Vikipediya Silinmeye Namized Sehifeler Arzu Bagirova - Wikipedia
Vikipediya:Silinməyə_namizəd_səhifələr/Arzu_Bağırova - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
- Silinsin: məqalə bir dəfə silinib bərpa olunsa da, ensiklopedik hansısa göstəricisinin olmadığını düşünürəm. İngilis, rus və türk dillərində silinib — Toghrul R (m) 07:47, 28 oktyabr 2023 (UTC)
- Silinsin: İctimai Birliyin sədri olmaq şəxsi ensiklopedik etmir — A.Aida88 (müzakirə) 08:01, 28 oktyabr 2023 (UTC)
- @A.Aida88 Aida xanım, şəxsi sadəcə QHT sədri kimi dəyərləndirmək doğru olmaz məncə. təkcə QHT sədri deyil çünki Atakhanli (müzakirə) 08:07, 28 oktyabr 2023 (UTC)
- Silinsin: İB sədri olmaq şəxsi əhəmiyyətli eləmir. Onlarda QHT-lər, İB-lər var. Ola bilər hətta yüzlərlə. Şəxsin fəaliyyəti və şəxs özü ŞEƏ şərtlərini ödəmir. Düşünürəm məqalə silinməlidir. Grenzsoldat 09:10, 28 oktyabr 2023 (UTC)
- Şərh: Hörmətli Atakhanli şəxsin ensiklopedikliyi icmada şübhə doğurur. — Tarixi Nadir (müzakirə) 12:22, 28 oktyabr 2023 (UTC)
* Silinsin: yuxarıdakı arqumentlər əsasında. --► Hörmətlə: SolaVirum 21:57, 28 oktyabr 2023 (UTC)
- Qalsın: mövzuya münasibətim dəyişib. --► Hörmətlə: SolaVirum 14:02, 2 noyabr 2023 (UTC)
- Qalsın: Atakhanli şəxsi ensiklopedik hesab edir. Arqumentləri də tutarlıdır. Nə edə bilərik burda? bu halda şəxsin məqaləsi qalmalıdır. — Tarixi Nadir (müzakirə) 13:09, 30 oktyabr 2023 (UTC)
- Silinsin: bu məqalə bir dəfə müzakirəyə çıxarılıb və hər kəs tərəfindən silinsin qeyd olunduğunu xatırlayıram. Yuxarıda qeyd olunanlarla həmfikirəm.Futurolog21 (müzakirə) 02:38, 31 oktyabr 2023 (UTC)
- @Futurolog21 salam. əslində xeyr. həmin müzakirədə qalsın demişdilər. buradan nəzər yetirə bilərsiniz. Atakhanli (müzakirə) 18:45, 2 noyabr 2023 (UTC)
- Qalsın: Əvvəlki müzakirədə də qeyd etmişdim, şəxsin fəaliyyətinin əhatə dairəsi genişdir, mənbələr əsasında fəaliyyəti haqqında dəqiq və əhatəli məlumat vermək mümkündür. Bu özü əsas kriteriyalardan biridir. Həmçinin fəaliyyəti öz əksini ikinci dərəcəli etibarlı mənbələrdə geniş və əhəmiyyətli şəkildə tapıb. Söhbət burada bir neçə saytdan ya da xəbər agentliyindən də getmir: mənbələrin əhatə dairəsi və auditoriyası genişdir, sözügedən mənbələr çoxsaylı xəbər saytı, qəzetlər, televiziya və radio, həmçinin dövlət qurumlarının saytını ehtiva edir, yəni kinci dərəcəli mənbə deyə səciyyələndirə biləcəyimiz bütün məcraları. Mən əsas olaraq mənbələrin başlıq və məzmunlarını araşdırdım, çünki çox vaxt şəxsin özündən çox rəhbəri ya da üzvü olduğu qurum haqqında rutin elanlar və ya sadəcə adının keçdiyi yazılar şəxsin fəaliyyəti haqqında mənbə imiş kimi təqdim edilir. Amma sözügedən mənbələrin hamısı şəxsin birbaşa öz fəaliyyəti haqqındadır. Mənbələrin əhatə dairəsinin genişliyi həm mənbələrin etibarlılığını sübut edir, həm də səxsin ensiklopedikliyini. Səxsin fəaliyyəti şəxslərin ensiklopedikliyi üçün əsas kriteriyaları tam ödəməklə birlikdə, bu həcmdə mənbə və əhəmiyyətli məlumatın mövcudluğu şəxsin öz sahəsində fərqləndiyini və müəyyən nüfuza sahib olduğunu da göstərir. — surə m 19:57, 2 noyabr 2023 (UTC)
