Vikipediya Laboratoriya Eli Kerimli - Wikipedia
- Laboratoriyaya namizəd siyahısında məqalənin "Seçilmiş məqalə laboratoriyası"na təqdim olunmasına razılıq verən istifadəçinin imzası
--samral müzakirə 17:09, 5 yanvar 2015 (UTC)
- Təkmilləşdirmə və səsvermənin son tarixi
- 5 yanvar - 5 fevral 2015
- İcraçı
- -Wertuose (talk) 19:22, 5 yanvar 2015 (UTC)
Məqalə üzərində işləyənlər
redaktəDəstək
redaktəYaxşı məqaləyə namizəd təqdim olunmaq üçün
redaktə- Qırmızı keçidlər düzəldilsə yaxşı məqalədir.--Araz Yaquboglu (talk) 19:28, 5 yanvar 2015 (UTC)
- Lehinə:--samral müzakirə 19:49, 5 yanvar 2015 (UTC)
- Lehinə:--EyyubVEVO (talk) 19:54, 5 yanvar 2015 (UTC)
- Lehinə:--Eagle94 12:45, 7 yanvar 2015 (UTC)
- Lehinə:--☜❶☞Cavid (talk)☜❶☞ 11:45, 6 yanvar 2015 (UTC)
- Lehinə:--Serk@nl@nd 12:43, 6 yanvar 2015 (UTC)
- Lehinə: Genişləndirilsə daha yaxşı olar.--namikilisu 18:45, 6 yanvar 2015 (UTC)
- Lehinə:--Yuşin (münazirə) 18:40, 18 yanvar 2015 (UTC)
Neytral
redaktə- Bitərəf: Hələlik səsimi neytralla əvəz edirəm, məqalənin həcmi bir az da böyüdülərsə, səsimi lehinə ilə dəyişə bilərəm. --Keete 37 (Farid Aliev) (talk) 21:18, 8 yanvar 2015 (UTC)
Qarşı
redaktə- Status almağa layiq hesab etmirəm. Hörmətlə --sefer azeri 19:32, 5 yanvar 2015 (UTC)
- sefer azeri fikrinizi əsaslandırsanız sevinərəm.--samral müzakirə 19:53, 5 yanvar 2015 (UTC)
Əleyhinə: Düşünürəm ki, daha da zənginləşdirmək olar. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 19:36, 5 yanvar 2015 (UTC)Keete 37 (Farid Aliev) bu işdə siz də mənə kömək ola bilərsiz. Məsələn deyin hansı hissəni zənginləşdirmək lazımdısa heç olmasa cəhd edim :) — Bu imzasız yazı Samral (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Yeni məlumatlar əlavə olunmalıdır. Bu halı ilə YM-ə layiq deyil. Səsvermə nəticəsində YM statusu qazansa belə yaxşı məqalə deyil.--Emin • ismarış 20:01, 5 yanvar 2015 (UTC)
- Əleyhinə: O cür siyasətçinin belə həcmdə məqaləsi olmamalidir... --Şeyx Şamil Danış! 20:46, 5 yanvar 2015 (UTC)
- Şeyx Şamil Danış! necə məqalə yaraşır ? Deyin mən elə edim.--samral müzakirə 12:52, 6 yanvar 2015 (UTC)
- Əleyhinə:--Baskervill müzakirə 21:11, 5 yanvar 2015 (UTC)
- Baskervill müzakirə fikrinizi əsaslandırsanız sevinərəm.--samral müzakirə 12:52, 6 yanvar 2015 (UTC)
Şərhlər
redaktəÜmumiyyətlə yaranmış gülməli vəziyyəti öz-özümə heç bir halda izah edə bilmirəm. Ölkənin iki müxalif lideri barədə olan məqalə eyni vaxtda laboratoriyaya daxil edilir. Hər iki məqalə bərbad durumdadır və bu məqalələr 1 ay yox lap 100 ayda burada qalsa bunlardan bir şey çıxmaz. Sadəcə mənə maraqlı olan hansı səbəbdən belə bir qərarın verilməsidir ? Yəni başqa vaxt peşəkarlıqdan zaddan danışıb adamı bloka atırsınınız. Bunu indi mən etsəydim aləm dəymişdi bir-birinə. Özüdə bu prosesi edən hörmətli həmkar məqalə birinci Laboratoriyaya namizəd siyahısında göstərilməli və daha sonra oradan qəbul edilib bura əlavə edilməlidir. Yəni bura axı həsən soxdu dərmanı deyil, elmi bir məkandır. Ümüd edirəm ki, bir el məsəli olan həsən söhbətini şəxsinizə yönəlmiş təhqir kimi qəbul etməyəcksiniz. Bir az peşəkar olun nə olar axı. Hörmətlə:--Baskervill müzakirə 21:16, 5 yanvar 2015 (UTC)
