Vikipediya Kend Meydani Arxiv Avqust 2019 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Kömək
Əziz vikipediyaçılar. Bu mövzu mənə həmişə məqalə yazmaqda çətinlik törədir. Mən bilmirəm ki, şirkət, kanal, radio, jurnal, qəzet, yarışma, çempionat (turnir) və oyun adları tərcümə ya da tranliterasiya olunur, ya yox. Mən həmişə belə mövzularda ilişəndə rusdilli Vikipediyaya baxıram. Amma rusdilli Vikipediyada bəzi məqalələr tərcümə/transliterasiya olunub, bəziləri isə yox. Məsələn, ru:Rolling Stone, ru:GamePro, ru:Counter-Strike, ru:Point Blank və s. kimi məqalələr olduğu kimi qalıb. Bu məqalələr isə tərcümə/transliterasiya olunub: ru:Ассошиэйтед Пресс, ru:Mount & Blade: Огнём и мечом, ru:Доу Джонс. Sizlər bu barədə nələr bilirsiniz? Düzgün qayda necədir? -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 12:21, 1 avqust 2019 (UTC)
- Video oyun adları olduğu kimi qalmalıdır, tərcümə olunmamalıdır. RuVikidə ola bilər ki, bəzi video oyunları rus dilinə tərcümə olunsun, bu onunla əlaqədar ola bilər ki, Rusiyada rəsmi şirkətlər həmin oyunu rus dilinə tərcümə edib buraxıblar. Bizdə belə şirkət demək olar ki, yoxdur.--127-ci yapon imperatoru 12:33, 1 avqust 2019 (UTC)
- Oyun məsələsini anladım. Bəs digərləri necə? Bu haqda bilən var? -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 14:52, 1 avqust 2019 (UTC)
- Bir də bir şey əlavə edim. Azərbaycan dilinin qaydalarına uyğun olaraq xarici şirkət, oyun, proqram və s. adları dırnaq içərisində yazılmalıdır. Məsələn, Google məqaləsində belə bir cümlə var: Google-un dünyada məlumat mərkəzlərində... Əslində bu cümlə belə olmalıdır: "Google"nin dünyada məlumat mərkəzlərində... Amma bizim heç bir məqaləmizdə belə bir şey yoxdur. Mənim də məqalələrdə belə yazmağıma ehtiyac yoxdur? -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 15:16, 1 avqust 2019 (UTC)
- Məncə, bu cür məsələlərlə bağlı kömək səhifəsi yaradılmalıdır. -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 15:26, 1 avqust 2019 (UTC)
- Bir də bir şey əlavə edim. Azərbaycan dilinin qaydalarına uyğun olaraq xarici şirkət, oyun, proqram və s. adları dırnaq içərisində yazılmalıdır. Məsələn, Google məqaləsində belə bir cümlə var: Google-un dünyada məlumat mərkəzlərində... Əslində bu cümlə belə olmalıdır: "Google"nin dünyada məlumat mərkəzlərində... Amma bizim heç bir məqaləmizdə belə bir şey yoxdur. Mənim də məqalələrdə belə yazmağıma ehtiyac yoxdur? -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 15:16, 1 avqust 2019 (UTC)
- Oyun məsələsini anladım. Bəs digərləri necə? Bu haqda bilən var? -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 14:52, 1 avqust 2019 (UTC)
- Hörmətli 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊, Azərbaycan dilinin mövcud orfoqrafiya qaydalarına görə "Quql" şirkətinin demək daha uyğun olacaq. Lakin indiki tendensiya, şirkət maraqları vs. kimi amillər də nəzərə alınara "Google" şirkəti də yazılır və hələ ki, bu barədə kəskin etiraz yoxdur. Lakin "Google"nin ifadəsi tamamiylə xətalıdır. Belə ki, şirkətin adı /quql/ olaraq oxunduğu üçün "Quql"un ola bilərdi. Lakin praktiki (mətbuatdakı istifadəsinə baxın) olaraq ""Google" şirkətinin" (çünki /quql şirkətinin/ oxunacaq) kimi yazılmağı daha doğru olar. Təkrar edirəm, mövcud qaydalara görə, ən doğrusu "Quql"dur. HulaguKaan (müzakirə) 19:35, 1 avqust 2019 (UTC)
- Hörmətli HulaguKaan. Ən düzgün yazılışın "Quql" olduğunu bilirəm, özüm "Votsap", "Feysbuk", "Tvitter", "İnstaqram" sözlərinin düzgün olduğunu hansısa Facebook səhifəsində oxumuşdum, lakin bunları heç kim istifadə etmir deyə mən də etmirdim. Bir də ki, "Google"nin məsələsinə gəldikdə mənə də çox mənasız gəlmişdi. Ancaq şəkilçilərin bu cür qayda ilə artırıldığını bədii əsərlərdə gördükdən sonra mən də müəllimlərdən soruşmuşdum bu məsələni. Onlar da "Google"nin, "Google"yə ifadələrinin daha düzgü olduğunu bildirmişdilər. Əslində etibarlı bir mənbə olsa və bu mənbədən insanların ən çox səhv etdiyi qaydaları Vikipediyada bir səhifədə yığa bilsək əla olar. Belə baxanda hal-hazırda Vikipediyamızda Azərbaycan dilinin normalarını tam ödəyən məqalə yoxdur. -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 20:42, 1 avqust 2019 (UTC)
- Hüseynzadə, "What" sözü nə vaxtdan "Vot" kimi tələffüz olunub? --► Hörmətlə: SolaVirum 23:05, 1 avqust 2019 (UTC)
- {{u|Solavirum}, "what" sözü həmişə /vot/ deyə tələffüs olunub. /Vatsap/ tələffüzü açıq-aydın səhvdir, düzgün tələffüz /Votsap/-dır. "Bravolol English-Turkish Dictionary" tətbiqini yükləyib də baxmaq olar. Tətbiqdə demək olar bütün sözlər və hərəsinə aid bir neçə cümlə nümunəsi var. Mən baxdım, /vot/ idi tələffüz. Sən yəqin amerikan ingiliscəsindəki /vat/ tələffüzünü deyirsən. Amma amerikanların ingiliscəsi təhrif olunmuş versiyadır, əsl ingilis dili brintaniyalıların ingiliscəsidir və demək olar bütün dünyada, eləcə də bizdə bu ingilis dili tədris olunur. -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 07:13, 2 avqust 2019 (UTC)
- Hörmətli Solavirum Britaniya dialektində /vot/ kimi ABŞ dialektində /vat/ kimi tələffüz olunur. Hörmətli Hüseynzadə sizin isə Britaniya dialektinin ən çox tədris olunan dialekt olması fikri isə tamamilə gülüncdür. Sözün isə Vatsap olaraq adlanması düzgün olardı. --Drabdullayev17 (müzakirə) 19:15, 4 avqust 2019 (UTC)
- Hörmətli Drabdullayev17, əvvəla onu deyim ki, faktiki olaraq Azərbaycan məktəblərində Britaniya ingiliscəsi tədris olunur. Ona görə gülünc olan mənim dediyim yox, sizin düşüncənizdir. "Vatsap" yazılması daha düzgün olardı deyəndə artıq dilçi alimlər tərəfindən bu qərara gəlinib ki, "votsap" deyə yazılsın. "Google" saytında "feysbuk", "votsap", "yutub" sözlərini axtarsanız xeyli mənbə görəcəksiniz. Düzdür, buna etiraz edənlər var, amma sizin kimi sırf "votsap" sözünün "vatsap"la dəyişdirilməsinə yox, ümumiyyətlə bu tipdə transliterasiyaya etiraz var. -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 19:25, 4 avqust 2019 (UTC)
- Hörmətli Solavirum Britaniya dialektində /vot/ kimi ABŞ dialektində /vat/ kimi tələffüz olunur. Hörmətli Hüseynzadə sizin isə Britaniya dialektinin ən çox tədris olunan dialekt olması fikri isə tamamilə gülüncdür. Sözün isə Vatsap olaraq adlanması düzgün olardı. --Drabdullayev17 (müzakirə) 19:15, 4 avqust 2019 (UTC)
- {{u|Solavirum}, "what" sözü həmişə /vot/ deyə tələffüs olunub. /Vatsap/ tələffüzü açıq-aydın səhvdir, düzgün tələffüz /Votsap/-dır. "Bravolol English-Turkish Dictionary" tətbiqini yükləyib də baxmaq olar. Tətbiqdə demək olar bütün sözlər və hərəsinə aid bir neçə cümlə nümunəsi var. Mən baxdım, /vot/ idi tələffüz. Sən yəqin amerikan ingiliscəsindəki /vat/ tələffüzünü deyirsən. Amma amerikanların ingiliscəsi təhrif olunmuş versiyadır, əsl ingilis dili brintaniyalıların ingiliscəsidir və demək olar bütün dünyada, eləcə də bizdə bu ingilis dili tədris olunur. -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 07:13, 2 avqust 2019 (UTC)
QR code ilə şəhərin mərkəzində vikipediya məqalələrin yayılması
Hamıya salam. Belə bir lahiyə var ki, QR code-dan istifadə etməklə vikipediya məqalələrini Bakı şəhərinin mərkəzi hissələrində yaymaq mümkün olsun. Məsələn Nizami Gəncəvinin Bakı şəhərində yerləşən heykəlinin ərazisində bir lövhə qoyulsun və həmin lövhənin üzərində Nizaminin Xəmsəsinə daxil olan məqalələrin QR code-ları yerləşdirilsin. Bunun üçün ağ-şüşə lövhədən istifadə edilməsi mümkündür və QR code-un yanında da, 7 gözəl haqqında daha ətraflı vikipediyadan oxu başlığını yazmaq mümkündür. Nizami Gəncəvi bir misaldır və hesab edirəm ki, Bakı şəhərində biz azı 30-40 bu tipli lövhələri yerləşdirə bilərik ki, bunun üçün əvvəlcə işçi qrupu hazırlayıb, həmin məqalələri ən mükəmməl səviyyəyə gətirmək lazımdır. Müvafiq icazələrin alınması üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə görüşün keçirilməsi mümkündür, ancaq əvvəlcə viki icmanın mövqeyini bilmək istərdim. Sizcə QR kodunun hazırlanması çətin bir prosesdirmi ? --Baskervill (müzakirə) 20:01, 5 avqust 2019 (UTC)
- Salam. Yaxşı ideyadır. QR kodu yaratmaq bir neçə saniyəlik işdir. İşin çətin cəhəti icradan icazə almaq və QR kodları şəhərdə müvafiq yerlərə yerləşdirməkdir. Amma hər şeydən əvvəl lazımlı məqalələri yüksək səviyyəyə gətirmək lazımdır. -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 20:06, 5 avqust 2019 (UTC)
- Belə gözəl şeyə niyə etiraz edək ki?)) Amma çətindir ya yox, anlayışım yoxdur.--127-ci yapon imperatoru 20:08, 5 avqust 2019 (UTC)
- Əgər mümkün olarsa kömək etməyə hazıram. Düşünürəm ki, bu vikipediyanın populyarlığını artıracaq.--NMW03 ✉ 20:22, 5 avqust 2019 (UTC)
- Məncə yerləşdirilməsi mümkün olacaq məqalələrin siyahısı hazırlanmalıdır. Multanı karvansarayı, Səadət Sarayı, Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı, Aşurbəyovun villası, Hacı Zeynalabdin Tağıyevin sarayı, De Burun sarayı və ya İsmailiyyə Sarayı kimi tarixi abidələr mümkün QR code namizədləri kimi götürülə bilər. Hər bir məqaləni mükəmməl formada hazırlamaq və daha sonra həmin məqalələri ömürlük mühafizə etmək lazımdır. Hər şeydən əvvəl isə bu lahiyənin vikipediya səhifəsi yaradılmalı və orada məqalələr üzərində işləyəcək şəxslərin işçi qrupu yaradılmalıdır. Seçilmiş məqalə yazmaqla bağlı yüksək təcrübələri olan Solavirum, Nicat49, Maqamedd, Abutalub, Sefer azeri, Şöhrət və digərləri məsələ ilə bağlı öz münasibətlərini bildirsələr xoş olardı. --Baskervill (müzakirə) 20:24, 5 avqust 2019 (UTC)
- Baskervill, çox gözəl bir ideyadır, ancaq dövlətin əməkdaşlığına ehtiyac duyuruq. Maqamedd, Nicat49 və Sefer azeri heç nədən (daha doğrusu – mənbədən orijinal məqalə) məqalə yaratmaqda peşəkardırlar, mən şəxsən yalnız tərcüməçiyəm. Hər bir iştirakçıya bol-bol uğurlar! --► Hörmətlə: SolaVirum 20:30, 5 avqust 2019 (UTC)
[[Şəkil:Azərbaycan mədəniyyəti məqaləsinin QR kodu.png|100px|thumb|right|Azərbaycan mədəniyyəti məqaləsinin QR kodu]] [[Şəkil:Baskervill-QR.png|thumb|100px|right|Baskervillin istifadəçi səhifəsi.]]
