Vikipediya Movzulu Ay Kosmos Ayi - Wikipedia
Kosmos ayı — "Mövzulu ay" layihəsinin bir hissəsi kimi Kosmos haqda məqalələrin yazılması üçün yaradılmışdır. Bu layihə çərçivəsində mövzu ilə əlaqəli məqalələrin zənginləşdirilməsi də nəzərdə tutulub.
İstiqamət: Layihə iştirakçıları Vikipediya:Mövzulu ay/Kosmos ayı/Plan səhifəsində nəzərdə tutulan səhifələri yarada və təkmilləşdirə bilər və həmçinin həmin səhifədə olmayan, lakin Kosmos ilə bağlı olan səhifələri yarada və təkmilləşdirə bilərlər. Güman edilir ki, vikipediyanın bir sıra digər dil bölmələrində - xüsusilə də rusdilli və ingilisdilli layihələrdə bu mövzu haqda daha çox məlumat var.
Məqsəd: Kosmos ayı bu sahə ilə əlaqəli məqalələrdəki boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulub. Ay ərzində Kosmos ilə bağlı məqalələrin yaradılması və zənginləşdirilməsi nəzərdə tutulmuşdur.
Müddət: 1-30 iyun 2019-cu il. (1 iyun 2019-cı il Bakı vaxtı ilə saat 00:01-də başlayır və 30 iyun 2019-cı il Bakı vaxtı ilə saat 23:59-da bitir.)
Qeyd: Bu layihə "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilir.
Başlayarkən
redaktə- İştirakçılar hissəsinə imzanızı qoymağı unutmayın.
- Layihə səhifənizdə hazırladığınız və təkmilləşdirdiyiniz səhifələri (məqalələr, şablon, kateqoriya, şəkil və s.) əvvəlinə # işarəsi qoyaraq alt-alta yazın.
- Layihə iştirakçıları yalnız qeydiyyatdan keçmiş istifadəçilər olmalıdır. IP ilə işləmək tövsiyə olunmur. Hər istifadəçi yalnız 1 istifadəçi adı ilə layihə iştirakçısı ola bilər.
Qiymətləndirmə
redaktəQiymətləndirmə "Qiymətləndirmə Komissiyası"nın (QK) üzvləri tərəfindən aparılacaq. QK üzvləri qiymətləndirməni aşağıda göstərilmiş metodla aparacaq. Onlar qiymətləndirməni ay başa çatdıqdan sonra maksimum 10 gün ərzində yekunlaşdırmalıdır. Qeyd olunan müddətə qədər QK üzvləri tərəfindən yekunlaşdırma aparılmazsa, müddət daha 10 gün uzadılır və qiymətləndirmə ilə bağlı qalan yekunlaşdırmanı aparmaq səlahiyyəti bürokrat və ya idarəçilərdən birinə verilir. Əgər onlar da yekunlaşdırma aparmazsa, müddət daha 1 həftə uzadılır və qiymətləndirmə ilə bağlı qalan yekunlaşdırmanı aparmaq səlahiyyəti aktiv istifadəçilərə keçir.
- Qiymətləndirmə Komissiyasının üzvləri:
- Qeyd 1: QK üzvləri də layihə iştirakçısı ola bilər və öz töhfələrini qiymətləndirə bilərlər. Mübahisəli hallarda qiymətləndirmə digər QK üzvləri tərəfindən təkrar aparıla bilər.
- Qeyd 2: Qiymətləndirmə yalnız İştirakçıların öz layihə səhifələrində göstərdikləri töhfələrlə bağlı aparılır. İştirakçıların öz layihə səhifələrində göstərmədikləri töhfələr qiymətləndirilmir.
Qiymətləndirmə metodu
redaktə- Xallar aşağıdakı kimi verilir. Əlavə olaraq, hər məqaləyə görə verilən xal məqalənin stilinə, yazı dilinə, dizaynına və s. elementlərinə görə jüri üzvlərinin peşəkar mülahizəsi əsasında, 5 xaladək artırıla və ya azaldıla bilər:
- Seçilmiş məqalə səviyyəsində məqalələr - 60 xal;
- Yaxşı məqalə səviyyəsində məqalələr - 40 xal;
- Seçilmiş siyahı səviyyəsində siyahılar - 30 xal;
- Yaxşı vikiləşdirilmiş geniş məqalələr - 30 xal;
- Yaxşı vikiləşdirilmiş orta ölçülü məqalələr - 20 xal;
- Yaxşı vikiləşdirilmiş kiçik ölçülü məqalələr - 15 xal;
- Qismən vikiləşdirilmiş məqalələr - 10 xal;
- Siyahı məqalələri - 10 xal;
- Layihə dövründə mövzu ilə bağlı "VikiAnbar"a yüklənən və silinmə ehtimalı olmayan hər şəklə görə - 2-4 xal;
- Yuxarıda qeyd olunan tələblərə görə verilmiş yekun xaldan aşağıdakılardan biri və ikisi çıxıla bilər:
- Zəif vikiləşdirməyə görə - 2-5 xal;
- Ədəbi Azərbaycan dilində olmayan məqalələr qiymətləndirilmir.
Qiymətləndirmə metodunun təkmilləşdirilməsinə zərurət yaranarsa, bu halda Qiymətləndirmə Komissiyasının üzvləri müvafiq qərarın qəbul edilməsində məsuldurlar
Mükafatlandırma
redaktə- 1-ci yeri tutan istifadəçiyə "Qızıl medal" mükafatı veriləcək.
- 2-ci yeri tutan istifadəçiyə "Gümüş medal" mükafatı veriləcək.
- 3-cü yeri tutan istifadəçiyə "Bürünc medal" mükafatı veriləcək.
[[Fayl:COTW Towns Copper Barnstar Hires.png | 240px]] |
İştirakçılar
redaktə--NMW03 (müzakirə) 20:11, 31 may 2019 (UTC)
--Wikipediya M (müzakirə) 23:52, 31 may 2019 (UTC)
--Anar Kərimxanov (müzakirə) 07:32, 1 iyun 2019 (UTC)
--Vusal naa (müzakirə) 12:13, 4 iyun 2019 (UTC)
--Şahdağlı(müzakirə) 21:30, 6 iyun 2019 (UTC)
Nəticə
redaktəİstifadəçi | Töhfələr | Xal | Məqalə sayı (yeni+təkmilləşdirmə) |
Şablon sayı (yeni+təkmilləşdirmə) |
Kateqoriya sayı (yeni+düzəliş) |
Şəkil sayı (yeni) |
Yer |
---|---|---|---|---|---|---|---|
Vüsal | /Vusal naa | 25 | 1 | ||||
Şahdağlı | /Şahdağlı | 25 | 2 | ||||
Wikipediya M | /Wikipediya M | 100 | 13 | ||||
Anar Kərimxanov | /Anar Kərimxanov | 93 | 12 | 3 | |||
NMW03 | /NMW03 | 68 | 4 | 11 |
Yekun
redaktə2019-cu ilin iyun ayında "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun təşəbbüsü ilə həyata keçirilmiş "Kosmos ayı" layihəsi çərçivəsində aşağıdakı göstəricilər qeydə alınmışdır:
İştirakçı sayı |
Töhfəsini təqdim edənlər |
Məqalə sayı |
Şablon sayı |
Kateqoriya sayı |
Şəkil sayı |
1-ci yer |
2-ci yer |
3-cü yer |
4-cü yer |
---|---|---|---|---|---|---|---|---|---|
5 | 5 | 32 | 11 | 3 | Wikipediya M | Anar kerimxanov | NMW03 | Shahdag, Vusal naa |