Vikipediya Silinmeye Namized Sehifeler Imadeddin Nesimi Haqqinda Filmler - Wikipedia
Vikipediya:Silinməyə_namizəd_səhifələr/İmadəddin_Nəsimi_haqqında_filmlər - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
Vikipediya:Kateqoriya müzakirələri səhifəsindən köçürüldü.
Buradakı 3 sənədli filmin əsas film olan Nəsimi (film) səhifəsinə birləşdirilməsini təklif edirəm. Nəsiminin məqaləsinə də köçürülə bilər. {{İmadəddin Nəsimi}} şablonundan yönləndirmə kimi yaxud birbaşa alt başlığı qeyd edərək səhifələrdən birinə keçid vermək lazımdır. Vacib deyilsə, şablondan silinə də bilər, amma hər nə də olsa, şəxslə bağlıdır deyə qala da bilər. Fikirlər maraqlıdır. Hörmətlə, Gadirmüzakirə 15:23, 2 may 2024 (UTC)
- Nəsimi (film) səhifəsi ilə Nəsimi (film, 1971) səhifələri eyni filmdən bəhs edir, birləşdirilməlidir. Ümumiyyətlə, Nəsimi (film) çox məşhur filmdir, Nəsimi məqaləsində ayrıca bölmə ("Həmçinin bax", "Populyar mədəniyyətdə" və s başlıqları ilə) altında bəhs olunmalı, amma səhifəyə birləşdirilməməlidir (İmadəddin Nəsimi səhifəsinə).
- Digər 2 filmin isə ötəri səhifələrinə göz gəzdirdim, rejissor, ssenari müəllifləri fərqlidir. Onlar haqqında o qədər də fikrim yoxdur, ensiklopedikliyi araşdırılıb ya saxlanılmalı, ya da elə İmaddədin Nəsiminin öz məqaləsində bayaq dediyim başlıqlar altında məlumat verilib səhifələrin özü silinməlidir. Hatselate (müzakirə) 17:24, 2 may 2024 (UTC)
- Yox, ayrıca sənədli film kimi yayımlanıb. Bəli, elə ona görə səhifənin adını eyni səbəblə dəyişdirmişəm. Nəsiminin məqaləsində "Populyar mədəniyyətdə" bölməsi yaradılıb ora köçürülə bilər, əsas film haqqında da həm "Populyar mədəniyyətdə", həm də xüsusi alt başlıq açılacaq qədər diqqətəlayiqdir deyə açıb orada da məlumat verilə bilər məqaləsində və oradan da {{əsas}} şablonu ilə film məqaləsinə keçid qoymaq olar. İmadəddin Nəsimi haqqında filmlər kateqoriyası da qalsın, genişlədilə bilən kateqoriyadır gələcəkdə. 2000–2010-cu illərdə Vusal1981 istifadəçisi tərəfindən kütləvi yaradılmış məqalələrdəndir. Əslində SNS-də açacaqdım, müzakirəni məqalələrlə bağlıdır deyə köçürərəm SNS-yə. Hörmətlə, Gadirmüzakirə 18:15, 2 may 2024 (UTC)
- "Vikipediya"da axtarış verdikdə 4-5 adda məqalə çıxdı, bunların bəziləri bir-birinə yönləndirmə verirdi, ümumilikdə, 2 film haqqında 3 yazı var. Nəsimi (film), Nəsimi (film, 1971) və Nəsimi (film, 1973) bir səhifəyə yönləndirmə verir, İmaməddin Nəsimi (1973) və İmaməddin Nəsimi (film, 1973) isə başqa bir səhifəyə. İlk 3-nün yönləndirmə verdiyi əsas səhifədəki (Nəsimi (film)) filmə ilk baxış ilinin 1971, lakin filmin ilinin isə niyəsə 1973 qeyd olunduğu diqqətimi çəkdi. Digər film isə 1973-cü ildə çəkilib. Təklifim budur ki, "Nəsimi" filmini və yönləndirilmiş səhifələri 1971 deyə qeyd edək, "İmaməddin Nəsimi" filmini isə 1973. Əgər yönləndirmə səhifəllərini qeyd elədiyim şəkildə yenidən istiqqamətləndirsək və dəqiqləşdirmə səhifəsindəki yanlışlığı silsək, düşünürəm ki, nəticədə belə qarışıqlıq yaranmaz. Filmlərin heyətinə gəldikdə isə, bəli, Həsən Seyidbəyli və s. ortaq iştirakçılar varsa da, ümumilikdə, tamamilə, ayrı şəxslər də heyətlərdə yer alıb. Bu da filmlərin ayrı-ayrı olduğunu bir daha təsdiq edir. Fikrimi ümumiləşdirsəm, yəni, açığı silinməsinə qarşıyam. Düzgün istiqamətləndirmə hazırlayaraq həm məqalələri silinməkdən xilas edə bilərik, həm qarışıqlığı aradan qaldırarıq, həm də sonradan Nəsimiyə dair məqalədə, Sizin də qeyd etdiyiniz kimi, "haqqında çəkilmiş filmlər" bölməsində "daha çox bax" tipli qısa yazılar qeyd edə bilərik. Fikirləriniz önəmlidir, @İstifadəçi:Gadir, @İstifadəçi:Hatselate. -- Rüfət Həsənli 08:23, 19 iyun 2024 (UTC)
- Yox, ayrıca sənədli film kimi yayımlanıb. Bəli, elə ona görə səhifənin adını eyni səbəblə dəyişdirmişəm. Nəsiminin məqaləsində "Populyar mədəniyyətdə" bölməsi yaradılıb ora köçürülə bilər, əsas film haqqında da həm "Populyar mədəniyyətdə", həm də xüsusi alt başlıq açılacaq qədər diqqətəlayiqdir deyə açıb orada da məlumat verilə bilər məqaləsində və oradan da {{əsas}} şablonu ilə film məqaləsinə keçid qoymaq olar. İmadəddin Nəsimi haqqında filmlər kateqoriyası da qalsın, genişlədilə bilən kateqoriyadır gələcəkdə. 2000–2010-cu illərdə Vusal1981 istifadəçisi tərəfindən kütləvi yaradılmış məqalələrdəndir. Əslində SNS-də açacaqdım, müzakirəni məqalələrlə bağlıdır deyə köçürərəm SNS-yə. Hörmətlə, Gadirmüzakirə 18:15, 2 may 2024 (UTC)
Yekunlaşdırma: Müzakirə maydan bəri açıqdır ancaq bir konsensus əldə olunduğu görünmür. Nemoralis (müzakirə) 21:00, 21 avqust 2024 (UTC)