Vikipediya Ipbazadolma - Wikipedia
Səhifənin qısa məzmunu: ləri əlaqəsiz bloklar və təhlükəsizlik divarları tərəfindən pozulan yaxşı redaktorlar digər şəkildə bloklanmış IP ünvanında redaktə etmə imkanı verən IPBAO icazəsini tələb edə bilər. Hüquq etibarlı istifadəçilərə verilir və narahatçılıq yarandıqda yaxud artıq ehtiyac qalmadıqda qaldırıla bilər. IP ünvanınızın blokdan azad edilməsini tələb etmək üçün vəziyyətə görə bu seçimlərdən birini edin: Vikipediya:İnzibatçılara müraciət səhifəsinə müraciət edin, inzibatçılardan birinə müraciət edin. Əgər bloklar səbəbilə bunların ikisi də mümkün olmazsa, ya müzakirə səhifənizdə {{bloku aç}} şablonundan istifadə edin (hansı ki, orası hər zaman açıq olacaq) ya da inzibatçılardan biri ilə e-poçt vasitəsilə əlaqə qurun və durumu izah edin. E-poçtu belə göndərə bilərsiniz: buraya daxil olun və bu siyahıdan gördüyünüz bir inzibatçının adını daxil edərək ona yazın. Yaxud info-azwikimedia.org ünvanına e-poçt göndərin. Əgər siz VPN və anonim proksidən istifadə etməklə redaktələr edəcəksinizsə, o zaman sorğunuzu dəyərləndirilməsi üçün VP:IPN səhifəsinə təqdim edin. |
Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Normalda IP ünvanlarının və ya diapazonlarının uzunmüddətli blokları daxil olmuş redaktorlara təsir göstərməz. Lakin pozulmanın qarşısını almaq üçün avtoblok və/və ya sərt bloklar tətbiq etməklə həm anonim, həm də daxil olmuş istifadəçiləri bloklamağa ehtiyac yarana bilər.
İnzibatçılar və botlar həmişə belə bloklardan azaddırlar (Tor blokları istisna olmaqla[a]). Digər redaktorlar keçərli səbəb göstərdikləri hallarda, bu blokdan azad olmaq üçün IP ünvan blokundan azad olma hüququnu tələb edə bilərlər.
IPBAO hüququ istifadəçinin normalda bir səhvi olmadığı hallarda bloklanacaq və ya artıq bloklanmış bir IP ünvanı vasitəsilə kəsintisiz redaktələr etməsinə imkan verir. Həmçinin ehtiyac duyduğunda və istifadəçinin bu hüququ sui-istifadə etməyəcəyinə inanıldığında anonim proksilər vasitəsilə redaktələr etməsinə icazə vermək üçün də istifadə oluna bilər.
Bu hüquq verilmiş redaktorlar proksilər vasitəsilə ixtiyarsız redaktələr, hesabdan sui-istifadə halları və ya digər davranışlar da daxil bu siyasətin pozulmasının hüququn ondan geri alına biləcəyinin fərqində olmalıdır.
Əgər başqasının IP ünvanı ilə etdiyi redaktələrə görə sizin də ünvanınız blokdadırsa, deməli həmin istifadəçi ilə dinamik IP ünvanını paylaşırsınız. Lütfən IPBAO üçün müraciət etməzdən öncə modeminizi söndürüb yandırın və təkrar redaktə edib-edə bilmədiyinizi yoxlayın. Problem davam edərsə, müraciət edin.
Təcrübəli istifadəçilər üçün icazə adətən 12 aylıq intervallarla verilir, müddəti dolduqdan sonra hələ də ehtiyacları yaranarsa, hüquq müddəti yenidən uzadıla bilər. Təcrübəsi az olan, amma bu siyasətə cavab verən istifadəçilər üçün daha qısa müddətlik bu hüquq verilə bilər.
Hal-hazırda bu hüquqa sahib 0 istifadəçi var.
Hüquq üçün müraciət və verilməsi
redaktəIPBAO bayrağının verilə biləcəyi üç əsas hal var:
- Təəssüf ki, vandalizmi və destruktiv dəyişiklikləri önləmək məqsədilə tətbiq edilən bloklardan təsirlənən istifadəçilər. İcazə verildikdən sonra onlar heç bir IP ünvanı blokundan təsirlənmədən redaktə edə biləcəklər.
- Yaxşı bir redaktor ehtiyacını göstərdikdə anonim olaraq redaktə edə bilər (VPN və açıq proksilər ilə).
