Vikipediya Sesverme Inzibatci Huquqlarinin Geri Alinmasi - Wikipedia
Səsvermə 25 may — 9 iyun 2022-ci il tarixləri arasında (Bakı vaxtı ilə səsvermə 9 iyun saat 21:45-də dayandırılacaq) keçirilir.
Dəstək
redaktə- Lehinə: Təqdim edən olaraq. - Dr.Wiki54 (müzakirə) 17:43, 25 may 2022 (UTC)[cavabla]
- Lehinə: pis deyil. --► Hörmətlə: SolaVirum 18:02, 25 may 2022 (UTC)[cavabla]
- Lehinə: Ana səhifənin nəzarət olunmaması, eləcə də Laboratoriyada məqalələrin aylarca status gözləməsi kimi qüsurların artmasını nəzərə alaraq, mən bugün İnzibatçıların hüquqlarının geri alınması ilə bağlı qaydalardakı dəyişikliklərə öz dəstəyimi bildirirəm. Farid Aliyev (müzakirə) 20:08, 25 may 2022 (UTC)[cavabla]
- Lehinə: inzibatçılar daha fəal olmağa təşviq edilməlidir. — Xeyal (müzakirə) 20:12, 25 may 2022 (UTC)[cavabla]
- Lehinə: Ölçə bilmədiyimiz məvhumu idarə edə bilmərik. İnzibatçı fəaliyyəti ölçüləbilən meyarlara tabe tutulmasa, hesabatlılığı və effektivliyi təmin etmək, başqa sözlə Vikipediyanı idarə etmək gələcəkdə faktiki mümkün olmayacaq. Təklif olunan dəyişikliyin sözügedən meylarların formalaşması üçün zəmin hazırlayacağı qənaətindəyəm. — Burocan (müzakirə) 21:16, 25 may 2022 (UTC)[cavabla]
- Lehinə: Tanış oldum. Əvvəlki qaydalardan nisbətən sərt olması ilə fərqlənir. Açıqcası məndən olsa idi, tələbləri daha da sərtləşdirərdim. Əsas məsələ kəmiyyət yox, keyfiyyət olmalıdır. İstər 15 olsun, istər 25 inzibatçı. Əgər məsuliyyət yoxdursa vəziyyət olduğu kimi qalacaq. İnzibatçı seçilən şəxs ona tapşırılan əlavə səlahiyyətin məsuliyyətini dərk etməli buna uyğun davranış sərgiləməlidir. Təəssüf ki, Azərbaycanca olan Vikipediya, ümumAzərbaycan cəmiyyətindən fərqlənmir. İstefa mədəniyyəti və məsuliyyəti dərk edib vaxtında getmək təşəbbüsü demək olar ki yoxdur. — İrövşən (müzakirə) 15:25, 26 may 2022 (UTC)[cavabla]
- Lehinə: — Toghrul R (m) 06:43, 27 may 2022 (UTC)[cavabla]
- Lehinə: — Eminn (müzakirə) 16:54, 31 may 2022 (UTC)[cavabla]
- Lehinə: — Thunder Storm (müzakirə) 18:42, 31 may 2022 (UTC)[cavabla]
Qarşı
redaktə- Əleyhinə: Bunla bağlı fikirlərimi artıq Kənd meydanında bölüşmüşəm deyə uzun fikir yazmaq istəmirəm.— White Demツnyaz 18:28, 25 may 2022 (UTC)[cavabla]
- Əleyhinə: Tamamilə qüsurlu prinsipdir. 1 bəndinə iradlarımı aşağıda yazmışam, məncə elə o yetərlidir.— Sortilegus (müzakirə) 18:33, 25 may 2022 (UTC)[cavabla]
- Əleyhinə: Fikirlərimi kənd meydanında bölüşmüşəm, aşağıda da qeyd edəcəm.— Nicat49 ⋠müzakirə⋡ 19:31, 25 may 2022 (UTC)[cavabla]
- Əleyhinə: hazırlanmış prinsipdə boşluqlar və sual doğuran hissələr çoxdur və bunların gələcəkdə problemlərə yol açacağını düşünürəm. Fikrimcə bu tipli vacib və əhmiyyətli qayda və prinsiplərin hazırlanmasında ən azı 3 nəfər iştirak etməlidir. — Surə 🗯 19:35, 25 may 2022 (UTC)[cavabla]
