Vikipediya Kend Meydani Arxiv Aprel 2020 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Qaydalardakı dəyişikliklər
Hər kəsəs salam. Bu gün idarəçilər arasında video konfrans şəkilində görüşümüz baş tutdu. Təssüf ki, bütün idarəçilər iştirak edə bilmədi. Ümid edirəm ki, növbəti görüşlərdə hər kəs iştirak edəcək. Məlumdur ki, son vaxtlar hamının vikipediyaya ayıracaq vaxtı çox olduğu üçün düşündük ki, azərbaycanca vikipediyada mövcud olan problemlərin aradan qaldırılması üçün çalışaq. Bir sıra mövzular haqqında müzakirələr apardıq. Bunlar arasında laboratoriya, Silinməyə namizəd səhifələr, Səhifə silmə kriteriyaları qaydaları, Logo üzərinə #evdəqal həştəqinin əlavə olunması :), Ensiklopedik əhəmiyyətlilik qaydaları və s. mövzularda geniş müzakirələr apardıq və iki mövzunun həlli üçün əsaslı addımlar atmağı qərara aldıq. Hər iki mövzu haqqında aşağıda fərqli alt başlıqlarda məlumat verəcəyəm.
Laboratoriya
Məqalələrə statusların verilməsi prosesini köklü olaraq dəyişməyi düşünürük. İlk olaraq qeyd edim ki, iki hissədən ibarət olan səsvermə prosesini ləğv edib bir hissədən ibarət olan minimum 15 günlük müzakirə müzakirə müddəti təyin olunacaq. Məqalələrin müzakirəyə qəbul olunmasını və yekunlaşdırılmasını bu işdə könüllü olan 3 idarəçi (bürokrat da ola bilər) həyata keçirəcək. Bu 3 idarəçi özü könüllü olaraq bu işi öz öhdəsinə götürmək üçün müraciət edə və ya imtina edə bilər. Misal üçün istifadəçi hazırladığı məqalənin seçilmiş məqalə, yaxşı məqalə və ya seçilmiş siyahı olaraq üç statusdan birini seçərək müraciət edəcək. Bu işə baxan 3 idarəçi məqaləni yoxlayıb müzakirə müddətini başladacaq. Daha sonra bu müzakirəyə əsasən yekun qərarı da həmin bu üç idarəçi yerinə yetirəcək. Yekunlaşdırmaya etirazı olanlar isə etirazlarını İdarəçilərə müraciət səhifəsindən bürokratlara ünvanlaya bilərlər. Hər birinizi bu yeniliklər bağlı müzakirəyə dəvət edirəm.
PS: Bu işdə könüllü olmaq istəyən və davamlı olaraq laba nəzarət edə bilrəcək idarəçilər də bununla bağlı burada yaza bilərlər.
- Lehinə: — eldarado ✉ 17:36, 28 mart 2020 (UTC)
- Lehinə: — Maqamedd (müzakirə) 17:45, 28 mart 2020 (UTC)
- Lehinə: üç idarəçidən Toghrul Rahimli və Eminni məsləhət bilərdim. — Araz Yaquboglu (müzakirə) 19:04, 28 mart 2020 (UTC)
- Lehinə: həmin üç könüllü idarəçilərdən biri mən ola bilərəm. Məqalənin ümumi vikiqaydalara (stil kitabçası, şablonlarda istifadə və s.) uyğun hazırlanmasına xüsusi diqqət edə bilərəm. Hörmətlə — Toghrul Rahimli • M/F 09:00, 29 mart 2020 (UTC)
- Lehinə: — Turkmen müzakirə 13:11, 29 mart 2020 (UTC)
- Lehinə: Əla. Neçə vaxtdır bunu deyirdim. İnşallah idarəçi, bürokrat seçkisi filan da bu cür olar. Belə də olmalıdır əslində.— samral müzakirə 16:42, 29 mart 2020 (UTC)
- Lehinə:— Sortilegus (müzakirə) 21:33, 29 mart 2020 (UTC)
