Vikipediya Silinmeye Namized Sehifeler Elxan Besirov 3 Cu Namizedlik - Wikipedia
Vikipediya:Silinməyə_namizəd_səhifələr/Elxan_Bəşirov_(3-cü_namizədlik) - Haqqında Məlumat
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
- Silinsin: Prembuladakı vəzifələr VP:ŞEƏ-nin kriteriyalarını ödəmir. Fəaliyyəti ilə bağlı hissədə Mətanət A şirkətini təsis etdiyi və orada hal-hazırda tutduğu vəzifə qeyd olunub, hansı ki, nə şirkətin təsisçisi olmaq, nə də tutduğu vəzifə şəxsi tək başına vikidə ensiklopedik etmir. Yazının ardı sadəcə şirkətin fəaliyyəti haqqındadır. Məqalədəki geri qalan faktlar isə təltifləri iə bağlıdır ki, onlardan da nə "əməkdar mühəndis" adı, nə də "tərəqqi" medalı kriteriyaları ödəyə biləcək ensiklopedik yükə malik deyil. Xatırladım ki, daha əvvəl bu məqalədə göstərilmiş "Sokrat mükafatı"nın saxta mükafat olduğu, Oksfordun fəxri professoru olması faktının isə real olmaması ortaya çıxmışdı. Məqalənin müəllifi olan Elşad İmanın özünü "təsdiqli viki mütəxəssis" kimi tanıdaraq Vikipediya üzərində biznes qurduğu, məqalələri "sildirib" yenidən yaradılması, hətta mühafizəsi üçün pul tələb etdiyi faktı artıq hamıya məlumdur. Şəxs hətta bu pozucu fəaliyyəti səbəbi ilə Vikipediyada müddətsiz bloklanmasına rəğmən, ona aid olduğu bəlli olan başqa profillərlə daxil olub əvvəlki müzakirənin gedişatına müdaxilə etmiş və özünün də qaydalara uyğun olmadığını tam dəqiq bildiyi faktları "ensiklopediklik üçün əsas" olaraq qələmə verərək şərhləri ilə icmanın fikirlərini təhrif etmiş, icmanın mövqeyini müzakirədə fərqli cür göstərməyə çalışmışdır. Halbuki özü eyni arqumentlər ilə SNS-də məqalə "sildirirdi". Odur ki, müzakirədəki arqumentlərin VP:ŞEƏ-yə əsaslanmasını ümid edirəm. Onu da qeyd edim ki, mövzunun ensiklopedikliyi bu yaxınlarda envikidə də müzakirə olunub və məqalə silinib. Oradakı arqumentlərlə də tanış ola bilərsiniz.
- Məqaləni silinməyə namizəd verməyimin səbəbi şəxsin fəaliyyətini əhəmiyyətsiz görməyim deyil, bu müzakirədə şəxsin fəaliyyəti, kimliyi müzakirə edilmir. Mənim Elxan bəy və onun fəaliyyəti haqqında müsbət fikirdə olmağım məqalənin qaydaları ödəmədiyi reallığını dəyişmir. Ümid edirəm Elşad İman bu məqalənin mühafizəsi üçün də şəxsdən pul almır, və həmçinin ümid edirəm Elşad bu müzakirədə də əvvəlki müzakirədəki kimi özünü xanım kimi təqdim edərək müzakirənin gedişatına müdaxilə etməz. — Sura Shukurlu (müzakirə) 14:33, 17 mart 2024 (UTC)
- Silinsin: Suranın qeyd elədiyi arqumentlərlə razıyam. Həm məqalə açıq aydın PR məqsədi ilə yaradılıb, həm də ŞEƏ şərtlərini ödəmir. Grenzsoldat 14:34, 17 mart 2024 (UTC)
- Elxan Bəşirovun məqaləsi bərbad haldadır, ya redaktə olunub vikiləşdirilməlidir ya da ki, sürətli silinməlidir. Çünki bu məqalə bu halı ilə çox bərbaddır, adi preambulanı düzəldə bilməyən vikipediyaçının bu vaxtadək bu məqaləni bu halı ilə saxlamasıda bir təcrübəsizlik nümunəsidir. Vikiləşdirilməyəcəksə qoy onda Sürətli silinsin: xoş vikilər 👽👽👽 5.44.34.104 20:45, 17 mart 2024 (UTC)
- Şərh: məqalədə şəxsin 1 monoqrafiya, 3 kitab, 15 məqalə və 4 patent müəllifi olduğu qeyd edilib. Monoqrafiyanın adı, mənbəsi qeyd edilib, amma ətraflı məlumat qeyd edilməyib. Digərlərinin isə heç adı da qeyd edilməyib. Bu məsələlər ətraflı və etibarlı mənbəli şəkildə öz təsdiqini tapsa, şəxsin sahibkarlıq və ictimai fəaliyyətini də nəzərə alıb ensiklopedik saymaq olar. samral müzakirə 15:02, 18 mart 2024 (UTC)
- Məqalə saxlanılsa qalmaqallar bölməsi yaradıb aşağıdakı istinadlardan istifadə edərək məqaləni təkmilləşdirmək olar:
- Elxan Bəşirov 5 milyon dollarını necə “xilas etdi”? - Ağlagəlməz maxinasiya
- Keçmiş direktoru “Mətanət-A”nı məhkəməyə verib - Yakup Çimenlə Elxan Bəşirov arasında qalmaqal
- BƏŞİROV QARDAŞLARININ «MİLYONLUQ SƏLTƏNƏTİ»
- “Mətanət-A”-da nə baş verir: Elxan Bəşirov xaricə köçüb?
- “Mətanət A” şirkəti ittihamlara cavab verə bilmədi
- “Mətanət A”nın prezidenti işçisindən qisas alır? - ondan şikayət etdiyinə görə
- Nemoralis (müzakirə) 19:54, 18 mart 2024 (UTC)
- @Nemoralis Təkminləşdirildikdə məqalə ensiklopedik olacaq sizcə.? Redivy (müzakirə) 20:08, 18 mart 2024 (UTC)
- Məncə hə. Şəxsin adı korrupsiyadan tutmuş FETÖyə qədər hər yerdə hallanıb. Nemoralis (müzakirə) 20:09, 18 mart 2024 (UTC)
- Təkmilləşdirmək olar. Moses :) 09:02, 19 mart 2024 (UTC)
- Əgər bu keçidlərdəki faktlara görə ensiklopedik olduğu iddia edilirsə, onda həmin faktlar mənbələrdən seçilib istinadlarla birlikdə məqaləyə yerləşdirilsin, elə dəyərləndirək. Çünki müzakirədə iştirak edən və bundan sonra iştirak edəcək şəxslər məqalənin indiki halını görürlər və göstərilən mənbələrdəki məlumatlar da çox xaotik şəkildə yazıldığı üçün ensiklopedikliyini iddia edən faktlar seçilib iştirakçılara kankret olaraq təqdim edilsə, onlarda da müəyyən fikir formalaşar. Sura Shukurlu (müzakirə) 09:18, 21 mart 2024 (UTC)
- Təkmilləşdirmək olar. Moses :) 09:02, 19 mart 2024 (UTC)
- Məncə hə. Şəxsin adı korrupsiyadan tutmuş FETÖyə qədər hər yerdə hallanıb. Nemoralis (müzakirə) 20:09, 18 mart 2024 (UTC)
- @Nemoralis Təkminləşdirildikdə məqalə ensiklopedik olacaq sizcə.? Redivy (müzakirə) 20:08, 18 mart 2024 (UTC)
- Qalsın: Şəxs ensiklopedik şəxsdir, bəzi məlumatların mənbələri yerləşdirilməlidir. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:57, 21 mart 2024 (UTC)
- Silinsin: biz məqalənin gələcək halını yox, indiki halını müzakirə edirik. indiki halı ilə onu deyə bilərəm ki, məqalə düzgün tərtib olunmayıb. bu müddət ərzində məqaləyə heç bir əlavə, düzəliş edilməyib. bu halı ilə də qalsın deyə bilmirəm təəssüf ki. Atakhanli (müzakirə) 18:39, 24 mart 2024 (UTC)
- Şərh: Müzakirədə qeyd olunan detallar əlavə edilərək işlənilsə az.viki üçün mahiyyətlidir Qalsın: yox əgər işlənilməsə Silinsin: Redivy (müzakirə) 22:28, 24 mart 2024 (UTC)
- @Redivy Maraqlı olan, bu mənbələri Vikipediyada birinci ortaya çıxaran elə Elşad olub, (90AA123 adlı istifadəçinin o olduğu hamıya bəllidir). Üstəlik IP ilə də yazıb bu mənbələrin nə qədər əhəmiyyətli mövzuya toxunduğunu sübut etməyə çalışırdı. Mövzu odur ki, bu mənbələr Elşadın (faktiki nümunə) fikrincə olduqca əhəmiyyətli məlumatları təqdim edə bilər, amma ensiklopediklik üçün nə qədər əhəmiyyətli mənbələr olduğu meyarlara əsasən müəyyən edilir və elə buna görə də, envikidə bu keçidlər ensiklopedikliyi sübut etmək üçün əhəmiyyət kəsb etmədi. Sura Shukurlu (müzakirə) 22:53, 24 mart 2024 (UTC)
- @Sura Shukurlu Fikirlər ilə razıyam amma orada @Nemoralis kimi detallı istinadlar və s müzakirədə olmamışdı həmçinin istinadlarda həqiqətən görünür ki,ya pis ya yaxşı halda az.viki üçün ensklopedikdir lakin işlənilsə əgər. Redivy (müzakirə) 22:56, 24 mart 2024 (UTC)
- @Redivy Maraqlı olan, bu mənbələri Vikipediyada birinci ortaya çıxaran elə Elşad olub, (90AA123 adlı istifadəçinin o olduğu hamıya bəllidir). Üstəlik IP ilə də yazıb bu mənbələrin nə qədər əhəmiyyətli mövzuya toxunduğunu sübut etməyə çalışırdı. Mövzu odur ki, bu mənbələr Elşadın (faktiki nümunə) fikrincə olduqca əhəmiyyətli məlumatları təqdim edə bilər, amma ensiklopediklik üçün nə qədər əhəmiyyətli mənbələr olduğu meyarlara əsasən müəyyən edilir və elə buna görə də, envikidə bu keçidlər ensiklopedikliyi sübut etmək üçün əhəmiyyət kəsb etmədi. Sura Shukurlu (müzakirə) 22:53, 24 mart 2024 (UTC)
- Silinsin: Sura xanımın arqumentləri tutarlıdır. — Tarixi Nadir (müzakirə) 18:27, 27 mart 2024 (UTC)
- @Moses, @Nemoralis, @Eldarado, @Redivy, @Samral məqaləni təkmilləşdirmək mümkün deyil? 5.44.39.60 20:13, 27 mart 2024 (UTC)
- Elşad bəy, təkmilləşdirin mən qalsın deyəcəm Atakhanli (müzakirə) 20:15, 27 mart 2024 (UTC)
- Niyə mümkün olmasın ki? Edən lazımdır sadəcə. Nemoralis (müzakirə) 20:15, 27 mart 2024 (UTC)
- @5.44.39.60 Niyə olmasın ? Qeydlərdə zadən ensklopedik yöndə əlavələr barəsində fikirlər qeyd olunub. Siz müzakirədə qeyd olunan uyğun düzəlişləri edin. Redivy (müzakirə) 20:19, 27 mart 2024 (UTC)
- @Moses, @Nemoralis, @Eldarado, @Redivy, @Samral məqaləni təkmilləşdirmək mümkün deyil? 5.44.39.60 20:13, 27 mart 2024 (UTC)
- Hörmətli həmkarlar, məqaləni təkmilləşdirdim və mənbə-istinadlar əlavə etdim, zəhmət olmasa nəzər yetirin kifayət edici və ya qane edicidirsə fikrinizi bölüşün @Moses, @Nemoralis, @Eldarado, @Redivy, @Samral, @Atakhanli əvvəlcədən təşəkkürlər!— 85.132.29.163 11:46, 28 mart 2024 (UTC)
- Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) VP:HHBİO-nun 2-ci bəndinə əsasən ensiklopedik şəxsdir. Şəxs öz iş sahəsinə ölkə və ya beynəlxaq səviyyədə əhəmiyyətli hesab olunan böyük töhfələr vermişdir. — 5.44.35.123 21:52, 28 mart 2024 (UTC)
- Silinsin: — Qeyd olunan yazılarla razıyam. Vusalsuvarov1996 (müzakirə) 15:19, 29 mart 2024 (UTC)
- Müzakirə etmək əvəzinə, sanki səs vermədə iştirak etmisiniz. Müzakirədə əksəriyyət bildirib ki, məqalə təkmilləşdirilsə qala bilər. Yəni burada şəxsin ensiklopedikliyinə şübhə yoxdir sadəçə olaraq məqalə düzgün tərtib olunmamışdır. Əvvəlki versiyanı sonuncu versiya ilə müqayisə edin zəhmət olmasa sonra fikrinizi bildirin. 5.191.128.110 18:22, 29 mart 2024 (UTC)
- Heç bir şey təkmilləşdirməmisiniz axı. Müzakirədə həmkarlarımın tələb etdiyi növ və mövzuda heç bir fakt, heç bir mənbə məqaləyə əlavə edilməyib. Sadəcə kiçik redaktələr etmisiniz və meyarları ödəməyən bir neçə keçid yerləşdirmisiniz. Sura Shukurlu (müzakirə) 18:54, 29 mart 2024 (UTC)
- @Vusalsuvarov1996 Hal-hazırda edit gedir əgər qeyd olunan detallar ilı uyğun edit olarsa sizdə baxarsınız yenidən zəhmət olmazsa Redivy (müzakirə) 19:10, 29 mart 2024 (UTC)
- Müzakirə etmək əvəzinə, sanki səs vermədə iştirak etmisiniz. Müzakirədə əksəriyyət bildirib ki, məqalə təkmilləşdirilsə qala bilər. Yəni burada şəxsin ensiklopedikliyinə şübhə yoxdir sadəçə olaraq məqalə düzgün tərtib olunmamışdır. Əvvəlki versiyanı sonuncu versiya ilə müqayisə edin zəhmət olmasa sonra fikrinizi bildirin. 5.191.128.110 18:22, 29 mart 2024 (UTC)
- Silinsin: — Qeyd olunan yazılarla razıyam. Vusalsuvarov1996 (müzakirə) 15:19, 29 mart 2024 (UTC)
- İmzasız yazı çaşqınlıq yaradır həmçinin məndə edit etdim və məqaləni ən son kim edit edibsə zəhmət olmazsa yenilikləri dediyimiz qaydada ensklopedik dəyərlərdə etsin və imza qeyd etsin çünki inzibatçılar adından edit düşüb imzasız olduğu üçün və detalların yarısı digər mətnlər ilə qarışıb. Redivy (müzakirə) 19:02, 29 mart 2024 (UTC)
- Redivy yenidən baxıb nəzərdən keçirərəm. Vusalsuvarov1996 (müzakirə) 20:22, 29 mart 2024 (UTC)
