Vikipediya Sisteme Teqdim Olunma - Wikipedia
Sistemdə qeyd olmaq olan səhifələrə baxmaq və hətta onları redaktə etmək üçün zəruri deyil. Lakin bu bəzi əlavə imkanlar verir, buna görə sistemdə qeyd olmaq məsləhət görülür.
Qeydiyyat (özünü sistemə təqdim etmə prosesi)
redaktəYeni istifadəçi qeydiyyatının mahiyyəti odur ki, siz istifadəçi adını və şifrənizi sistemə təqdim edirsiniz. Sistem mövcud istifadəçi adını inkar edəcək. İstifadəçi adı yalnız bir dəfə qeyd olunur. Bundan sonra siz «qeydiyyatdasınız». Daha sonra sistemə daxil olmaq üçün qeydiyyat zamanı təqdim etdiyiniz istifadəçi adınızı , və həmin şəxs olmağınızı təsdiq etmək məqsədi ilə şifrənizi də eyni qaydada daxil edirsiniz.
Sizin səhifələr üzərində etdiyiniz dəyişikliklər öz qeyd olmusunuzsa istifadəçi adınıza, əks halda IP-ünvanınızın hesabına yazılacaq.
Bəzi MediaWiki layəhələri bir ailə təşkil edir və bunlardan ayrıca qeyd olmağa ehtiyyac yoxdur, beləki bunlar üçün vahid qeydiyyat sistemi mövcuddur. Ən əsası odur ki, bu 300-dən artıq Wikia layihəsini əhatə edir.
Qeydiyyat nəyə lazımdır?
redaktəEnsiklopediyanın istənilən səhifəsini oxumaq üçün qeydiyyata ehtiyyac yoxdur. Hətta redaktə etmək üçün də qeydiyyat önəmli deyil — hər kəs bunu qeydiyyatsız edə bilər.
Amma bəzi səbəblərə görə qeyd olmağın mənası var:
- Öz adınızdan dəyişikliklər və əlavələr etdiyiniz halda digərləri dəyişikliyin sizin tərəfinizdən edildiyini biləcəklər. IP-ünvanın istifadəçi adı qismində istifadəsi məqsədə uyğun deyil. Və əgər siz bura müxtəlif kompüterlərdən girirsinizsə sizin hər dəfə fərqli IP-ünvanınız olacaq. Məlumdur ki, istənilən kompüterdə müəyyən vaxtdan sonra IP-ünvan dəyişir, bu internet provayderinin növündən və təklif etdiyi tarif paketindən asılıdır. Ona görə qeyd olmaq daha məqsədə uyğundur.
- Sizin şəxsi istifadəçi səhifəniz olacaq. Siz özünüzə aid bəzi informasiyanı "İstifadəçi Müzakirəsi" səhifəsində yaza bilər", "Danışıqlarım" bölməsində isə digər istifadəçilərlə ünsiyyətdə ola bilərsiniz .
- Siz digər istifadəçilərə narahatlıq yaratmamaq üçün səhclərə "kiçik redaktə" işarəsini vura biləcəksiniz.
- "İzlədiyim səhifələr" bölməsində sizin marağınızda olan səhifənin necə dəyişilməsini haqqında məlumatlandırılacaqsınız.
- İstəsəniz öz e-poçtunuzu təqdim edə bilərsiniz, bu halda digər istifadəçilər sizin e-poçtunuza məktub yaza biləcək, bu halda e-poçtun anonimliyi təmin olunur. E-poçtu təqdim etməmək də olar.
- Sizə səhifənin adını dəyişmək səlahiyyəti veriləcək..
- Sizə "Nizamlamalar" bölməsində ayarları dəyişmə səlahiyyəti veriləcək.
Necə qeydiyyatdan keçməli ?
redaktəƏn əvvəla əmin olun ki, brouzeriniz kuki qəbul edir.
Daha sonra yuxarı sol küncdə "Yeni hesab aç" bölməsinə basın
Burada özünüzə aid informasiyanı daxil edin, burada həm də e-poçtunuzu daxil edə bilərsiniz, bu halda digər istifadəçilər sizinlə əlaqə qura biləcək. Əgər daxil olanda "Keep me logged in" işarələsəniz hər dəfə daxil olmaqa ehtiyyac olmayacaq.