- Əleyhinə: Azvikidə kifayət qədər idarəçi və istifadəçi fəallığı yoxdur və yaxın 5 il ərzində də olma ehtimalı görünmür. İngilis, rus, polyak kimi on minlərlə aktiv idarəçi və istifadəçilərə sahib vikipediyalardakı bu tipli təcrübələrin bizim vikipediyaya tətbiq edilməsinin gələcəkdə ciddi fəsadlarını görə bilərik. Fakt ondan ibarətdir ki, 15 idarəçinin heç birinə (içi mən qarışıq) sən bu gündən bu işi görəcəksən tipli bir məsuliyyəti üzərinə yükləmək yaxşı heç nə vəd etməyəcək. İdarəçilərimiz var ki, ümumiyyətlə labda gedən müzakirə və səsvermələrdə iştirak etmirlər. Adam girib 1 səsi belə vermirsə, niyə hansısa başqa idarəçi həmin fəaliyyətsiz idarəçinin əziyyətini çəkməlidir ? Əgər hər həftə Ana səhifədə hansısa bir bölmə bir necə saatlıq belə olsa boş qalırsa, müzakirə əsaslı qərar qəbuletmə mexanizmlərindən danışmaq əbəsdir. Sadəcə bəzi yoldaşlara izah etmək, başa salmaq lazımdır ki, vətəndaş, hər yazdığın məqaləni laba təqdi etmə . Laboratoriya sisteminin möhtəşəm olduğunu iddia etmirəm, ancaq indiki vəziyyətdə saxlanılmasının tərəfdarıyam. — Baskervill (müzakirə) 05:33, 30 mart 2020 (UTC)
Əleyhinə: İdarəçilərə məhdudiyyət qoyulmasına ehtiyac yoxdur.— Nicat49 ⋠müzakirə⋡ 19:10, 30 mart 2020 (UTC)Əleyhinə: Digər idarəçilərə məhdudiyyətin qoyulması məntiqsizdir. Bu qədər idarəçi ola ola məqalələr bəzən günlərlə baxılmamış qalır. 3 nəfərə etibar etsək ümumiyyətcə çətin olar işimiz. Üstəgəl neçə dəfə olub ki idarəçilər məqaləni oxumadan səsverməyə qoyublar. Əgər dəyişiklik olacaqsa bu çatışmayan cəhətlərə nəzərən olsun.— Rəcəb Həsənbəyov (müzakirə) 14:39, 31 mart 2020 (UTC)Əleyhinə:-- Şöhrət✉ 14:54, 1 aprel 2020 (UTC)
- Lehinə: İdarəçilərə məhdudiyyət qoyulmasına görə— Azerifactory (müzakirə) 01:57, 2 aprel 2020 (UTC)
- Lehinə: İki mərhələnin bir mərhələyə dəyişdirilməsi mütləqdir. Mümkün qədər sadələşdirmək effekt verəcək.— Eminn ismarıc 18:30, 4 aprel 2020 (UTC)
- Lehinə: Məqalələrin ikimərhələli seçilməsi məncə çoxdan ləğv edilməli idi. Mənası nə idi mənə hələ də çatmır. 3 adminin seçilməsi isə yaxşıki ləğv edildi. Fikrimcə, onsuz son dövrlərdə müəyyən qədər lab-dakı məqalələrin səsverməsi zamanı müzakirələr açılırdı. İstənilən müzakirələrin keçməsi məsələsində adminlərin üzərinə böyük yük düşəcək. Ümid edirəm istifadəçilər bu prosesdə yetəri qədər təşviq edilərlər və hər şey ədalət prinsiplərinə əsaslanar. Uğurlar.— Qızılbaş (müzakirə) 00:23, 5 aprel 2020 (UTC)
- Lehinə: Mövqeyimi lehinə olaraq dəyişirəm.-- Şöhrət✉ 06:44, 5 aprel 2020 (UTC)
- Əleyhinə: - İdarəçilərin səlahiyyətlərini artırmağa yarayır bu. İdarəçilər bu qədər səlahiyyətə malik olmamalıdır. Niyə məhz ancaq idarəçilər? İdarəçilər əqli cəhətdən idarəçi olmayan istifadəçilərdən üstün sayılırlar? Ancaq idarəçi statusu almış istifadəçilərin öhdəsinə buraxılmamalıdır hər şey. HulaguKaan (müzakirə) 00:25, 8 aprel 2020 (UTC)
- Lehinə: — əvvəlki birinci mərhələ kimi olacaqsa mən razı. Ümidvaram idarəçilər də məqalələri namizəd siyahısında çox gözlətməzlər. — Rəcəb Həsənbəyov (müzakirə) 09:55, 8 aprel 2020 (UTC)
- Lehinə:— Drabdullayev17 (müzakirə) 15:33, 8 aprel 2020 (UTC)
Şərhlər