- Baskervill müzakirə məqalə lap yaxşı məqalədir. Əleyhinə səs verənlərdən hələ indiyə kimi bir dənə samballı-konkret-əhatəli-əsaslı etiraz edən olmayıb. Məsələn desinlər ki, filan-filan qüsurlar var, və ya filan şey yoxdur, filan şey əlavə olunmalıdır və s. Əleyhinə səs verən hər kəs ümumi qeyri-müəyyən danışır. Elə biri də siz. İllərdi AzVikidə idarəçisiz vikiyə yeni qoşulan sadə-həvəskar istifadəçi kimi məqaləyə əleyhinə səs verirsiz. Nə fikri əsaslandırma var. Nə bir qüsur təsbiti. Niyə ? Keçmişdən içivizdə yanğı qalıbsa bu ayrı məsələ. Zatən görünən kənd bələdçi istəməz.--samral müzakirə 12:39, 6 yanvar 2015 (UTC)
EnViki hərtərəfli istənilən viki üçün örnəkdi. Mən bu məqaləyə səs verən kəsləri Xalid Hüseyninin 3 əsəri haqqında envikidə olan məqalələrə nəzər yetirməyə dəvət edirəm.--samral müzakirə 13:16, 6 yanvar 2015 (UTC)
- Məqalənin geniş olmadığını deyənlər YM kriteriyalarına baxa bilərlər. YM kriteriyalarına əsasən məqalə minimum 10 kb olmalı olduğu halda bu məqalə hal-hazırda 34 kb-dır.--samral müzakirə 17:59, 6 yanvar 2015 (UTC)
- İlk öncə sizdən hər hansısa bir fikiri ifadə etməmişdən əvvəl düşünmənizi rica edirəm. Kiminsə içində nəyin qalıb-qalmamısını sizin təyin etməyiniz mümkün deyil. Digər tərəfdən bu sizə bu qədər maraqlıdırsa bəyan edim ki, mənim burada heç bir istifadəçi-idarəçi sinifdən olan şəxslərə qarşı şəxsi-qərəzim yoxdur. Sadəcə Azvikidə belə qısa həcmli məqalələrin seçilmiş statusu alması bizə gələcəkdə problem yarada bilər. Çünki insanlar bu məqalələri nümunə kimi göstərərək öz məqalələrində laba salınmasının tələb edəcəklər. Bu məsələnin bir tərəfi. Digər bir tərəfi isə siyasi xadim barədə məqalələr geniş olmalıdır. Əlbəttə də siz mənə müxtəlif vikipediyalarda siyasi xadimlər barədə olan və qısa həcmli onlarla seçilmiş məqalə göstərə və tələb edə bilərsiniz ki, necə ola bilər elə təcrübəli vikilərdə bu həcmdə olan məqalələr seçilmiş statusu ala bilər, biz də isə yox. Hörmətli Samral sizə bəyan etmək istərdim ki, bir viki bir digəri üçün etalon təşkil etmir. Yəni Envikidə və ya digər bir vikidə olan proseslərin bir qismini və yaxud hamısını bizim bura tətbiq etməyə imkanımız yoxdur. Sizə yenədə digər vikilərdə siyasi xadimlər barədə seçilmiş bir necə məqalə göstərmək istərdim. Ümüd edirəm ki, sizdə mmənimlə razılşacaqsınız istər İsa Qəmbər istərsədə Əli Kərimli barədə