- Yuxarıdakı səbəblərdən birinə görə yaxşı bir redaktor qlobal olaraq bloklanmış bir IP ünvanından və ya diapazonundan dolayı Azərbaycanca Vikipediyanı redaktə etməkdə maraqlıdırsa.
Əgər siz sizə aid olmayan redaktələrə görə bloklanmısızsa,[b] hesabınızın yox, IP ünvanınızın bloklandığını diqqətdə saxlayın (hansı ki, həmin ünvanı paylaşdığınız başqa biri etibarlı səbəblərə görə artıq bloklanıb). Bu halda siz onunla eyni ünvanını/dinamik IP-ni paylaşırsınız deməkdir. Yəni modemi yenidən başladaraq ünvanınız dəyişməklə asanlıqla blokdan çıxa bilərsiniz. Öncə bir müddət bunu yoxlayın və gözləyin. Nəticə vermədiyi az hallarda IPBAO müraciətinizi edin.
Açıq proksi istifadəsi ilə bağlı əlavə təminatlara görə bunlar fərqli şəkildə baxılır.
IP ünvanı diapazonu blokunu yan keçmək üçün istifadə
redaktəSərt IP ünvanı diapazonu blokları müvəqqəti hesablar və bir IP ünvan diapazonunda kuklalar tərəfindən davamlı pozuntuların qarşısını almaq üçün tətbiq olunur. Bu bloklardan təsirlənən etibarlı istifadəçilər təqdirən IPBAO hüququna şamil edilə bilər ki, bu da onun IP ünvan diapazonu bloku üzərindən fasiləsiz redaktələr etməyə imkan verir.
Bu icazənin verilməsi şərtləri bunlardır:
- istifadəçinin normal (proksi olmayan) IP ünvanı onların səhvi olmadığı halda adətən redaktə etdikləri diapazonda yerləşdirilən bir IP ünvanı bloku tərəfindən pozularsa (bu, avtoblok və ya metada təftişçi yoxlanışı vasitəsilə təsdiqlənə bilər);
- istifadəçi bu hüququ heç vaxt əngəllənən bir anonimləşdirici proksi vasitəsilə redaktə etmək üçün sui-istifadə etməməyi qəbul edər (bu yoxlanıla biləndir), və,
- blok başa çatdıqda və ya redaktor üçün problem olmaqdan çıxdıqda hüquq hər hansı bir inzibatçı tərəfindən qaldırılacaq.
Əlavə olaraq, xoşniyyətli redaktorların sabit IP ünvanı diapazonu blokundan təsirlənməsini önləmə məqsədilə bir inzibatçı tərəfindən də müraciət etməksizin bu hüquq verilə bilər.
- Kimlər tələb edə bilər
- İstifadəçinin onların redaktəsi ilə əlaqəsi olmayan və daxil olduğu hesabla redaktə etməsinə maneə törədən IP ünvanı blokundan təsirlənən istifadəçilər.
- Necə müraciət etmək olar
- [email protected] ünvanı vasitəsilə IPBAO istəyin. Mütləq qeydiyyatdan keçmiş hesabınızdan soruşmalısınız. IP ünvanının istifadəçi müzakirə səhifəsinə göndərilən istəklər avtomatik şəkildə rədd ediləcək. Bu hüququ verəcək inzibatçının problemi çözmək üçün bəzən təftişçi ilə danışması lazım gələ bilər yaxud belə durumlar onlar üçün yaddırsa, məsləhət almağa ehtiyac duya və sorğunu açıq səhifəyə qeyd edərək digər istifadəçi və inzibatçılarla danışa və araşdırmalar edə bilər.
Anonim proksi ilə töhfə üçün istifadə
redaktəAçıq proksilər və VPN xidmətləri də daxil olmaqla anonim bir proksi vasitəsilə redaktə etmək asanca pis niyyətlə istifadə oluna bilər. Bu vəziyyətdə bu icazə sadəcə etibarlı olan istifadəçilərə verilir. Məqbul bir şəkildə IPBAO tələbində olacaq redaktorlara nümunə kimi ensiklopediyaya töhfə verə biləcəklərini göstərən və etibarlı olan, qeyri-dağıdıcı töhfə keçmişi mövcud olmayan istifadəçilər daxildir.