Salam. İki hissədən ibarət olan səsvermə prosesinin ləğvini düzgün hesab edirəm. Lakin bəzi məqamlar müəmmalı qaldı. 1) Ümumilikdə laboratoriya prosesini 3 idarəçinin ixtiyarına buraxılması, digər 12 idarəçinin hüquqlarına nə dərəcədə təsir edəcək ? 2) Könüllü olmağa hazır olan idarəçilər bunu konkret 3 idarəçi qaydası qəbul olunmadan da edə bilməzlərmi ? Hörmətlə.— Nicat49 ⋠müzakirə⋡ 18:53, 28 mart 2020 (UTC)
- Nicat49, 3 idarəçinin təyin olunmasının əsas məqsədi şəffaflığın təmin olunmasıdır. Bəzən boş qalır lab.a namizəd səhifəsi, bəzən də ciddi yoxlanılmadan qəbul edilir. Müəyyən idarəçilər bu işdə məsuliyyəti üzərilərinə götürsə bir dəqər vəziyyət yaxşılaşar. 1) Zatən laba 2-3 idarəçi baxır son zamanlar, digərləri çox nadir hallarda müdaxilə edirlər. Yeni qaydalardan sonra isə istənilən idarəçi hər bir mərhələdə fikir bildirə bilərlər. Sadəcə qəbul olunma və yekunlaşdırma bu 3 idarəçidən biri etməli olacaq. 2) Könüllü 3 idarəçi təklifi qəbul olunmasa indiki kimi olacaq. Hansı ki, indiki vəziyyətdən siz də narazısınız.(açdığınız müzakirəyə əsasən) Hörmətlə — eldarado ✉ 19:57, 28 mart 2020 (UTC)
Şərh: Mənim fikrimcə isə bu 3 idarəçidən biri əgər özü də razı olarsa Nicat49 olsun. Hər dəfə laba daxil olan məqalələri diqqətlə yoxladığından hamımız əminik. — eldarado ✉ 20:00, 28 mart 2020 (UTC)
- Cavab: Eldarado olar. — Araz Yaquboglu (müzakirə) 20:05, 28 mart 2020 (UTC)
Göstərdiyiniz etimada görə minnətdaram. Lakin qəbul olunma və yekunlaşdırma işini görəcək 3 şəxs, bunu 12 digər idarəçidən bu hüquq alınmasa da edə bilər. Niyə mütləq digər idarəçilərdən bu hüquq alınmalıdır ki ? Etmək istəyən etsin. Eyni zamanda düşünürəm ki, bu müzakirənin "laboratoriya" hissəsi idarəçilərə aid olduğundan, bu hissənin səsverməsi İdarəçi müzakirəsi səhifəsinə köçürülsün. :Eldarado mən sadəcə qeyd etmişdim ki, laboratoriyaya məqalə əlavə edərkən daha diqqətli olmalıyıq, həmçinin səsverməni yekunlaşdırarkən tərəfli səslər ləğv olunsun. Bu günə qədər heç bir yekunlaşdırmadan narazılığım olmayıb. Hörmətlə.— Nicat49 ⋠müzakirə⋡ 23:15, 28 mart 2020 (UTC)
- Nicat49 kimi düşünürəm.— Azerifactory (müzakirə) 04:03, 29 mart 2020 (UTC)
- @Nicat49,-un digər idarəçilərdən bu hüququn bir növ əlindən alınması ilə bağlı fikirləri ilə razıyam. Məncə, vaxt qoyula bilər. Məsələn, bir həftə ərzində idarəçilərin hər üçü müəyyən səbəbdən aktiv olmazsa, digərləri qəbul etsinlər. Bununla gecikmələr də baş verməz, fikrimcə. — Toghrul Rahimli • M/F 09:04, 29 mart 2020 (UTC)
- Sualım ondan ibarətdir ki, qaydalar dəyişdirilsə belə onlara əməl edən olacaqmı? Gördüyüm qədəri ilə mövcud qaydalara əməl edən yoxdur, həm istifadəçilər, həm də idarəçilər laboratoriyaya məqalə çıxarılarkən qaydaları dəfələrlə kobud şəkildə pozublar, yaxşı məqalə standardlarına cavab verməyən onlarla məqalə səsverməyə çıxarılıb və status alıb. Qaydaları dəyişməzdən qabaq qaydalara əməl olunmasına nəzarət gücləndirilməlidir.— Thunder Storm (müzakirə) 12:28, 29 mart 2020 (UTC)
- Etirazlara əsasən, 3 idarəçi məsələsi təklifdən çıxarıldı. İlkin olaraq bir mərhələləri prosesə keçiv və səsvermənin müzakirə ilə əvəz olunması təklifi müzakirə olunsun. Hörmətlə — eldarado ✉ 08:58, 31 mart 2020 (UTC)