- Əleyhinə: Qaydaların bu şəkildə dəyişdirilməsi təşəbbüsü obrazlı desək, müəyyən mənada Sovet İttifaqının planlı iqtisadiyyat modelini xatırladır. İlkin qaydalar ötən illər ərzində idarəçilərin fəaliyyətlərində formalaşaraq, real fəaliyyət imkanları çərçivəsində öz təsdiqini tapmışdır. Yeni təklif olunan məntiqə əsaslansaq, süni fəaliyyət görüntüsü yaratmaq naminə rəqəmləri hər müəyyən müddətdən bir artırmaq da mümkündür. Lakin bunun zərəri ilk baxışdan görünə bilən xeyrindən daha çox olacaq. Vikipediyadakı hər kiçik fəaliyyət “addımı”nın bir redaktəyə bərabər olduğunu nəzərə alsaq, prosesi süni və ciddi yararı olmayacaq qeydlərlə, mənasız redaktələrlə istifadəçi fəaliyyətlərinin doldurulmasına aparıb çıxaracaq. Bütün dünya dillərində vikipediyanın bünövrəsində könüllülük prinsipinin dayandığını unutmaq olmaz. Aktiv fəaliyyət göstərən idarəçilərin süni rəqəm siyasəti ilə təklif olunan şəkildə bir-bir layihədən uzaqlaşdırılması ən azı sayı-hesabı bitməyən vandalizm halları ilə mübarizədə ciddi fəsadlar üzə çıxaracaq. Bu da illərlə indi aramızda olan və olmayan istifadəçilər tərəfindən AzVikiyə çəkilən zəhməti təhlükə altında qoya bilər. Aktivliyi müəyyənləşdirmək naminə tətbiq edilən qayda ilə istifadəçinin üzərinə öhdəlik qoyan qayda arasında ciddi fərq var. Yuxarıda haqqında danışdığım real fəaliyyət imkanları çərçivəsində qaydaların mövcud versiyada saxlanılması daha uyğundur. Hörmətlə --Babək Akifoğlu (müzakirə) 20:15, 25 may 2022 (UTC)[cavabla]
- Əleyhinə: Azvikiyə sadiq olan və illərin təcrübəsinə malik idarəçilərə ehtiyac var. Hazırki vəziyyətdə idarəçilərin sayının azaldılması vikiyə ziyan vuracaq.— Turkmen müzakirə 21:36, 25 may 2022 (UTC)[cavabla]
- Əleyhinə: Qoyulan 1000/300 redaktə tələbini əsassız hesab edirəm və heç bir vikidə belə bir təcrübə olmadığına əminəm. Çünki könüllü layihədə hər hansı istifadəçinin mütləq filan sayda redaktə etməsini tələb etmək doğru deyil. İnzibatçılar çox redaktə edənlər arasından seçilmədiyi kimi, çox redaktə etməyən inzibatçıların da bu səbəbdən statusunun alınması doğru deyil və son nəticədə boş-boşuna, istifadəçilərin narazılığına səbəb olacaq mənasız redaktələrin artması ilə nəticələnə bilər. İnzibati redaktələrə isə müəyyən hədd tətbiq edilə bilər, amma 300 redaktə həddən artıq yüksək rəqəmdir və yenə də mənasız, əks effekti faydasından daha çox olacaq redaktələrin artmasına, sonda istifadəçilərin narazılığına səbəb olacağından əminəm. Keçmişdə belə təcrübə olub və Vikipediyada istifadəçilərlə inzibatçılar arasında qalmaqallarla nəticələnib. Ona görə də qaydaların bu formada qəbulunu məqbul hesab etmirəm.--Wertuose (müzakirə) 05:59, 26 may 2022 (UTC)[cavabla]
