Vikipediya Qiymetlendirme Secilmis Meqaleler Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin Uzvleri - Wikipedia
Wikipedia
Vikipediya Qiymetlendirme Secilmis Meqaleler Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin Uzvleri
Vikipediya:Qiymətləndirmə/Seçilmiş_məqalələr/Azərbaycan_Xalq_Cümhuriyyəti_Parlamentinin_üzvləri - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
- Təqdim olunduğu tarix: 29 iyun 2021
- Məqalə üzərində işləyən(lər): Dr.Wiki54 (müzakirə • töhfələr • statistikalar)
- İcraçı: — NMW03 (müzakirə) 01:49, 29 iyun 2021 (UTC)
- Lehinə:— Nicat49 ⋠müzakirə⋡ 22:23, 29 iyun 2021 (UTC)
- Lehinə: Məqalə pis hazırlanmayıb. Məncə status ala bilər. CCavad✉ 10:44, 30 iyun 2021 (UTC)
- Lehinə: — Mirəli2001 (müzakirə) 16:45, 3 iyul 2021 (UTC)
- Lehinə: — Məqaləyə əmək sərf olunduğu ortadadı. — Xeyal (müzakirə) 05:30, 4 iyul 2021 (UTC)
Bitərəf: məqalə üzərindəki əməyiniz üçün təşəkkür edirəm. Stilk kitabçasına uyğundur, məzmun ətraflıdır, vizual görünüş, kateqoriya, şablonlar: hamısı qüsursuzdur. Amma bəzi bölmələrdəki istinad azlığı məni narahat etdi. Məsələn Qəbul olunmayanlar bölməsində ümumiyyətlə istinad yoxdur. Bu problem aradan qaldırılsa səsimi lehinə olaraq dəyişəcəm. — Surə 🗯 07:24, 4 iyul 2021 (UTC)
- Lehinə: — Surə 🗯 07:35, 4 iyul 2021 (UTC)
- Lehinə: Statusa layiqdir. — Burocan (müzakirə) 07:53, 4 iyul 2021 (UTC)
- Lehinə: — Nuray95 (müzakirə) 07:17, 23 iyul 2021 (UTC)
- @İstifadəçi:Sura Shukurlu xanım, namizədliyi verərkən açıqlamışdım əslində. Bir daha qeyd edim, İstinadlar barəsində isə qısaca onu deyə bilərəm ki, bu haqda mənbələr azdır və olan ikinci dərəcəli mənbələr (saytlar və s.) hər biri stenoqramlara istinad verərək məlumat verdiyi üçün təkrarçılığa yol verilməyib. Yəni bütün məlumatlar rəsmi stenoqrama əsaslanıb. Toplamda 1200 səhifə olan 3 stenoqramı 2 dəfə oxuyub tərtib etmişəm. -Dr.Wiki54 (müzakirə) 07:27, 4 iyul 2021 (UTC)
- Dr.Wiki54, yəni "Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında parlamentlə əlaqəli qanun qəbul olundu, həmçinin parlamentdə dövlətin hüdudlarında yaşayan bütün millətlərin təmsil olunmalı olduğu qərarı qəbul olundu. Bu ərazilərdə Qafqaz təqvimində verilmiş məlumatlara əsasən 2.750.000 nəfər əhali var. Onlardan 1.900.000 nəfəri müsəlman, 500.000 nəfəri erməni, 230.000 nəfəri isə ruslar idi. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10 nümayəndə göndərməlidir" mətninin istinadı var? Həmin mətnin istinadı "Azərbaycan Respublikasının Dövlət Arxivi: fond 895, siyahı 1, iş 25, vərəq 3,4,5"-dırsa, siz onu təkrar etməlisiniz hər paraqrafda. Bəli, nəticədə bir qədər pis görünə bilər təkrarlanma, lakin üsul belədir :d --► Hörmətlə: SolaVirum 14:16, 7 iyul 2021 (UTC)
- @İstifadəçi:Solavirum İstinad stenqoramdır. İkinci dərəcəli istinadlar da stenoqramın təkrarıdır. Stenoqramların da qaynağı arxivlərdir. Bir qədər yox e bəy, dəhşətli dərəcədə təkrarçılığa səbəb olur. Əlimizin altında 3-5 qaynaq var: AXC Ensiklopediyası (hansı ki "n" qədər səhvlərlə doludur və natamamdır), stenoqramlar, stenoqramların mənbəyi olan arxiv işləri, Ədalət Tahirzadə, Nəsiman Yaqublu, Dilqəm Əhməd kimi araşdırmacı-tarixçilərin hər hansısa üzv haqqında araşdırmaları (bunlar da xüsusidir). - Dr.Wiki54 (müzakirə) 14:26, 7 iyul 2021 (UTC)
- Dr.Wiki54, yəni "Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında parlamentlə əlaqəli qanun qəbul olundu, həmçinin parlamentdə dövlətin hüdudlarında yaşayan bütün millətlərin təmsil olunmalı olduğu qərarı qəbul olundu. Bu ərazilərdə Qafqaz təqvimində verilmiş məlumatlara əsasən 2.750.000 nəfər əhali var. Onlardan 1.900.000 nəfəri müsəlman, 500.000 nəfəri erməni, 230.000 nəfəri isə ruslar idi. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10 nümayəndə göndərməlidir" mətninin istinadı var? Həmin mətnin istinadı "Azərbaycan Respublikasının Dövlət Arxivi: fond 895, siyahı 1, iş 25, vərəq 3,4,5"-dırsa, siz onu təkrar etməlisiniz hər paraqrafda. Bəli, nəticədə bir qədər pis görünə bilər təkrarlanma, lakin üsul belədir :d --► Hörmətlə: SolaVirum 14:16, 7 iyul 2021 (UTC)
- @İstifadəçi:Sura Shukurlu xanım, namizədliyi verərkən açıqlamışdım əslində. Bir daha qeyd edim, İstinadlar barəsində isə qısaca onu deyə bilərəm ki, bu haqda mənbələr azdır və olan ikinci dərəcəli mənbələr (saytlar və s.) hər biri stenoqramlara istinad verərək məlumat verdiyi üçün təkrarçılığa yol verilməyib. Yəni bütün məlumatlar rəsmi stenoqrama əsaslanıb. Toplamda 1200 səhifə olan 3 stenoqramı 2 dəfə oxuyub tərtib etmişəm. -Dr.Wiki54 (müzakirə) 07:27, 4 iyul 2021 (UTC)
Yekunlaşdırma: Məqaləyə SM statusu verildi.— NMW03 (müzakirə) 15:22, 23 iyul 2021 (UTC)