- Bakı Şəhər İcra Hakimiyyətində fikirimizi izah edə biləcəyimiz insanların olduğuna əminəm və bilirəm ki, bizim bu təşəbbüsümüz onların da xoşuna gələcək, ancaq onlardan bir sualı eşidəcəyimizə 100% əminəm ki, nümunə məqalələr hazırdımı ? - İndiki vəziyyətdə hansı məqaləni QR Code formatında küçələrə əlavə etmək üçün hazır olduğunu hesab edirsiz ? Söhbət hansısa tarixi abidə, heykəl və ya Bakı şəhərində yerləşən hər hansısa bir obyektdən gedir.--Baskervill (müzakirə) 20:34, 5 avqust 2019 (UTC)
- Əla ideyadır. Bu, turistlərin Bakı haqqında daha çox bilgi əldə edə bilmələrinə böyük yardım ola bilər. --Farid Aliyev (müzakirə) 20:42, 5 avqust 2019 (UTC)
- Bakı Şəhər İcra Hakimiyyətində fikirimizi izah edə biləcəyimiz insanların olduğuna əminəm və bilirəm ki, bizim bu təşəbbüsümüz onların da xoşuna gələcək, ancaq onlardan bir sualı eşidəcəyimizə 100% əminəm ki, nümunə məqalələr hazırdımı ? - İndiki vəziyyətdə hansı məqaləni QR Code formatında küçələrə əlavə etmək üçün hazır olduğunu hesab edirsiz ? Söhbət hansısa tarixi abidə, heykəl və ya Bakı şəhərində yerləşən hər hansısa bir obyektdən gedir.--Baskervill (müzakirə) 20:34, 5 avqust 2019 (UTC)
- Vikipediyaçıların içində ingilis dilində yüksək səviyyədə məqalə yazmaq qabiliyyəti olan var? Keete 37 həmkarımın sözünə qüvvət, məqalələri turistlərə də tanıtmaq üçün ingilis dilində məqalələrə ehtiyac olacaq. -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 20:47, 5 avqust 2019 (UTC)
- Biraz araşdırdım və gördüm ki, QR kod yaratmaq çətin şey deyilmiş. Məsələn sağdakı kodu skan edərək Azərbaycan mədəniyyəti məqaləsini keçid etmək mümkündür.--NMW03 ✉ 20:49, 5 avqust 2019 (UTC)
- NMW03 mən yoxladım və sözügedən kod həqiqətən də, işlədi. Azərbaycan mədəniyyəti məqaləsi üçün bu QR kodu kim düzəldib ? Həmin şəxsin daha bir necə bu tipli kod hazırlaması mümkündürmü ? --Baskervill (müzakirə) 21:01, 5 avqust 2019 (UTC)
- Baskervill, çətin bir proses deyil. https://www.qr-code-generator.com/ saytı ilə bunu edə bilərsiniz. Linki kopyalayıb yapışdırın və "yarat"a basın. Bu da sizin istifadəçi səhifənizin QR kodu:
- Cənab Hüseynzadə həmin saytın mövcudluğu barədə məlumatım var. Sadəcə bir şey maraqlıdır ki, bu sayt vasitəsi ilə hazırlanmış kodlar ömürlükdürmü ? Məsələn, səhərisi gün biz hər hansısa bir məqalə üçün hazırlanmış bir kodu şüşənin üzərinə lazerlə yapışdırandan sonra həmin kodun işləməmə kimi bir ehtimalı varmı ? Bu metod mənə bir az tülkə-çarə təsir bağışladı. --Baskervill (müzakirə) 21:18, 5 avqust 2019 (UTC)
- Hörmətli Baskervill. Məncə ömürlükdür. Çünki sayt istifadəçilərə biznes kartlar və məhsullar üçün QR kod yaratmağı təklif edirdi. Yəqin ki müvəqqəti bir şeyi belə təklif etməzdi. Amma yenə də dəqiqləşdirmək üçün bir az araşdıracağam. -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 21:24, 5 avqust 2019 (UTC)
- Cənab Hüseynzadə həmin saytın mövcudluğu barədə məlumatım var. Sadəcə bir şey maraqlıdır ki, bu sayt vasitəsi ilə hazırlanmış kodlar ömürlükdürmü ? Məsələn, səhərisi gün biz hər hansısa bir məqalə üçün hazırlanmış bir kodu şüşənin üzərinə lazerlə yapışdırandan sonra həmin kodun işləməmə kimi bir ehtimalı varmı ? Bu metod mənə bir az tülkə-çarə təsir bağışladı. --Baskervill (müzakirə) 21:18, 5 avqust 2019 (UTC)
- Baskervill, çətin bir proses deyil. https://www.qr-code-generator.com/ saytı ilə bunu edə bilərsiniz. Linki kopyalayıb yapışdırın və "yarat"a basın. Bu da sizin istifadəçi səhifənizin QR kodu:
- NMW03 mən yoxladım və sözügedən kod həqiqətən də, işlədi. Azərbaycan mədəniyyəti məqaləsi üçün bu QR kodu kim düzəldib ? Həmin şəxsin daha bir necə bu tipli kod hazırlaması mümkündürmü ? --Baskervill (müzakirə) 21:01, 5 avqust 2019 (UTC)
- Baskervill, bu QR kodu indicə mən yaratdım )) Hüseynzadənin dediyi kimi qr-code-generator.com saytından yaratmışam.--NMW03 ✉ 22:18, 5 avqust 2019 (UTC)
- Biraz araşdırdım və gördüm ki, QR kod yaratmaq çətin şey deyilmiş. Məsələn sağdakı kodu skan edərək Azərbaycan mədəniyyəti məqaləsini keçid etmək mümkündür.--NMW03 ✉ 20:49, 5 avqust 2019 (UTC)
Əla fikirdir.--Maqamedd (müzakirə) 04:10, 6 avqust 2019 (UTC)
- İdeya yaxşıdı, amma icrada ehtiyyatlı olmaq lazımdı. Çünki, məqsədi təbliğat yox, informasiya vermək olan Vikipediyanı bu layihədə bir növ təbliğatçı kimi istifadə etmiş oluruq. Nəzərə alın ki, Vikipediyada yalnız Azərbaycan mədəniyyətini öyən məqalələrlə yanaşı çoxlu sayda "xoşagəlməz" hesab edilən məqalələr də yaradılıb və bundan sonra da istənilən mövzuda məqalə yaradılmasını heç kim heç bir halda məhdudlaşdıra bilməz. Elə etmək lazımdı ki, xoş niyyətimiz bizə qarşı çevrilməsin və azviki müxtəlif təbliğatlarda təqsirləndirilməsin. Həmçinin yuxarıda istifadəçilərdən biri məqalələrin redaktəsinin məhdudlaşdırılmasını da təklif etmişdi ki, bu təkliflə də qətiyyən razı deyiləm. Ən yaxşı halda qeydiyyatsız istifadəçilərin redaktəsini məhdudlaşdırmaq mümkündür məncə. edilməli məsələlərə gəlincə, məncə ilk növbədə sınaq kimi şəhər mərkəzindəki obyektlərdən başlamaq lazımdı. Yəni keçmiş hərbi şəhərcikdə yerləşən Mürdaşıyanlar kafedralındansa şəhər mərkəzindəki hansısa tarixi mülkə lövhə yerləşdirilməsi daha düzgün olar deyə düşünürəm. Layihə üçün səhifə yaratsaz mən elə bu gün ilkin təklif kimi, lövhə yerləşdiriləcək obyektlərin siyahısı üzərində işə başlaya bilərəm. Hörmətlə --sefer azeri 05:41, 6 avqust 2019 (UTC)
Xəbərlər bölməsində Azərbaycan
Salamlar. Neçə vaxtdır ki, fikir verirəm, amma bu barədə fikir bildirmirdim. Ana səhifənin Xəbərlər bölməsində Azərbaycanla bağlı xəbərlər çox üstünlük təşkil edir ki, bunu da düzgün hesab etmirəm. Son Vikidüşərgədə də tez-tez vurğulandığı kimi bura Azərbaycandilli Vikipediyadır, Azərbaycan xalqının və ya Azərbaycanın Vikipediyası deyil. Bizim missiyamız Azərbaycan dilində informasiya çatdırmaqdır, sırf Azərbaycan haqqında yox. Əksi neytrallığın pozulmasıdır. Bəli, razıyam, Azərbaycan dilini bilən kütlənin böyük hissəsi Azərbaycandandır və onları Azərbaycan haqqındakı xəbərlər daha çox maraqlandırır. Amma Vikipediyanın prinsiplərini qorumaq öncəliyimiz olmalıdır və bu bölmədə qlobal xəbərlərə üstünlük versək, Azərbaycandilli Vikipediya da digər vikipediyalar arasında neytral mövqe nümayiş etdirəcək. Hazırda xəbərlər bölməsinin son 3 xəbəri sırf Azərbaycanla bağlıdır ki, bunu da düzgün hesab etmirəm. Bölməyə nəzarət edən Toghrul Rahimli, Azerifactory, Baskervill, NMW03 kimi istifadəçilərin nəzər yetirməsini xahiş edirəm. --127-ci yapon imperatoru 18:57, 6 avqust 2019 (UTC)
- Vikixəbərimiz olsa idi bunu müzakirə etmirdik indi :( --► Hörmətlə: SolaVirum 19:09, 6 avqust 2019 (UTC)
- Əslində mən xəbərləri ölkələrə görə yox, aktuallığa görə seçirəm.--Azerifactory (müzakirə) 19:13, 6 avqust 2019 (UTC)
- Lazımlı məsələdir. Məncə azca üstünlük Azərbaycanla bağlı xəbərlərə olsun, amma yenə də xariciləri də qeyd etmək vacibdir.--Toghrul Rahimli (müzakirə) 07:09, 7 avqust 2019 (UTC)
- Əslində məqalə yazarkən bəzi məqalələrdə sırf Azərbaycanla bağlı bölmə də açılır. Məsələn, Polandball məqaləsində Azərbaycana aid şəkil qoyulub. Bunun kimi şeylər, yəqin ki anladınız. Elə xəbərlərdə yazılması düzgün deyilsə, məqalədə yazılması da yanlış hesab olunmalıdı. -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 09:18, 7 avqust 2019 (UTC)
- Hüseynzadə, sizlə razıyam.--127-ci yapon imperatoru 13:01, 7 avqust 2019 (UTC)
- Xəbərlər bölməsi elə yerdə yerləşir ki, ora ancaq idarəçilərin müdaxilə etməsi mümkündür. Sözügedən bölmənin tarixçəsinə baxmaqla, Azvikidə mövcud olan idarəçilərdən necə nəfərinin orada aktivlik göstərdiyini müəyyənləşdirmək mümkündür. Sözümün canı odur ki, əgər bu gün orada Azərbaycanla bağlı güncəl bir xəbər belə mövcuddursa, buna sadəcə şükür etmək lazımdır. Bir də, çalışın ki, xəbərlərin sayı 5-dən çox olmasın. Hörmətlə:--Baskervill (müzakirə) 21:55, 7 avqust 2019 (UTC)
- Hüseynzadə, sizlə razıyam.--127-ci yapon imperatoru 13:01, 7 avqust 2019 (UTC)
- Əslində məqalə yazarkən bəzi məqalələrdə sırf Azərbaycanla bağlı bölmə də açılır. Məsələn, Polandball məqaləsində Azərbaycana aid şəkil qoyulub. Bunun kimi şeylər, yəqin ki anladınız. Elə xəbərlərdə yazılması düzgün deyilsə, məqalədə yazılması da yanlış hesab olunmalıdı. -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 09:18, 7 avqust 2019 (UTC)
- Lazımlı məsələdir. Məncə azca üstünlük Azərbaycanla bağlı xəbərlərə olsun, amma yenə də xariciləri də qeyd etmək vacibdir.--Toghrul Rahimli (müzakirə) 07:09, 7 avqust 2019 (UTC)
- Əslində mən xəbərləri ölkələrə görə yox, aktuallığa görə seçirəm.--Azerifactory (müzakirə) 19:13, 6 avqust 2019 (UTC)
Botla müəllif hüququ pozuntusu olan səhifələrin tapılması
Salam dostlar. Vikidüşərgə 2019-da Azərbaycanca Vikipediyanın 8 idarəçisi (Turkmen, Eldarado, Eminn, Nicat49, NMW03, Toghrul Rahimli, White Demon, Wertuose) Vikimedia Fondunun nümayəndəsi ilə AzVikinin müəllif hüququ problemi barəsində və bu problemin AzVikidə həll edilməsinin zəruriliyi barədə danışmışdıq. Məncə Fondun bu barədə mövqeyinin ciddiliyini orda müzakirə edərkən hamımız anlamışdıq. Bu problemin asanlıqla həll edilməsi üçün Envikidəki müəllif hüququnu avtomatik aşkar edən botdan istifadə edə bilərik. İngilis dilini bilən və bu məsələdən anlayışı olan həmkarlarım botun operatoru ilə bu məsələni tam aydınlaşdırmaq üçün müzakirə aça bilərlər. Ortaq qərardan sonra bota Azvikidə bot statusunun verilməsi və fabrikatordan Azvikiyə müəllif hüququnu aşkar edən bot statusunun yüklənməsi isə elə də çətin iş deyil.--Turkmen müzakirə 23:21, 6 avqust 2019 (UTC)
- Dəstəyəm. Amma belə başa düşürəm ki, bot CopyPatrol aləti əsasında işləyir və həmin alətdə AzViki dəstəyi tapmadım.--127-ci yapon imperatoru 23:27, 6 avqust 2019 (UTC)
- White Demon Diqqətin üçün təşəkkürlər. Elə bu səbəbdən ilk öncə operator ilə geniş müzakirə aparmağı təklif etdim. Bu arada, buradakı müzakirədən başa düşdüyüm qədərilə metada Do_something_about_azwiki adlı müzakirənin bərpa olunmasını istəyirlər və an etibarilə müzakirə davam edir. Bu addımı atmaqla, yəni müəllif hüququ problemlərimizi aradan qaldırmaqla biz Fonda və Metaya onların təklifini həqiqətən də ciddiyə aldığımızı göstərə bilərik. İndiki halda Azvikidə bu məsələ ilə bağlı elədə ciddi irəliləyiş yoxdur.--Turkmen müzakirə 23:36, 6 avqust 2019 (UTC)
- Turkmen, təklifini dəstəkləyirəm. Meta-da azviki ilə bağlı müzakirənin davam etdirilməsinin səbəb və məqsədi nədir?--samral müzakirə 13:17, 7 avqust 2019 (UTC)
Söhbət yuxarı-aşağı ondan gedir ki, iddiaya görə, "Mardetanha RFC-ni ədalətsizcəsinə bağlayıb". Hətta yox, nəticələndirmək yerinə fövqəlsəs verib. Əlavə olaraq, onların fikrinə görə, stüardımızın həmin dövr ərəfəsində Azərbaycana – Vikipediyadankənar olan Vikidüşərgə tədbirinə gəlməsi ilə əlaqədardır və o, bu mövzuya qərəzli hərəkət edib. --► Hörmətlə: SolaVirum 14:43, 7 avqust 2019 (UTC)
sayına görə vikipediyaçıların siyahısı
Salam. Vikipediya: sayına görə vikipediyaçıların siyahısı səhifəsində məlumatların yenilənməsi üçün bot hazırlaya bilərsiniz? Düşünürəm ki, çətin bir şey olmaz. Kim bacarırsa, hazırlaya bilər, zəhmət olmasa? -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 14:10, 7 avqust 2019 (UTC)
- Yarada biləcək bir nəfər yoxdur? Bacarsaydım, səlahiyyətim olsaydı özüm edərdim. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 18:58, 7 avqust 2019 (UTC)
VP:SNS və 3 məqalə məhdudiyyəti
VP:SNS-ə gün ərzində ümumilikdə maksimum 3 məqalə çıxarma məhdudiyyəti var. Bu məhdudiyyət hər istifadəçi üçün maksimum 3 məqalə olsa hardasa başa düşmək olar. Amma ümumi məhdudiyyətdir. Məncə belə bir məhdudiyyətə ehtiyac yoxdur. Təklif edirəm ki, bu qaydanı dəyişdirib ya hər istifadəçi üçün 3 məqalə formasında edək, ya da ümumiyyətlə ləğv edək.--samral müzakirə 14:41, 7 avqust 2019 (UTC)
- Razıyam. Bu məhdudiyyət bir qədər problem yaradır. Kimsə məqalə təqdim etmək istəyəndə gərək bir az tələsə. Yoxsa təklifi sabaha qalacaq. Bu bir az "məhdudiyyət" olur. Yaxşı olar dı ki, bu ya hər nəfərə görə düşsün ya da sayı bir az artırılsın. 3 məqlalə sizcə də az deyilmi? Ya da daha rahat və məntiqli yol var: Silinmə kriteriyalarını dəqiqləşdirmək. Beləliklə SNS də qərar verərəkən və ümumiyyətlə namizədlik verərkən diqqətli olarıq. Beləliklə qarışıqlıq da yaranmaz. -- Sofy ₪15:00, 7 avqust 2019 (UTC)
- Məhdudiyyətin götürülməsinin tərəfdarıyam. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 15:12, 7 avqust 2019 (UTC)
- Lehinə: say normaldır, ancaq ümumi günlük məhdudiyyət bir istifadəçiyə endirilməlidir. --► Hörmətlə: SolaVirum 15:48, 7 avqust 2019 (UTC)
- Lehinə: Keçən il səsvermə keçirib o qanunu qəbul edəndə fikrimi orda yazmışdım. Həmin vaxtlar mən çox məqaləni SNS-ə çıxarırdım və qanunda 3 məqalə limitinin yazılması təsadüfən baş vermişdi. Hər hansı limitin olmasının tərəfdarıyam, amma indiki limit çox azdır. Məsələn hər gün kimsə gün başlayan kimi 3 məqaləni namizəd göstərdə, digər istifadəçilər heç nə edə bilməyəcək. Ona görə məsələn maksimum gündəlik 5 məqalə və hər istifadəçinin 2 məqalə əlavə edə bilməsini təklif edirəm.--Eminn ismarıc 17:23, 7 avqust 2019 (UTC)
