Vikipediya Heftenin Yaxsi Meqalesi Yanvar 2023 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 1. Həftə
[[Şəkil:|left|150px]] Polad Həşimov — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020-ci illərdə).
2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, senyabr ayında 2-ci Qarabağ müharibəsinin başlamasına aparan dövrdə mühüm rol oynamışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
Azərbaycanda əmək hüququ — Azərbaycanda əmək hüququ ilə bağlı yaranan münasibətləri tənzimləyən müstəqil hüquq sahəsi. Əmək hüququ işçi ilə işəgötürən arasında yazılı formada bağlanan əmək müqaviləsi əsasında yaranan əmək münasibətlərini tənzim edir.
Hazırda Azərbaycanda əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin məşğulluğu və işsizlikdən sığorta sahələrində dövlət siyasətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
Azərbaycan 2012 Yay Paralimpiya Oyunlarında — 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 28 avqust-8 sentyabr tarixlərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında 21 idmançı ilə 6 idman növündə təmsil olundu.
Azərbaycan Milli Paralimpiya Komandası XIV Yay Paralimpiya Oyunlarını 12 medalla (4 qızıl, 5 gümüş və 3 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramin İbrahimov (qızıl), Afaq Sultanova (qızıl) və İlham Zəkiyev (bürünc), üzgüçü Natali Pronina (bir qızıl və dörd gümüş), yüngül atletlər Oleq Panyutin (qızıl), Vladimir Zayets (gümüş) və Hüseyn Həsənov (bürünc), həmçinin Elçin Muradov, Rza Osmanov, Oleq Panyutin və Vladimir Zayetsdən ibarət qrup (bürünc) medala sahib oldu. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Murasaki Şikibu — Heyan dövründə yaşamış Yaponiya roman yazıçısı, şairi və saray dayəsi. Ən tanınmış əsəri 1000 və 1012-ci illər aralığında yapon dilində yazdığı "Gencinin hekayəsi" romanıdır. Murasaki Şikibu onun təxəllüsüdür, şəxsi adı məlum deyil. Lakin 1007-ci ilə aid bir saray gündəliyindəki Fucivara no Kaoruko (yap. 藤原 香子) adının əsl adı olduğu düşünülür.
Heyan dövründə qadınlar dövlət dili olan Çin dilini öyrənə bilməzdilər. Lakin təhsilli ailədə yetişən Murasaki kiçik yaşlardan etibarən Çin klassiklərinə maraq göstərmiş və Çin dilində səlis danışmağa başlamışdır. 25–30 yaşlarında evlənmiş, evliliyindən 2 il sonra - əri ölməmişdən öncə qızı olmuşdur. "Gencinin hekayəsi"ni nə vaxt yazmağa başladığı dəqiq məlum deyil, amma o, evli ikən və ya dul qaldıqdan qısa müddət sonra baş verdiyi güman olunur. Təxminən 1005-ci ildə Murasaki çox güman ki, yazıçı kimi reputasiyasına görə imperatorluq sarayında İmperatriça Şoşinin dayəsi olmağa dəvət edilmişdir. Xidməti boyunca yazmağa davam etmiş və əsərinə saray həyatından səhnələr də əlavə etmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
Muğam üçlüyü — Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dəstgahlarını icra edən ənənəvi sazəndələr ansamblı; xanəndə və sazəndə dəstəsi.
Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır. İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur. Beləliklə, bu dəstə yalnız 3 nəfərdən ibarət olur. Bu dəstəyə tarzən, kamançaçı və xanəndə daxildir ki, həmin üçlük XIX əsrin ikinci yarısından başlayaraq ta bu günə qədər fəaliyyət göstərir. Onların Azərbaycan xalq musiqisinin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir. Üçlüyün başlıca icraçısı qavalda çalan müğənni - xanəndədir. O, öz zövqünə və fərdi imkanlarına görə kompozisiya qurur. Daha doğrusu, dəstgaha hansı şöbələrə hansı guşələrin daxil edilməsi, onların həcmi, rəng və ya təsniflərin yerləşdirilməsini məhz xanəndə həll edir. Xanəndə muğamı oxuyarkən qavalı üzünə yaxınlaşdırır, səsinin dinləyicilərə yönəlməsini, rezonanslanmasının təmin edir. Rəng və təsniflərin ifası zamanı isə xanəndə tərəf müqabillərini və özünü qavalla müşayiət edir. |
bax – müzakirə et – redaktə et – tarixçə