- Qalsın: digər müzakirədə fikirlərimi bildirmişdim. şəxs ölkədə ictimai rəydə formalaşmış böyük statusa və ictimai fəaliyyətə malikdir və fəaliyyəti dəfələrlə mediada, dövlət saytlarında, telekanallarda, radioda və s. mənbələrdə işıqlandırılıb. icra hakimiyyətinin rəsmo saytında Arzu Bağırovanın rayon gəncləri görüşü ayrıca başlıqla dərc olunub. Bu və digər şəxslərin onun fəaliyyəti barədə danışması onun reputasiyasından xəbər verir. Atakhanli (müzakirə) 20:39, 2 noyabr 2023 (UTC)
- Silinsin: SNS-in silinsin/qalsın deyişmə meydanına çevirildiyini görmək çox üzücüdür. Şəxsin fəaliyyəti ensiklopediklik üçün yetərli deyil məncə.— Baskervill ☼ - De Gəlsin ! 20:42, 2 noyabr 2023 (UTC)
- Şərh: Bu məqalənin müzakirəsi çox qəribədir. Nəsə kənar amillər rol oynayırmı görəsən? — NKO zi 07:35, 3 noyabr 2023 (UTC)
- @Sura Shukurlu xanım sağolsun çox ətraflı və tutarlı rəy yazıb deyə mən çox uzatmadan qısaca məqalənin ensiklopedik olduğunu düşündüyüm bildirir və Qalsın: deyirəm. samral müzakirə 23:18, 3 noyabr 2023 (UTC)
- Şəxsin həyatı bölməsindəki istinad bir şəxsin yutub kanalındakı bir videoya yönləndirilib. Mənbələrin böyük əksəriyyəti Arzu Bağırovanın müsahibələridir. Məqalədən bir hissəni qeyd edirəm: "Azərbaycan Respublikasının Milli Məclisinin mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablardan "Tarixə adını yazan qadınlar" (3 cildlik), "Addım-addım Yaponiya", "Səni Allaha eşq götürür" və digər kitabların çapını və təqdimatını Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri Arzu Bağırova həyata keçirmişdir." Kitab yazmağın özünün ensiklopedik olub-olmadığını müzakirə edirik, amma digər şəxsin kitabını çap etdirməsi məlumatını ensiklopedik fakt kimi məqaləyə edilib. Digər cümləyə baxaq: "Arzu Bağırovanın dəstəyi ilə təkrar nəşr olunan "Azərbaycan mətbəxində Dolmalar: 381 çeşid" kitabı Dünya Qurman Mükafatı Sərgisində ən yaxşı kulinariya kitabı adına layiq görülüb". Əvvəla bu fakt həmin kitabın uğuru ola bilər. Həmin mənbədə Arzu Bağırovanın dəstəyi ilə kitabın çap olunması fikri, ümumiyyətlə, qeyd olunmayıb. "Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri diplomu" və "Masallı Rayon İcra Hakimiyyətinin başçısının fəxri fərmanı"nın özünün nə qədər əhəmiyyətli mükafat olması da ayrıca mövzudur. Ona görə Sürətli silinsin:. Eminn (müzakirə) 15:42, 8 noyabr 2023 (UTC)
Doğru vurğulamırsınız sürətli silinməməlidir. 134.19.210.24 17:00, 8 noyabr 2023 (UTC)Qeyd: Bu anonim istifadəçi daha öncə məqalənin silinməsini istəmiş, daha sonra isə fikrini dəyişmişdir. Nemoralis (müzakirə) 15:39, 13 noyabr 2023 (UTC)- @Eminn Yekunlaşdırmanızdan sonra bu şərhiniz mənə maraqlı gəldi. Buradakı müzakirədə o qədər fakt yığını olmağına rəğmən bir neçə nüansa fokuslanaraq təftiş dir və "sürətli silinsin" kimi bir şablon istifaə edirsiniz (ümumiyyətlə sürətli silinsin xüsusi hallarda istifadə edilir və fikrimcə təcrübəli inzibatçılardan biri olaraq siz də bilirsiniz bunu), amma digər müzakirədə cəmi bir neçə əsas fakt var ortada, onlar da tam mənbəsizdir, mən də bunu açıq-aşkar yazmışam, istifadəçinin mənbə göstərməsini gözləyirəm ki, bəlkə həqiqətən faktlar təsdiqləndi, amma siz müzakirəni silinməsi üçün heç bir önəmli səbəb yoxmuş kimi yekunlaşdırırsınız. Bu iki müzakirə məndə xoş təəsürat yaratmır, bunu daha təcrübəli və icmanı daha yaxşı tanıyan istifadəçilər də tutarsız arqumentlərdən anlaya bilər. Üçüncü tərəf inzibatçının hər iki müzakirədə konsensusun qəbul edilməsi prosesinə müdaxilə etməsini xahiş edirəm. surə m 20:25, 8 noyabr 2023 (UTC)