- Lehinə: Emin kimi düşünürəm.--Azerifactory (müzakirə) 21:08, 9 avqust 2019 (UTC)
Şərh: Ən azından ümumi limit olmasın, istifadəçi limiti olsun. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 18:40, 7 avqust 2019 (UTC)
- Şərh: Salam, ilk olaraq qeyd edim ki, qaydalardakı dəyişikliklərlə bağlı səsvermə burada keçirilmir. Yəni lehinə və əleyhinə səslərin burada önəmi yoxdur. Müzakirəyə gəldikdə isə mövzu ilə bağlı bir müddət əvvəl müzakirə apardıq və qaydalarda müəyyən dəyişikliklər olundu. Bunun əsas səbəbi isə məqalələrin kütləvi şəkildə silinməsi olmuşdu. Təsəvvür edin gün ərzində gün ərzində 7-8 məqalə əlavə olunursa 10gün ərzində təqdim olunan məqalə sayı təxminən 50-dən çox olur və əksər istifadəçilər o məqalələri bir bir araşdırıb fikrini bildirmirdi. Görər ki, iki istifadəçi silinsin deyir o da silinsin yazardı. Bütün bunların şahidi olmuşuq. Bir şəxs gün ərzində 3 məqalə təqdim etsə yenə əvvəlki vəziyyət yaranacaq. 3 şəxs 3 məqalə təqdim etsə günə 9 məqalə edər. Bütün bunlar şəffaflığın pozulmasına gətirib çıxardır. Anlıyacağınız mən bu təklifə sərt şəkildə qarşıyam. İndiki qaydalar daha yaxşıdır fikrimcə. Hörmətlə--eldarado ✉ 22:44, 7 avqust 2019 (UTC)
- Eldarado, qaydalarda şərt qoyaq ki, heç bir məqalədə müzakirə getmədən, 1 həftədən tez silinməsin. Nəinki silinməsin heç bir SNS müzakirəsi 1 həftədən tez yekunlaşdırılmasın (Məsələn VP:BNS-də belə bir təcrübə var ki, hansısa məqalənin müzakirəsində ortaq nəticəyə gəlinməsə və ya normal müzakirə getməsə müzakirənin yekunlaşdırılma vaxtı uzadılır). Yadındadırsa belə bir məhdudiyyətin olmaması səbəbilə Cekli829 hansı SNS müzakirəsi xoşuna gəlmirdisə, düzgün hesab etmirdisə, müzakirənin başlamasından 1 gün belə keçməmiş "saxlanılmasına qərar verildi" yazıb müzakirəni bitirib, arxivləşdirirdi. İndiki halda zatən əksəriyyət rəy bildirmir, səsini, mövqeyini əsaslandırmır, gəlir "lehinə", "əleyhinə" yazır, imza qoyur, vse. Sanki konstitusiya referendumudur. Halbuki Vikipediyanın əsas prinsiplərindən biri odur ki, Vikipediya demokratiya deyil. Qaydalar, müzakirələr, status almaq, vermək, hər şey səsvermə ilə yox, müzakirə ilə olmalıdır. Yuxarıda Eminn çox gözəl qeyd edib. Girirsən 1 məqalə SNS edəsən, görürsən ki, hansısa istifadəçi gecə 12 tamam olan kimi tez 3 məqaləni SNS edib. Qalırsan belə. Bax məsələn mən 2-3 gündür heç bir məqaləni SNS edə bilmirəm. Niyə? Çünki Gabbani UTC vaxtı ilə gecə 12 tamam olan kimi tez girib 3 məqaləni SNS edir və beləcə limit dolur. Yaxşı indi mən nə etməliyəm? Məcbur hansısa məqalənin silinməli olduğunu hesab edirəmsə o məqaləyə {{əhəmiyyət}} şablonu qoyuram. Bu müzakirədə rəy yazanların da hamısı mənimlə həmfikirdisə, deməli bu məhdudiyyətin düzgün olmadığını düşünən, tək mən deyiləm.--samral müzakirə 12:18, 8 avqust 2019 (UTC)
- Təmamilə razıyam. Əgər az da olsa bu qayda dəyişməsə vikipediyada əməlli-başlı yarışma başlayacaq. Kim birinci SNS-ə məqalə qoydu)) Hamı oturub saniyəsi ilə 24:00-ı gözləyəcək. Bu limit deyil də məhdudiyyət olur. Amma gün ərzində məsələn 5-7 məqalə olsa bax bu yaxşı olar. 3 axı azdı, elə deyilmi? SNS dəki qarışıqlıq isə VP:ŞEƏ -nin yetərsiz və dəqiq olmayan qaydalarındandır. Düzü dəqiq bilmək olmur kim ensiklopedikdir kim yox. Hərkəsin də fikri fərqlidir. Bir az şübhəli gələn kimi tez SNS-ə veririk. Elə şəxslər var ki onlar haqqında dəqiq fikir yoxdur. Bax budur SNS-in problemi. Ona görədə azvikidə bəlkə də ən aktif səhifə SNS-dir. -- Sofy ₪14:58, 8 avqust 2019 (UTC)
- Hörmətli Samral, azviki problemləri ilə daim maraqlandığınız üçün ilk olaraq sizə təşəkkür edirəm. Qeyd etdiyiniz 1 həftədən tez yekunlaşdırılmasın və müzakirədə ortaq məxrəcə gəlinməsə yekunlaşdırma müddəti uzadırlsın fikirləri çox gözəldir və digər dil bölmələrində tətbiq olunan qaydadır. Bunu dəstəkləyirəm və təklif müəllifi olaraq yaxın gələcəkdə bununla bağlı qaydalarda dəyişiklik üçün səsvermə başlada bilərsiniz. Lakin digər məsələ qeyd etdiyiniz kimi deyil. Saat 12-ni gözləyib 3 məqalə təqdim edən 5 məqalə də təqdim edər və onun da şahidi olmuşuq ki günlərlə bu səhifəyə məqalə təqdim edən olmur. İndiki halda belə görürsünüz ki, məqalələri bir bir yoxlayıb fikir bildirən azdır, bu səhifəyə 50-60 məqalə yığılsa isə heç kəs baxmaz. Müzakirə məsələsi ilə də razıyam, səsvermə adı altında olsa belə müzakirə əsasında yekunlaşdırılmalıdı. Metadakı global sysop və stüard seçkilərinə nəzər salsaz görərsiniz ki, bəzən lehinə səslər iki dəfə çox olsa belə əleyhinə səsverənlərin tutarlı səbəblərinə görə səsvermə əleyhinə olaraq yekunlaşır. Yaxın gələcəkdə bu sistemi idarəçi və bürokrat səsvermələrində də tətbiq etməliyik. Çünki çox da böyük olmayan vikicəmiyyətimizdə hər kəs bir birini şəxsən tanıyır və heç kəs inciklik olmasın deyə əleyhinə səs vermək istəmir. Bütün bunlar azviki zəyiflədən amillərdir. Hörmətlə--eldarado ✉ 22:09, 8 avqust 2019 (UTC)
- TrVikidəki kimi müzakirə müddətini 5 günə endirsək və günlük məqalə əlavəsini 5-ə (lakin 1 istifadəçi günlük yalnız 1 məqalə təqdim edə bilər) artırsaq yaxşı olardı məncə.--Turkmen müzakirə 10:45, 13 avqust 2019 (UTC)

Təklif
Düşünürəm ki, müzakirə müddəti azaldılsa daha yaxşı olardı. Təklif edirəm müzakirə müddəti 10 günə azaldılsın (digər vikilərdə hətta bu müzakirə 5 gün yaxud 7 gündür). Həmçinin VP:SNS-ə gündəlik yalnız 5 məqalə namizəd verilə bilsin. Lakin həmin 5 məqalənin hamsını 1 istifadəçi təqdim etməsin, 1 istifadəçi yalnız 1 məqalə təqdim edə bilsin. Buradakı mövqeyimiz məlum olduqdan sonra məsələni səsverməyə təqdim etmək olar.--Turkmen müzakirə 09:57, 14 avqust 2019 (UTC)
- Lehinə: --Turkmen müzakirə 09:57, 14 avqust 2019 (UTC)
- Lehinə:--samral müzakirə 14:21, 15 avqust 2019 (UTC)
Səhifənin əsassız silinməsi
Tərcümə
hörmətli Vikililər. Yaratdığım məqalənin tərcüməsini etmişəm amma publish hüququm yoxdu. Bununla bağlı nəsə deyə bilərsiz mənə? bundan əlavə məqaləyə yazılıb, vikiləşdirin və mənbə azdır. məndə olan mənbələri qoymuşam. mənbə deyəndə saytlar nəzərdə tutulur da yəqin? — Bu imzasız yazı Shashanazavr (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Shashanazavr, vikiləşdirmək məqaləyə daxili keçidlər əlavə etmək, kateqoriyalaşdırmaq, bölmələrə ayırmaq deməkdir. Mənbələr isə xarici keçidlərdir (saytlar). Şahhüseyn Kərimov məqaləsindən bəhs edirsinizsə bu məqalədə mənbə yoxdur.--NMW03 ✉ 12:25, 8 avqust 2019 (UTC)
Bəs məqalənin tərcüməsini siz approve edirsiz? ya necə? Şəxs template-i tərcümə etməyimə baxmayaraq o sadəcə link kimi düşür orda. bu nəyə görə? — Bu imzasız yazı Shashanazavr (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Shashanazavr, ilk öncə yazdığınız rəylərə imza əlavə etməlisiniz. İkincisi əgər siz tərcümə vasitəsilə yartmısızsınızsa məqaləni bu halda şablonlar tərcümə edilmir. Siz bu zaman publish edəndən sonra məqaləyə həmin şablonun yaratdığınız dildə olan versiyasını tapıb yerləşdirməlisiniz. Mən bildiyimə görə belədir. -- Sofy ₪15:10, 8 avqust 2019 (UTC)
- Shashanazavr, məncə də həmkarım Sofynin dediyi kimidir. Şablonlar avtomatik tərcümə olunmur. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 15:22, 8 avqust 2019 (UTC)
- Sofy2004,Hüseynzadə, mən özümün yaratdığı Azərbaycan dilində olan məqaləni ingilis dilinə tərcümə etmişəm. publish edə bilmirəm. çünki hüququm yoxdu. bunu kimlər edə bilir? və ya mən necə edə bilərəm.avtomatik tərcümə etməmişəm axı. açdım içini tərcümə etdim. sadəcə o açıq şəkildə görsənmir. yazılır: template şəxs. --Shashanazavr (müzakirə) 05:06, 9 avqust 2019 (UTC)
- Shashanazavr, avtomatik tərcümə deyərkən Content Translation vasitəsilə tərcümə etmək nəzərdə tutulur. Tərcümə etdiyiniz məqalənin adını desəniz siz məqaləni bitirdikdən sonra vacibli düzələşlər edə və lazımlı şablonu daxil edərəm. Publish hüququnuzun olmamasını isə izah edə bilmərəm bu haqda idarəçilərə müraciət etsəniz yaxşı olar. Yəqin ki, sizin hüquqlarınız buna çatmır. -- SOFY✉09:06, 9 avqust 2019 (UTC)
- Shashanazavr, belə başa düşdüm ki, məqaləni ingilisdilli Vikipediyada yayımlamaq istəyirsiniz. Əgər belədisə, onda EnVikiyə müraciət etsəniz yaxşı olardı. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 09:33, 9 avqust 2019 (UTC)
Bəzi şablonlardakı problemlər
Bəzi şablonlarda problem var. Məsələn "Cite journal" şablonunda arxivləşdirmə seçimi görünmür (Nümunə üçün bu məqalənin "Ədəbiyyat" bölməsindəki 2-ci mənbəyə baxa bilərsiz.). Bundan əlavə "Cite news" şablonunun da görüntüsü "Cite web" şablonu kimi olsa pis olmaz məncə. Bundan əlavə, illərdir ki, "Harvnb —> cite book" keçidi də işləmir (Nümunə üçün bu məqaləyə baxa bilərsiz.). Kimsə bu problemləri həll etsə, əla olar. Mənim başım çıxmır şablon nastroykasından filan. Yoxsa, çalışardım ki, özüm düzəldəm.--samral müzakirə 21:12, 12 avqust 2019 (UTC)
- Hal-hazırda {{Dövlət}} şablonunun yeni versiyasını ({{Dövlət2}}) yığıram. Bitirəndə göz gəzdirərəm.--NMW03 ✉ 21:23, 12 avqust 2019 (UTC)
- Kitab şablonu (cite book) düzəlsə super olar. Müəlifflər görünmür--Azerifactory (müzakirə) 22:00, 13 avqust 2019 (UTC)
- NMW03, bu şablondan da bizdə yaradılsa əla olar. Çünki ehtiyac var. Mən fikir vermişəm ki, xeyli məqalə əsasən mənim əlavə etdiyim "mənbə azlığı" şablonuna yox, məhz bu şablona uyğundur. Sadəcə mən belə bir şablonun varlığından xəbərsiz idim deyə mənbəsiz və çox az mənbəli məqalələrlə yanaşı sonunda mənbə/ədəbiyyat siyahısı olub, "ref" formasında istinadı olmayan məqalələrə də "mənbə azlığı" və ya "vikiləşdirmək" şablonu əlavə edirdim.--samral müzakirə 06:24, 15 avqust 2019 (UTC)
- Samral, yaradaram. Amma şablonun adı nə olacaq ona qərar verə bilmədim.--NMW03 ✉ 10:19, 15 avqust 2019 (UTC)
- Salam. Bizim Vikipediyadakı istinad şablonları olduqca pis vəziyyətdədir. Bunun səbəbi hər şablonun müxtəlif vikilərdən götürülməsidir. Ümumiyyətlə onların hamısını İngiliscə Vikipediyadakı kimi etsək, stabil işləyəcəyinə əmin ola bilərik. Bu barədə yaxında müzakirə açacam.--Toghrul Rahimli (müzakirə) 10:38, 15 avqust 2019 (UTC)
- NMW03, adını "İstinadsız" qoya bilərsən. Ən ideal variant budur məncə. Toghrul Rahimli əgər envikiyə uyğunlaşdırmaqla həll olacaqsa bütün problemlər onda o cür də edək. Təki problemlər həll olsun.--samral müzakirə 15:26, 15 avqust 2019 (UTC)
Şablon:Sitat qutusu
- Salamlar. Düşündüm ki, bu mövzu kənd meydanında müzakirə etmək üçün mühüm mövzudur. Kənd meydanında və başqa müzakirələrdə bir müddətdir neytrallıq prinsipinin pozulması ilə bağlı müzakirələr gedir. Bir yandan da diqqət etsək görərik ki, kiçik səhifəldə belə bu prinsip pozulur. Bu gün bir məqaləyə diqqət etmənizi istəyirəm. Şablon:Sitat qutusuna ötəri nəzər salın. Görərsiniz ki, misal göstərilən nümulərdəki sitatlar eyni mövzudadır: ermənilər. Bu kiçik bir nüansdır amma başqa biri bunu oxusa o saat görəcək ki eyni mövzunudan nümunə göstərmişik. Baxa bilərsiniz. Bura azvikidir. Əgər biz azərbaycanlı olduğumuzu bildirmək istəyiriksə, onda bunu təbliğat kimi niyə edirik? Sitat qutusunda öz ədiblərimizin dedikləri kəlamları, aforizmləri göstərməliyik. Bütün vikilərdə belədir. Öz kəlamlarımız dura-dura başqalarının ermənilər haqqında yazılan sözlərini niyə göstəririk ki? Ümid edirəm buna münasibət bildirəsiniz və səhifə dəyişilə.-- SOFY✉08:25, 13 avqust 2019 (UTC)
- Haqlısız. Buna göz gəzdirəcəm.--127-ci yapon imperatoru 11:00, 13 avqust 2019 (UTC)
VP:SNS-də məqalə çoxluğu ilə bağlı
Salam həmkarlar. Burada yazmaqda məqsədim odur ki, geniş vikicəmiyyətin Vikipediya:Silinməyə namizəd səhifələrdə baş verənlərdən xəbəri olsun. Son günlər həmkarımız Gabbani fəaliyyətini bu yöndə qurub — məqalələrin silinməsi. Hətta onun son günlərdəki fəaliyyətinə baxsaz bunu aydınca görərsiz. Müzakirə səhifəsində də buna bənzər hallarla bağlı müzakirələr olub. Amma yenə də bəzən qaydalara əməl etmir. Gabbani məqalələrə gah {{Sil}} şablonu, gah da Vikipediya:Silinməyə namizəd səhifələrdə hər gün 3 məqalə əlavə edir (limit bu qədərdi, yoxsa çox edər). Nə etmək istəyirik? Bizim inkişafda olan vikipediyamıza silmək yox, yeni məqalələr yaratmaq yaraşır. Yenə də sizlər bilən məsləhətdi. --Araz Yaquboglu (müzakirə) 14:59, 14 avqust 2019 (UTC)
Salam. Gabbaninin fəaliyyəti ilə mən də tanışam, SNS-ə çıxardığı məqalələrin əksəriyyəti istifadəçilərin ümumi razılığı ilə silinir. Ensiklopedik məqalələri SNS-ə çıxarsa, buna etiraz etmək olar. Mən qeyri-ensiklopedik məqalələrin kütləvi silinməsinin tərəfdarıyam. Çox narazılıqlar olacaq, amma vikicəmiyyət olaraq yekdil mövqe ortaya qoysaq, hamı qəbul edəcək. Təxminən 10 min məqalə silinməlidir: mənbədən olduğu kimi köçürülmüş, Azərbaycan dilində yazılmamış və ensiklopedik mövzuda olmayan məqalələr. Silinməyən hər problemli məqalə ona oxşar yeni məqalələrin yaradılmasına gətirib çıxarır. Vikipediyadakı məzmunun yalnız ensiklopedik mövzulardan olmasının, heç kimə heç bir güzəşt edilməməsinin tərəfdarıyam.--Eminn ismarıc 17:05, 14 avqust 2019 (UTC)