Lakin bir çox istifadəçinin internet brauzerində konfiqurasiya edilmiş parametrlər səbəbi ilə fərqində olmadan açıq proksi üzərindən daxil olduğu məlumdur. IPBAO üçün müraciət etmədən öncə (vaxt ala bilər və verilməsi qarant edilməz) brauzerinizin internet bağlantısı üstünlüklərini yoxlamalı və onu proxy girişi olmayan kimi dəyişdirməlisiniz. Bura Apple iCloud Private Relay kimi istəyə bağlı xidmətlər daxildir.
Təftişçi yaxud xüsusi təftişçilərdən qaçınmanın ümumiyyətlə yetərli bir səbəb kimi qəbul edilmədiyini unutmayın. təftişçilərlə bağlı narahatlıqlar Arbitraj Komitəsi (hansı ki, hazırda fəaliyyət göstərmir) və ya ombudsman komissiyası ilə danışılmalıdır.
- Kimlər tələb edə bilər
- Ehtiyacını ortaya qoyan və hüquqdan sui-istifadə etməyəcəyinə inanılan bir redaktor.
- Necə müraciət etmək olar
- İstifadəçi adınızı daxil edərək [email protected] ünvanına və ya birbaşa açıq şəkildə VP:IPN səhifəsində edəcəyiniz müraciətinizdə anonim proksilər vasitəsilə niyə redaktə etməli olduğunuzu açıqca izah edin.
Qlobal IP blokundan azad olma ilə əlaqəsi
redaktəAzərbaycanca Vikipediyada lokal IP blokundan azad olma hüququna malik istifadəçilər qlobal olaraq bloklanmış hər hansı bir IP ünvanından belə, redaktə edə bilər. Qlobal IP blokundan azad olma hüququ əgər lokal vikidə o ünvan blokdadırsa, istifadəçinin redaktə etməsinə icazə verməz. Əgər redaktorlar əsasən Azərbaycanca Vikipediyanı redaktə etməyi planlaşdırırlarsa və digər layihələrdə təcrübəyə malik deyillərsə, qlobal bloklar vasitəsilə redaktə etmək üçün lokal IP blokundan azad olunması məqsədəuyğun ola bilər.
Əksinə, qlobal IP blokundan azad olan redaktorlara bu siyasət əsasında başqa cür uyğun gəlməyəcəksə, lokal icazə vermək həmişə uyğun deyil.
Hüququn ləğvi
redaktəIP blokundan azad olma hüququ buna ehtiyac duyan və bunu pis niyyətlərlə istifadə etməyəcəyinə güvənilən istifadəçilərə verilən imtiyazdır. Hüququn qaldırılmasına səbəb ola biləcək tipik səbəblər:
- Artıq gərəkli deyil və ya verilməsi üçün səbəb yetərsizdir – müvafiq sərt IP ünvanı bloku bitdi və təkrarlanması gözlənilmir; redaktorun bloklanmamış IP ünvanı vasitəsilə Vikipediyaya girişi var, istifadəçi inzibatçı olur və s.
- Tələbdə pisniyyət və ya yanıldıcı bəyanat.
- Etibarlı sübut və ya sui-istifadə narahatlığı (inzibatçının qəbulu ilə maraq toqquşmaları da daxil olmaqla) qeyri-müəyyən hallarda iddialar irəli sürülməzdən əvvəl suallar verilə bilər.
Hər hansı blokda olduğu kimi (hüququn qaldırılması effektiv bir şəkildə ola bilər) neytral inzibatçı hüququ silə bilər və ya cəmiyyət tərəfindən qəbul edilən məsələlərin müzakirəsini tələb edə bilər. Potensial sui-istifadəyə görə cəmiyyət tərəfindən təsdiqlənən sui-istifadə ilə bağlı inandırıcı narahatlıqlar bəzən aradan qaldırılması üçün kifayət ola bilər. Ancaq hər vəziyyətdə tətbiqi profilaktik olmalıdır, cəzalandırıcı yox.
İnzibatçılar istifadəçiləri IPBAO bayrağının qarşıdan gələn müntəzəm silinməsi barədə xəbərdar etməli və onlara müzakirə etmə imkanı verməlidir.
İnzibatçı təlimatı
redaktə- Müvafiq istifadəçinin IP ünvanı təftişçi tərəfindən bloklanıbsa, IP ünvanı blokundan azad etmədən əvvəl təftişçi ilə bunun edilməsinin yalnızca təftişçilərə təqdim olunan şəxsi məlumatlara dayalı tətbiq edilən bir bloka mənfi təsir etməyəcəyini təsdiqləyin.
