Vikipediya Sesverme Sns Ve Bns In Yeni Dizayni - Wikipedia
Səsvermə 11 yanvar 2022 — 26 yanvar 2022-ci il tarixləri arasında keçirilir.
Araz Yaquboglu, Babək Akifoğlu, Baskervill, Drabdullayev17, Eldarado, Eminn, Qolcomaq, Nicat49, Solavirum, Sortilegus, Toghrul R, Turkmen, Wertuose, White Demon
Bu dizaynın əvvəlkindən fərqi tam olaraq ondan ibarətdir ki, bu versiyada hər hansı göstərilən namizədin səsverməsi üçün ayrıca səhifə açılır. Bundan əlavə namizəd göstərilərkən tələb olunur ki, əsaslı səbəb göstərilsin. Ümumiyyətlə, BNS və SNS-də səsverməni tamamilə yığışdırmalıyıq. Sadəcə olaraq fikrimizi aydın gösətrmək üçün müvafiq səsvermə şablonlarından istifadə edə bilərik. Vikipediya demokratiya deyil və ümid edirəm idarəçilər də müvafiq müzakirələri yekunlaşdırdıqda səs çoxluğu nüansını deyil, müzakirənin gedişatını nəzərə alarlar. Digər bir nüans isə hal-hazırda SNS-də yer alan bəzi müzakirələr ilə bağlıdır. Belə ki, bəzi müzakirələrin üzərində aylar keçsə də ya ümumiyyətlə heç kim fikir bildirməyib, ya da 2-3 nəfər fikir bildirib. Təklif edirəm ki, bu versiyanı qəbul etdikdən sonra ilk növbdə həmin müzakirələri bu sistemdə yenidən başladaq. Bu arada, qeyd etdiyim versiya BNS-ə də aiddir. Sadəcə olaraq, hal-hazırda nümunə olaraq sadəcə SNS-i göstərmişəm. — Surə 🗯 18:58, 11 yanvar 2022 (UTC)[cavabla]
Dəstək
redaktə- Lehinə: - Dr.Wiki54 (müzakirə) 19:30, 11 yanvar 2022 (UTC)[cavabla]
- Lehinə: Lavici mesaj? 18:01, 12 yanvar 2022 (UTC)[cavabla]
- Lehinə: - Rüfət Həsənli 09:07, 15 yanvar 2022 (UTC)[cavabla]
- Lehinə:— Burocan (müzakirə) 14:58, 15 yanvar 2022 (UTC)[cavabla]
Qarşı
redaktə- Əleyhinə: İndiki sistemdən hansısa real fərqi görmürəm. Hər iki halda məqalələr üçün səsvermə başladılır və müzakirə aparılır. "Əsaslı səbəb göstərmək" tələbi anlaşılmazdır. Əsaslı səbəblər nələrdir? SNS-ə çıxarılan məqalələrin əksəriyyəti qeyri-ensiklopedik şəxslər haqqındadır və şəxsi ensiklopedik edən meyarlar haqqında qaydalar mövcuddur. Məqalə müzakirəyə çıxarılırsa elə həmin qaydalara uyğunsuz olduğu üçün çıxarılır. Başqa hansı "əsaslı səbəb" olmalıdır? Bu cür əhəmiyyətsiz və əlavə fayda gətirməyən dəyişikliklərə gedincə real fayda gətirən dəyişikliklər üzərində iş görülməsini təklif edirəm. Məsələn, SNS-də səsvermə ilə silinmiş məqalələr çox vaxt təkrar-təkrar yenidən yaradılır və bunun qarşısının alınması üçün real heç bir alət yoxdur, yalnız məqalə adının qara siyahıya salınması var ki, ondan da nadir hallarda istifadə olunur. Yaxud, yeni yaradılan məqalənin vaxtilə SNS-ə çıxarılıb-çıxarılmadığını bilmək qeyri-mümkündür. Bunun üçün axtarış sistemi yaradılsa çox faydalı olar. Yoxsa eyni məqaləni SNS-də dəfələrlə müzakirəyə çıxarmaq lazım olur, bu da boş yerə vaxt və resurs itkisi deməkdir. — Thunder Storm (müzakirə) 12:01, 18 yanvar 2022 (UTC)[cavabla]
Bitərəf
redaktəŞərhlər
redaktəYekun nəticə:
- Səs verənlər — 5
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 5
- Lehinə — 4
- Əleyhinə — 1
- Bitərəf — 0
Yekunlaşdırma
redaktəN Kifayət qədər etibarlı səs toplamadığı üçün təklif qəbul edilmədi. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:56, 1 fevral 2022 (UTC)[cavabla]