- Əleyhinə: yuxarıda bəzi yoldaşlarımız haqlı iradlarını (Ana səhifənin nəzarət olunmaması, eləcə də Laboratoriyada məqalələrin aylarca status gözləməsi kimi) bildiriblər. Amma idarəçi sayının azaldılması bu problemi daha da dərinləşdirəcək. — Drabdullayev17 (müzakirə) 12:55, 26 may 2022 (UTC)[cavabla]
- Əleyhinə: Absurd limit rəqəmləri var. — NKO zi 13:12, 27 may 2022 (UTC)[cavabla]
- Əleyhinə: Gərəksiz şərtlər var. Tutaq ki, kimsə əməliyyat keçirdi. Nə edəcək müayinə kağızını yükləməlidi commonsa? Bunu kim tənzimləyəcək? Heç bizim iş yerində belə sərt qanunlar yoxdur. Deəyəsən bəzən Vikipediyanın könüllü layihə olduğunu unuturuq. Biz istifadəçiləri vikipediyada fəaliyyətə həvəsləndirməyə çalışırıq. Onlar isə bizi həvəsdən salmağa :) — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 14:12, 31 may 2022 (UTC)[cavabla]
Bitərəf
redaktə- Bitərəf: - Onyeddi (müzakirə) 20:15, 25 may 2022 (UTC)[cavabla]
- Bitərəf: Bəzi bəndlər qüsurludur. Amma dəyişikliyə ehtiyac var— Azerifactory (müzakirə) 20:35, 25 may 2022 (UTC)[cavabla]
- Bitərəf: Vikipediya o qədər səliqə-səhmanlı ola bilər ki, inzibatçı 6 ayda 300 inzibatçı hüququ istifadəsi icra edə bilməz. Məcbur nəyisə silməli və ya məcbur hansısa adı dəyişməlidi? — Araz Yaquboglu (müzakirə) 05:28, 26 may 2022 (UTC)[cavabla]
- Bitərəf: Qərarsız qaldım. Lavici mesaj? 08:03, 26 may 2022 (UTC)[cavabla]
Şərhlər
redaktəTəsdiqini tapmış cərrahi əməliyyat (məsələn: Avtomobil qəzası sonrası icra olunan cərrahi əməliyyatlar), ağır xəstəlik (məsələn: Xərçəng xəstəliyi) kimi hallarda inzibatçıya daha 6 ay vaxt verilir. - bu bəndi necə başa düşək? "Cərrahi əməliyyat" deyəndə əməliyyatların kateqoriyalaşdırılmasımı aparılır? Ancaq "avtomobil qəzası" keçirən və əməliyyat olunan inzibatçılaramı 6 ay vaxt verilir? Birdən inzibatçılardan biri kosmetik əməliyyat keçirib burnunu kiçildibsə və ya appendisitini kəsdiribsə ona da 6 ay düşür? Ümumiyyətlə, inzibatçı 6 ay aktiv olmayıb sonra geri döndüyündə və əməliyyat keçirdiyini dediyində, ondan həkimindən bizim üçün arayış gətirməsinimi tələb edəcəyik? "Ağır xəstəlik" məsələsinə də baxmaq lazımdır. Ancaq "xərçəng" ağır xəstəlik sayılır? Birdən inzibatçı desə ki, "babasili" olub və buna görə də çox kompüter qabağında otura bilməyib, indi əməliyyat olunub və aktiv fəaliyyətə başlayır - bu səbəb əsaslı səbəb sayılacaqmı? Və bu cür inzibatçıdan proktoloqdan arayış gətirməsi tələb olunacaqmı? Ümumiyyətlə, inzibatçılardan bu arayışlar yavaş-yavaş gələndən sonra onları kim oxuyub incələyəcək? Ümid