Vikipediya Heftenin Yaxsi Meqalesi Yanvar 2017 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 1. Həftə
Beliz 2008 Yay Olimpiya Oyunlarında — Beliz, 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında 4 idmançı ilə 2 idman növündə təmsil olunub. Bu olimpiada Belizin müstəqil ölkə kimi yarışlara qatıldığı sayca səkkizinci, ümumilikdə isə onuncu olimpiada olub. Beliz 1968-ci il Mexiko və 1972-ci il Münhen olimpiadaları zamanı Böyük Britaniyanın müstəmləkəsi olduğundan, yarışlarda "Britaniya Hondurası" adı altında çıxış etmişdir.
Tarixləri ərzində Yay Olimpiya Oyunlarında medal qazana bilməyən belizli idmançılar, bu oyunlarda da medal qazana bilmədilər. Kişilər arasında 400 metr məsafəyə maneələrlə qaçış yarışında iştirak edən atlet Conatan Uilyams ilkin mərhələni keçərək yarımfinala yüksəldi və bununla da olimpiya yarışlarında növbəti mərhələyə yüksələ bilən ilk belizli atlet oldu. Uilyams yarımfinal mərhələsində finala çıxa bilmək üçün lazım olan nəticəni əldə edə bilmədi və olimpiadada iştirakını dayandırdı. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
İkinci dünya müharibəsində Sakit okean cəbhəsi — Sakit okean cəbhəsi (bəzən Asiya-Sakit okean cəbhəsi adlandırılır), İkinci dünya müharibəsi illərində Sakit okeanda və Şərqi Asiyada baş vermişdir. Sakit okean və adaları, Sakit okeanın cənub-qərbi, Cənub-Şərqi Asiya və Çin kimi əraziləri əhatə etmişdir (1945-ci il Sovet-yapon münaqişəsi daxil olmaqla).
Əsasən, Sakit okean cəbhəsində hərbi əməliyyatlar, 1941-ci il 7-8 dekabr tarixində Yaponiyanın Tailandı işğalı və Britaniya müstəmləkələri olan Malayya, Sinqapur və Honq Konqa, eləcə də ABŞ-ın Havay adasında dislokasiya edilmiş Pörl Harbor hərbi bazasına, Ueyk adası, Quam və Filippinə hücumu ilə başlanmışdır. Bəzi tarixçilər, Asiyada münaqişəni 1937-ci il 7 iyul tarixində Yaponiya imperiyası və Çin Respublikası arasında baş vermiş İkinci çin–yapon müharibəsinin başlanğıcından və ya 1931-ci ilin 19 sentyabrında Mancuriyanın Yaponiya tərəfindən işğalı tarixindən götürürlər. Əsas etibarilə, Sakit okean cəbhəsində hərbi əməliyyatlar 1941-ci ilin dekabr ayının əvvəllərində başlamışdır (İkinci çin–yapon müharibəsi daxil olmaqla). (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarin 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Boys (Summertime Love) — 1987-ci ildə italiya müğənnisi Sabrina Salerno tərəfindən ifa edilmişdir. Bu mahnı ilk dəfə Böyük Britaniya hit-paradında göstərilmiş və üçüncü pilləyə yüksəlmişdir. Fransa və İsveçrə hit-paradında isə ilk pillədə mövqe tutmuşdur. "Boys" mahnısının remiks formaları Fransada 1995-ci ildə "Boys '95", 2003-cü ildə isə "Boys Boys Boys (The Dance Remixes)" adı ilə göstərilmişdir.
Mahnının klipi İtaliyanın Venesiya kommunasının Yezolo şəhərində yerləşən Florida otelində olan hovuzun ətrafında çəkilmişdir. 1988-ci ildə Sabrina Salerno "Super Channel" kanalının "Music Box" proqramında Nino Firetto ilə müsahibəsində etiraf etmişdir ki, həmin şəhvanə dəniz paltarını məşhur jurnallarında göstərilməsi üçün geyinmişdir. Onun sözlərinə görə, İtalyan jurnalları daha çox bu xarakterli kliplərə önəm verir. Mahnının klipinə Böyük Britaniyada qadağa qoyulması səbəbindən hit-paradda 3-cü mövqe tutmuşdur. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
Bakı Şəhər İcra Hakimiyyətinin binası — Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binadır. Bina 1900-1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir.
Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, ölkə əhəmiyyətli memarlıq abidəsi kimi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. 1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Sovetinə təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi. Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə