Vikipediya Silinmeye Namized Sehifeler Elxan Besirov 2 Ci Namizedlik - Wikipedia
Vikipediya:Silinməyə_namizəd_səhifələr/Elxan_Bəşirov_(2-ci_namizədlik) - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
- Silinsin: Prembuladakı vəzifələr VP:ŞEƏ-nin kriteriyalarını ödəmir. Fəaliyyəti ilə bağlı hissədə Mətanət A şirkətini təsis etdiyi və orada hal-hazırda tutduğu vəzifə qeyd olunub, hansı ki, nə şirkətin təsisçisi olmaq, nə də tutduğu vəzifə şəxsi tək başına vikidə ensiklopedik etmir. Yazının ardı sadəcə şirkətin fəaliyyəti haqqındadır. Məqalədəki geri qalan faktlar isə təltifləri iə bağlıdır ki, onlardan da nə "əməkdar mühəndis" adı, nə də "tərəqqi" medalı kriteriyaları ödəyə biləcək ensiklopedik yükə malik deyil. Xatırladım ki, daha əvvəl bu məqalədə göstərilmiş "Sokrat mükafatı"nın saxta mükafat olduğu, Oksfordun fəxri professoru olması faktının isə real olmaması ortaya çıxmışdı. Məqalənin müəllifi olan Elşad İmanın özünü "təsdiqli viki mütəxəssis" kimi tanıdaraq Vikipediya üzərində biznes qurduğu, məqalələri "sildirib" yenidən yaradılması, hətta mühafizəsi üçün pul tələb etdiyi faktı artıq hamıya məlumdur. Şəxs hətta bu pozucu fəaliyyəti səbəbi ilə Vikipediyada müddətsiz bloklanmasına rəğmən, ona aid olduğu bəlli olan başqa profillərlə daxil olub əvvəlki müzakirənin gedişatına müdaxilə etmiş və özünün də qaydalara uyğun olmadığını tam dəqiq bildiyi faktları "ensiklopediklik üçün əsas" olaraq qələmə verərək şərhləri ilə icmanın fikirlərini təhrif etmiş, icmanın mövqeyini müzakirədə fərqli cür göstərməyə çalışmışdır. Halbuki özü eyni arqumentlər ilə SNS-də məqalə "sildirirdi". Odur ki, müzakirədəki arqumentlərin VP:ŞEƏ-yə əsaslanmasını ümid edirəm. surə m 21:51, 8 noyabr 2023 (UTC)
- Əvvəla məqaləni Elşad yaratmayıb, məqaləni mən yaratmışam Şahanə Sarı, bəlkədə təcrübəsizlikdən yaranan səhflər varsa aradan qaldırılmasında köməklik etmənizi xahiş edirəm. Əlaqə saxlaya bilərsiniz mənimlə [email protected] təşəkkür edirəm — Bu imzasız yazı 5.191.102.227 (m) tərəfindən əlavə edilib;
- Məqalə 2021-ci ildə E.Bashirov adlı istifadəçi tərəfindən yaradılıb və viki-qaydalara uyğun tərtib edilmədiyi üçün sürətli silinib, daha sonra isə Kontentman adlı istifadəçi tərəfindən (hansı ki, Elşad İmanın kuklası olaraq bloklanıb) 2023-cü ildə yenidən yaradılıb və bundan sonrakı dövrdə məqalənin üzərində əsas işi görən Elşad İmanın hesabıdır. Bunlar icmaya məlum məsələlər olduğu üçün tarixçədəki Elşad İmana məxsus ip və digər istifadəçi profilləri haqqında yazmıram, amma yazdığınıza qısa-kankret açıqlama gətirmək istədim. Texniki olaraq vikidə olmuş situasiya belədir. — surə m 08:59, 9 noyabr 2023 (UTC)
- @Sura Shukurlu Mənim fikrimcə də ensiklopedik şəxs deyil, amma məsələ bu deyil. Bu məqalənin müzakirəsi təqribən 15 gün əvvəl yekunlaşdırılıb. Bir müddətdən sonra başqa istifadəçilərin fikrilərini bilmək üçün yenidən namizədliyə təqdim etməyiniz daha düzgün olmazmıdı? Eyni məqaləni qısa müddət sonra bərpaya təqdim etdikdə aradakı intervalı problem ediriksə, bu da problemlidir. — Toghrul R (m) 10:57, 9 noyabr 2023 (UTC)
- @Toghrul R indi fikir verirəm ciddən. Müzakirədə iştirak etməmişəm və müzakirənin gedişatını boş verin, heç yekunlaşdırılmasına da həmin dövrdə fikir verməmişəm. Daha əvvəl namizəd verildiyini də təftiş edərkən tarixçədən öyrəndim düzü, çünki müzakirə səhifəsində saxlanılması ilə bağlı şablon yox idi. Avtomatik elə düşündüm ki, yəqin mövzunun aktual olduğu müddətdə namizəd göstərmisiniz. Çünki həm də müzakirədə istifadəçinin kuklaları var idi deyə elə görünür ki, aktual dövrdə edilib müzakirə. Diqqətsizlik etmişəm, tarixlərə fikir verməli idim, tələsdim. surə m 11:31, 9 noyabr 2023 (UTC)
- Silinsin: Suranın qeyd elədiyi arqumentlərlə razıyam. Həm məqalə açıq aydın PR məqsədi ilə yaradılıb, həm də ŞEƏ şərtlərini ödəmir. Grenzsoldat 20:32, 9 noyabr 2023 (UTC)
Müraciət qəbul edilmədi, qısa müddət öncə məqalə ilə bağlı müzakirə yekunlaşdırılır. Məqalədə müvafiq şablonlar mövcuddur. Bir müddət sonra problemlər aradan qaldırılmazsa yenidən müzaciət edə bilərsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:51, 10 noyabr 2023 (UTC)