- Salam hörmətli Nicat49, Baskervill, Rəcəb Həsənbəyov, Şöhrət, Azerifactory qeyd etdiyiniz etiraza səbəb olan idarəçilərə məhdudiyyət hissəsi təklifdən çıxarıldı. Yalnız 1 mərhələdən ibarət olması və səsvermənin müzakirə ilə əvəz olunması təklifi qüvvədədir. Zəhmət olmasa təklifi yenidən dəyərləndirin və fikirlərinizi qeyd edin. Hörmətlə — eldarado ✉ 16:16, 4 aprel 2020 (UTC)
Yekunlaşdırma
- Qəbul edildi - konsensus əldə edilmişdir. Xeyirli uğurlu olsun!— Turkmen müzakirə 13:41, 13 aprel 2020 (UTC)
Ensiklopedik əhəmiyyətlilik
Digər mövzu isə ensiklopedik əhəmiyyətlilik qaydalarıdır ki, uzun zamandır müzakirə edirik və artıq qaydaları qüvvəyə mindirməyi düşünürük. İlk olaraq Ensiklopedik əhəmiyyətlilik (elm xadimləri) qaydasından başlamağı qərara aldıq. İlkin olaraq müzakirə müddəti olacaq. Qaydalara hər hansısa əlavələriniz və ya dəyişiklik təklifləriniz varsa burada açılan müzakirəyə fikirlərinizi bildirə bilərsiniz. Daha sonra isə qaydanın qəbulu üçün əsas səsvermə müddəti başladılacaq. Hörmətlə — eldarado ✉ 17:21, 28 mart 2020 (UTC)
- Sual:-- Kimlər ensiklopedik sayılır və ensilopedik sayılmır? Deyə bilərsiz? — Bu imzasız yazı WikiAlieff018 (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib;
- Digər dillərdə məqaləsi olan şəxslər avtomatik ensiklopedik sayıla bilər. Bundan başqa yazdığı kitabın ISBN kodu varsa həmin şəxs də ensiklopedik sayılsın.— Thunder Storm (müzakirə) 12:23, 29 mart 2020 (UTC)
Bitərəf: Ensiklopedik əhəmiyyətlilik qaydaları bütün başlıqlar üzrə hazırlanmalı və Azərbaycan üçün xüsusi standartlar qəbul olunmalıdır. Hesab edirəm ki, bu qaydaların hazırlanması ilə vikipediyaçılar yox, yazı-pozu işini daha yaxşı bilən elm xadimləri, jurnalistlər və yaxud dövlətin mühüm qaydalarının hazırlanmasında iştirak edən mütəxəssislər iştirak etməlidir. Bir sözlə, onlar qaydaları hazırlayıb bizə təqdim etməli və biz də, öz növbəmizdə onları səs qoyub rəsmi qaydalar kimi qəbul etməliyik. 16 yaşında bir şəxsin hazırlamış olduğu qaydanı rəsmi prinsip kimi istifadə etmək peşəkar davranış olmaz. — Baskervill (müzakirə) 05:36, 30 mart 2020 (UTC)
- Verman1, digər dillərdə məqalənin olması mütləq şərt ola bilməz. Digər vikicəmiyyətlər öz qərarlarında səhv edə bilərlər, biz o səhvləri təkrarlamalı deyilik. Mərhələli olaraq şəxslərin əhəmiyyət məsələsini qəbul etməyimiz müsbət hal olacaq. Eyni anda bütün kateqoriyalar üzrə şərtləri qəbul etməyə çalışmışıq deyə düz 11 ildir bu məsələ həll olunmayıb. Vikipediyanı vikipediyaçılar bilir. Baskervill, vikicəmiyyətə yad olan şəxslərin vikipediya üçün hər hansı vacib qərarın qəbul olunmasında iştirakını doğru hesab etmirəm. 16 yaşındakı, lap 13-14 yaşlı vikipediyaçının təklifi elm xadiminin, jurnalistin təklifindən daha əhəmiyyətlidir. Çünki burda əsas vikipediyanın xırdalıqlarını bilməkdir. "Azərbaycan Vikipediyası" deyən şəxslərin bizə düz yol göstərə biləcəyinə inanmıram.— Eminn ismarıc 18:36, 4 aprel 2020 (UTC)
İnzibati vahid şablonu