- @Sura Shukurlu, iki məqaləni ayrı-ayrılıqda müzakirə etməyin tərəfdarıyam. Hansı faktları qeyd edirsiniz ki? Mənbələrin çoxunda sadəcə şəxsin adı çəkilib. Yuxarıda da qeyd etmişəm. "Sürətli silinsin" şablonu VP:SSK halları olan məqalələrdə istifadə edilə bilməz. Çünki o kriteriyalar məqalələrin müzakirəsiz silinməsini tələb edir. Təcrübəli inzibatçılardan biri olaraq bunu bilirəm. Addım-addım bütün istifadəçilərin bütün yazdığı müzakirələri, etdiyi redaktələri incələsək, hamıda xəta ola bilər. Üçüncü tərəf inzibatçını niyə dəvət edirsiniz ki? Bu şəxsin q/e olduğu açıq aşkar ortada deyil? Eminn (müzakirə) 12:16, 10 noyabr 2023 (UTC)
- Emin bəy, fakt deyəndə ümumi keçərli-keçərsiz dəyərləndirdiyimiz bütün nüansları nəzərdə tuturam. Ona görə sizi bu müzakirədə etiketlədim ki, burada məqaləni təftiş edib mövqeyinizi bildirmisiniz, amma həmin müzakirənin özündə məqaləni təftiş edib müəyyən nəticəyə gəlməyimizə rəğmən müzakirəni silinməsi üçün heç bir əsas yoxmuş kimi yekunlaşdırmısınız. Odur ki, sözügedən müzakirənin yekunlaşdırılmasındakı iradım üçün buradakı rəyinizi nümunə göstərmək istədim. Ona görə 3-cü tərəf inzibatçının müdaxiləsini istədim ki, şərhi yazdıqda SNS-də istifadəçilərin ortaq mövqeyi bəlli olmayan iki müzakirədən biri bu müzakirə idi, biri də yekunlaşdırdığınız Rüstəm Cəbrayılov başlığı. Bu başlıq altında rəy bildirmişkən müzakirənin özü haqqında da fikir bildirmək istədim. Şəxsin ensiklopedikliyinə isə gəldikdə, mən VP:ŞEƏ-yə əsaslanaraq qalması yönündə fikrimi bildirmişəm və ensiklopedik olmaması da sizin fikrinizdir. Müzakirədəki fikir və tərəfləri də nəzərə alsaq, xeyr, müzakirədə açıq-aşkar ensiklopedik olmaması yönündə bir fikir mövcud deyil. surə m 18:35, 10 noyabr 2023 (UTC)
Qəribədir, şəxs ensiklopedikdirsə niyə məqaləsinin silinməsini istəyirsiniz?134.19.210.24 13:10, 11 noyabr 2023 (UTC)
- Emin bəy, fakt deyəndə ümumi keçərli-keçərsiz dəyərləndirdiyimiz bütün nüansları nəzərdə tuturam. Ona görə sizi bu müzakirədə etiketlədim ki, burada məqaləni təftiş edib mövqeyinizi bildirmisiniz, amma həmin müzakirənin özündə məqaləni təftiş edib müəyyən nəticəyə gəlməyimizə rəğmən müzakirəni silinməsi üçün heç bir əsas yoxmuş kimi yekunlaşdırmısınız. Odur ki, sözügedən müzakirənin yekunlaşdırılmasındakı iradım üçün buradakı rəyinizi nümunə göstərmək istədim. Ona görə 3-cü tərəf inzibatçının müdaxiləsini istədim ki, şərhi yazdıqda SNS-də istifadəçilərin ortaq mövqeyi bəlli olmayan iki müzakirədən biri bu müzakirə idi, biri də yekunlaşdırdığınız Rüstəm Cəbrayılov başlığı. Bu başlıq altında rəy bildirmişkən müzakirənin özü haqqında da fikir bildirmək istədim. Şəxsin ensiklopedikliyinə isə gəldikdə, mən VP:ŞEƏ-yə əsaslanaraq qalması yönündə fikrimi bildirmişəm və ensiklopedik olmaması da sizin fikrinizdir. Müzakirədəki fikir və tərəfləri də nəzərə alsaq, xeyr, müzakirədə açıq-aşkar ensiklopedik olmaması yönündə bir fikir mövcud deyil. surə m 18:35, 10 noyabr 2023 (UTC)
- Silinsin: Bu başlıqda gedən müzakirələr azərbaycanca vikipediyanın real vəziyyətini göstərir və təəssüf doğurur. Ciddi-ciddi müzakirə gedir ki, bu şəxsin ensiklopedikliyini "sübut" etməyə çalışırlar.