- Eminnlə tamamilə razıyam. Məxsusən də bu cümləsilə: "Təxminən 10 min məqalə silinməlidir: mənbədən olduğu kimi köçürülmüş, Azərbaycan dilində yazılmamış və ensiklopedik mövzuda olmayan məqalələr." Bəli heç də təkcə qeyri-ensiklopedik yox, ensiklopedik olan, amma vikipedik olmayan məqalələr də silinməlidir.--samral müzakirə 22:33, 14 avqust 2019 (UTC)
- Salam. Deyilənlərlə razıyam. Vikipediyada ensiklopedik olmayan, ən əsas da vikiləşdirməyə ehtiyac olan, stil kitabçasına uyğun olmayan, qaralama məqalələr çoxdur. Bu məqalələrin təkmilləşməyə ehtiyyacları var. Silinməli məqalələr də çoxdur, amma bilmirəm fərqindəsiniz ya yox, SNS-ə verilən məqalələrin çoxsu hətta demək olar hamısı şəxslərdir. Və bu şəxslərin 10-dan 9-u ya şairdir, ya da elmlər doktoru. Axı nəyə görə biz bu məqalələr üzərində belə durmuşuq? Gün ərzində 3 şəxs əlavə olunur SNS-ə, lazımlı məqalələr qalır kənarda. Biz bunu müzakirə etməliyik.Vaxtımızı SNS-də səs verməyə yox, vikipediyanı təkmilləşdirməyə xərcləməliyik. -- --Sofy (müzakirə) 15:15, 15 avqust 2019 (UTC)
- Kütləvi silmək adı ilə xeyli normal məqalələr silinə bilər. Sadəcə bəzi kriteriyalar olmalıdır. Məsələn, kino bölməsində: istinadsız və mətnsiz şəxslərin məqalələri. Gabbaninin fəaliyyəti Orxan Zakir kimi çox qəribədir. Biri hər şeyi silinməsinənin lehinə, digəri hər məqalənin silinməsinə əksdir.--Azerifactory (müzakirə) 19:10, 15 avqust 2019 (UTC)
- Bu problemi həll etmək, sadəcə mümkün deyil. Çünki, şəxslər haqqında qeyri-ensiklopedik məqalələrin yaradılması ilə bağlı icmanın 90% yaxını bu və ya digər formada iştirak edib. Azərbaycanda, facebookdan istifadə edən 1.5 milyonluq bir kütlə var. Həmin kütlənin arasında özünü ekspert, politoloq, gənc yazıçı, şair və xüsusi ilə texnologiya sahəsinin mütəxəssisi kimi tanıtmaq istəyən kifayət qədər şəxs mövcuddur. Həmin şəxslər üçün əsas məqsədlərdən biri də, özləri haqqında məqalə yaratmaqdan ibarətdir. Niyə ? Çünki, sənin haqqında məqalə varsa, bil ki, google-da adına çıxan ilk nəticələrdən biri də, həmin məqalə olacaq. Bu gün, Azərbaycanda kitab çap etməyə və yaxud facebookda qalmaqal yaradın gündəmə gəlməyə nə var ki ? Məsələlər var ki, iki başlı olur, ancaq sırf bu məsələnin rahat yeddi-səkkiz başı mövcuddur. Azərbaycanca vikipediyasının idarəçisi özü haqqında məqalə yaradandan sonra, biz heç kimdən heç nə tələb edə bilmərik. Sizlərə səmimiyyətimlə. --Baskervill (müzakirə) 20:25, 15 avqust 2019 (UTC)
- Bu arada, VP:SNS adlı bir səhifənin mövcud olmasını və həmin səhifədə bu qədər çox aktivliyin olmasını doğru hesab etmirəm. Yuxarıdakı yoldaşların da, qeyd etdiyi kimi həmin səhifədəki məqalələr əsasən qeyri-ensiklopedik şəxslər haqqındadır. Hesab edirəm ki, Ensiklopedik əhəmiyyətlilik bölməsi hazır olmadığı müddətcə, biz VP:SNS səhifəsinin xidmətindən istifadə etməyə məcbur olacağıq. Gabbani cənablarını isə tam dəstəkləyirəm və hesab edirəm ki, oradada qayda-qanun olmadığı müddətcə, məqalələr bir-bir yoxlanılmalıdır.--Baskervill (müzakirə) 20:43, 15 avqust 2019 (UTC)
- Ensiklopedik olmayan məqalələrin kütləvi şəkildə, bir gündə müəyyən hədd sayı qoyulmadan silinməsinə razıyam. Hətta ensiklopedik olmadığı açıq-aydın görünən məqalələri səsverməyə qoymadan silmək lazımdır. Gündə maksimum 3 qeyri-ensiklopedik məqalə silinir, ondan çox qeyri-ensiklopedik məqalə yaradılır. Beləliklə Vikipediya sadəcə fakt toplusuna çevrilir. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 09:17, 17 avqust 2019 (UTC)
- Qeyri-ensiklopedik məqalələrdən xilas olmağın ən yaxşı yolu hal-hazırda fəaliyyət göstərən istifadəçilərin öz fəaliyyətlərini təftiş eləməlidir. Çünki Vikipediyaya yeni qoşulanda bilməyərəkdən hamının səhvləri olur, qeyri-ensiklopedik məqalələr yazır və ya yaxşı tərcümə etmədən məzmunu yerləşdirir. Hamı bir neçə il əvvəl yaratdığı məqalələrə baxsa, bunun şahidi olacaq. İndi kimsə digərinin məqaləsini SNS-ə çıxaranda müəyyən anlaşılmazlıq, inciklik yaranır ki, bu da xoş olmur. İdarəçilər öz yaratdıqları qeyri-ensiklopedik məqalələri silsələr, fəal istifadəçilər isə "sil" şablonu qoysalar, qısa müddətdə böyük irəliləyişə nail ola bilərik.--Eminn ismarıc 10:10, 18 avqust 2019 (UTC)
- Ensiklopedik olmayan məqalələrin kütləvi şəkildə, bir gündə müəyyən hədd sayı qoyulmadan silinməsinə razıyam. Hətta ensiklopedik olmadığı açıq-aydın görünən məqalələri səsverməyə qoymadan silmək lazımdır. Gündə maksimum 3 qeyri-ensiklopedik məqalə silinir, ondan çox qeyri-ensiklopedik məqalə yaradılır. Beləliklə Vikipediya sadəcə fakt toplusuna çevrilir. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 09:17, 17 avqust 2019 (UTC)
- Bu arada, VP:SNS adlı bir səhifənin mövcud olmasını və həmin səhifədə bu qədər çox aktivliyin olmasını doğru hesab etmirəm. Yuxarıdakı yoldaşların da, qeyd etdiyi kimi həmin səhifədəki məqalələr əsasən qeyri-ensiklopedik şəxslər haqqındadır. Hesab edirəm ki, Ensiklopedik əhəmiyyətlilik bölməsi hazır olmadığı müddətcə, biz VP:SNS səhifəsinin xidmətindən istifadə etməyə məcbur olacağıq. Gabbani cənablarını isə tam dəstəkləyirəm və hesab edirəm ki, oradada qayda-qanun olmadığı müddətcə, məqalələr bir-bir yoxlanılmalıdır.--Baskervill (müzakirə) 20:43, 15 avqust 2019 (UTC)
- Bu problemi həll etmək, sadəcə mümkün deyil. Çünki, şəxslər haqqında qeyri-ensiklopedik məqalələrin yaradılması ilə bağlı icmanın 90% yaxını bu və ya digər formada iştirak edib. Azərbaycanda, facebookdan istifadə edən 1.5 milyonluq bir kütlə var. Həmin kütlənin arasında özünü ekspert, politoloq, gənc yazıçı, şair və xüsusi ilə texnologiya sahəsinin mütəxəssisi kimi tanıtmaq istəyən kifayət qədər şəxs mövcuddur. Həmin şəxslər üçün əsas məqsədlərdən biri də, özləri haqqında məqalə yaratmaqdan ibarətdir. Niyə ? Çünki, sənin haqqında məqalə varsa, bil ki, google-da adına çıxan ilk nəticələrdən biri də, həmin məqalə olacaq. Bu gün, Azərbaycanda kitab çap etməyə və yaxud facebookda qalmaqal yaradın gündəmə gəlməyə nə var ki ? Məsələlər var ki, iki başlı olur, ancaq sırf bu məsələnin rahat yeddi-səkkiz başı mövcuddur. Azərbaycanca vikipediyasının idarəçisi özü haqqında məqalə yaradandan sonra, biz heç kimdən heç nə tələb edə bilmərik. Sizlərə səmimiyyətimlə. --Baskervill (müzakirə) 20:25, 15 avqust 2019 (UTC)
- Kütləvi silmək adı ilə xeyli normal məqalələr silinə bilər. Sadəcə bəzi kriteriyalar olmalıdır. Məsələn, kino bölməsində: istinadsız və mətnsiz şəxslərin məqalələri. Gabbaninin fəaliyyəti Orxan Zakir kimi çox qəribədir. Biri hər şeyi silinməsinənin lehinə, digəri hər məqalənin silinməsinə əksdir.--Azerifactory (müzakirə) 19:10, 15 avqust 2019 (UTC)
- Salam. Deyilənlərlə razıyam. Vikipediyada ensiklopedik olmayan, ən əsas da vikiləşdirməyə ehtiyac olan, stil kitabçasına uyğun olmayan, qaralama məqalələr çoxdur. Bu məqalələrin təkmilləşməyə ehtiyyacları var. Silinməli məqalələr də çoxdur, amma bilmirəm fərqindəsiniz ya yox, SNS-ə verilən məqalələrin çoxsu hətta demək olar hamısı şəxslərdir. Və bu şəxslərin 10-dan 9-u ya şairdir, ya da elmlər doktoru. Axı nəyə görə biz bu məqalələr üzərində belə durmuşuq? Gün ərzində 3 şəxs əlavə olunur SNS-ə, lazımlı məqalələr qalır kənarda. Biz bunu müzakirə etməliyik.Vaxtımızı SNS-də səs verməyə yox, vikipediyanı təkmilləşdirməyə xərcləməliyik. -- --Sofy (müzakirə) 15:15, 15 avqust 2019 (UTC)
Update on the consultation about office actions
Hello all,
Last month, the Wikimedia Foundation's Trust & Safety team announced a future consultation about partial and/or temporary office actions. We want to let you know that the draft version of this consultation has now been posted on Meta.
This is a draft. It is not intended to be the consultation itself, which will be posted on Meta likely in early September. Please do not treat this draft as a consultation. Instead, we ask your assistance in forming the final language for the consultation.
For that end, we would like your input over the next couple of weeks about what questions the consultation should ask about partial and temporary Foundation office action bans and how it should be formatted. Please post it on the draft talk page. Our goal is to provide space for the community to discuss all the aspects of these office actions that need to be discussed, and we want to ensure with your feedback that the consultation is presented in the best way to encourage frank and constructive conversation.
Please visit the consultation draft on Meta-wiki and leave your comments on the draft’s talk page about what the consultation should look like and what questions it should ask.
Thank you for your input! -- The Trust & Safety team 08:02, 16 avqust 2019 (UTC)
Müvəqqəti ayrılıq
Salam. Müəyyən müddət şəxsi səbəblər ilə Vikilayihələrdəki fəaliyyətimi dayandırmaq məcburiyyətində qalıram. Bu qərarı vermək mənim üçün asan olmasa da şəxsi həyatımda bəzi hədəflərimə çatmaq üçün bu qərarı almaq məcburiyyətində qalmışam. Bir müddət əvvəl Vikilüğətdə mənə verilmiş idarəçilik hüququmdan da könüllü şəkildə imtina etmişəm. Burada mənə verilmiş avtopatrul, patrul və rolbaker hüquqlarından da imtina edirəm. İdarəçilərdən xahiş edirəm lazımı tədbiri görsünlər. Ümid edirəm mən geri dönənə qədər Vikipediyamız daha da inkişaf edəcək həmçinin qayda və prinsiplərin hazırlanması prosesi də tamamlanmış olacaq. Hər bir Vikipediya üzvünə fəaliyyətində uğurlar arzulayıram. Sizinlə olmaq hər zaman qürurverici və xoş idi. Hələlik. --Drabdullayev17 (müzakirə) 08:21, 19 avqust 2019 (UTC)
- Ümid edirəm tezliklə Vikilayihələrə qayıdacaqsınız. Uğurlar.--NMW03 ✉ 09:38, 19 avqust 2019 (UTC)
- Uğurlar sizə həyatda! Tezliklə yenidən Vikipediyada görüşmək ümidi ilə! -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 10:17, 19 avqust 2019 (UTC)
- Ayrılıq hər zaman çətin olur. İşlərinizdə uğurlar arzulayıram.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 10:20, 19 avqust 2019 (UTC)
- Həyatınızda müvəffəqiyyətlər arzulayıram! -- SOFY✉ 10:47, 19 avqust 2019 (UTC)
Həmçinin bax
Salam, həmkarlar. Həmçinin bax alt bölməsi hansı formada daha məqsədəuyğundur?
Həmçinin bax 1
- Kostas Mendilor – yunan-avstraliya əsilli aktyor
- Triumph Films – əsası 1982-ci ildə qoyulan ABŞ-ın film istehsal edən şirkəti
Həmçinin bax 2
-- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 11:07, 19 avqust 2019 (UTC)
- Salam. Birinci varianata heç rast gəlməmişəm. Amma bu varianatın daha əlverişli olduğunu düşünürəm. Normalda ikinci variant istifadə edilir. -- SOFY✉ 10:44, 19 avqust 2019 (UTC)
- Sofy2004, mən özüm bu variantı Zəfər ruhu (film, 1989) məqaləsində istifadə etmişəm. Çox güman ki, ingilis dilli versiyasında bu tipdə bir şey var deyə ona bənzətmişəm. Məncə də, 1-ci variant daha əlverişlidir, yəni kimsə ümumiyyətlə nə olduğu haqqında məqaləyə girib baxmaz böyük ehtimal və bu da "Həmçinin bax" bölməsinin istifadə edilməməsi ilə nəticələnər. Ən azından kiçik bir məlumat kömək edə bilər. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 11:07, 19 avqust 2019 (UTC)
- Əgər vikicəmiyyət razı olsa bu variantı bütün məqalələrdə yavaş-yavaş tətbiq etmək olar. Məncə olduqca əlverişli variantdır. Oxucular üçün daha rahat olar. -- SOFY✉ 11:15, 19 avqust 2019 (UTC)
İkinci variant olmalıdır. Birinci variant ümumviki standartlarını pozur. Həmçinin, nizamlamalardan müəyyən bir funksiyanı aktivləşdirərək mausu linkin üzərinə gətirdikdən sonra məqalənin giriş hissəsini göstərir. Yəni, mövzunu bilirsən. --► Hörmətlə: SolaVirum 16:06, 19 avqust 2019 (UTC)
- Həmin funksiya susmaya görə aktivdir, ya deaktiv? Məndə hal-hazırda deaktivdir. Yəni özüm istifadə etmirdim deyə bağlamışam. Lap birinci hesabı açanda aktiv idi, yadıma gəlmir. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 20:05, 19 avqust 2019 (UTC)
- 2-ci variant əladı və hal-hazırda da istifadə olunur. --Araz Yaquboglu (müzakirə) 11:25, 20 avqust 2019 (UTC)
- Həmin funksiya susmaya görə aktivdir, ya deaktiv? Məndə hal-hazırda deaktivdir. Yəni özüm istifadə etmirdim deyə bağlamışam. Lap birinci hesabı açanda aktiv idi, yadıma gəlmir. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 20:05, 19 avqust 2019 (UTC)
Salam. Bu redaktədən gördünüyüz kimi Baskervill heç bir izah vermədən redaktəmi geri qaytarıb. Problem buradadır ki, Azərbaycanca Vikipediyada ABŞ-da yerləşən küçələr -strit (məsələn, Vaşinqton küçəsi yerinə, Vaşinqton-strit), prospektlər avenyu (məsələn, Brodvey prospekti yerinə, Brodvey avenyu), binalar isə bildinq (məsələn, İmperiya Ştat Binası yerinə, Empayr Steyt Bildinq) kimi yazılır. Bunun özü də Rusca Vikipediyadan götürülüb. Gördüyünüz kimi, mənim "Folsom-strit olmalıdır" başlıqlı redaktəm tamamilə haqqlı bir redaktə idi, ancaq həmkarımız öz istədiyinə görə hərəkət etmişdir. Düzünü desəm, mən də -strit, -avenyu və -bildinq yazılmasının əleyhinəyəm, ancaq qayda, yəni "yazılmamış qayda" bunun əksini müdafiə edir. Təklifim odur ki, səsvermə keçirib bunu qərarlaşdıraq. Ya Azərbaycan dilinə tərcümə edilsin, ya da ki indiki variant saxlansın. Buyurun, gəlin fikir mübadiləsi yürüdək. Həmkarımızın belə davranmasına da artıq sözüm qalmayıb. --► Hörmətlə: SolaVirum 10:27, 20 avqust 2019 (UTC)