Salamlar. İnzibati vahid şablonunda gerb,bayraq parametri düzgün işləmir. Şəkili əlavə etsək belə görünmür, və ya vikidata da verilsə belə, avtomatik olaraq doldurulmur. Bunun səbəbi nədir? --Ayxan İsmayılov (müzakirə) 06:58, 3 aprel 2020 (UTC)
Salam. Mən də elə onu yazacaqdım. Çox sayda məqalənin bu problemi var. — Мурад 97 (müzakirə) 10:48, 5 aprel 2020 (UTC)
- @Ayxan İsmayılov, Мурад 97, problemi bildirdiyiniz üçün təşəkkür edirəm. Həll etdim. İndi işləyir. — Toghrul Rahimli • M/F 08:43, 8 aprel 2020 (UTC)
Salam. Bu məqalə natamamdır. Qətliam hissəsi tam yazılıb, ancaq qiyam hissəsi boş saxlanılıb. Bu neytrallığın pozulması demək deyil?— Abutalub (müzakirə) 19:26, 7 aprel 2020 (UTC)
- @Abutalub, məntiqi baxımdan hə, vikiqaydalara görə yox.— samral müzakirə 12:18, 8 aprel 2020 (UTC)
- @Abutalub, 7 aprel, 2020-ci il tarixində məqalənin adı dəyişdirilib. Sizcə indiki adlandırma forması doğrudurmu ? Hesab edirəm ki, bu tip məqalələrin adlandırması zamanı digər vikipediyalarda olan versiyalardan istifadə etməliyik. Əks halda kim hansı adı istəyirsə əlavə edir.— Baskervill (müzakirə) 06:54, 14 aprel 2020 (UTC)
- Azərbaycan dilindəki mənbələrə uyğun yazmışam.— Abutalub (müzakirə) 08:08, 14 aprel 2020 (UTC)
- @Abutalub, 7 aprel, 2020-ci il tarixində məqalənin adı dəyişdirilib. Sizcə indiki adlandırma forması doğrudurmu ? Hesab edirəm ki, bu tip məqalələrin adlandırması zamanı digər vikipediyalarda olan versiyalardan istifadə etməliyik. Əks halda kim hansı adı istəyirsə əlavə edir.— Baskervill (müzakirə) 06:54, 14 aprel 2020 (UTC)
Salam. Həvəsli yoldaşlar varsa, Cənnət Əliyevin məqaləsini yaxşı işləmək olar. Şəxsin acınacaqlı həyatı yəqin ki, hamıya məlumdur. Status da ala bilər. Haqqında əla mənbələr var. Məndə 4 qəzet var, iksi elmi üslubdadı, iksi bədii. Xüsusilə bəstəkarlıq və dini-psixoloji karyerası barədə məlumat çoxdur. Hazırda başqa böyük məqalə üzərində işlədiyim üçün vaxt ayıra bilmirəm. Kömək edən olsa, bir yerdə işləyib yaxşı vəziyyətə gətirə bilərik. Lazımlı mənbələri mən göndərərəm. Status alması üçün laboratoriyaya da verilər. İstəyən olarsa, yazsın plan tutub genişləndirək. Hörmətlə.—Maqamedd (müzakirə) 14:39, 8 aprel 2020 (UTC)
- Salam Maqamedd.Deməliyəm ki, musiqişünaslıq çox da maraqlandığım sahə deyil.Ancaq Cənnət Əliyev haqda müəyyən biliyə sahibəm.Əgər razılaşsanız,sizə bu işdə məmnuniyyətlə kömək etməyə çalışaram.Hörmətlə--II Sαðåм Гυsειη تفاش 15:19, 8 aprel 2020 (UTC)
- Hörmətli Clevfool, razılaşaram əlbəttə. Siz ilk öncə onun haqqında nə bilirsiniz burada yazın. Mən 1 aya yaxındı araşdırma edirəm. Hər sayt fərqli yazı verir, əlbəttə ki, dəqiq faktları yazmaq lazımdır. Buna görə də yaxşı biliyə sahib olmaq lazımdır ki, dəqiq faktları seçə bilək. Zəhmət olmasa hansı faktları bilirsiz, qeyd edərdiz. Hörmətlə.--Maqamedd (müzakirə) 16:35, 8 aprel 2020 (UTC)
- Maqamedd, məqalədə dezinformasiya var. SSRİ-nin ilk rəsmi milyonçusu Artyom Tarasovdur. Onun haqda məqalə səkkiz dil bölməsində var, C.Ə. haqqında isə sadəcə azərbaycanca. --► Hörmətlə: SolaVirum 09:36, 18 may 2020 (UTC)