edirəm ki, bu işi də bürokratların boynuna qoymayacaqsınız. Yoxsa azvikinin bürokratları məsələn, proktolaqlardan gələn arayışları oxumağa, üstəlik orada rentgen şəkilləri-filan olarsa - onları da incələməyə başlasa, psixologiyalarında müəyyən dəyişikliklər ola biləcəyini ehtimal edirəm. Sonda - inzibatçı olmaq üçün vikipediya redaktorunun şəxsiyyətini bəyan etməsinə gərək yoxdur. Ancaq bu prinsip bütünlükdə ona əsaslanıb ki, inzibatçı şəxsiyyətini açıb ortaya qoymalıdır. Tam qüsurlu bir prinsipdir. Heç başqa bəndlərinə toxunmuram, onlarda da razılaşmadığım çox şeylər var. — Sortilegus (müzakirə) 18:33, 25 may 2022 (UTC)[cavabla]
- Pis çıxmasın, inzibatçı öləndə bu xəbəri bir təhər təsdiqləmək olur, çünki adam ortada yoxdur. Amma əməliyyat temasını təsdiqləmək çətindir. Həm də kiminsə burda xəstə olduğunu açıqlaması etik olmaya bilər, insanın özəlidir. Anonimlik prinsipini pozur. Ümumiyyətlə, bu cür prinsipə heç bir vikidə rast gəlməmişəm. White Demツnyaz 18:52, 25 may 2022 (UTC)[cavabla]
- White Demon, ola bilər ki, heç öləndə də təsdiqləmək olmasın. Sadəcə ölən artıq dəqiq 2 il fəaliyyətsizlik limitini keçəcək, onda da statusu avtomatik alınacaq. Yaxşıdır, inzibatçı öləcəyi təqdirdə, "ölüm kağızı", "morqdan arayış", "mürdəşirin ifadəsi" və s. bu kimi bəndlər salınmayıb bu prinsipə. — Sortilegus (müzakirə) 18:55, 25 may 2022 (UTC)[cavabla]
- Qısaca onu deyim ki, hörmətli bürokratlarımızın hal-hazırda icra etdiyi tək iş (inzibatçılıq xaricində) bir iki hüquq verməkdir. Ümumiyyətlə bu hüququn idxalı da lazımsız idi. O tək işə əlavə heç nə də yoxdur indi. Sadəcə inzibatçıdan açıqlama tələb olunacaq. Arayışa falan ehtiyac yoxdur. Əgər bir inzibatçı 6 ay ərzində nisbi olaraq fəaliyyətsiz olubsa və buna sağlamlığına bəhanə edirsə (indiyədək olan nümunələrdəki kimi) 6 ay daha gözləyə bilərik. Babasillə xərçəngin həyati təhlükəsi birdir bəyəm? Xərçəng orda örnəkdir. Heç kimin şəxsiyyətini açıq elan etməyinə ehtiyac yoxdur. İndiyədək xəstə olduğuna görə, işi olduğuna görə aktiv olmayanlara qayda köhnəlib deyə lazımı tədbir görülmədi, bu qayda qəbul ediləcəyi təqdirdə bu bəhanədən sonra 6 ay daha veriləcək. Vəssalam. Məsələni, dramatikləşdirməyə, romantikləşdirməyə, lazımsız ssenarilər qurmağa ehtiyac yoxdur. @Sortilegus, ölümlə bağlı olan prinsip digər vikilərdə də oxşar vəziyyətdə yazılıb. Girib baxa bilərsiniz. Bunu demək istəməzdim amma son cümlənizə görə qınayıram və VP:N-in 11-ci bəndini pozmamğa çağırıram. Müzakirəni uzatmağa gərək görmürəm. Digər istifadəçilərin səslərini və şərhlərini gözləyirəm. - Dr.Wiki54 (müzakirə) 19:45, 25 may 2022 (UTC)[cavabla]
