Vikipediya Heftenin Yaxsi Meqalesi Yanvar 2022 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 1. Həftə
Belçikada holokost — Nasist Almaniyası tərəfindən işğal edilmiş Belçikada 1940–1944-cü illərdə yəhudilərin və qaraçıların təqib edilməsi və məhv edilməsi.
Müharibənin başlanğıcında Belçika əhalisinin çox böyük hissəsi katolik idi. Bu dövrdə əhalisi 8 milyon olan Belçikada yəhudilərin sayı 70–75.000 nəfər idi və Belçikada qeyri-xristian əhalinin ən böyük təbəqəsini təşkil edirdilər. Yəhudilərin məskunlaşdığı əsas şəhərlər Antverpen, Brüssel, Şarlerua və Leyj idi. Yəhudilərin böyük əksəriyyəti Almaniya və Şərqi Avropada təqiblərə məruz qalanlardan ibarət idi və çox az qismi Belçika vətəndaşlığını ala bilmişdi. Belçikanın işğalından qısa müddət sonra Hərbi Hökumət 1940-cı ilin oktyabrında anti-yəhudi qanunlarını verdi. Belçika Sədrlər Komitəsi hər hansı anti-yəhudi tədbirindən ötrü əməkdaşlıq etməkdən imtina etdi və Hərbi Hökumət əlavə qanunlar verməkdə həvəssiz görünürdü. Almaniya hökuməti yəhudilərin ticarət fəaliyyətlərini mənimsəməyə və yəhudiləri dövlət xidmətindən uzaqlaşdırmağa başladılar. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binadır. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir.
Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Sovetinə təqdim edildi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralanandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Almaniya–Yaponiya münasibətləri — Almaniya Federativ Respublikası ilə Yaponiya İmperiyası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında əlaqələr rəsmi olaraq 1861-ci ildə Prussiyadan Yaponiyaya ilk səfirin səfər etməsi ilə qurulmuşdur (1866–1870-ci illərdə Almaniya imperiyasının yaranmasından əvvəl). Yaponiya 1867-ci il Meyci islahatından sonra intensiv elmi-mədəni mübadilə vasitəsilə alman modelini tətbiq edərək sürətlə müasirləşmişdir. 1900-cü ildə Yaponiya İngiltərə ilə müttəfiqlik əlaqələri yaratdıqdan sonra Almaniya və Yaponiya Birinci Dünya müharibəsində düşmən oldular. Yaponiya 1914-cü ildə Almaniya imperiyasına müharibə elan etmiş və Çin və Sakit okeandakı mühüm alman mövqelərini ələ keçirmişdi.
1930-cu illərdə hər iki ölkə öz bölgələrinə qarşı təcavüzkar hərbi yanaşma ortaya qoydular. Bu da onların yaxınlaşmasına və nəticə olaraq İtaliyanın da daxil olduğu Məhvər dövlətləri adlı yeni hərbi-siyasi ittifaqın qurulmasına səbəb oldu. Lakin İkinci Dünya müharibəsi zamanı Məhvər dövlətləri arasındakı məsafələrin böyük olması səbəbindən ittifaq məhdudlaşdı; belə ki, Yaponiya və Almaniya əsas etibarilə ayrı-ayrı cəbhələrdə mübarizə aparırdılar və ən sonda ayrı-ayrı təslim oldular. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
Muğam üçlüyü — Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dəstgahlarını icra edən ənənəvi sazəndələr ansamblı; xanəndə və sazəndə dəstəsi.
Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır. İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur. Beləliklə, bu dəstə yalnız 3 nəfərdən ibarət olur. Bu dəstəyə tarzən, kamançaçı və xanəndə daxildir ki, həmin üçlük XIX əsrin ikinci yarısından başlayaraq ta bu günə qədər fəaliyyət göstərir. Onların Azərbaycan xalq musiqisinin inkişafında, muğam ifaçılıq məktəbinin yaradılmasında rolu misilsizdir. Üçlüyün başlıca icraçısı qavalda çalan müğənni - xanəndədir. O, öz zövqünə və fərdi imkanlarına görə kompozisiya qurur. Daha doğrusu, dəstgaha hansı şöbələrə hansı guşələrin daxil edilməsi, onların həcmi, rəng və ya təsniflərin yerləşdirilməsini məhz xanəndə həll edir. Xanəndə muğamı oxuyarkən qavalı üzünə yaxınlaşdırır, səsinin dinləyicilərə yönəlməsini, rezonanslanmasının təmin edir. Rəng və təsniflərin ifası zamanı isə xanəndə tərəf müqabillərini və özünü qavalla müşayiət edir. |
bax – müzakirə et – redaktə et – tarixçə