- @Vusalsuvarov1996 İmzalar qarışıb üzürlü sayarsınız edit bitdiktə talışaram tag edim. Redivy (müzakirə) 20:33, 29 mart 2024 (UTC)
- @Redivy siz dediyiniz məqamları @Nemoralis hörmətli inzibatçı köməkliyi ilə düzəltmək olar, xahiş edək bir nəzər yetirsin bu məsələlərə 134.19.210.24 20:29, 29 mart 2024 (UTC)
- @134.19.210.24 Çalışacam məndə edim boş zaman edib lakin siz özünüzdə diqqət edin çünki SNS günləri uzanır deyə. Redivy (müzakirə) 20:32, 29 mart 2024 (UTC)
- @Redivy başa düşdüm sizi. Vusalsuvarov1996 (müzakirə) 20:38, 29 mart 2024 (UTC)
- @Redivy @Atakhanli Qalmaqalları bölməsini dəyərləndirə bilərsiniz? 85.132.81.165 08:26, 5 aprel 2024 (UTC)
- @134.19.210.24 Bütün düzəlişlər yekunlaşdı? Redivy (müzakirə) 21:46, 8 aprel 2024 (UTC)
- @Redivy Barəsində internetdə kifayət qədər məlumat var. Ona görə də məqalədə müəyyən təkmilləşdirmə işi aparmaq mümkün olub. Məqaləni silib BNS-ə təqdim etməkdə olar, əgər təkmilləşdirməni davam etdirmək istəyən olsa onda davam etdirə bilər. Qalmaqallar bölməsi məqalənin stilinə xərər yetirmir sizcə? 134.19.210.24 10:43, 11 aprel 2024 (UTC)
- Fikrimcə ensiklopedik qalmaqal şəxsin adının hallanması və bunun mediada işıqlandırılması və s. kimi nüansların hadisəyə və şəxsə təsiri var. Redivy (müzakirə) 10:49, 11 aprel 2024 (UTC)
- @Redivy Barəsində internetdə kifayət qədər məlumat var. Ona görə də məqalədə müəyyən təkmilləşdirmə işi aparmaq mümkün olub. Məqaləni silib BNS-ə təqdim etməkdə olar, əgər təkmilləşdirməni davam etdirmək istəyən olsa onda davam etdirə bilər. Qalmaqallar bölməsi məqalənin stilinə xərər yetirmir sizcə? 134.19.210.24 10:43, 11 aprel 2024 (UTC)
- Qalmaqallar bölməsinə edilən əlavələr sadəcə yolaverdi, xəbərlərin başlıqlarının copy+paste edilmiş halıdır. Belə qalacaqsa silinməlidir. Nemoralis (müzakirə) 12:04, 11 aprel 2024 (UTC)
- copy+paste hissələr düzəldildi, nəzər yetirə bilərsiniz. 134.19.210.24 13:24, 11 aprel 2024 (UTC)
- @134.19.210.24 Bütün düzəlişlər yekunlaşdı? Redivy (müzakirə) 21:46, 8 aprel 2024 (UTC)
- @Redivy @Atakhanli Qalmaqalları bölməsini dəyərləndirə bilərsiniz? 85.132.81.165 08:26, 5 aprel 2024 (UTC)
- @Redivy başa düşdüm sizi. Vusalsuvarov1996 (müzakirə) 20:38, 29 mart 2024 (UTC)
- @134.19.210.24 Çalışacam məndə edim boş zaman edib lakin siz özünüzdə diqqət edin çünki SNS günləri uzanır deyə. Redivy (müzakirə) 20:32, 29 mart 2024 (UTC)
- Redivy yenidən baxıb nəzərdən keçirərəm. Vusalsuvarov1996 (müzakirə) 20:22, 29 mart 2024 (UTC)
Yekunlaşdırma: Silinməsinə qərar verildi. Eminn (müzakirə) 15:01, 11 aprel 2024 (UTC)