- White Demon, ola bilər ki, heç öləndə də təsdiqləmək olmasın. Sadəcə ölən artıq dəqiq 2 il fəaliyyətsizlik limitini keçəcək, onda da statusu avtomatik alınacaq. Yaxşıdır, inzibatçı öləcəyi təqdirdə, "ölüm kağızı", "morqdan arayış", "mürdəşirin ifadəsi" və s. bu kimi bəndlər salınmayıb bu prinsipə. — Sortilegus (müzakirə) 18:55, 25 may 2022 (UTC)[cavabla]
1) 500 əlavə redaktənin qeyd olunan nöqsanların həllinə heç bir aidiyyatı yoxdur, bu redaktələri cəmi 1 günə 1 məqaləyə əlavə etmək olar. 2) X idarəçi 1000/300 limit əvəzinə deyək ki, 500/200 redaktə edibsə, onun avtomatik çıxarılması nəyə xidmət edəcək ? Ümumi işə ziyandan başqa bir şey deyil. Digər vikilərdəki limitlərlə müqayisədə bizim vikidə limit zatən çoxdu.— Nicat49 ⋠müzakirə⋡ 19:42, 25 may 2022 (UTC)[cavabla]
- @Nicat49, 500 redaktə əlavəsi ilə hardasa razılaşa bilərəm ki, inzibatçı səlahiyyətinə birbsşa aid deyil. Əgər bir gündə mümkündüsə indiyədək mövcud olan qayda kobudca uzun müddətdir pozulmazdı. Köhnədi ya təzədi. Siz keçən analizə baxsanız aktiv olmayan inzibatşı onsuz da, 200-dən aşağı istifadəsinin, hətta illik 100-dən aşağə istifadəsi olanlar da var idi. Bəli, əgər inzibatçı 6 ayda 200 dəfə səlahiyyət istifadə etməyibsə (aya 30-dan bir qədər çox, günə təxmini 2) qaydaya görə çıxarılacaq. Hansı ümumi işdən bəhs edirsiniz, mən təəcüb edirəm bu qaydaya etiraz edənlər indiyədək ümumi işə kobud şəkildə ziyan verən passivliyə bu qədər etiraz etmirlər heç. Bir inzibatçı ildə necə 10, 57, 68 dəfə istifadə edə bilər səlahiyyətdən? Bu absurddur və ziyandan başqa heç nə vermir. İnzibatçı sayısının süni şişirdilməsinə qarşı olmaq lazımdı. İnzibatçılarımızın hər birinin fəaliyyəti əhəmiyyətlidir, vaxtında ultra-aktiv olublar, ok, təşəkkürlər, amma indi olmayanlar var. Məcburuq yenisini seçək. Seçirik və yenə eyni tsikl davam edir. Nəticə 15 inzibatçıdan sadəcə 5-6 aktiv inzibatçı. - Dr.Wiki54 (müzakirə) 19:57, 25 may 2022 (UTC)[cavabla]
- Tutalım 15 inzibatçıdan 5-6-sı aktivdir, qalan 9-10 inzibatçı passivdir. O, 5-6 inzibatçı 6 aya ümumunən 2500-3500 inzibatçı hüququndan istifadə edir, o qalan 9-10 inzibatçı isə ümumilikdə 800-900. Əgər biz bu qaydalara əsasən limiti ödəməyən inzibatçıları çıxarsaq belə çıxır ki, AzViki bu 800-900 rəqəmi itirəcək və inzibatçı aktivliyi qalxmaq əvəzinə azalacaq. Onda bu qaydanın məqsədi nədir? İnzibatçı aktivliyi azalacaqsa? Belə pis çıxmasın, qaş düzəldən yerdə gözü çıxaracayıq. "Onda hər kəsə inzibatçı statusu verək bu məntiqlə" sözləri yazılmamış qeyd edim ki, inzibatçını sadəcə bu hüqundan geniş şəkildə istifadə edəcəyinə görə deyil, doğru şəkildə istifadə edəcəyini düşünərək seçirik. White Demツnyaz 20:27, 25 may 2022 (UTC)[cavabla]
