Vikipediya Kutlevi Mesaj Gondericiler - Wikipedia
Bu, məlumat səhifəsidir. Bu, Vikipediyanın siyasətlərindən və qaydalarından biri deyil, əksinə, Vikipediyanın normalarının, adətlərinin, texniki xüsusiyyətlərinin və ya təcrübələrinin bəzi aspektlərini təsvir etmək niyyətindədir. |
Kütləvi mesaj göndərici etiketinə sahib olan istifadəçilər ('massmessage-sender' istifadəçi qrupu), eyni anda birdən çox istifadəçiyə mesaj göndərməsinə icazə verilən və öz hesabından kütləvi mesaj göndərici səlahiyyətini ala bilən istifadəçilərdir. Mövzu ilə bağlı texniki detalları və məlumatları m:MassMessage və mw:Help:Extension:MassMessage səhifələrindən əldə etmək olar.
Azərbaycanca Vikipediyada hal-hazırda 14 inzibatçı və 0 kütləvi mesaj göndərici (cəmi: 14) mövcuddur. massmessage-sender
istifadəçi qrupunda olan istifadəçilər Special:MassMessage səhifəsindən istifadə edərək mesaj göndərə bilirlər.
İstifadəçi təlimatı
redaktəToplu mesajlar yalnız mesajın diqqətini cəlb etməsini istəyən istifadəçi qruplarına göndərilməlidir. İstifadəçilərə və inzibatçılara sadəcə bu hallarda bu hüquqdan istifadə və kütləvi mesaj göndərmə haqqı verilir.
- Hər hansı bir səhifənin status alması üçün keçirilən səsvermələrdə.
- Qaydaların qəbulu üçün keçirilən səsvermələrdə.
- Mübahisəli müzakirələr zamanı konsensusa ehtiyac duyulduqda.
- Bir mövzudakı Mövzulu ay, VikiMarafon, VikiLayihə və digər layihə iştirakçılarına layihə haqqındakı hadisələr haqqında məlumat verildikdə.
- Arbitraj komitəsində seçkilər keçirildikdə.
- Müzakirələr və səsvermələr zamanı.
- İnzibatçı, bürokrat və digər statuslar üçün təşkil olunan seçkilərdə.
Bu hallar xaricində ehtiyac olmadıqca bu statusdan istifadə edilməməlidir.
Məzmun
redaktəYuxarıda göstərilən nümunə hallarından başqa daha az fərdiləşdirilmiş ünsiyyət üsullarına üstünlük verilməlidir. Vikipediyadakı əsas əlaqə səhifələri əsasən məqalələrin müzakirə səhifələridir, bununla yanaşı Kənd meydanı eləcə də digər müzakirə səhifələridir. Bununla belə müəyyən bir mövzu ilə maraqlanan redaktorlar və ya istifadəçilər, maraqlandıqları mövzu ilə əlaqəli səhifələri izləmə siyahılarında tuta bilərlər.
Səlahiyyət üçün müraciət
redaktəKütləvi mesaj göndərən qrupuna daxil olmaq istəyirsinizsə bir inzibatçıya mesaj göndərə bilərsiniz. İnzibatçıların özlərini və ya digər inzibatçıları bu qrupa daxil etməsinə ehtiyac yoxdur, çünki kütləvi mesaj göndərmə səlahiyyətləri inzibatçılıq alətləri paketinin bir hissəsi kimi onlara avtomatik verilir.
Ümumiyyətlə, bu istifadəçi hüququ yalnız müntəzəm olaraq kütləvi mesaj göndərməyi planlaşdıran və ya buna ehtiyacı olanlara verilir və tamamilə qeyri-aktiv istifadəçilərdən alınır.
İstifadəçi şablonu
redaktəKütləvi mesaj göndərici hüququ olan istifadəçilər, öz istifadəçi səhifəsində aşağıdakı istifadəçi şablonunu istifadə edə bilərlər.
İstifadəsi | Görüntü |
---|---|
{{Kütləvi mesaj göndərici}} |
|
Həmçinin bax
redaktə- MediaWiki.org'da MassMessage plaqini üçün yazılan istifadəçi təlimatı
- İstifadəçi:MediaWiki message delivery, plaginlə göndərilən kütləvi mesajları istifadəçilərə çatdıran istifadəçi hesabı
- Kömək səhifəsi