Vikipediya Heftenin Yaxsi Meqalesi Yanvar 2024 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 1. Həftə
Kamran Şahsuvarlı — Azərbaycanı təmsil edən boksçu. 2014-cü ildən Azərbaycan yığmasının heyətində çıxış edir.
Kamran Şahsuvarlı 2016-cı ilin avqustunda Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. 2017-ci ildə baş tutan Avropa Çempionatının gümüş, Dünya Çempionatının isə bürünc medallarına sahib olan Kamran Şahsuvarlı həmdə 2014 və 2017-ci illərdə Azərbaycan Çempionatlarının qalibi olub. Kamran Şahsuvarlı Azərbaycan idmanında xidmətlərinə görə 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. Kamran Şahsuvarlı 1992-ci il dekabrın 2-də Qazaxıstanda anadan olub. Milliyyətcə azərbaycanlıdır. Təhsilini Qazaxıstanda alıb. İdmanla da burada məşğul olmağa başlayıb. Şəxsi məqşçisi Natiq Aslanlıdır. Kamran Şahsuvarlı birinci ciddi uğuruna 2014-cü ilin yanvarında imza atdı. Kamran Şahsuvarlı Azərbaycan Çempionatının final görüşündə Xaybula Musalova qalib gəldi və turnirin qalibi oldu. Şağan qəsəbəsində baş tutan beynəlxalq turnirin final görüşündə Kamran Şahsuvarlı Litva nümayəndəsi Tomas Pirovun üzərində qələbə qazandı və turnirin qızıl medalına sahib oldu. Daha sonra Kamran Şahsuvarlı ABF Azerbaijan Cup beynəlxalq turnirində mübarizə apardı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
Azərbaycan–monqol mədəni əlaqələri — monqolların XIII əsrdə hal-hazırda azərbaycanlıların yaşadığı əraziləri işğal etməsi ilə başlayan əlaqə. Elxanilər dövründə türk və monqol tayfalarının bölgəyə köçü Azərbaycan xalqının formalaşmasında vacib rol oynamışdır. Vaxt keçdikcə, bölgəyə köçmüş monqollar İslam dinini qəbul etmiş və türkləşmişdir. Bu dövrdə Azərbaycan dili İbn Mühənna lüğətində "Bizim ölkəmizin türk dili" olaraq adlandırılmış, bu dildə yazılı ədəbi nümunələr yaradılmışdır. Cəlairilər sultanlığı dövründə yazılmış əsərlər Azərbaycan dilinin ədəbi dil kimi istifadəsini, türk dilinin musiqi məclislərindəki rolunu göstərir.
Elxanilərin dövründə şamanizm adətlərinin güclənməsi baş vermiş, qədim adət-ənənə qaydaları Azərbaycan mədəni mühitində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Bu dövrdə inkişaf edən Azərbaycan türk sufizmi Konya Səlcuqlarının qəlbinə yol tapmış, Krım ətrafında zaviyələr yaradılmışdır. Dövrün digər xarakterik bir ünsürü İran və Azərbaycanda uzun müddət davam edəcək şiələşmə prosesinin başlaması, daha sonra qurulacaq Qaraqoyunlular və Səfəvilər kimi türkmən-şiə dövlətlərin bazasının yaradılmasıdır. Qazan xan və Olcaytu xanın dövrünün qərarları ilə Çingiz xanın qanunları (Yasa) İslam şəriət qaydaları ilə birlikdə istifadə edilmiş, Qaraqoyunlu və Ağqoyunlular dövründə Azərbaycan türkləri Yasanı öz milli qanunları sayıb ona sadiq qalmışdır. Elxanilər on iki heyvanlı təqvimin uyğur variantını tətbiq etmiş, təqvim Qacarların süqutuna qədər istifadə edilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
Special Force (videooyun, 2003) — Livan silahlı qruplaşması olan "Hizbullah" Mərkəzi İnternet Bürosu tərəfindən 2003-cü ildə istehsal olunan birinci şəxs atıcı. Videoyun "Hizbullah" və İsrail arasında baş tutmuş Cənubi Livan münaqişəsindən döyüşləri canlandırır, oyunçu İsrail əsgərlərini məğlub etmək vəzifəsi daşıyan "Hizbullah" döyüşçüsü rolunu oynayır. "Hizbullah" bu oyunu yaratmaq ideyasını 2000-ci ildə münaqişə sona çatdıqdan çox keçməmiş formalaşdırmış, iki ildən artıq müddətdə "Hadeel" şirkəti ilə birlikdə istehsal etmişdir.
"Special Force" 2003-cü ilin fevralında bir neçə ərəb ölkəsində buraxılmış və sentyabr ayına qədər 18,000 kopyası satılmışdır. Təbliğat və hərbi xidmətə cəlb etmə vasitəsi kimi qiymətləndirilən videooyun yəhudi təşkilatları və İsrail rəsmiləri tərəfindən pislənmişdir. Bu, "America's Army" kimi videooyunların rolları dəyişdirilmiş forması qeyd edilmiş, köhnəlmiş texnologiyası ilə diqqət çəkmişdir. 2006-cı ildə eyni tərəflər arasında baş vermiş Livan müharibəsinə əsaslanan "Special Force 2: Tale of the Truthful Pledge" sikveli 2007-ci ilin avqustunda buraxılmış, məhdud dərəcədə uğur əldə etmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Azərbaycanın İrandakı səfirliyinə hücum — 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum.
Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmış və nəticədə diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov aldığı güllə yarasından həlak olmuş, bir mühafizəçi yaralanmışdır. Bundan əlavə, səfirlik əməkdaşlarından biri basqınçını zərərsizləşdirməyə cəhd göstərərkən onun tapançadan açdığı atəşlə yaralanmışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
Muğam üçlüyü — Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dəstgahlarını icra edən ənənəvi sazəndələr ansamblı; xanəndə və sazəndə dəstəsi.
Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır. İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur. Beləliklə, bu dəstə yalnız 3 nəfərdən ibarət olur. Bu dəstəyə tarzən, kamançaçı və xanəndə daxildir ki, həmin üçlük XIX əsrin ikinci yarısından başlayaraq ta bu günə qədər fəaliyyət göstərir. Onların Azərbaycan xalq musiqisinin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir. |
bax – müzakirə et – redaktə et – tarixçə