- @White Demon sizin fikrinizi anlayıram. Yəni demək istədiyiniz, məsələn 295 hüquq istifadəsini göz ardı edəcəyik məsələsidir. Doğruluq payı var . Amma nəzərə alaq ki, Bizdəki son fəaliyyət statistikasına görə son 6 ayda 5, 29 istifadə də var. Əsas məqsədimiz belə halların qarşısının alınmasıdır. İnzibatçı məsuliyyət hiss etmılidir. Hardasa 1 aydır müzakirə gedib bu çıxış yoluna alternativ fikir görmədim. Vəzifə bölüşdürülməsi aktivliyə təsir etmir, əvvəlcədən deyim. Dr.Wiki54 (müzakirə) 20:33, 25 may 2022 (UTC)[cavabla]
- Tutalım 15 inzibatçıdan 5-6-sı aktivdir, qalan 9-10 inzibatçı passivdir. O, 5-6 inzibatçı 6 aya ümumunən 2500-3500 inzibatçı hüququndan istifadə edir, o qalan 9-10 inzibatçı isə ümumilikdə 800-900. Əgər biz bu qaydalara əsasən limiti ödəməyən inzibatçıları çıxarsaq belə çıxır ki, AzViki bu 800-900 rəqəmi itirəcək və inzibatçı aktivliyi qalxmaq əvəzinə azalacaq. Onda bu qaydanın məqsədi nədir? İnzibatçı aktivliyi azalacaqsa? Belə pis çıxmasın, qaş düzəldən yerdə gözü çıxaracayıq. "Onda hər kəsə inzibatçı statusu verək bu məntiqlə" sözləri yazılmamış qeyd edim ki, inzibatçını sadəcə bu hüqundan geniş şəkildə istifadə edəcəyinə görə deyil, doğru şəkildə istifadə edəcəyini düşünərək seçirik. White Demツnyaz 20:27, 25 may 2022 (UTC)[cavabla]
- Yenicə blokdan çıxmışam deyə belə mübahisəli müzakirələrə qoşulmayacağam. Amma onu deyim ki, bu məsələ 50/50-dir. - Onyeddi (müzakirə) 20:21, 25 may 2022 (UTC)[cavabla]
- @Babək Akifoğlu, rəyiniz üçün təşəkkür edirəm. Mənsə buranı obrazlı olaraq AzSSR Ali Sovetinin XII çağırışına bənzədərdim. Davamlı olaraq nəsə təzə insanlar seçilir, köhnələr də yenə qalır, nəticə eyni. Siz özünüz də bilirsiniz ki, keçən dəfə təftiş zamanı çıxan rəqəmlər necə idi. İstifadəçilik könüllüdür, inzibatçılıq məsuliyyətdir. Sizin baxış bucağınızdan yanaşsaq təcrübəli olan birbaşa inzibatçılıq "paylasaq" eybi olmaz. Onsuz da könüllüdür, istəyər faəliyyət göstərər, istəyər göstərməz. Bu düzgün baxış bucağı deyil. Keçən dəfə ki qayda pozuntuları ilə bağlı da addım atılmadı. İndiki qayda da dəyişən sadəcə rəqəmdir. Digərləri kosmetik dəyişir. Əgər inzibatçı fəaliyyət göstərməyəcəksə və sadəcə inzibatçı olaraq aktivlik edirsə, istifadəçi statusuna geri qayıtdıqda həvəssizlik, küskünlük və qeyri-aktivlik yaranırsa, bunun bir adı ola bilər o şəxs sadəcə status üçün buradadır. Halbuki inzibatçılığın məqsədi texniki işləri həll etməkdir. Hər halda fikirləriniz üçün təşəkkür edirəm. Uğurlar arzulayıram. - Dr.Wiki54 (müzakirə) 20:28, 25 may 2022 (UTC)[cavabla]