- Bütün IPBAO hüquqları nəzərdən keçirilməyə və ləğv edilməyə tabedir. Sui-istifadə şübhəsi və ya inandırıcı sübut olması durumunda imtiyaz geri alına bilər. İnzibatçıların şübhələndiyi durumlar varsa, əvvəlcə müzakirə etmələri məsləhətdir, çünki əsassız bir imtiyaz tez bir zamanda geri alınacaq.
- IP ünvan blokundan azad edilməni nəzərdən keçirərkən, qərar qəbul etməzdən əvvəl redaktorun redaktə tarixçəsi və müvafiq sui-istifadə diapazonu diqqətlə nəzərdən keçirilməlidir. IP ünvanı blokundan azadolma Xüsusi:İstifadəçiHüquqları vasitəsilə verilir və ya silinir.
IP blokundan azad olma
hüququna malik olan redaktorlar Xüsusi:İstifadəçiSiyahısı altında istifadəçi qrupu kimi görünür və nəzərdən keçirilə bilər. (Redaktor inzibatçıdırsa, onlar adətən bu siyahıda görünməyəcəklər.) Verilmə və ya çıxarılması səbəbləri müvafiq istifadəçi hüquqları jurnalında göstərilməkdədir. - Mümkün hallarda IP ünvanının müzakirə səhifəsini blok etməyin, sadəcə ümumi redaktə qadağası qoyun (avtobloku belə, söndürün). Çünki o ünvan vasitəsilə başqa bir qeydiyyatlı istifadəçi müraciət edə bilər. Amma əgər müzakirə səhifəsi vasitəsilə vandalizmə və pozucu fəaliyyətə hələ də davam edərsə, müzakirə səhifəsini də məhdudlaşdırın. Yox, əgər artıq davam etmirsə, bu durumda blok geri götürülə bilər, çünki istifadəçinin fəaliyyətinə əngəl və IPBAO üçün bir səbəb qalmır.
- İnzibatçılar hüquqların verilməsini Vikipediya müzakirəsi:IP blokundan azad olma/qeydlər səhifəsində qeyd edə bilərlər.
Teqlər və şablonlar
redaktə- {{subst:IP blokundan azad olundunuz}} (və ya "{{subst:IPBAO}}") IP ünvanının sərt bloku vasitəsilə redaktə etmək üçün IP ünvanı blokundan azad olma hüququ verilmiş redaktor üçün təklif olunan qeydləri ehtiva edir.
- Sərt bloklanmış IP ünvan diapazonu üçün təklif olunan narrativ: "Bu IP ünvanı diapazonu vandalizmin qarşısını almaq məqsədilə bloklanmışdır. Əgər siz bu IP ünvan diapazonunda xoşniyyətli istifadəçilərdən birisinizsə və bundan təsirlənirsinizsə, lütfən blokun qaldırılmasını tələb edin və təftişçi yoxlanışı tələb edərək IPBAO hüququnu istəyin"
Həmçinin bax
redaktə- meta:Qlobal IP blokundan azad olma
- Vikipediya:Bloklama qaydaları
- Vikipediya:Təftişçilər
- {{İstifadəçi/IPBAO}} – IP blokundan azad olma istifadəçi hüququna malik olduğunuzu göstərən istifadəçi qutusu; şablonun həm də istifadəçi səhifənizin sağ küncündə görünməsini istəyirsinizsə, səhifənizə {{İstifadəçi/IPBAO topicon}} şablonunu əlavə edin.
Qeydlər
redaktə- ↑ Tor çıxış qovşaqlarından redaktə etmək, yalnız
torunblocked
hüququ tələb edir. Bu hüquq inzibatçı və bot istifadəçi qruplarına daxil deyil. Bütün istifadəçilər, həmçinin IP blokundan azad olanlar yenə də onlara tətbiq edilmiş hər hansısa kuki bloklarından təsirlənirlər; IP blokundan azad olma hüququ bu blok seçiminə təsir etmir. Sözügedən gedən hüquq üçün bura nəzər yetirin. - ↑ Azərbaycanda bir çox internet provayderləri istifadəçilərinə eyni, dəyişə bilən dinamik IP-lərdən istifadəyə imkan verir. Belə hallarda da sizdən qısa müddət öncə hazırda sizin istifadə etdiyiniz IP ilə onun qaydaları pozduğu üçün bloklanmış biri tərəfindən istifadə edilmiş olma ehtimalı yüksəkdir. Beləliklə əgər siz statik IP ünvanı ilə töhfə verirsinizsə, problem yaşama ehtimalınız daha azdır.