Vikipediya Heftenin Yaxsi Meqalesi Yanvar 2019 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 1. Həftə
Molla Pənah Vaqif — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri.
Vaqif təxminən 1717-ci ilin Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında “Molla” titulu verilmiş və o, “Molla Pənah” ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur. Vaqifin bədii irsi tam şəkildə indiki dövrə gəlib çatmamışdır. Lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə fikir söyləməyə imkan verir. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərmişdir. 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı İbrahimxəlil xan Car-Balakənə üz tutur. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Məhəmməd bəy Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Molla Pənah Vaqif 1797-ci ildə vəfat edir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
Ktulhunun çağırışı — Hovard Fillips Lavkraft tərəfindən 1926-cı ildə yazılmış hekayə və ya noveletta.
Lavkraft qorxu janrında olan hekayə Ktulhu adlı bir tanrıdan və ona sitayiş edən qəddar bir kultdan bəhs edir. Hekayə ilk dəfə 1928-ci ilin fevral ayında "Weird Tales" pulp-jurnalında nəşr edilmişdir, ancaq Lavkraftın digər əsərlərində olduğu kimi hekayə müəllifin ölümündən sonra məşhurlaşmışdır. Hekayə Ktulhu mifologiyasının ilk buraxılışıdır. 2005-ci ildə hekayənin ilk film adaptasiyası nümayiş etdirilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralanandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Anna Dadli (ing. Anne Dallas Dudley) — ABŞ-da qadınların seçki hüququ hərəkatının tanınmış fəalı, sufrajist. Neşvilldə Seçki Hüququ Bərabərliyi Liqasının qurucusu və onun prezidenti. Tennessi Seçki Hüququ Bərabərliyi Dərnəyinin başçısı vəzifəsini yerinə yetirmişdir. Qadınlara ABŞ-da səsvermə hüququnun verilməsinə dair ABŞ Konstitusiyasına edilən XIX düzəlişin ratifikasiya edilməsinə böyük səy göstərmiş və Amerika Milli Qadın Seçki Hüququ Assosiasiyasının üçüncü vitse-prezidenti olmuşdur.
Tennesidə doqquzuncu düzəlişin qüvvəyə minməsi (ratifikasiyası) üçün onun etdiyi cəhdlər və qazandığı uğurlar xüsusilə qeyd olunur. Anna Dallas Dadli 1876-cı il, sentyabrın 13-də ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yüksək seçilmiş ailədə anadan olmuşdur. Onun atası B. Dallas Trevanion 1869-cu ildə Neşvillə köçmüş, burada tekstil sənayesində sahibkarlıq fəaliyyətinə başlamışdır. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
Fallout 76 — "Bethesda Game Studios" tərəfindən hazırlanan, "Bethesda Softworks" tərəfindən nəşr olunan və onlayn çoxnəfərli aksiya rol-pleyinq janrında olan video oyun. Fallout oyun seriyasındakı 4-cü spin-off epizod (bütövlükdə 9) və 1-ci prikveldir. Oyun 14 noyabr 2018-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmışdır. Oyun ABŞ-ın Qərbi Virciniya ştatında cərəyan edir. Oyunun əsas hekayəsi "Fallout 4"-dən 185 il əvvəl, "Böyük müharibə"dən (ing. The Great War) isə 25 il sonra, yəni 2102-ci ildə baş verir.
Böyük müharibə zamanı ABŞ-ın Appalaç dağları və ətrafında yerləşən əraziləri (ümumi olaraq, Appalaç) ÇXR üçün əhəmiyyətli bir hədəf hesab edilmirdi. Buna görə də, Qərbi Virciniyanın da içərisində olduğu bu regiona atom bombası atılmır. Buna baxmayaraq, ətraf regionlara atılan atom bombaları Appalaçı radioaktiv maddələrlə zəhərləmək üçün kifayət idi. Volt-Tek (ing. Vault-Tec, hərfi tər. Sığınacaq texnologiyası) korporasiyası müharibədən əvvəl xalqı radioaktiv-yağıntıdan qorumaq üçün yeraltı sığınacaq sistemi qurmaqla vəzifələndirilmiş bir dövlət qurumu idi. Sığınacaqlara yalnız əvvəlcədən seçilmiş şəxslər alınırdı. Oyunçu personaj 2102-ci ildə "Sığınacaq 77"-ni "Amerika torpaqlarında yenidən yaşayış qurmaq" üçün tərk edir. |
bax – müzakirə et – redaktə et – tarixçə