Arzu Bağırovanın fəaliyyətində onu ensiklopedik edəcək heç nə yoxdur və bunu buradakı hamı bilir.— Qızılbaş (müzakirə) 15:36, 15 noyabr 2023 (UTC)
: Silinsin: Toğrul və Emin bəylərin yazdıqlarına əsasən 188.253.233.224 18:41, 15 noyabr 2023 (UTC)
: Silinsin: Ümumi müzakirəyə əsasən. 88.230.157.65 19:28, 15 noyabr 2023 (UTC)
- məqələ bu gecəylə həll olmalıymış, deyəsən. görək nə edirik. müzakirəyə baxda. biri deyir QHT sədri olmaq ensiklopedik deyil, silinsin. adamın ensiklopedik olub olmamasına qht sədri olub-olmaması qərar verir elə bil. fəaliyyətinə, özünə baxan yoxdu. biri deyir, o biri müzakirəni xatırlayıram, hamı silinsin demişdi, ona görə silinsin. halbuki o biri SNS-də hamı qalsın demişdi. biri arqument yazır, yazdığı tutuşmur heç. biri başqa cür deyir, o biri filan şey edir. hələ İP dostlarımıza bax. nə məsələdirsə, vallah mən vikidə demək olar ki, hər gün vikiyə girən adam olmuşame. bir dəfə girdim SNS-yə. ondan sonra necə girirlər SNS-yə, giriş hardandır, neçə aylardan sonra kəşf eləmişəme. indinin ip-lərinə vəhy gəlir elə bil. hələ türkiyədən yazan ip-yə bax. mənim redaktə sayım 20 mini, 30 mini keçdi, mən hardan hara öyrəndim ki, vikipediyada <nowiki> nə olan şeydir. nəyə yarıyır. amma baxey, başqa ip gəlir "arqument" yazır, silinsin şablonu novikinin içinə düşür (noviki yazısın vizualda görmək olmur), silinsin şablonu görünmür və tam başqa türk ipsi də gəlib özü düzəldir :D ayda, niyə belə eləyirsiz, dostlar? kriteryaları ödəmək üçün ödəmək lazımdır. başa düşürəm, razılaşdırılmamış məqalələri silmək lazımdır. vikinin arqument yeridə bilən tək-tük istifadəçisi varda. indi illərdir vikidə olan @Sura Shukurlu, @Samral bilmirdə məqalə ensiklopedikdir ya yox.
- vikinin real vəziyyəti ortadadır. amma, görək vəziyyəti kim düzəldəcək yox, kim götürəcək?)) əvvəllər klanlar qurulurdu. amma bir söz deyim, klanlar ittifaq quranda klan üzvü olmayanları vururlar, çoçuklar :) maraqlar ortaya girəndə, marağı qaçır müzakirənin. məqaləyə gəldikdə isə, silə bilərsiniz, marağımda da deyil.
- Atakhanli (müzakirə) 20:44, 15 noyabr 2023 (UTC)
– konsensus yoxdur. İnandırıcı arqument yoxdur ki, hansısa tərəfə daha çox ağırlıq versin. --► Hörmətlə: SolaVirum 17:38, 16 noyabr 2023 (UTC)