- Cənab Solavirum, uzun uzadı yazışmalar və diskussiyalar etmək istəyim yoxdur, adı qeyd olunan məqalə azərbaycan dilindədir və azərbaycan dilində Strit sözü yoxdur. Folsom Street tədbir adı deyil ki, orijinalda istifadə olunsun. Ikinci məsələ, Sizin məqalənin infobox bölməsindəki flaqifikasiya hissələrini silməyiniz, məqalənin vizual görünüşünə ziyan yaradır. Mən, bütün yaratdığım məqalələrə flaqifikasiya elementini əlavə edirəm. Bu nonsens deyil, ümumi vikipediyada istifadə olunan təcrübədir. Daha öncələr yaratmış olduğum Müqəddəs Ştefan kafedralı məqaləsində mən nəinki flaqifikasiyadan istifadə etmişdim, həmçinin bütün bölmələrin baş hərflərini qotik üslubda dizayn etmişdim. Çünki mənim üçün məqalənin zahiri görünüşü çox böyük əhəmiyyət kəsb edir. Mən standart və şablontipli məqalələr yaratmıram. Bu üzdən də, Sizin hazırda mənim yaratdığım məqaləyə daxil olub, orada lazımsız dəyişikliklər etməyiniz, birbaşa olaraq məni təhqir edir. Məqalədə redaktə müharibəsi aparmağa davam etdiyiniz halda, mən idarəçilərdən, məqalənin müddətsiz müdafiə olunmasına dair müraciət etməli olacam. --Farid Aliyev (müzakirə) 10:46, 20 avqust 2019 (UTC)
- Əziz Keete 37, ediyim amillərə doğurudan da məhəl qoymamısınız. "Düzünü desəm, mən də -strit, -avenyu və -bildinq yazılmasının əleyhinəyəm, ancaq qayda, yəni "yazılmamış qayda" bunun əksini müdafiə edir". Dediyim kimi, mən də istəmirəm elə olsun, ancaq elədir. Ya bunu dəyişdirək, ya bunu. Niyəsə həm Baskervill, həm də siz bunu anlamaqda çətinlik çəkirsiniz. "Bu nonsens deyil, ümumi vikipediyada istifadə olunan təcrübədir", yox, nonsensdir. Heç bir yerdə istifadə olunmur. Hətta idarəçilərimizdən Toghrul Rahimli infoqutularda lazımsız flaqifikasiyanın istifadə barədə yazmışdı bir vaxtlar deyəsən. Doğurudan da, heç bir vikidə istifadə olunmur bu, xüsusilə də envikidə. "Həmçinin bütün bölmələrin baş hərflərini qotik üslubda dizayn etmişdim". Bu, doğurudan da Stil kitabçasını pozur. Heç də məqsədəuyğun deyil. Harada belə bir şey görmüsünüz. Axı Vikipediya incəsənət qalereyası deyil. "Bu üzdən də, Sizin hazırda mənim yaratdığım məqaləyə daxil olub, orada lazımsız dəyişikliklər etməyiniz, birbaşa olaraq məni təhqir edir". Birincisi, siz istədiyiniz şeyi özünüzə təhqir kimi götürə bilərsiniz. Bu, mənə aid deyil, ancaq başqalarının etdiklərini "lazımsız dəyişikliklər" adlandırmaq özü söyüşün ən böyüklərindəndir. Hətta Nəzakət qaydalarının birinci bölməsini pozur (ümidvaram ki, idarəçilər buna nəzər yetirəcək). Məni redaktə müharibəsi aparmaqla günahlandırırsınız, ancaq onu edən sizsiniz, çünki yayımladığım redaktəni heç bir müzakirə açmadan geri qaytaran da sizsiniz. İnanıram ki, idarəçilər bu məsələ haqqında rasional şəkildə düşünəcək. Bu arada, etdiyim redaktələri şəxsiyyətə hücum olaraq qiymətləndirirsənizsə, çox böyük bir səhv edirsiniz. --► Hörmətlə: SolaVirum 11:08, 20 avqust 2019 (UTC)
- Mənim Azərbaycanca Vikipediyadakı fəaliyyətim hər kəsə məlumdur. Mənim üçün Vikipediya Sizin dediyiniz kimi, elə məhz İncəsənət qalereyasıdır və çalışdığım hər bir məqalə özünəməxsus görkəmə malik olmalıdır. Oxuyucularda zövq hissini aşılamalıdır. Bu səbəbdən də mən flaqifikasiya bölümünü geri qaytarmaq fikrindəyəm. Çünki Bayraq qeyri qanuni bir şey deyil. Sizin tərəfdən məqaləyə edilən lazımsız dəyişiklikləriniz isə məndə sadəcə təəssüf hissi doğurur. --Farid Aliyev (müzakirə) 11:18, 20 avqust 2019 (UTC)
- Solavirum yazmısınız ki, mən heç bir izah vermədən sizin redaktələrinizi geri qaytarmışam. Bəs siz kiminlə məsləhətləşdəndən sonra həmin redaktələri etmisiniz ? və həmin redaktələr hansı qəbul edilmiş qaydalara əsasən edilib ? Yazılmamış qaydalara əsasən ? Hamı bilir ki, vikipediyada yazılmış məqalələr heç kimə məxsus deyil, ancaq bunun belə olması bir istifadəçinin hər hansısa bir məqalənin üzərində olan əziyyəti yox saymağa əsas vermir. Azərbaycan dilində street sözünün qarşılığı olduğu halda, biz nə üçün strit sözündən istifadə etməliyik ? Cənab Keete 37 ilk rəyində izah edib ki, Folsom street tədbirin adı deyil, sadəcə ABŞ-dakı küçənin adını ifadə etdiyi üçün buradakı küçə sözü də, tərcümə olunmalıdır. Ümumiyyətlə, sizin məqalə üzərində əziyyəti olan və məqaləni tək başına hazırlamış şəxslə heç bir məsləhətləşmə aparmadan, yazılmamış qaydaları əldə rəhbər tutaraq məqalə üzərindəki ciddi dəyişiklilər aparmağa və daha sonra kənd meydanında Nəzakət qaydalarıdan dəm vurmağa nə vadar edir ki ? Zəhmət olmasa icmaya qarşı və ən əsası istifadəçilərin zəhmətinə qarşı 0.1%-də olsa hörmətlə yanaşın. --Baskervill (müzakirə) 11:38, 20 avqust 2019 (UTC)
- Strit, bildinq kimi sözlərin istifadəsi bir az mübahisəlidi. Tərəflərin konkret olaraq "mən haqlıyam" deməsi düz deyil, çünki bunun üçün bir mənbəmiz yoxdur. Mənə qalsa, mən "küçə" kimi saxlayardım. Qotik üsluba gəldikdə isə, bu cür üslubdan istifadə etməyi uyğun hesab etmirəm, çünki bu müəyyən problemlər yaradır. Solavirumun dediyi kimi, bütün məqalələr standart şəkildə yazılmalıdır, hər məqalə özünəməxsus üslubla yox.--127-ci yapon imperatoru 11:42, 20 avqust 2019 (UTC)
- Mən özüm də tez-tez bədii əsərlərdə və digər kitablarda -strit, -avenyu və -bildinq tipli hissəciklər görmüşəm. Bir də "Vikipediyanı incəsənət qalereyasına çevirmək" ifadəsi təbii ki, şişirdilmiş ifadədir. Sırf həmin məqalədəki qotik üslublu şriftli hərflər, məncə, o qədər də məqsədəuyğun deyil, bəlkə şəkil kimi yox, sırf şrift əvəzetməsi alınsa idi, daha yaxşı olardı. Amma Vikipediya məqalələrini bu cür vizual cəhətdən "gözəlləşdirmək", məncə, çox yaxşı bir şeydir. Məsələn, bir bu məqaləyə, bir də eyni məqalənin rusdilli versiyasına baxın. Hansı daha yaxşıdır? Halbuki ikisi də eyni məlumatı çatdırır. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 12:17, 20 avqust 2019 (UTC)
- Strit, bildinq kimi sözlərin istifadəsi bir az mübahisəlidi. Tərəflərin konkret olaraq "mən haqlıyam" deməsi düz deyil, çünki bunun üçün bir mənbəmiz yoxdur. Mənə qalsa, mən "küçə" kimi saxlayardım. Qotik üsluba gəldikdə isə, bu cür üslubdan istifadə etməyi uyğun hesab etmirəm, çünki bu müəyyən problemlər yaradır. Solavirumun dediyi kimi, bütün məqalələr standart şəkildə yazılmalıdır, hər məqalə özünəməxsus üslubla yox.--127-ci yapon imperatoru 11:42, 20 avqust 2019 (UTC)
- Solavirum yazmısınız ki, mən heç bir izah vermədən sizin redaktələrinizi geri qaytarmışam. Bəs siz kiminlə məsləhətləşdəndən sonra həmin redaktələri etmisiniz ? və həmin redaktələr hansı qəbul edilmiş qaydalara əsasən edilib ? Yazılmamış qaydalara əsasən ? Hamı bilir ki, vikipediyada yazılmış məqalələr heç kimə məxsus deyil, ancaq bunun belə olması bir istifadəçinin hər hansısa bir məqalənin üzərində olan əziyyəti yox saymağa əsas vermir. Azərbaycan dilində street sözünün qarşılığı olduğu halda, biz nə üçün strit sözündən istifadə etməliyik ? Cənab Keete 37 ilk rəyində izah edib ki, Folsom street tədbirin adı deyil, sadəcə ABŞ-dakı küçənin adını ifadə etdiyi üçün buradakı küçə sözü də, tərcümə olunmalıdır. Ümumiyyətlə, sizin məqalə üzərində əziyyəti olan və məqaləni tək başına hazırlamış şəxslə heç bir məsləhətləşmə aparmadan, yazılmamış qaydaları əldə rəhbər tutaraq məqalə üzərindəki ciddi dəyişiklilər aparmağa və daha sonra kənd meydanında Nəzakət qaydalarıdan dəm vurmağa nə vadar edir ki ? Zəhmət olmasa icmaya qarşı və ən əsası istifadəçilərin zəhmətinə qarşı 0.1%-də olsa hörmətlə yanaşın. --Baskervill (müzakirə) 11:38, 20 avqust 2019 (UTC)
- Baskervill, hər dəfəsində mövzudan uzaqlaşmağa çalışırsınız. İzah başqa, məsləhət başqa. Siz böyük ethimalla nə demək istədiyimi anladınız, ancaq üzə vurmaq istəmirsiniz. Hətta sizə görə belə bir məqalə yaratdım ki, bəlkə başa düşərsiniz. Söhbət burada saytın koduna yerləşdirilmiş zəruri bir funksiyanı, idarəçi olaraq saymamağınızdan gedir. --► Hörmətlə: SolaVirum 12:41, 20 avqust 2019 (UTC)
P.S. bu hörmət sözcüyündən nə qədər istifadə etsəniz, o qədər də mənası itəcək. Sırf "fikirlərimə hörmət et" psixologiyası ilə tənqiddən qaçınmaq ayıbdır. --► Hörmətlə: SolaVirum 12:43, 20 avqust 2019 (UTC)
- Solavirum zəhmət olmasa qəbul edilmiş müvafiq qaydanı təqdim edin. Deyilməmiş qayda əsasında vikipediya idarə olunmur. --Baskervill (müzakirə) 12:47, 20 avqust 2019 (UTC)
- Baskervill, lənət, "P.S." hissəsində yanlış yazdım. Burada müzakirə nə mənim redaktəm, nə də ki sizinkindən gedir. Məsələ küçə ilə -strit sözlərindən gedir. Yəni, hansı olsun. Bu arada, yaxşı, belə deyək, biz niyə Brayl əlifbası ilə yazmırıq? Bunun əksini deyən bir qayda yoxdur. Ya da, niyə məqalələrdə səs yazarkən, nə bilim, Naxçıvan ləhçəsi ilə danışmırıq? Bəli, yazılmamış qayda. --► Hörmətlə: SolaVirum 23:57, 20 avqust 2019 (UTC)
Sürgün hökumət yoxsa mühacir hökumət
Hamıya salam. Yoldaşlar mən Gürcüstan Demokratik Respublikasının sürgün hökuməti məqaləsini yaradan zaman solaxay vəziyyətlə qarşılaşdım. Sürgün hökumətlər mövzusu hər zaman mənə maraqlı gəlib və yaxın gələcəkdə bu mövzu ilə bağlı bir necə məqalənin yaradılmasını planlaşdırmışam. Sadəcə hansı variantdan istifadə edilməli olduğuna dair dəqiq fikrim yoxdur. Doğrusu, sürgün hökumət mənə daha ağlabatan gəlir, ancaq google üzərindən edilmiş axtarışlar göstərir ki, Azərbaycan dilli media mühacir hökümət versiyasına daha çox üstünlük verməkdədir. Bəs sizcə məqalələrdə hansı versiya istifadə olunmalıdır ?--Baskervill (müzakirə) 21:30, 20 avqust 2019 (UTC)
- Mühacirlik və Sürgünlük arasında məncə fərq bundadır ki, birincisində şəxsin özü öz istəyi ilə ölkəni tərk edərək, xaricdə emiqrasiya həyatı krçirmək qərarına gəlir. Sürgünlük isə, dövlətin və ya hər hansı bir strukturun, həmin şəxsi güclə ölkədən qovması və ya onun yaşamasını mümkünsüz etməsi səbəbindən ölkəni tərk etmək anlamını daşıyır... --Farid Aliyev (müzakirə) 21:42, 20 avqust 2019 (UTC)
- Mühacirət daha yaxşıdı, çünki qarşıma daha çox çıxır. Amma sürgün variantını da görmüşəm. Amma bir variantı seçib standart kimi istifadə etsək, yaxşı olar.--127-ci yapon imperatoru 22:11, 20 avqust 2019 (UTC)
Konkret bu məqalədə sürgün daha düzgündü. Babək Akifoğlu siz necə düşünürsüz bu məsələ ilə bağlı ?.--Nicat49 ⋠müzakirə⋡ 22:45, 20 avqust 2019 (UTC)
- Məncə mühacirət daha düzgündür. 1918-1920 Azərbaycan hökümətinə də kitablarda və mətbuatda mühacir hökümət deyilir.--Turkmen müzakirə 23:09, 20 avqust 2019 (UTC)
- Mən şəxsən "filan ölkənin sürgündəki hökuməti" kimi görmüşəm. Sadəcə sürgün hökuməti yox, ancaq vəziyyət belədirsə, müharicət (nə qədər ki, qeyri-türk mənşəli sözlərdən istifadə etməyə qarşıyam) daha düzgündür. --► Hörmətlə: SolaVirum 23:58, 20 avqust 2019 (UTC)
- Məqalənin ingilis və rusca versiyaları sürgündəki hökümət olaraq tərcümə edilir. Sürgün və mühacir sözləri təmamilə fərqli sözlərdir. Mühacir ölkəni öz istəyi ilə və ya məcburiyyət qarşısında qalaraq tərk etməkdir. Sürgün olunmaq isə qanuni olaraq ölkədən uzaqlaşdırılmaqdır. Hökümətin tarixini oxuduqda sürgündə olunduğu açıqdır. Lakin gürcü dilindəki tərcüməyə görə mühacir ölkə variantı doğrudur. -- Sofy ₪ 12:12, 21 avqust 2019 (UTC)
- Məna cəhətdən fərq yaratmırsa və hər iki variantdan Azərbaycan dilli mənbələrdə istifadə olunursa, şəxsən mən alınma söz olmadığına görə "sürgün" variantına üstünlük verərdim.--Eminn ismarıc 16:18, 21 avqust 2019 (UTC)
- Rus və ingilisdilli məqalələrin adlandırılmasını əsas götürərək, həmçinin dilimizə nisbətən yaxın türk vikipediyasında qarşıma çıxan yaxın mövzulu bu məqaləni nəzərə alaraq, Sürgün hökuməti variantını doğru hesab edirəm. --Babək Akifoğlu (müzakirə) 23:31, 21 avqust 2019 (UTC)
- Məna cəhətdən fərq yaratmırsa və hər iki variantdan Azərbaycan dilli mənbələrdə istifadə olunursa, şəxsən mən alınma söz olmadığına görə "sürgün" variantına üstünlük verərdim.--Eminn ismarıc 16:18, 21 avqust 2019 (UTC)
- Məqalənin ingilis və rusca versiyaları sürgündəki hökümət olaraq tərcümə edilir. Sürgün və mühacir sözləri təmamilə fərqli sözlərdir. Mühacir ölkəni öz istəyi ilə və ya məcburiyyət qarşısında qalaraq tərk etməkdir. Sürgün olunmaq isə qanuni olaraq ölkədən uzaqlaşdırılmaqdır. Hökümətin tarixini oxuduqda sürgündə olunduğu açıqdır. Lakin gürcü dilindəki tərcüməyə görə mühacir ölkə variantı doğrudur. -- Sofy ₪ 12:12, 21 avqust 2019 (UTC)
- Daha çox mühacir hökumət versiyasını görmüşəm. Sürgün höküməti ilk dəfədir eşidirəm.--NMW03 ✉ 23:57, 26 avqust 2019 (UTC)
Edittoolbar — redaktə pəncərəsində şablonları sürətli əlavə etmək üçün qadcet
Salam, həmkarlar. Bildiyimiz kimi şablonları axtarmaq, onları kopyalamaq azca vaxt aparan məsələdir. Buna görə də ən çox istifadə olunan şablonları bir yerə yığmaq məqsədilə bolqar vikicəmiyyətinin yaratmış olduğu qadceti uyğunlaşdırmalar apararaq azvikiyə əlavə etdim. Hələ ki, bütün şablonlar əlavə olunmayıb və sistem yarımçıqdır. Onu da qeyd etməliyəm ki, tam formada yalnız ən stabil şablonlar əlavə olunacaq və buna görə də hələlik Musiqiçi şablonunun bütün parametrləri əlavə olunmuşdur.