- Bu məqalə məncə ümumiyyətlə qeyri-ensiklopedikdir. Məqalədəki faktlar yalnız adamın özünün sözlərinə istinad edir. Keçidlərdəki mənbələr də onun özünün verdiyi müsahibələrə əsaslanır. Heç bir araşdırma, faktların yoxlanması aparılmayıb. Sadəcə boş iddialara əsaslanır.--Wertuose (müzakirə) 05:33, 24 may 2020 (UTC)
Editing news 2020 #1 – Discussion tools
Read this in another language • Subscription list for this multilingual newsletter
The Editing team has been working on the talk pages project. The goal of the talk pages project is to help contributors communicate on wiki more easily. This project is the result of the Talk pages consultation 2019.
The team is building a new tool for replying to comments now. This early version can sign and indent comments automatically. Please test the new Reply tool.
- On 31 March 2020, the new cavabla tool was offered as a Beta Feature editors at four Wikipedias: Arabic, Dutch, French, and Hungarian. If your community also wants early access to the new tool, contact User:Whatamidoing (WMF).
- The team is planning some upcoming changes. Please review the proposed design and share your thoughts on the talk page. The team will test features such as:
- an easy way to mention another editor ("pinging"),
- a rich-text visual editing option, and
- other features identified through user testing or recommended by editors.
To hear more about Editing Team updates, please add your name to the "Get involved" section of the project page. You can also watch these pages: the main project page, Updates, Replying, and User testing.
– PPelberg (WMF) (talk) & Whatamidoing (WMF) (talk)
19:24, 8 aprel 2020 (UTC)
Ayların mövzuları
Məncə, gələcək ayların mövzularının seçimi bu qrafikin əsasında eləməliyik. Boşluqları doldurmalıyıq. Məsələn, gördüyünüz kimi, 2020-ci il üçün son dərəcədə cəlbedici olan səhiyyə mövzusu AzVikidə az inkişaf etmişdir. Bundan sonra isə, qida, cinayət və qanun, din və s. ağ rəngdə olan mövzuları ilə bağlı aylar keçirməliyik. Hazırda isə mövzular tamamilə təsadüfi və mövcud olan boşluqları nəzərə almıyaraq seçilir. Araşdırmanın tan mətnini burda tapa bilərsiniz. — Мурад 97 (müzakirə) 20:16, 9 aprel 2020 (UTC)
- Qrafikdə bizim dil bölməsi yoxdur axı. — eldarado ✉ 12:56, 10 aprel 2020 (UTC)
- Eldarado, var, ikincidir. Sadəcə aşağıda yazılmır. Siçanla ikinci vertikal sırasının kvadratlarına dəysəniz, görəcəksiniz. — Мурад 97 (müzakirə) 14:43, 10 aprel 2020 (UTC)
- Salam, Мурад 97. Bu sayt hər dildə kateqoriyada neçə məqalənin olmasını əks etdirir? Ayxan İsmayılov (müzakirə) 07:34, 12 aprel 2020 (UTC)
- Ayxan İsmayılov, birinci keçiddəki qrafikdə hə. İkinci keçid o qrafiki iştədən araşdırmadır. O araşdırmada iki əsas göstəriciyə baxılıb: 27 "baş" kateqoriyalarda məqalələrin sayı və həmin 27 kateqoriyadaki məqalələrin keyfiyyəti. Keyfiyyətlərinə görə kateqoriyaları bu qrafikdə baxa bilərsiniz. Ordaki vəziyyət birinci qrafiknən müqayisədə nisbətən balanslaşmışdır. — Мурад 97 (müzakirə) 01:24, 17 aprel 2020 (UTC)
Yol şablonu düzgün işləmir