hazırlanmış məqalələr həmin məqalələrin səviyyəsində deyil - (en:Benjamin Disraeli, en:José Paranhos, Viscount of Rio Branco, en:Wesley Clark). Lütfən bir bu məqalələrə baxın birdə ki, seçilmiş və ya yaxşı məqalə olmasını tələb etdiyiniz Əli Kərimli məqaləsinə. Tərkibində cəmi 1 şəkili və 36 istinadı olan bir məqaləyə nədən səs vermək lazımdır ? Məqalənin ən azı 100-120 sağlam istinadı olmalı və commons media ambarından yüklənmiş 4-5 seçilmiş şəkili olmalıdır. Əminəm ki, siz Əli Kərimlinin mənsub olduğu partiya ilə təmasa keçsəniz onlar sizə hal-hazırıkı məqalədə olan məlumatlardan qat-qat çox məlumatlar verəcəklər. Hər iki siyasi xadimin gənclik dövrü, ilkin siyasi fəaliyyətləri, hakimiyyətdə təmsil olunduqları dövr, parlamentdə təmsil olunduqları dövr, siyasi partiyalarında etdikləri işlər, yerli və beynəlxalq təşkilatlarla olan münasibətləri, başlarına gəlmiş və gündəmin diqqətini cəlb etmiş olaylar və buna bənzər onlarla materiallar barədə məlumat əlavə etmək lazımdır. Bundan sonra lehinə səs verməyən namərd olsun. Yoxsa kimsə nə var-nə var müxalifətdə təmsil olunur deyə onun vikiləşdirməyə ehtiyacı olan məqaləsinə status tələb etmək məncə düzgün deyil. Düşünürəm ki, yuxarıda sizə göstərdiyim nümunələr və tərəfimdən az əvvəl verilən şərhlər sizin necə bir yol izləməli olduğunuz məsələsində sizə xeyli kömək olacaq. Hörmətlə:--Baskervill müzakirə 00:52, 7 yanvar 2015 (UTC)
- Əvvəla çəkdiyiniz örnəklər düz deyil. Çünki o məqalələr həyatları boyunça neçə-neçə post tutmuş tarixi şəxsiyyətlərdir. 2. Bu məqalələrin hamısı SM-dir. Bir daha nəzərinizə çatdırım ki, mən hər iki məqaləni YM namizədi kimi lab-a vermişəm. YM olması üçün səs verməyimdən də bunu başa düşə bilərdiz. 3. Harada yazıb ki, YM olmağa namizəd olan məqalədə 36 istinad və 1 şəkildən çox şey olmalıdır ? 4. Siz örnək gətirdiyiniz 3 şəxsdən 2-si tarixi şəxsiyyətdir deyə (yəni ölümlərindən müəyyən qədər keçib) onlara aid şəkilləri commonsa rahat yükləmək olur. Amma bu şəxslər sağdır. Şəkillərini commonsa yükləmək olmur. Silirlər. O ki qaldı başqa vikidə olan məqalənin hər hansı viki, həmçinin bizim viki üçün etalon təşkil etməməsinə onda siz də başqa vikidə olan hər hansı məqaləni örnək gətirməyin. Bu ki dedikərinizda paradoksallıq yaradır. Qeyd etdiyiniz əlavə materiallar falan isə material çoxdu akin 99 %-i ensiklopedik səciyyə daşımır ki, biz onu məqaləyə əlavə edək.--samral müzakirə 09:42, 7 yanvar 2015 (UTC)
- Məqaləyə bir çox əlavə və dəyişikliklər etdikdən sonra məqalədəki istinad sayını 38-ə, məqalənin ümumi tutumunu isə 38 kb-a çatdırdım. Mən məqalənin əleyhinə səs vermiş istifadəçi həmkarlarımı bir daha azviki YM kriteriyalarına baxıb və səslərini yenidən düşünməyə dəvət edirəm. Hörmətlə--samral müzakirə 01:14, 20 yanvar 2015 (UTC)