Qadceti aktivləşdirmək üçün Nizamlamalar hissəsindəki Qadcetlər bölməsindən Edittoolbarla bağlı qadcetləri qoşmaq lazımdır.
P.S. Səsvermədə bu sistemdən istifadə edə bilərsiniz:) — Toghrul Rahimli • M/F 07:08, 21 avqust 2019 (UTC)
Standart olaraq qoşulsun
- Lehinə: əla addımdır! Azvikidə redaktə pəncərəsənin bu qədər üstün olması möhtəşəm bir şeydir. --► Hörmətlə: SolaVirum 07:02, 21 avqust 2019 (UTC)
- Lehinə: super bir işdi. --Araz Yaquboglu (müzakirə) 07:11, 21 avqust 2019 (UTC)
- Lehinə: çox gözəl alınıb. --Natəvan.R. (müzakirə) 08:29, 21 avqust 2019 (UTC)
- Lehinə: Standart olaraq qoşulu olması yaxşıdır. Çünki əsasən yeni istifadəçilərə lazım olacaq. --eldarado ✉ 08:55, 21 avqust 2019 (UTC)
- Lehinə. Təşəkkürlər, əla işdir.--Turkmen müzakirə 09:08, 21 avqust 2019 (UTC)
- Lehinə: Əziyyət çəkdiyim mövzu idi. Cəld aktifləşdirdim. Təşəbbüsünüz üçün təşəkkür edirəm. -- Sofy ₪ 12:19, 21 avqust 2019 (UTC)
- Lehinə: Səbəbkara təşəkkürlər, möhtəşəm görünür.--Baskervill (müzakirə) 12:26, 21 avqust 2019 (UTC)
- Lehinə: Əla təşəbbüsdür.--Maqamedd (müzakirə) 16:06, 21 avqust 2019 (UTC)
- Lehinə: Möhtəşəm işdir, bravo, Toghrul Rahimli.--Eminn ismarıc 16:15, 21 avqust 2019 (UTC)
- Lehinə: Bəyəndim.--NMW03 ✉ 16:23, 21 avqust 2019 (UTC)
- Lehinə: -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 04:25, 22 avqust 2019 (UTC)
- Lehinə:--samral müzakirə 20:13, 22 avqust 2019 (UTC)
Standart olaraq sönülü olsun
Şərhlər və təkliflər
Yaxşı görünür. Amma məqalə elementlərinə məncə ehtiyac yoxdur onsuz da, çünki redaktə pəncərəsinin altında var. Bir də şəxs şablonlarının tam versiyasını əlavə etmək olmaz?--127-ci yapon imperatoru 11:00, 21 avqust 2019 (UTC)
- White Demon Əslində həmin hissəyə bir çox lazımlı kodları əlavə edə bilərik, məsələn, qalereya kimi. Digər şablonların tam versiyalarını parametrlərini dəqiqliklə yoxladıqdan sonra əlavə edəcəm. Hələlik 2-ni sınaqdan keçirdiyim üçün yerləşdirmişəm.— Toghrul Rahimli • M/F 11:36, 21 avqust 2019 (UTC)
- Çox yaxşıdır amma şəxs şablonları (qısa) və (tam) niyə eynidir?--Azerifactory (müzakirə) 00:07, 26 avqust 2019 (UTC)
Qəbul edildi: Yeni qadcet sistemi daxilinə şablonlar hazır hala gəldikcə əlavə olunacaq. Eyni zamanda, "qısa" adlı qutular məna kəsb etmədiyinə görə silinəcək. Hörmətlə: — Toghrul Rahimli • M/F 09:41, 2 sentyabr 2019 (UTC)
New tools and IP masking
Hey everyone,
The Wikimedia Foundation wants to work on two things that affect how we patrol changes and handle vandalism and harassment. We want to make the tools that are used to handle bad edits better. We also want to get better privacy for unregistered users so their IP addresses are no longer shown to everyone in the world. We would not hide IP addresses until we have better tools for patrolling.
We have an idea of what tools could be working better and how a more limited access to IP addresses would change things, but we need to hear from more wikis. You can read more about the project on Meta and post comments and feedback. Now is when we need to hear from you to be able to give you better tools to handle vandalism, spam and harassment.
You can post in your language if you can't write in English.
Johan (WMF)14:18, 21 avqust 2019 (UTC)
Görkəmli şəxslər
Salam. Yəqin ki, yerlər haqqında məqalələrdə "Görkəmli şəxsləri" bölməsinə rast gəlmisiniz, ola bilsin bəzi məqalələrdə digər adlarla yazılıb, "tanınmış şəxslər", "məşhur şəxslər". O bölmələrə, demək olar ki, nəzarət edilmir. Məsələn, hansısa istifadəçi gəlib X kəndi haqqında məqaləyə "Əli Əliyev - elmlər doktoru" yazanda, o redaktə yoxlanılmır və həmişəlik orada qalır. Digər tərəfdən, ümumiyyətlə, belə bölməyə ehtiyac varmı? Görkəmli dedikdə hansı kriteriyalara görə üstünlük veririk? Qazax rayonu məqaləsində son redaktələrdən sonra təxminən 100.000 baytlıq şəxslərlə bağlı məlumat əlavə olunmuşdu. Mən həmin bölmələri bütün yer haqqında məqalələrdən çıxarmağı təklif edirəm. Həmçinin, digər həll yolları təkliflərini gözləyirəm.--Eminn ismarıc 16:40, 21 avqust 2019 (UTC)
- Mən də bu haqda müzakirə açmaq istəyirdim. Heçbir təcrübədə bu cür başlıqlar yoxdur. Düşünürəm ki, bu cür bölmələr səhifələrdən çıxarılmalıdır. Bunun üçün ayrıca kateqoriyalar mövcuddur. Məsələn, Qazaxda doğulanlar, Qazaxda doğulmuş şairlər və s. Məqalədə ayrıca qeyd etməyə ehtiyac yoxdur. Təsəvvür edin Qazaxdan olan yüzlərlə şairin, alimin, tanınmış adamların adı məqalədə qeyd olunur, bu gedişlə elə olacaq onsuzda. --Turkmen müzakirə 17:24, 21 avqust 2019 (UTC)
- Mənim fikrimcə olsa yaxşıdı. Bu bölümdən ruvikidə daha çox istifadə edilir. Çalışmaq lazımdı ki, həmin bölmədə vikipediyada məqaləsi olan (daxili keçid verən) şəxslər qeyd edilsin. --Araz Yaquboglu (müzakirə) 04:55, 22 avqust 2019 (UTC)
- Demək olar ki, hər vikidə var, ancaq keçidsiz və ya qırmızı keçid olan adları silmək bu problemi aradan qaldıra bilər. --► Hörmətlə: SolaVirum 04:57, 22 avqust 2019 (UTC)
- Araz Yaquboglu, məqaləsi olan bütün şəxslərə keçid verilə bilməz axı. Bura baxın, Kateqoriya:Bakıda doğulanlar, kateqoriyada 2000-dən çox məqalə var. Hamısının adı Bakı məqaləsində qeyd olunmalıdırmı? Onda həmin bölmələr "yerdə doğulanlar" kateqoriyalarının təkrarı olur. Yalnız ən məşhur şəxsləri seçmək lazımdır ya da ümumiyyətlə, silmək. Məsələn, bir ölkədən nə qədər futbolçu çıxır, onların hamısı haqqında məqalə yazıla bilər, amma bütün şəxslər bu siyahıya əlavə oluna bilməz.--Eminn ismarıc 17:10, 22 avqust 2019 (UTC)
- Demək olar ki, hər vikidə var, ancaq keçidsiz və ya qırmızı keçid olan adları silmək bu problemi aradan qaldıra bilər. --► Hörmətlə: SolaVirum 04:57, 22 avqust 2019 (UTC)
- Mənim fikrimcə olsa yaxşıdı. Bu bölümdən ruvikidə daha çox istifadə edilir. Çalışmaq lazımdı ki, həmin bölmədə vikipediyada məqaləsi olan (daxili keçid verən) şəxslər qeyd edilsin. --Araz Yaquboglu (müzakirə) 04:55, 22 avqust 2019 (UTC)
- Mən də bu haqda müzakirə açmaq istəyirdim. Heçbir təcrübədə bu cür başlıqlar yoxdur. Düşünürəm ki, bu cür bölmələr səhifələrdən çıxarılmalıdır. Bunun üçün ayrıca kateqoriyalar mövcuddur. Məsələn, Qazaxda doğulanlar, Qazaxda doğulmuş şairlər və s. Məqalədə ayrıca qeyd etməyə ehtiyac yoxdur. Təsəvvür edin Qazaxdan olan yüzlərlə şairin, alimin, tanınmış adamların adı məqalədə qeyd olunur, bu gedişlə elə olacaq onsuzda. --Turkmen müzakirə 17:24, 21 avqust 2019 (UTC)
- Eminn, ən tanınmış və əhəmiyyətli olanları seçmək lazımdır. Əslində bunun üçün təlimat, maksimum neçə nəfəri yerləşdirmək olar kimi qayda bənndləri qəbul etmək olardı ki, işimiz asanlaşsız. --► Hörmətlə: SolaVirum 21:15, 22 avqust 2019 (UTC)
- Mənbə bu hissə silinməlidir. Məsələn həmin ərazidə yaşayan şəxs məqaləni oxuyur, görkəmli şəxslərin siyahısına öz adını əlavə edir. Çox zaman belə hissələr vandalizm hədəfi olur. Pnsuz da Turkmen dediyi kimi, kateqoriya var, oradan məqalələrə baxmaq olar. — Toghrul Rahimli • M/F 06:03, 23 avqust 2019 (UTC)
- Eminn həmkar Qazax rayonu məqaləsinin görkəmli şəxslər bölməsində şəxsləri niyə silmisiniz? Siz sildiyiniz adlar içərisində məsələn akademiklər var ki, onlar ölkə üzrə hansısa elmi sahənin əsasını qoymuş, elmi İnstitut direktoru olmuş ən məşhur alimlərdən sayılırlar. Dini şəxslər var ki, Azərbaycanda və bir neçə dövlətdə tanınırlar. Hərbiçilər, şairlər və digər sahələrdən çox məşhur şəxslərin adlarını silmisiniz. Alimlərdən cəmi 2-3 dənə alim adı qalıb Görkəmli şəxslər bölməsində. Sizin fikrinizidə anlayışla qarşılayıram. 400 neçəsə şəxs yerləşdirmək çoxdur. Ümid edirəm mənimdə fikrimi anlayışla qarşılayarsınız. Bir çox şəxsləri yenidən əlavə etmək lazımdır. Mənim kompyuterimdədə, vikipediya tarixçəsindədə var bu məlumatlar. Görkəmli şəxslər bölməsindən ruviki və bir çox vikipediyalarda geniş istifadə olunur. Bu bölməni ümumiyyətlə yığışdırmaq düz olmaz. Məncə hər şəhər və ya rayonun lazimi qədər tanınmış şəxsləri bu bölmədə qeyd olunmalıdır. Onların sayı hansısa rayonda az və ya çox ola bilər. Diqqətiniz üçün təşəkkürlər.Rüfət.S Aslanbəyli (müzakirə) 22:20, 23 avqust 2019 (UTC)
- Rüfət.S Aslanbəyli Həmin yazılar mütləq silinməliydi, əgər Emin bəy onu silməsəydi mən siləcəkdim. Hansısa əsrdə Qazaxın hansısa kəndində yaşamış molla, yaxud hansısa rayonda işləyən polis zabiti ensiklopedik şəxs sayılmır, onlar mütləq silinməliydi. Görkəmli şəxslər hissəsinə yüzlərlə şəxsin adını yazmaq düzgün deyil.--Thunder Storm (müzakirə) 19:48, 25 avqust 2019 (UTC)
- Thunder Storm Silinən adlar içərisində çox görkəmli şəxslər var. Açın araşdırın. O adların içərisində bir neçə ölkədə tanınan din xadimləri, İlahiyyat alimləri, məhşur akademik, AMEA müxbir üzv, professorlar, SSRİ üzrə tanınmış generallar, məhşur idmançı və pəhləvanlar, məşhur şair və aşıqlar və.s sahədə görkəmli şəxslər var. Özünüzdə bilirsiniz ki, Qazax tərəflərdən çox məşhur şəxslər olub. 400-450 şəxs əlavə olunmasada xeyli əlavə olunmalıdır. Söhbət ondan gedir ki, bölmənin 90-95 faizi və tanınmış şəxslərin bir çoxu silinib.Rüfət.S Aslanbəyli (müzakirə) 22:32, 25 avqust 2019 (UTC)
- Rüfət.S Aslanbəyli Xeyr, sadaladıqlarınız qeyri-ensiklopedik şəxslərdir və siyahıya əlavə oluna bilməz. Növbəti problem sizin yaratdığınız, qeyri-ensiklopedik şəxslər haqqında plagiat materiallarla zəngin məqalələrdir. Onlar da zamanla silinməlidir. İngilis və rus vikilərini nümunə göstərirsiz, amma bu cür fəaliyyəti siz həmin vikilərdə aparsaydınız çoxdan daimi olaraq bloklanmışdız. --Thunder Storm (müzakirə) 06:48, 26 avqust 2019 (UTC)
- Thunder Storm Akademik, AMEA müxbir üzv, professor, general, bütün Azərbaycanda tanınan şair, aşıq, rəssam və.s şəxslər nə vaxtdan qeyri-ensiklopedik olub? Vikipediya tarixçəsinə baxın, Qazax rayonu məqaləsində siz dediyiniz hər məlumatları mən qoymamışam. Son sildiyiniz Qapcıllı soyu haqqında məlumatıda başqa bir şəxs qoymuşdur. Hacı Mahmud Əfəndi, Əlimərdan bəy Topçubaşov, Rəşid Behbudov, Qalib bəy Vəkilov, İbrahim ağa Vəkilov, İbrahim ağa Usubov, Fərrux ağa Qayıbov, Cavad bəy Şıxlinski, Qaratel Hacımahmudova, Məmmədrza ağa Vəkilov, Muxtar Hacıyev, Mustafa bəy Vəkilov, Məmməd ağa Vəkilov, Əbdürrəhman ağa Dilbaz oğlu "Şair", Mustafa ağa Arif, Yaqut Dilbazi, Vidadi Babanlı, Nəvai Məmmədoğlu, Mehdixan Vəkilov, Əhməd Seyidov, İlyas Abdullayev, Rasim Əfəndiyev, Teymur Bünyadov, Şahin Mustafayev (alim), Ənvər Şıxlinski, Fərman Salmanov, Mustafa Hacıqasımov, Sona Vəlixan, Həsən İsazadə, Nazim Əfəndiyev (həkim), Məmmədəli Hüseynov, Nəcməddin Hacıyev (Dilbazi), Məqsəd Qocamanov, Fəxri Vəkilov, Səməd ağa Ağamalıoğlu, Hacı Kərim Sanılı, Əminə Dilbazi, Gövhər Qazıyeva, Müseyib Allahverdiyev, Müseyib Dilbazi, Aşıq Avdı Qaymaqlı, Ədalət Nəsibov,Qazaxlı Məmmədəli və.s kimi şəxslər niyə silinib? Belə şəxslərin adı ingilis və rus vikipediyasında nə vaxtsa silinib?Rüfət.S Aslanbəyli (müzakirə) 11:51, 26 avqust 2019 (UTC)
- Rüfət.S Aslanbəyli Xeyr, sadaladıqlarınız qeyri-ensiklopedik şəxslərdir və siyahıya əlavə oluna bilməz. Növbəti problem sizin yaratdığınız, qeyri-ensiklopedik şəxslər haqqında plagiat materiallarla zəngin məqalələrdir. Onlar da zamanla silinməlidir. İngilis və rus vikilərini nümunə göstərirsiz, amma bu cür fəaliyyəti siz həmin vikilərdə aparsaydınız çoxdan daimi olaraq bloklanmışdız. --Thunder Storm (müzakirə) 06:48, 26 avqust 2019 (UTC)
- Thunder Storm Silinən adlar içərisində çox görkəmli şəxslər var. Açın araşdırın. O adların içərisində bir neçə ölkədə tanınan din xadimləri, İlahiyyat alimləri, məhşur akademik, AMEA müxbir üzv, professorlar, SSRİ üzrə tanınmış generallar, məhşur idmançı və pəhləvanlar, məşhur şair və aşıqlar və.s sahədə görkəmli şəxslər var. Özünüzdə bilirsiniz ki, Qazax tərəflərdən çox məşhur şəxslər olub. 400-450 şəxs əlavə olunmasada xeyli əlavə olunmalıdır. Söhbət ondan gedir ki, bölmənin 90-95 faizi və tanınmış şəxslərin bir çoxu silinib.Rüfət.S Aslanbəyli (müzakirə) 22:32, 25 avqust 2019 (UTC)
- Rüfət.S Aslanbəyli Həmin yazılar mütləq silinməliydi, əgər Emin bəy onu silməsəydi mən siləcəkdim. Hansısa əsrdə Qazaxın hansısa kəndində yaşamış molla, yaxud hansısa rayonda işləyən polis zabiti ensiklopedik şəxs sayılmır, onlar mütləq silinməliydi. Görkəmli şəxslər hissəsinə yüzlərlə şəxsin adını yazmaq düzgün deyil.--Thunder Storm (müzakirə) 19:48, 25 avqust 2019 (UTC)
