Vikipediya Heftenin Yaxsi Meqalesi Yanvar 2021 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 1. Həftə
Tan ordusunda türklər — Tan sülaləsi ordusunun önəmli hissəsi Çin qaynaqlarında "Tujue" olaraq adlandırılan türk döyüşçülərdən ibarət idi. Şimali Çindəki Tan elit təbəqə üzvləri türk mədəniyyətinə aşina idi. Bu vəziyyət türk döyüşçülərinin Tan ordusuna qatılmasına mühüm təsir göstərmişdir. Tan imperatoru Li Şimin "Müqəddəs Xaqan" titulunu qəbul etmiş və dövlətini kosmopolit mədəniyyətin üzərində inşa etmişdi. Li, nizami hərbi kadrlar yaratmış və türk kökənli şəxslərin ordu daxilində yüksəlməsini dəstəkləmişdir. Türklərin bozqırlardakı təcrübəsi Tan imperiyasının qərb və şimal yönündə irəliləməsinə yardım etmişdir. Türk Aşina ailəsindən olan general Aşina Esen Tan ordusunun təşkil etdiyi Qaraxoca, Qaraşəhr və Kuça səfərinə qatılmışdır. Mələz türk general An Luşan Tan sülaləsinin zəifləməsinə səbəb olan An Luşan üsyanını başlatmışdır.
Göytürklər tərəfindən yazılan Orxon abidələrində Tan sülaləsində xidmət edən türklər tənqid edilmişdir və onlar Çin imperatorunun öz imperiyasını genişlətməsinə yardım etməkdə ittiham edilmişdirlər. Çinə tabe türk hərbçiləri Orta Asiyadakı Çin qarnizonlarına yerləşdirilmişdir. Bu vəziyyət əsasən Hind-Avropa dillərinin danışıldığı bu coğrafiyada türkcənin yayılmasını təmin etmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
Yerusəlim mühasirəsi (636–637) — Yerusəlim (Qüds) şəhərində, Bizans imperiyası ilə Raşidi xilafət arasında, 636–637/38-ci illərdə baş tutmuş hərbi münaqişə. Münaqişə Əbu Übeydə ibn Cərrah öndərliyindəki Raşidi ordusunun 636-cı ilin noyabr ayında Yerusəlim şəhərini mühasirəyə alması ilə başlamışdır. Altı ay davam edən müharisənin nəticəsində patriarx Sofroni sadəcə xəlifəyə boyun əyməsi şərti ilə təslim olur. 637 və ya 638-ci ildə xəlifə Ömər şəhərin tabeçiliyini qəbul etmək üçün Yerusəlimə gedir. Beləliklə, patriarx məhz xəlifənin özünə təslim olur.
Müsəlmanların şəhəri ələ keçirməsi ərəblərin Fələstinə nəzarətini gücləndirmişdir, hansı ki, 1099-cu ildə başlamış Birinci Səlib yürüşünə qədər təhlükə altına düşmür. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
[[Şəkil:|left|150px]] Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Avstriya-Macarıstan kronu — 1892—1918-ci illər arasında Avstriya-Macarıstan və həmçinin bu imperiyanın dağılması nəticəsində yaranan ölkələrin pul vahidi. 1⁄100 krona bərabər xırda pul valyutası ölkənin Avstriya hissəsində "heller" (alm. heller), Macarıstan hissəsində "filler" (mac. filler) adlanırdı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
Maksim Marinin — Rusiyanı təmsil edən fiqurçu. Maksim Marinin, Totmyanina ilə birgə 1997-ci ildən 2006-cı ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Totmyanina və Marinin cütlüyü, 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarında qızıl medala sahib olub.
Totmyanina və Marinin cütlüyü, həmdə 2002 və 2003-cü illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2004 və 2005-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, 2002 və 2005-ci illərdə ISU Qran-Pri Finalında qızıl medala, üç dəfə (2002, 2003 və 2004-cü illərdə) isə Rusiya Çempionatının qızıl medalına sahib olub. Totmyanina və Marinin cütlüyü, ISU Çin və Yaponiya Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. |
bax – müzakirə et – redaktə et – tarixçə