Vikipediya Qdeyil - Wikipedia
Bu səhifə Vikipediya haqqında bir essedir. Səhifə vikipediyaçılar üçün məsləhət və rəy xarakteri daşıyır. Vikipediyanın rəsmi prinsiplərindən və qaydalarından biri deyil, eləcə də, vikicəmiyyətin ümumi fikrini əks etdirməyə bilər. Bəzi esselər geniş mövzuları əhatə edir, bəzi esselər isə ancaq spesifik mövzulara toxunur. |
Vikipediya qəzet və ya onlayn xəbər saytı deyil. Qəzetlərin bir çoxu dünyadakı aktual xəbəri yazan xəbər nəşrləridir. Bəzi qəzet yazıları özündə daha təfsilatlı xəbər və təhlil ehtiva edir. Eyni zamanda, qəzetlər onları yazanların ifşa etdikləri sirləri ya da yalanları da əks etdirə bilər. Qəzetlər təbii olaraq subyektiv fikirlər daşıyan məlumatlar yazır.
Vikipediya bunların heç birini etmir. Vikipediya tərəfsiz şəkildə yazılan və etibarlı mənbələrə və obyektivliyə əsaslanan onlayn ensiklopediyadır.
Yenə də Vikixəbər xəbərlərə həsr edilmiş Vikimedia layihəsidir və onun əsas missiyası layihənin tabe olduğu əsas nöqtələri açıqlayır.
Vikipediya aktual xəbərlərin jurnalı deyil
redaktəVikipediya dünyada olan hər hadisə barədə yazmır. Tarixi əhəmiyyəti olmayan mövzular haqqında yazı yazmağa heç ehtiyac yoxdur.
Vikipediya redaktorlarına xas olan perspektivlərə görə daha aktual mövzular, xüsusən də Vikipediyanın quruluşundan sonrakı hadisələr barədə daha çox məqalələr yazılır. Bu anlayış üçün daha çox məlumat əldə etmək üçün baxa bilərsiniz: en:Wikipedia:Recentism.
Cari xəbərləri əks etdirmək üçün Vikipediyanı redaktə etdiyinizdə öz-özünüzə düşünün, ensiklopedik və əhəmiyyətli bir şey əlavə edirsiniz, yoxsa yox.
Vikipediyaçılar jurnalist deyillər
redaktəJurnalistlər cari hadisələrlə bağlı birbaşa məlumat təqdim edirlər. Vikipediya isə bunu etmir, çünki o, ilkin mənbə deyil. Nəzər yetirin: Vikipediya:Orijinal tədqiqata yer verməmək.
Vikipediya onu yazanların fikirlərini əks etdirmir
redaktəVikipediya azad tribuna (küçə tribunası) deyil. Bura düşüncələrinizi dünyaya çatdıra biləcəyiniz bir məkan deyil.
Vikipediya məqalələrinin yoxlanıla bilməsi əlçatan olması və neytral mövqedən yazılması mütləqdir. Öz baxış aspektlərinizi məqalələrə əlavə etmək uyğunsuz hesab edilir. Bu fəaliyyəti açıq şəkildə davam etdirdiyiniz təqdirdə "vandal" belə adlandırıla bilərsiniz.
Bu, eyni zamanda istifadəçi səhifəniz üçün də keçərlidir. Bir çox vikipediyaçı istifadəçi səhifələrinin və alt səhifələrin fikirləri əks etdirmək üçün istifadəsinə şiddətlə qarşı çıxır. Fikirlərinizi sosial şəbəkə üzərindən dünyaya yaymaq üçün istifadə edəcəyiniz hədsiz-hesabsız platformalar var. Vikipediyadakı istifadəçi səhifəniz və alt səhifələriniz ensiklopediya yaratmaq məqsədilə siz kömək üçün nəzərdə tutulub.
Vikipediya həqiqətləri ortaya çıxarmır
redaktəSiz özünüzü bir mövzu barədə həqiqətləri öyrənməyi vəzifə edən, ad vermədiyiniz mənbələrdən iqtidardakı şəxslərə qədər hamı ilə əlaqə quran cəsur bir tədqiqatçı kimi görə bilərsiniz. Saysız-hesabsız əlaqələriniz vasitəsilə yüz ilin xəbərlərini ortaya çıxara bilərsiniz. Vikipediyanın da bu xəbərlər üçün ürəyi gedir da, hə?
Səhvsən. Vikipediya orijinal tədqiqat məkanı deyil. Vikipediyaya əlavə etdiyiniz bütün töhfələr yoxlanıla bilməsi mümkün olmalıdır, hər kəs faktları yoxlaya bilməlidir və bunlar etibarlı mənbələrə söykənməlidir. Odur ki, töhfələrinizdə etibarlı mənbələrə istinad etməyinizi gözləyirik. Əgər siz Vikipediyada "öz məhsullarınızı" yaymağa cəhd edərsəniz, orijinal tədqiqatla bağlı siyasətimizi pozduğunuz aşkar ediləcək və böyük ehtimalla da etdiyiniz "əlavələriniz" digər redaktor və inzibatçılar tərəfindən yoxlanıla bilməsi mümkün olmadığı üçün geri qaytarılacaq.
Yadda saxlayın ki, əvvəl əlinizdəki məlumatı "Washington Post" kimi etibarlı və yoxlanıla bilməsi mümkün bir qəzetdə və mənbədə dərc edərsəniz, həmin məqalə və yazı daha sonra Vikipediya məqaləsində mənbə olaraq istifadə edilə bilər. Təbii ki, əvvəlcə mediada yer alması lazımdır. Bu, orjinal tədqiqat qaydasının tələb və xüsusiyyətlərindən biridir.
Həmçinin bax
redaktə- Vikixəbər (ana səhifə), — xəbər saytı olmağı qarşısına məqsəd qoyan sayt.