- Eminn həmkar Qazax rayonu məqaləsinin görkəmli şəxslər bölməsində şəxsləri niyə silmisiniz? Siz sildiyiniz adlar içərisində məsələn akademiklər var ki, onlar ölkə üzrə hansısa elmi sahənin əsasını qoymuş, elmi İnstitut direktoru olmuş ən məşhur alimlərdən sayılırlar. Dini şəxslər var ki, Azərbaycanda və bir neçə dövlətdə tanınırlar. Hərbiçilər, şairlər və digər sahələrdən çox məşhur şəxslərin adlarını silmisiniz. Alimlərdən cəmi 2-3 dənə alim adı qalıb Görkəmli şəxslər bölməsində. Sizin fikrinizidə anlayışla qarşılayıram. 400 neçəsə şəxs yerləşdirmək çoxdur. Ümid edirəm mənimdə fikrimi anlayışla qarşılayarsınız. Bir çox şəxsləri yenidən əlavə etmək lazımdır. Mənim kompyuterimdədə, vikipediya tarixçəsindədə var bu məlumatlar. Görkəmli şəxslər bölməsindən ruviki və bir çox vikipediyalarda geniş istifadə olunur. Bu bölməni ümumiyyətlə yığışdırmaq düz olmaz. Məncə hər şəhər və ya rayonun lazimi qədər tanınmış şəxsləri bu bölmədə qeyd olunmalıdır. Onların sayı hansısa rayonda az və ya çox ola bilər. Diqqətiniz üçün təşəkkürlər.Rüfət.S Aslanbəyli (müzakirə) 22:20, 23 avqust 2019 (UTC)
- Sizin son bir neçə həftədə yaratdığınız məqalələr "Qazax mahalının alimləri" kitabından copy-paste etməklə, yəni qadağan olunmuş plagiarizm üsulu ilə qeyri-ensiklopedik şəxslər haqqında yazılmış məqalələrdir. Xahiş edirəm bu cür fəaliyyətinizi dayandırın. İdarəçilərdən xahiş edirəm həmin məqalələrə diqqət yetirsinlər.--Thunder Storm (müzakirə) 17:38, 26 avqust 2019 (UTC)
- Thunder Storm Mənim son bir neçə həftədə yaratdığım məqalələr "Qazax mahalının alimləri" kitabından copy-paste edilməyib. Sadəcə həmin məlumatlarında köməyi ilə öz cümlələrimlə şəxslərin avtobiyoqrafiyası haqqında məqalələr yazmışam. Həmin şəxslərin professor elmi vəzifəsi var. Necə qeyri-ensiklopedik şəxs ola bilərlər? Əgər qaydaya tam uyğun deyilsə, mənə bildirilsə yazmaram həmin məqalələri. Mən yuxarıda təxmini 50 nəfər məşhur şəxs adı yazmışam. Həmin şəxslər niyə silinib? Sualıma cavab gəlmədi deyə yazdım.Rüfət.S Aslanbəyli (müzakirə) 21:03, 26 avqust 2019 (UTC)
- Rüfət.S Aslanbəyli, siyahıya yenə nəzər salıram. Əvvəlki qədər şəxsin qalması mümkünsüzdür. Amma ola bilər, 5-10 nəfər nəzərimdən qaçsın. Sizin qeyd etdiyiniz şəxslərdən bəzilərini yoxladım, Əlimərdan bəy Topçubaşov, Rəşid Behbudov Tbilisidə anadan olub.--Eminn ismarıc 21:57, 26 avqust 2019 (UTC)
- Eminn Mən demirəm əvvəlki qədər əlavə edək. Məqalənin bu bölməsi ilə məşğul olaram. Bir çox şəxslər yenidən əlavə olunmalıdır. Əlimərdan bəy Topçubaşov, Rəşid Behbudov Tbilisidə doğulublar, əslən ata tərəfdən Şuşadan, ana tərəfdən isə Qazaxdandırlar. Məncə bu rayonlarada əlavə etmək olar.Rüfət.S Aslanbəyli (müzakirə) 22:11, 26 avqust 2019 (UTC)
- Rüfət.S Aslanbəyli, siyahıya yenə nəzər salıram. Əvvəlki qədər şəxsin qalması mümkünsüzdür. Amma ola bilər, 5-10 nəfər nəzərimdən qaçsın. Sizin qeyd etdiyiniz şəxslərdən bəzilərini yoxladım, Əlimərdan bəy Topçubaşov, Rəşid Behbudov Tbilisidə anadan olub.--Eminn ismarıc 21:57, 26 avqust 2019 (UTC)
- Qazax rayonunda doğulan bütün ensiklopedik şəxslərin adının əlavə edilməsi yolverilməzdir. Vikipediya kataloq deyil. Sadəcə ən məşhurları əlavə etmək lazımdır.--NMW03 ✉ 23:56, 26 avqust 2019 (UTC)
- Məşhur 10 nəfərin adı qeyd edilsə bəs edər. --Araz Yaquboglu (müzakirə) 04:59, 27 avqust 2019 (UTC)
Mənə .MEPB formatında olan Movavi faylının MP4 formatına konvertasiya edilməsində kim yardımçı ola bilər?
Salam, üzr istəyirəm, amma mənə böyük kömək lazımdır. Belə ki, mən Movavi proqramında layihə yaratmışam və layihənin faylı .mepb formatında saxlanılıb. Layihəni feysbuk və ya digər sosial şəbəkəyə yerləşdirmək üçün, onu MP4 faylına konvertasiya etmək gərəklidir. Bunu edə biləcək proqramları tapa bilmirəm. Əgər bu mövzuda Siz mənə kömək edə bilsəz, Sizə öz sonsuz təşəkkürümü bildirərəm. Hörmətlə: --Farid Aliyev (müzakirə) 09:05, 22 avqust 2019 (UTC)
- Salam, Keete 37. Movavi proqramının özündə elə video faylı kimi saxlamaq olur. Bunun üçün hazırladığınız video proyektini (MEPB faylı) açdıqdan sonra menyudan "Dosya" --> "Videonu medya dosyası olarak kaydet" seçimini edin. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 11:11, 22 avqust 2019 (UTC)
- Çox hörmətli cənab Hüseynzadə, Sizinlə bu məsələ ilə bağlı feysbuk və ya instagramda müzakirə etmək istədiyim bəzi suallarım var. Əgər mümkünsə. Sizə hörmətlə: --Farid Aliyev (müzakirə) 14:13, 22 avqust 2019 (UTC)
- Hörmətli Fərid, Feysbuk hesabım var, ancaq aktiv istifadəçi deyiləm, İnstaqramda @yusif.hsyn hesabından əlaqə saxlaya bilərsiniz. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 14:43, 22 avqust 2019 (UTC)
- Çox hörmətli cənab Hüseynzadə, Sizinlə bu məsələ ilə bağlı feysbuk və ya instagramda müzakirə etmək istədiyim bəzi suallarım var. Əgər mümkünsə. Sizə hörmətlə: --Farid Aliyev (müzakirə) 14:13, 22 avqust 2019 (UTC)
Ana səhifədəki xəbərlər
Hər kəsi salamlayıram. Ana səhifədəki xəbərlərə diqqət çəkmək istərdim. Xəbərlər ya yenilənmir ya da dünyada aktual olan bir çox məsələlər ümumiyyətlə diqqətdən kənarda qalır. Ona görə təklif edirəm ya bu məsələnin icrası konkret olaraq idarəçilərdən birinə təhkim edilsin və adi istifadəçilər hansısa təklifləri olduqda ona müraciət etsinlər, ya da kaskad müdafiə qaldırılsın ki, adi istifadəçilər də xəbərlər əlavə edib bölməni zənginləşdirə bilsinlər. Hörmətlə --sefer azeri 10:27, 24 avqust 2019 (UTC)
- Çox yaralı və ağrılı bir nöqtəyə toxunduzunu cənab istifadəçi sefer azeri. Sözügedən bölmə bir zamanlar mənim tərəfimdən yaradılmışdı və həmin bölmənin daim aktiv olmasına çalışmış idarəçilərdən biri də, mən olmuşam. Azerifactory yoldaşın da, bu sahədəki fəaliyyətlərini qeyd etmək lazımdır. Təəssüf ki, bəzi idarəçilərimiz bu tipli texniki işlərin həyata keçirilməsində ümumiyyətlə fəaliyyətə malik deyillər. Mən heç kimi qınamıram və günahlandırmıram, ancaq sizlərdən soruşuram ki, bir idarəçi özü və ya atası haqqında məqalə yaradırsa, biz ondan necə labın arxivləşdirilməsini və ya hansısa bölməyə nəyinsə əlavə edilməsini xahiş və ya tələb edə bilərik ? Heç bir halda bunun tələb edilməsi mümkün ola bilməz və olmurda. Xəbərlər bölməsinə gəlincə isə çalışıram ki, həmin bölməyə həftədə 1-2 dəfə olsa nəsə bir xəbər əlavə edim və son xəbərdə 2 gün əvvəl mənim tərəfimdən əlavə edilmişdir. Əgər sizin və ya başqa bir istifadəçilərdən kiminsə əlavə edilməli xəbəri varsa, mənim facebook ünvanıma göndərə bilər.--Baskervill (müzakirə) 13:37, 24 avqust 2019 (UTC)
- Həmkarım Baskervill, siz hər hansı müzakirədə iştirak edərkən eləcə mənə atmacalı sözlərmi yazacaqsız? Sefer azeri hansı mövzunu açıb siz hansı mövzuda danışırsız. Məncə bəs edər. Mən sizə və bütün həmkarlarıma hörmətlə yanaşıram. Hansı fəaliyyətim xoşunuza gəlmirsə silə bilər və ya mənim fəaliyyətimi dayandıra bilərsiz. Sizdən çox xahiş edirəm istədiyinizi edin, mənə çatacaq sözləri isə birbaşa mənə yazın. --Araz Yaquboglu (müzakirə) 14:26, 24 avqust 2019 (UTC)
- Araz Yaquboglu mən heç bir halda heç kimə atmaca falan atmıram. Hesab edirəm ki, Azvikidə olan bütün problemlər bir-biri ilə sistemli formada əlaqəlidir və şəxsən mən bir idarəçi və bürokrat olaraq sözügedən problemlərdən və onların səbəblərindən yazmağı özümə borc bilirəm. --Baskervill (müzakirə) 16:21, 24 avqust 2019 (UTC)
- Təklif edirəm ki, 6 xəbər olsun, 3 dənə xarici, 3 dənə Azərbaycana aid. Ya da 4+1 (4 xarici + 1 yerli). Ne deyirsiz?--Azerifactory (müzakirə) 23:57, 25 avqust 2019 (UTC)
- Baskervill Vikipediya:Şəxsi hücum olmaz (!) qaydasında qeyd edildiyi kimi zəhmət olmasa İstifadəçilərin şəxsiyyətinə deyil, məqalələrin məzmununa diqqət yetirin. Və bunu artıq Araz Yaquboglu-ya qarşı 2-ci dəfədir təkrar edirsiz. Aşağıda da sizə eyni qaydada hörmətsizlik edilib. Unutmayın ki, həyat bir bumeranqdır. Hər hansı məqalənin ensiklopedikliyi ilə bağlı şübhəniz varsa onu müzakirəyə təqdim edə bilərsiz. İstifadəçilərin durduq yerə adını harda gəldi çəkmək lazım deyil. Mən bu müzakirəyə fikir bildirəsi idim. Sadəcə 1-2 gün gözlədim ki, bəlkə başqaları da yazar. Ancaq deyəsən AzVikidə istifadəçilər öz şəxslərinə qarşı hörmətsizlik olduğu təqdirdə müzakirələrə müdaxilə edirlər. Başqalarına qarşı bu cür qayda pozuntuları olduqda heçkəs birşey yazmır. Hamıya hörmətlə, Turkmen müzakirə 20:20, 27 avqust 2019 (UTC)
- Ana Səhifə Vikipediyanın güzgüsüdür və hal-hazırda heç də pis vəziyyətdə deyil. Azərbaycanla bağlı xüsusi bir limit qoymaq tərəfsizlik prinsipini pozur. Digər bölmələrimiz neytraldır. Məsələn Yaxşı və seçilmiş məqalələr Azərbaycandan ola da bilər, olmaya da bilər. Amma xəbərlər bölməsində əsasən ölkə gündəmində olan məsələlər yer alır. Bu, oxucularda Vikipediyanın Azərbaycanın ensiklopediyası olması ilə bağlı fikir yarada bilər. İndi hər gün onlarla xəbər yayılır, belə məqamda "Xəbərlər" bölməsi əslində hər gün yenilənməlidir. Əgər daima yenilənən xəbərlər bölməsinə nail ola bilmiriksə, ləğv edə bilərik. Həmçinin "Tarixdə bu gün" bölməsində də bəzi hallarda əhəmiyyətsiz hadisələr olur. Məsələn elə bu hadisə - "1992 — Azərbaycan Respublikası Qvineya Bisau ilə diplomatik əlaqələr qurmuşdur." - məncə, heç Azərbaycan üçün çox da əhəmiyyətli deyil. Təqvim günləri ilə bağlı bütün məqalələrdə "Azərbaycanda olan hadisələr" başlığını ləğv etmək lazımdır.--Eminn ismarıc 21:38, 27 avqust 2019 (UTC)
- Turkmen zəhmət olmasa mənimlə nida ilə danışmayın. Sizin qarşınızda uşaq yoxdur. Sözün düzünü demək, heç bir halda şəxsi hücum kimi qəbul edilə bilməz. Cənab Eminn Xəbərlər bölməsi artıq 3 ildən bir qədər azdır ki, Azvikidə fəaliyyət göstərir və həmin bölməni son zamanların ən uğurlu bölməsi belə adlandırmaq mümkündür. Harada yazılıb ki, "Xəbərlər" bölməsi əslində hər gün yenilənməlidir ? Milyonluq məqalə bazasına malik vikipediyaların xəbərlər bölməsi belə hər gün yelilənmir. Həmin bölmənin ləğv edilməsi böyük bir səhvdən başqa bir şey olmaz. --Baskervill (müzakirə) 22:05, 27 avqust 2019 (UTC)
- Ana Səhifə Vikipediyanın güzgüsüdür və hal-hazırda heç də pis vəziyyətdə deyil. Azərbaycanla bağlı xüsusi bir limit qoymaq tərəfsizlik prinsipini pozur. Digər bölmələrimiz neytraldır. Məsələn Yaxşı və seçilmiş məqalələr Azərbaycandan ola da bilər, olmaya da bilər. Amma xəbərlər bölməsində əsasən ölkə gündəmində olan məsələlər yer alır. Bu, oxucularda Vikipediyanın Azərbaycanın ensiklopediyası olması ilə bağlı fikir yarada bilər. İndi hər gün onlarla xəbər yayılır, belə məqamda "Xəbərlər" bölməsi əslində hər gün yenilənməlidir. Əgər daima yenilənən xəbərlər bölməsinə nail ola bilmiriksə, ləğv edə bilərik. Həmçinin "Tarixdə bu gün" bölməsində də bəzi hallarda əhəmiyyətsiz hadisələr olur. Məsələn elə bu hadisə - "1992 — Azərbaycan Respublikası Qvineya Bisau ilə diplomatik əlaqələr qurmuşdur." - məncə, heç Azərbaycan üçün çox da əhəmiyyətli deyil. Təqvim günləri ilə bağlı bütün məqalələrdə "Azərbaycanda olan hadisələr" başlığını ləğv etmək lazımdır.--Eminn ismarıc 21:38, 27 avqust 2019 (UTC)
- Baskervill Vikipediya:Şəxsi hücum olmaz (!) qaydasında qeyd edildiyi kimi zəhmət olmasa İstifadəçilərin şəxsiyyətinə deyil, məqalələrin məzmununa diqqət yetirin. Və bunu artıq Araz Yaquboglu-ya qarşı 2-ci dəfədir təkrar edirsiz. Aşağıda da sizə eyni qaydada hörmətsizlik edilib. Unutmayın ki, həyat bir bumeranqdır. Hər hansı məqalənin ensiklopedikliyi ilə bağlı şübhəniz varsa onu müzakirəyə təqdim edə bilərsiz. İstifadəçilərin durduq yerə adını harda gəldi çəkmək lazım deyil. Mən bu müzakirəyə fikir bildirəsi idim. Sadəcə 1-2 gün gözlədim ki, bəlkə başqaları da yazar. Ancaq deyəsən AzVikidə istifadəçilər öz şəxslərinə qarşı hörmətsizlik olduğu təqdirdə müzakirələrə müdaxilə edirlər. Başqalarına qarşı bu cür qayda pozuntuları olduqda heçkəs birşey yazmır. Hamıya hörmətlə, Turkmen müzakirə 20:20, 27 avqust 2019 (UTC)
- Həmkarım Baskervill, siz hər hansı müzakirədə iştirak edərkən eləcə mənə atmacalı sözlərmi yazacaqsız? Sefer azeri hansı mövzunu açıb siz hansı mövzuda danışırsız. Məncə bəs edər. Mən sizə və bütün həmkarlarıma hörmətlə yanaşıram. Hansı fəaliyyətim xoşunuza gəlmirsə silə bilər və ya mənim fəaliyyətimi dayandıra bilərsiz. Sizdən çox xahiş edirəm istədiyinizi edin, mənə çatacaq sözləri isə birbaşa mənə yazın. --Araz Yaquboglu (müzakirə) 14:26, 24 avqust 2019 (UTC)
- Ana səhifə ilə bağlı açılan mövzuda, Araz Yaquboglu adlı idarəçinin yeni istifadəçi olan vaxtları atası ilə bağlı yaratdığı məqaləni üzünə vurmaq fikrimcə düzgün addım deyil cənab Baskervill. Həyatda hamının yanlış addımları olur və elə bir şəxs yoxdur ki, qüsuru olmasın. Mənim sizə də, sizin idarəçi kimi fəaliyyətinizə də böyük hörmətim var, amma özünüzdən böyük bir şəxsə bu cür cavabınızı düzgün addım hesab etmirəm. Hörmətlə.--Maqamedd (müzakirə) 18:41, 28 avqust 2019 (UTC)
2 günlüyünə buradayam...