- Həmkarlar, bəli, Vikipediyada fəaliyyət könüllüdür, razıyam, lakin belə məsələ var ki, "könüllüyəm" deyib demək olar heç nə etməyən bir istifadəçi niyə inzibatçı olsun? Onda elə hamı inzibatçılıq üçün namizədlik versin də, "könüllü"dür, kefi istəyər 5 il sonra icra edər bu fəaliyyəti. Elə inzibatçılığa namizəd olarkən istifadəçi deyir filan şeylərə görə inzibatçı olmaq istəyirəm, nəsə vəd edir. --► Hörmətlə: SolaVirum 12:18, 26 may 2022 (UTC)[cavabla]
- @Solavirum, bəli, bu "könüllü" ifadəsi, "azad" və "açıq" ensiklopediya ifadələri kimi sui-istifadə olunur. Dr.Wiki54 (müzakirə) 12:59, 26 may 2022 (UTC)[cavabla]
- Bu rəqəmlər həddən artıq çoxdur. EnVikidə belə inzibatçıdan 5 il üçün cəmi 100 redaktə tələb olunur, biz isə 5 il üçün düz 10.000 redaktə tələb edirik indi. White Demツnyaz 18:50, 26 may 2022 (UTC)[cavabla]
- Məsələnin həlli üçün addım atılmalı və qaydalar bir qədər dəqiqləşdirilməlidir, bununla razıyam. Amma mən sırf limit məsələsi ilə razı deyiləm və hər hansı rəqəmin qoyulmasına qarşıyam. Bu haqda yuxarıda zatən fikirlər yazılıb və səbəbləri də qeyd olunub. Mənim fikrimcə isə qaydalara belə bir əlavə edilməlidir: istənilən istifadəçi (və ya müəyyən qrup üçün icazə vermək olar) və ya inzibatçı, "fəaliyyəti müəyyən müddət təmamilə dayanmış" və ya "fəaliyyəti ilə bağlı narazılığın mövcud olduğu", ya da "hüquqdan yetərincə istifadə etdiyi düşünülməyən" inzibatçının hüququnun alınması ilə bağlı bürokratlara müraciət edə bilər. Bundan əlavə, envikidə belə bir sistem var. Bu sistemə görə hər il müvafiq tarixdə yoxlama aparılır və inzibatçının fəaliyyəti müəyyən edilmiş limiti keçmədikdə ona bu haqda xəbərdarlıq edilir. Bu sistem də məncə qüsursuz və az da olsa effektivdir. — Surə 🗯 20:30, 26 may 2022 (UTC)[cavabla]
- Limitlə bağlı fərqli fikirdəyik, amma qaydada belə bir hissə var "Bütün bu hallar səs vermə hüququ olan istənilən istifadəçinin hərəkətə keçməsinə, ya özü, ya da bürokratlar tərəfindən inzibatçıların təftişinə səbəb ola bilər." Dr.Wiki54 (müzakirə) 21:09, 26 may 2022 (UTC)[cavabla]
- Məsələnin həlli üçün addım atılmalı və qaydalar bir qədər dəqiqləşdirilməlidir, bununla razıyam. Amma mən sırf limit məsələsi ilə razı deyiləm və hər hansı rəqəmin qoyulmasına qarşıyam. Bu haqda yuxarıda zatən fikirlər yazılıb və səbəbləri də qeyd olunub. Mənim fikrimcə isə qaydalara belə bir əlavə edilməlidir: istənilən istifadəçi (və ya müəyyən qrup üçün icazə vermək olar) və ya inzibatçı, "fəaliyyəti müəyyən müddət təmamilə dayanmış" və ya "fəaliyyəti ilə bağlı narazılığın mövcud olduğu", ya da "hüquqdan yetərincə istifadə etdiyi düşünülməyən" inzibatçının hüququnun alınması ilə bağlı bürokratlara müraciət edə bilər. Bundan əlavə, envikidə belə bir sistem var. Bu sistemə görə hər il müvafiq tarixdə yoxlama aparılır və inzibatçının fəaliyyəti müəyyən edilmiş limiti keçmədikdə ona bu haqda xəbərdarlıq edilir. Bu sistem də məncə qüsursuz və az da olsa effektivdir. — Surə 🗯 20:30, 26 may 2022 (UTC)[cavabla]
