Vikipediya Silinmeye Namized Sehifeler Ferrux Mahmudov - Wikipedia
Vikipediya:Silinməyə_namizəd_səhifələr/Fərrux_Mahmudov - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
- Neftçi PFK-nın prezidenti (bu sözü də Azərbaycanda lap urvatdan salıblar. Yerindən duran özünə prezident deyir. Əlavə olaraq Neftçiyə az qala 2-3 ildən bir təzə prezident təyin olunur az qala) və ya Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru (Azərbaycanda basketbol var?) olmaq, məncə, şəxsi ensiklopedik etmir. Şəxs digər hallarda ensiklopedikdirsə belə əgər, bu hal məqalədə öz əksini tapmayıb. Əlavə olaraq məqalə istinad və mənbəsiz, həm də yarımçıqdır. samral müzakirə 22:52, 15 may 2024 (UTC)
- Qalsın: Neftçi Azərbaycanın ən köklü və tarixi klubudur. Əslində əsas liqada çıxış edən bütün klubların prezidentləri ensiklopedik şəxsdirlər. Necə olur ki, xarici vikilərdə bütün xarici klub prezidentləri haqqında məqalə yaradıla bilir, ancaq Azvikidə yox ? Təsəvvür edin ki, Trvikidə Fənərbaxça, Beşiktaşın klub prezidenti olmuş şəxsin məqaləsini SNS edirlər ki, urvatdan salmısız bu adı təmiz 🙃. Digər tərəfdən Azərbaycanda basketbolun olmamasını bilmək sadəcə olaraq məlumatsızlıqdır. Hal-hazırda 10 klubun iştirakı ilə basketbol çempionatı keçirilir və klubların hər birində peşəkar basketbolçular çıxış edir. Bir çox klubda Amerika kollec liqasında oynamış basketbolçular çıxış edirlər. İstinadlarının olmaması silinməsi üçün əsas ola bilərmi ? — Baskervill 05:23, 16 may 2024 (UTC)
- Qalsın: @Baskervill fikrinə əsasən -- ☞QRAF☜ (✉ → ♕) 05:04, 25 may 2024 (UTC)
- @Qraf, VP:SMİEÇA-ya nəzər yetirin, zəhmət olmasa. Səsvermə keçirmirik. samral müzakirə 14:22, 4 iyul 2024 (UTC)
- Qalsın: @Baskervill fikrinə əsasən -- ☞QRAF☜ (✉ → ♕) 05:04, 25 may 2024 (UTC)
- Silinsin: Samralın dediyi sözlərdə həqiqət var. Əvvəla biz rəhbər vəzifənin əhəmiyyətinə baxmalıyıq. Misal üçün bəzi FK-larda İH sədri vəzifəsi var. Baxırsan belə İH sədri guya rəhbər vəzifədir də. Amma tam formal haldadır və heç bir ciddi fiqur olmayan şəxs o vəzifəni tutur. Fərrux Mahmudov məsələsi də bənzərdir. Adamın fəaliyyəti əsasən ABF-da olub. Sırf bir müddət Neftçi FK-nin prezidenti olub deyə bu şəxsi ens etmir. Əvvəla saytın özünə baxaq. Neftçi FK rəhbərliyi Müşahidə Şurasından ibarətdir. Orada da 7 nəfər adam var. Rəhbərlər bölməsində düz 10 nəfərin adı var. Keçmiş prezidentlər bölməsində belə F. Mahmudovun adı yoxdur. Yəni belə. Grenzsoldat 18:30, 4 iyul 2024 (UTC)
Ensiklopedikliyi təsdiqlənilə bilmədiyi üçün silinməsinə qərar verildi. İşlənilib bərpası üçün VP:BNS-ə təqdim edilə bilər. Hörmətlə, Gadirmüzakirə 16:46, 7 iyul 2024 (UTC)