Salam dostlar. 2 gün (bu gün və sabah) burada olacam. İyuldan bu tərəfə nələr dəyişib burada ? Yeni qaydalar var ? CalalC99(mesaj) 12:58, 24 avqust 2019 (UTC)
- Məzuniyyətə gəlmisən yoxsa hərbi hissədən yazırsan ? Ciddi bir dəyişiklik yoxdur, hər şey yaxşıdır. Sənin hərbi xidmətin necə keçir cənab əsgər. Baskervill (müzakirə) 13:30, 24 avqust 2019 (UTC)
- 2 günlüyünə icazə almışam sadəcə. Bir həftəliyə almaq istəyirdim, amma icazə vermədilər. Elədə maraqlı deyil hərbi xidmət :-) P. S. Heç medallada təltif etmədilər. CalalC99(mesaj) 13:30, 24 avqust 2019 (UTC)
- Hərbi hissədən necə icazə almısan ki ? 1 illik həqiqi hərbi xidmət müddətində, hər bir müdavim üçün nəzərdə tutulmuş 10 günlük məzuniyyət müdddəti 6 aydan tez verilmir. Sən isə 2 ay bundan əvvəl hərbi xidmətə getmisən. O ki, qaldı sənə hansısa mükafatın verilib-verilməməsi məsələsinə, nəzərə al ki, hər 3 aydan bir 20-25 min adam hərbi xidmətə yollanır və bütün əsgərlərin hərəsinə bir mükafatın verilməsi mümkünsüz və mənasızdır. Baskervill (müzakirə) 16:22, 24 avqust 2019 (UTC)
- Medal barəsində zarafat edirəm. Qaydaları məndə bilirəm. İcazə almışamda, hər şeyin detallarını bilməlisən?! :-) Hər şeyin, ruslar demiş отчет-unu sizə veməliyəm?! 2 günlüyünə gəlmişəm, dedim girim 1-2 məqalədə yaradım, əlim alışqanlığını itirməsin. O dəqiqə başlamısınız sorğu-sual etməyə. Hər addımımım izahıtını sizə verməliyəm?! Sizin buranın nəzarətçisisiniz?! CalalC99(mesaj) 07:50, 25 avqust 2019 (UTC)
- Hərbi hissədən necə icazə almısan ki ? 1 illik həqiqi hərbi xidmət müddətində, hər bir müdavim üçün nəzərdə tutulmuş 10 günlük məzuniyyət müdddəti 6 aydan tez verilmir. Sən isə 2 ay bundan əvvəl hərbi xidmətə getmisən. O ki, qaldı sənə hansısa mükafatın verilib-verilməməsi məsələsinə, nəzərə al ki, hər 3 aydan bir 20-25 min adam hərbi xidmətə yollanır və bütün əsgərlərin hərəsinə bir mükafatın verilməsi mümkünsüz və mənasızdır. Baskervill (müzakirə) 16:22, 24 avqust 2019 (UTC)
- 2 günlüyünə icazə almışam sadəcə. Bir həftəliyə almaq istəyirdim, amma icazə vermədilər. Elədə maraqlı deyil hərbi xidmət :-) P. S. Heç medallada təltif etmədilər. CalalC99(mesaj) 13:30, 24 avqust 2019 (UTC)
Görkəmli və məşhur terminləri
Son zamanlar, "görkəmli" və "məşhur" kimi qeyri-ensiklopedik terminlər bəzi məqalələrdə istifadə olunur. Məncə bu sözlər ensiklopediyada istifadə olunmalı deyl. Çünki piar və populizm kimi görünür. "Məşhur" ancaq "tanınmış" statusu kimi istifadə olunmalıdır.--Azerifactory (müzakirə) 16:45, 26 avqust 2019 (UTC)
- Hörmətli Azerifactory, Vikimübaliğə qaydaları bir müddət öncə qəbul olunub. — Toghrul Rahimli • M/F 20:32, 26 avqust 2019 (UTC)
- Toghrul Rahimli, super! Bunu bilmirdim--Azerifactory (müzakirə) 21:52, 26 avqust 2019 (UTC)
İmperiya, knyazlıq, krallıq və s. sözlər
Salam. Bu müzakirəni keçən il açmaq istəyirdim, ancaq həmişə yadımdan çıxırdı. Bu məsələ məni həmişə çaşdırdığından getdim bir gün ədəbiyyat müəllimimdən soruşdum və dedi ki, "İmperiya kimi sözlər kiçik hərflə yazılır. Məsələn, Rusiya imperiyası". Bu, respublika sözünə şamil olunmur. Bir neçə mənbə var ki, bunu sübut edir ([1], [2], [3], [4]. İcazənizlə, bu məsələyə şamil olan bütün məqalə adlarını dəyişim. --► Hörmətlə: SolaVirum 07:12, 27 avqust 2019 (UTC)
- Salam, Solavirum. Əliniz dəymişkən, zəhmət olmasa, Ahmet Ümit, Ahmet Taner Kışlalı, Ahmet Özhan və Ahmet Mete Işıkara məqalələrinin adlarını da Azərbaycan dilinə uyğunlaşdırasan. Son zamanlar kompüterdən istifadə edə bilmirəm deyə dəyişə bilmirəm. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 11:33, 27 avqust 2019 (UTC)
- Təşəkkür. -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 23:41, 27 avqust 2019 (UTC)
Silinmiş məqalə
Hər kəsə salam. Birdəfəlik tibbi şprislərin istehsalı adlı məqaləmin silinmə səbəbi izah olunmadan İstifadəçi:NMW03 həmkarımız tərəfindən silinib. Qeyd edim ki, bu ilk Azərbaycanda açılan zavoddur. Yetərincə material var haqqında. Xahiş edirəm idarəçilərdən nəzər yetirəsiniz. --Həlimə (müzakirə) 08:00, 27 avqust 2019 (UTC)
- Səbəb qeyri-ensiklopedik olmasıdır. Həmçinin məqalədə çoxsaylı ensiklopedik olmayan cümlələr mövcuddur.--NMW03 ✉ 08:09, 27 avqust 2019 (UTC)
- Siz məqaləni müzakirəyə çıxartmamışdan öncə öz istəyinizə uyğun silirsiniz. Vikipediyanın qaydalarına ziddir. Siz müzakirəyə çıxardıb ondan sonra silə bilərsiniz. Mən məqaləyə İş gedir şablonu qoymuşam. Buda o deməkdirki üzərində işləyib ensklopedik vəziyyətə gətirəcəyəm. Siz isə öz istəyinizə uyğun hərəkət edirsiniz. --Həlimə (müzakirə) 09:31, 27 avqust 2019 (UTC)
- Hörmətli NMW03, VP:İF qaydalarının, Vikipediya istifadəçilərinə münasibət bölməsinin 6-cı bəndini pozursunuz. Zəhmət olmasa qaydaları təkrar təkrar oxuyun. Qaydaları bilmək və onları pozmamaq idarəçilərin borcudur. Bunu unutmayın. Hörmətlə--eldarado ✉ 16:52, 30 avqust 2019 (UTC)
- Həlimə, məqaləni oxuyanda başa düşmək olur ki qətiyyən ensiklopedik deyil. Eldarado, bu mövzunu yenidən açmaq istəmirəm. Qaydaları bilmək və onları pozmamaq idarəçilərin borcudursa niyə neytrallıq prinsipini pozmusunuz?--NMW03 ✉ 17:43, 30 avqust 2019 (UTC)
- Ola bilər, fikrinizi ifadə etməkdə azadsınız. Lakin əsasınız olmadıqdan sonra mənasızdı belə cümlələr yazmaq. Yaxşı olar ki, daha səmərəli fəaliyyətlə məşğul olasınız. Eynən idarəçi seçilməmişdən öncəki kimi. O zamanlar daha xeyirli istifadəçi idiniz. Hörmətlə--eldarado ✉ 23:31, 30 avqust 2019 (UTC)
- Eldarado, Nəriman müzakirəni öz keyfindən açmayıb, heç özü belə açmayıb, onu müzakirəyə cəlb edib, idarəçinin şəxsi müzakirə səhifəsində yazmaq yerinə Kənd meydanında səhnə yaradırlar. "Yaxşı olar ki, daha səmərəli fəaliyyətlə məşğul olasınız." cümləsi çox dəxilsizdir. --► Hörmətlə: SolaVirum 00:09, 31 avqust 2019 (UTC)
- Hörmətli Solavirum, ilk olaraq qeyd edim ki, müraciətim sizə deyildir və bu ilk hal deyil ki, Nəriman bəyin yerinə cavablar verirsiniz. Eyni zamanda bir-birinizin tərəfini tutursunuz açıq şəkildə. Bu sizin üçün sadəcə tərəfli fəaliyyətdən başqa bir məna kəsb etməsə də, Nəriman bəy üçün kəsb edir. Çünki o idarəçidir və tərəfli fəaliyyəti olmamalı, ona ünvanlanan müraciətlərə vaxtında və müstəqil şəkildə cavab verməlidir. Bununla bağlı aşağıda daha bir qaydanı xatırladacağam: Fəaliyyətinizdə sərbəst olun, heç kimin təsiri altına düşməyin və kiminsə xoşuna gəlməyə çalışmayın. Unutmayın ki, fəal istifadəçilər Vikipediyada baş verənləri və bütün müzakirələri izləyirlər. Hörmətlə --eldarado ✉ 15:56, 31 avqust 2019 (UTC)
- Eldarado, bu mövqeyiniz çox bərbaddır. Məni açıq-aşkar şəkildə yaltaqlıq ilə günahkarlandırırsınız. İkicisi, belə mövzularda üçüncü şəxsin müdaxiləsi zəruridir. Bəlkə də bunu bilmədiyinizdən 3 gündür davam edən Kürdüstan məqaləsindəki redaktə müharibəsinə məhəl qoymursunuz. --► Hörmətlə: SolaVirum 16:11, 31 avqust 2019 (UTC)
- P.S. filan şəxs başqa şəxsin haqqlı olduğunu düşünə bilər. Bu, yaltaqlıq deyil. Həmçinin, Nəriman nə vaxt mənim tərəfimi tutdu? --► Hörmətlə: SolaVirum 16:12, 31 avqust 2019 (UTC)
- İdarəçinin tərəfli fəaliyyəti olmamalıdırsa bəs niyə neytrallıq prinsipini kobud şəkildə pozan müzakirəni başlatmısınız? Məncə başqalarının fəaliyyətinə baxmaq yerinə ilk öncə öz fəaliyyətinizə baxsanız daha yaxşı olar Eldarado.--NMW03 ✉ 17:06, 31 avqust 2019 (UTC)
- Hörmətli Solavirum, mən kimsəni günahkarlandırmadım və buna yaltaqlıq adı qoymadım. Mən sadəcə qaydaları xatırlatdım və onlara əməl etməyə nəzakətli formada dəvət etdim. Bərbaddır, yaxşıdır, pisdir bunlar sizin öz fikirləriniz və yanaşmalarınızdır. Mən isə qaydalardan danışıram. Mövzuya müdaxilə ayrıdır, şəxsin yerinə cavab vermək ayrı. Kürdüstan məqaləsinə gəldikdə isə bir müddət vikiyə vaxt olmadı daxil olmağa, vaxt olduqca keçmiş mövzuları yoxlayacağam. Hansısa mübahisəli məsələ varsa müzakirə səhifəmə və ya İdarəçilərə müraciətə yaza bilərsiniz. Hörmətli NMW03, artıq sayını unutmuşam bəlkə 8-ci bəlkə də 10-cu dəfədir ki, eyni sözü deyib, eyni mövzuda məni günahlandırırsız. Hər dəfəsində cavab versəm də yenə də onu bayraq edirsiz əlinizdə. Açığı belə bir hal gözləməzdim sizdən. İdarəçiliyin fəaliyyətinizə təsir etməyəcəyini düşünürdüm. İradları qəbul etməyi bacarmalıyıq. Uğurlar hər ikinizə də--eldarado ✉ 18:17, 31 avqust 2019 (UTC)
Ворвань, Blubber - azərbaycanca tərcüməsi
Salam, Rus Vikipediyasında bu cür [5], ingilis dilində isə bu cür [6] məqalələr vardır Rus dilində Ворвань, ingilis dilində isə Blubber - öldürülmüş balinalardan əldə edilən piydən hazırlanan yağ məhsulunun adıdır. Müxtəlif dillərdə bu yağ fərqli formalarda adlandırılır. Ancaq azərbaycan dilində bu sözün analogiyası ümumiyyətlə yoxdur. Təklif edirəm yeni söz fikirləşib tapaq, çünki yaratdığım məqaləyə bu söz olduqca gərəklidir. --Farid Aliyev (müzakirə) 12:03, 29 avqust 2019 (UTC)
- Həmin sözün Azərbaycan dilinə tərcüməsi "balina yağı"dır.--127-ci yapon imperatoru 12:18, 29 avqust 2019 (UTC)
- Vikipediyaçıların yeni söz yaratmaq səlahiyyətləri yoxdur. Lüğətdə nədirsə onu istifadə etməliyik.--NMW03 ✉ 15:25, 29 avqust 2019 (UTC)
- İş orasındadır ki, lüğətdə də söz yoxdur. Yəni niyə bizim dilimizdə mütləq söz birləşməsi olmalıdır. Başqa dillərdə bu bir sözlə ifadə edildiyi halda... --Farid Aliyev (müzakirə) 15:35, 29 avqust 2019 (UTC)
- Çünki Azərbaycan dili söz baxımından zəngin deyil. İngilis dilindəki "destroyer" sözü bizim dilə "eskadra mina gəmisi" kimi tərcümə olunur, bu da fərqli vəziyyət deyil.--127-ci yapon imperatoru 16:07, 29 avqust 2019 (UTC)
- Tərcümədə yaxşı olan biri varsa, "Тонкоигольная аспирационная пункционная биопсия" sözünün tərcüməsini də deyə bilər? :) -- ⚡ 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 10:06, 31 avqust 2019 (UTC)
- Çünki Azərbaycan dili söz baxımından zəngin deyil. İngilis dilindəki "destroyer" sözü bizim dilə "eskadra mina gəmisi" kimi tərcümə olunur, bu da fərqli vəziyyət deyil.--127-ci yapon imperatoru 16:07, 29 avqust 2019 (UTC)
- Fərid bəyin fikiri həqiqətəndə anlaşılmazdır. Bəyəm bizdə balına var ki, onula bağlı fikiri bir sözlə ifadə etmək olsun. Hansı xalqın yaşadığı ərazidə hansı ortam varsa ona da uyğun sözlər meydana gəlir. Məsələn Azərbaycanda qoyunçuluq ən inkişaf etmiş sahə olub. Bu sahə ilə bağlı o qədər söz varki, nə rus nə də ingilis dillərində yoxdur. Misal: Şişəy, toğlu, aşıq, xalı, palaz, kilim, qapalağ, yatağ, yapınçı və s və ilaxır. Niyə ondan bizdə yoxdur demək məntiqə uyğun deyil--Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 10:30, 31 avqust 2019 (UTC)