- Ana səhifə arqument kimi göstərilir. Bununla bağlı adicə bir fakt deyim ki Ayaz Mütəllibovun 40-ı çıxandan sonra ana səhifədən şəkli çıxarıldı. Nəzarət edən həmişəki aktiv inzibatçılardı. — Toghrul R (m) 06:43, 27 may 2022 (UTC)[cavabla]
- @Araz Yaquboglu fikrinizi anlayıram, lakin tam mükəmməllik heç vaxt mümkün olmur. IP-lərlə mübarizə, yeni yaradılan səhifələrin adlarına nəzarət və s. həmişə olacaq. 10 ildən çoxdur buradasınız və görürsünüz ki, iş azalmaq yerinə həmişə artır. Çünki həyat davam edir və hər gün yüzlərlə yeni ensiklopedik mövzu yaranır və viki daxilində yeni istifadəçi/IP dövranı yaranır. @Azerifactory, hansı bəndlərdə problem görürsünüz, bilmək olar mı? Qeyd edim ki hamısı eyni ilə tərcümə edilmiş sadəcə redaktə sayı və inzibatçı nisbəti başqa qaydadan götürülərək rəqəm artttırlmışdır. Dr.Wiki54 (müzakirə) 10:34, 27 may 2022 (UTC)[cavabla]
- Sizləri həvəsdən salmağa ehtiyac yoxdur :) Bu ay hələ təzə həvəsə düşənlər var möcüzəvi şəkildə :) - Dr.Wiki54 (müzakirə) 14:40, 31 may 2022 (UTC)[cavabla]
- @Araz Yaquboglu fikrinizi anlayıram, lakin tam mükəmməllik heç vaxt mümkün olmur. IP-lərlə mübarizə, yeni yaradılan səhifələrin adlarına nəzarət və s. həmişə olacaq. 10 ildən çoxdur buradasınız və görürsünüz ki, iş azalmaq yerinə həmişə artır. Çünki həyat davam edir və hər gün yüzlərlə yeni ensiklopedik mövzu yaranır və viki daxilində yeni istifadəçi/IP dövranı yaranır. @Azerifactory, hansı bəndlərdə problem görürsünüz, bilmək olar mı? Qeyd edim ki hamısı eyni ilə tərcümə edilmiş sadəcə redaktə sayı və inzibatçı nisbəti başqa qaydadan götürülərək rəqəm artttırlmışdır. Dr.Wiki54 (müzakirə) 10:34, 27 may 2022 (UTC)[cavabla]
- Hörmətli Sortilegus, yekunlaşdıra bilərsiz? Lavici mesaj? 01:17, 10 iyun 2022 (UTC)[cavabla]
- Mən də yekunlaşdıra bilərəm, onsuz da nəticə məlumdur, kimin yekunlaşdırmasının fərqi yoxdur. White Demツnyaz 11:52, 10 iyun 2022 (UTC)[cavabla]
- White Demon, təbii ki, buyurun. Lavici mesaj? 12:06, 10 iyun 2022 (UTC)[cavabla]
- Mən də yekunlaşdıra bilərəm, onsuz da nəticə məlumdur, kimin yekunlaşdırmasının fərqi yoxdur. White Demツnyaz 11:52, 10 iyun 2022 (UTC)[cavabla]
Yekun nəticə:
- Səs verənlər — 23
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 23
- Lehinə — 9
- Əleyhinə — 10
- Bitərəf — 4
Yekunlaşdırma
redaktə- N Səsvermənin nəticəsinə əsasən qayda vikipediyanın rəsmi prinsipi olaraq qəbul edilmədi.— White Demツnyaz 12:16, 10 iyun 2022 (UTC)[cavabla]