Salamlar. Yol şablonunun vikianbar hissəsi düzgün işləmir. Nümunə olaraq elə I-57, D1 məqalələrinə baxa bilərsiniz. --Ayxan İsmayılov (müzakirə) 07:24, 12 aprel 2020 (UTC)
Help with translation
(I apologize for posting in English ): Dear colleagues, We are organizing a project called WPWP that focus on the use of images collected as part of various contest and photowalks on Wikipedia articles across all languages and our team needs your help with translations into the language of this community. Here is the translation link: https://meta.wikimedia.org/wiki/?axtar=Special:Translate&group=page-Wikipedia+Pages+Wanting+Photos&language=en&action=page&filter= I am sorry if I post in the won't venue. Thanks in anticipation. T Cells (müzakirə) 17:11, 13 aprel 2020 (UTC)
Dövr adları
- Salam. Ən aktif bölmənin bura olduğunu düşünərək buraya qeyd etdim. Geoloji dövrlərlə bağlı məqalələr yaratmaq istəyirəm, amma adlandırmada çətinlik çəkirəm. Məsələn: dövrlərdən biri envikidə Statherian, ruvikidə isə Статерийский период adlandırılıb. Bu məqaləni yaradarkən onu Sterian dövrü/Sterian yoxsa Sterik dövr şəklində adlandırmaq düzgündür? Azvikidə adlandırılmağın daha çox ruvikiyə uyğun edilidiyini bilirəm amma yenədə bəzən uyğun olmadığını düşünürəm. — Sofy ₪ 14:34, 17 aprel 2020 (UTC)
- Salam. Normal bir mənbə tapa bilmədim, amma burda stater kimi tərcümə ediblər. Əslində, bunun üçün etibarlı mənbə ya orfoqrafiya ya da geologiya lüğəti olmalıdır. — Мурад 97 (müzakirə) 21:43, 17 aprel 2020 (UTC)
- Мурад 97, mənbə üçün təşəkkür edirəm. Fərqli mənbə tapa bilmədiyim üçün bu şəkildə tərcümə edəcəyəm — Sofy ₪ 09:11, 18 aprel 2020 (UTC)
"Yeni sözlər və yeni mənalar lüğəti"
Salam. Yəqin ki, bir çoxunuz bu kitabı görüb. Kitab AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə 18 mart 2016-cı il tarixində nəşr olunub. İçində Azərbaycan dilinə yeni əlavə olunmuş sözlər və terminlər vardır. Bunu buraya əlavə etməyimdə birinci səbəb odur ki, dəyərli Vikipediya üzvlərimiz bundan yararlı bir şəkildə istifadə etsin. İkinci səbəb də odur ki, bu kitabla bağlı bir sualım var. Kitaba nəzər salsanız, bəzi sözlərin artıq Azərbaycan dilində qarşılığını olduğunu və bizim onları xarici dildəki kimi istifadə etmək məcburiyyətində olmadığımızı görəcəksiniz. Mən sizin üçün bəzi çox işlənən sözləri seçib siyahı halına gətirdim.
|
|
Təbii ki, bunlar kimi minlərlə (təqribən 2.000) söz var. Sualım o idi ki, biz bunları nəzərə alaraq Azərbaycanca Vikipediyada olan məqalələrdə kütləvi dəyişikliklər etməliyik, ya yox? — 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (müzakirə) 15:09, 25 aprel 2020 (UTC)
- Bildiyim qədəriylə bu sözlərin rəsmi olaraq dilimizə qəbul edilmiş sayılması üçün Nazirlər Kabineti tərəfindən də təsdiqlənməsi lazımdır. HulaguKaan (müzakirə) 09:58, 26 aprel 2020 (UTC)
- HulaguKaan, indiyə qədər qəbul olunmuş bütün lüğətlərimiz AMEA-nın hazırladıqlarıdır. Həmçinin bu da. — 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (müzakirə) 15:17, 26 aprel 2020 (UTC)