə sizin icmanın gözündə nüfuzunuzun itməsinə səbəb olacaq.
Köhnə hesab(lar)ınızı açıqlamadan inzibatçı olmağı düşünürsünüzsə, insanların köhnə hesabınızı yoxlamağınıza icazə vermək əvəzinə daha uzun müddət gözləmək ən yaxşısıdır.
Həmçinin bax
- Vikipediya:Bəyan edə biləcəyiniz nəsə varmı? — alternativ hesabları olan redaktorların onları gec ya da tez bildirməsi lazım olduğunu tələb edir.
- Unudulmaq hüququ — hüquqi anlayış.